Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial



Yüklə 103,23 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü103,23 Kb.
#38071


 

128 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 

 

 

PSİXOLOGİYA 

 

 

 

UOT 159.9: 316.37 

 

STRESS VƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNAQİŞƏLƏRİN 

HƏRBÇİLƏRİN PSİXİ SAĞLAMLIĞINA TƏSİRİ 

 

E.İ.ŞƏFİYEVA  

Bakı Dövlət Universiteti 

 shafiyeva@mail.ru 

 

Məqalədə hərbçilərin psixi  sağlamlığına mənfi təsir göstərən amillər araşdırılmışdır. 



Burada 

hərbçilərin xidməti fəaliyyətinin stressogen amillərin təsiri altında keçməsi, şəxsiyyət-

lərarası  münasibətlərin  xüsusiyyətləri  və  hərbi  kollektivlərdə  münaqişələr  təhlil  edilmişdir. 

Həmçinin məqalədə hərbi kollektivlərdə sağlam iqlimin qorunub saxlanılması üçün psixopro-

filaktik tədbirlər verilmişdir.  

 

Açar sözlər: hərbçilərin psixi sağlamlığı, hərbi  kollektivdə stress, hərbçilərin şəxsiy-

yətlərarası  münasibətləri,  hərbi  kollektivlərdə  şəxsiyyətlərarası  münaqişələr,  hərbi  kollektiv-

lərdə münaqişələrin psixoprofilaktikası 

 

Hərbçilərin psixi sağlamlığının  əsasını sosial davranış, əmək fəaliyyətinin 



məhsuldarlığı,  şəxsiyyətlərarası  münasibətlər,  şəxsi  sərvət  meylləri,  yaradıcılıq, 

mövcud mənəvi, intellektual və iradi imkanların həyata keçirilməsi, şəxsiyyətin 

təkamülü təşkil edir. Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı sağlamlıq an-

layışını  belə  açıqlamışdır:  «Sağlamlıq  təkcə  xəstəliyin  və  ya  fiziki  qüsurun  ol-

maması deyil, bu həm də fiziki, psixi və sosial uğurlu fəaliyyət deməkdir» (7).  

Son dövrlər cəmiyyətdə gedən sosial, siyasi, iqtisadi, ekoloji dəyişiklik-

lər  insanların  psixi  sağlamlığına  təsir  etmişdir.  Psixi  pozulmaların  profilak-

tikası məqsədilə yeni tədbirlər planı hazırlanmışdır və 2015 ilədək onun real-

laşması nəzərdə tutulmuşdur (8).  

 

Hərbçilərin psixi sağlamlığının keyfiyyəti onların fərdi psixoloji xüsu-



siyyətlərinin  və  orqanizmlərinin  daxili  vəziyyətlərinin  cəmi  ilə  təyin  olunur. 

Başqa sözlə, bioloji, psixoloji və sosial – mühit amillərinin qarşılıqlı təsiri psi-

xi sa

ğlamlığın əsasını təşkil edir (irsi əlamətlər, tərbiyə şəraiti, hərbi hazırlığın 



keyfiyyəti,  xarakter  tipi,  vərdişlər,  döyüşlərdə  stressi  yaşama  bacarığı,  psixi 

zədələr və s.).  




 

129 


Hərbçi hazırlığı prosesi Azərbaycan Respublikası Silahlı Qüvvələrin İn-

tiz


am  və  Daxili  Xidmət  Nizamnamələri  çərçivəsində  aparıldığından  onlarda 

müəyyən fiziki və psixi çətinliklərlə müşayiət olunur. Başqa sözlə, bu zaman 

həyat ritmi dəyişir, ailə və evdən ayrılma, nizamnamə qaydalarına tabe olma, 

yük


sək  məsuliyyət  hissi,  məişətdə  müəyyən  narahatlıqlar,  yeni  coğrafi  iqlim 

və ağır təlim şəraitində fəaliyyət  göstərmə (qapalı mühitdə işləmə, küy, vib-

rasiya, elektromaqnit şüalanma, əməliyyat fəaliyyəti, və s.) müşahidə olunur. 

Hərbçilərin psixi sağlamlığını şərtləndirən əsas amillər sırasına sosial-iq-

tisadi şəraitin pisləşməsi, həyat səviyyəsinin aşağı enməsi, stressogen amillərin 

artması,  milli  və  etnik  münaqişələr,  lokal  müharibələr  daxildir.  Nəticədə 

bunlar hərbçinin psixi sağlamlığına pis təsir göstərir, yəni onların davranışında 

kobudluq,  öz  şəxsi  məqsədlərini  güdmə,  mənəviyyatsızlıq,  nizamnaməyə 

cavab verməyən şəxsiyyətlərarası münasibətlər, aqressivlik, depressiya halları 

və zərərli maddələrdən sui-istifadə artır (6, 197). 

N.A.Əliyev, S.S.Gözəlov qeyd edirlər ki, adətən hərbçilərdə «qorxu və 

hay-


küy  kimi  emosional  reaksiyalar  əsasən  real  təhlükə  şəraitində  meydana 

çıxır, çalışmaq lazımdır ki, bir hay-küyçü başqasına təsir edə bilməsin. Böyük 

Vətən müharibəsinin tarixi göstərir ki, hərbi kollektivlərin, bölmələrin, hərbi 

hissələrin  təşkilatçılığının  bu  cəhətdən  möhkəm,  sarsılmaz  olması,  hay-

küyçylərin  tez  aradan  götürülməsi  nəticəsində  qarşıya  qoyulmuş  tapşırıq  tez 

yerinə yetirilir» (1, 60) 

Döyüş zamanı hərbçiyə digər sosial-psixoloji amillər də təsir edir: əsgə-

rin  davranışına  onun  milli  və  dini mənsubiyyəti, kiçik və  böyük qrup tərki-

bind

ə olması, mənəvi gücü, tənha aparılan kəşfiyyat və s. 



Barabanşikov  A.B.  psixologiyanın  ordu  üçün  vacibliyini  qeyd  edərkən 

Uxaç-Oqoroviçin (1911) “H

ərbi psixologiya” kitabına istinadən  yazır: “Hərb 

s

ənətində uğurun dörddə üç hissəsi mənəvi gücdən və ancaq dörddə bir hissəsi 



döyüşə lazım olan maddi vasitələrdən asılıdır» (5). 

Əsgərə lazım olan keyfiyyəti aşılayarkən (cəsarət, qətiyyətlilik, bir-biri-

n

ə qarşı dözümlülük və s.) birgə fəaliyyət zamanı hətta əvvəllər qorxaq olan 



əsgər də o biri yoldaşlarına baxıb cəsarətlənəcək və nümunəvi davranışlı hərb-

çiy


ə çevriləcək. Belə hərbi kollektivlərdə qarşılıqlı münaqişələr az olur və tez 

d

ə  çözülür. Hələ  Əmir  Teymur  vəsiyyətlərində  yazırdı:  «Səltənət  işlərində, 



h

ərbi qulluqçularla, rəiyyətlə bağlı məsələlərdə başqalarının sözlərinə və əməl-

l

ərinə baxıb, ölçü götürmək olmaz. Vəzirlər, əmirlər bir adamın haqqında yax-



şı-yaman söz söyləmiş olsalar, onları dinləmək lazımdır, lakin ölçü götürəndə 

t

ələsmək olmaz, çatdırılan söz sınanmalı, həqiqət ortaya gətirilməlidir» (2, 63). 



 

İstənilən kollektivlərdə  müşahidə  olunan aktual problemlərdən biri də 

naqişələrin  yaranması,  onların  qarşısının  alınması  və  qrupda normal qar-



şılıqlı münasibətlərin həm bərpası, həm də qorunub saxlanmasıdır (9, 6-10). 

H

ər hansı cəmiyyətdə, qrupda və ya kollektivdə inkişaf köhnə ilə təzə-



nin, qanunauyğunluqla təsadüfün, şəxsi ilə ictimainin toqquşması nəticəsində 

baş verir. 




 

130 


Zabitl

ərin digər hərbçilərlə qarşılıqlı münasibətlərinin təhlili zamanı baş 

ver

miş ziddiyyətlər onların əhval-ruhiyyəsinə və bütövlükdə kollektivin fəaliy-



y

ətinə təsir edir. Belə ziddiyyətlər münaqişələr adlanır. Münaqişə latın dilin-

d

ən tərcümədə  toqquşma  deməkdir və  insanlar arasında  ziddiyyətlə  əlaqədar 



ged

ən proses olub, hər kəsin öz maraqlarının, vərdiş və fikirlərinin müdafiəsi-

n

ə yönəlməsidir. Öz fikir və davranışının düzlüyünü sübut etməklə hərbçi kol-



lektivd

ə  özünütəsdiqə  nail  olur.  Münaqişə  insanın  cəmiyyətdə, kollektivdə 

olan yerin

ə, nüfuzuna və şəxsi qüruruna təsir edir. Şəxsi və kollektiv məqsəd-

l

ərə nail olma zamanı münaqişələr maneəyə çevrilə bilər. 



Münaqişədə iştirak edən hərbçilərin sayından asılı olaraq iki adam ara-

sında (rəis-tabeçilikdə olan və ya iki hərbçi), qrupda bir neçə hərbçi arasında, 

qruplararası və bütün kollektivin cəlb edildiyi münaqişələr ayırd edilir.  

Münaqişə  edən tərəflərin  psixoloji  halından  asılı  olaraq  münaqişələr 

yüks

ək, orta emosional gərginliklə və ya heç bir emosional gərginlik olmadan 



baş verə bilər. 

İstənilən münaqişəyə narahatlıqla yanaşma insan psixologiyasının xüsu-

siyy

əti olduğundan hirs, hiddət, incimə, təəccüb, şübhələnmə kimi emosiyalar 



yaradır  və  onu mübarizəyə  itələyir.  Emosional  baxımdan  idarə  edilməyən 

münaqişələr kəskin və kobud danışıqlarla, incikliklərlə, qarşılıqlı ittihamlarla 

c

ərəyan  edir.  Münaqişə  edən tərəf bu zaman etdiyi hərəkətdən sonralar 



peşmançılıq da keçirə bilər. 

Münaqişə dinamik proses olduğundan müəyyən mərhələlərdən ibarətdir: 

1) mü

naqişənin başlanması; 2) münaqişənin gedişi; 3) münaqişəni aradan qal-



dırmaq üçün vasitələrin  axtarılması;  4)  onun  sönməsi.  Münaqişə  ya kor-ko-

ran


ə, ya da kiminsə təşəbbüsü ilə yarana bilər. 1) O, başlayan kimi sönə bilər 

(qısamüddətli münaqişə); 2) müəyyən müddət gedə bilər (müddətli münaqişə); 

3) H

əlli uzanan, çıxılmaz nöqtəyə söykənən münaqişə (uzunmüddətli, sürünən 



münaqişə). Münaqişə edən tərəflərin problemin həllinə düzgün yanaşmaması, 

bir-


birini anlamaması, bir-birinə güzəştə getməməsi, onların kəskin emosional-

lığı və digər səbəblər nəticəsində uzunmüddətli ola bilər.  

İstənilən münaqişə hərbi kollektivin normal həyat tərzini pozur. Ona gö-

r

ə də onu tez aradan qaldıraraq, kollektivi səfərbər edib, əlbir olaraq münasi-



b

ətləri normallaşdırmaq vacibdir. 

Zabit kollektivl

ərində mübahisələr fikir ayrılıqları və hətta münaqişələr 

müxt

əlif iş metodlarının, təlim-döyüş formalarının tətbiqi ilə bağlı problemlə-



rin h

əlli zamanı yaranır. Müəyyən etik normalara riayət etdikdə, subordinasiya 

etikasını gözlədikdə, rəis öz üstünlüyünü çox qabartmadıqda və kiçik zabit öz 

şəxsi fikrini söyləmə hüququna malik olduqda belə münaqişəli situasiyalardan 

daha tez v

ə ağrısız çıxmaq olur. Belə işgüzar mübahisələrin həlli üçün vacib 

şərtlər mövcuddur: 

-

 



qarşılıqlı  surətdə  öz yoldaşını  dinləmək, onun söylədiklərini 

anlamaq, qiym

ətləndirmək və subyektivlikdən uzaq olmaq; 

-

 



müsahibin fikirl

ərinə hörmətlə yanaşmaq; 




 

131 


-

 

müsahibin söyl



ədiklərində olan səhvləri nəzakətlə inkar etmək və öz 

t

əkliflərini vermək; 



-

 

t



ənqidi sakit qəbul etmək  bacarığı  və  ilk növbədə  faktları,  əsas 

müdd


əaları tənqid etmək; 

-

 



tez v

ə qətiyyətlə öz səhvlərini anlamaq və söyləmək; 

-

 

sonda 



ən düz fikri qəbul etmək. 

-

 



münaqişədən sonra xoşagəlməz psixoloji əhvalın qalmamasına əmin 

olmaq v


ə ya lazım gələrsə üzr istəmək. 

H

ərbi kollektivlərdə  müşahidə  olunan  münaqişələr xidməti və  qeyri-



xidm

əti  xarakter  daşıya  bilər. Xidməti  münaqişələr  -  rəislə  tabeçilikdə  olan 

arasında, eyni rütbəli və ya vəzifəli hərbçilər arasında ola bilər. Tapşırıqların 

v

ə  təsərrüfat  işlərinin bərabər bölünməməsi, xidmətin nəticələrinin obyektiv 



qiym

ətləndirilməməsi, təlimdə  olan çətinliklər, səlahiyyətləri  aşdıqda, sosial 

ədalət prinsipləri pozulduqda, kobudluq, şəxsi-qərəzlik olduqda, günün nizam-

intizam qaydaları pozulduqda münaqişə üçün zəmin yaranır. 

V

əzifəli zabitlərlə  o hərbçilər  münaqişə  edir ki, vəzifəlilərin nüfuzunu 



q

əbul etmir, liderliyə can atır, ya kollektivdə xüsusi mövqeyilə seçilir. Kiçik 

zabitl

ər nizamnamədən kənar qaydalarla hərbçini  işləməyə  məcbur etdikdə 



münaqişə yaradırlar. 

Qeyri-xidm

əti  münaqişələr kollektivin fəaliyyətinin müxtəlif tərəflərini 

əhatə edir. Bu əsasən şəxsiyyətlərarası münaqişələr olub, emosional və intellek-

tual uyuşmazlıq nəticəsində və ya xarakter xüsusiyyətlərilə əlaqədar əmələ gəlir 

(13, 7). M

əsələn,  münaqişələrin səbəbini və  nizamnamədən kənar qarşılıqlı 

münasib


ətlərin öyrənilməsi məqsədilə  keçirilən tədqiqatlar göstərmişdir  ki, 

münaqişənin səbəbi  kimi  qarşılıqlı  anlamanın  olmaması,  xarakterlərin uyğun 

g

əlməməsi, pis əhval-ruhiyyə, kobudluq, müvazinətsizlik,  paxıllıq,  tənbəllik, 



eqoistlik, lovğalıq, ədalətsizlik və digərini anlamamaq və s. müəyyən edilmişdir. 

Ad

ətən münaqişənin yaranmasında zabitlər çox vaxt şəxsən özlərini gü-



nah

kar hesab etmişlər. Ancaq bəzi zabitlər münaqişənin yaranmasının günahı-

nı  hər iki tərəfdə  görmüş  və  ya  günahkarın  kim  olduğunu  deməkdə  çətinlik 

ç

əkmişlər. 



Zabitl

ərin yarıdan çoxu münaqişə yaranmamışdan öncə onun qarşısının 

alınmasını daha məqsədəuyğun hesab etmişlər. Digər zabitlər isə ya bir bəhanə 

il

ə  münaqişədən  qaçmağı,  dözümlü  olmağı  daha  üstün  tutmuşlar,  ya  da  öz-



özün

ə  münaqişənin həll  olunacağına  inandıqlarını  söyləmişlər. Beləliklə, 

h

ərbçilərin 1/3-i öz sözlərinə, hərəkətlərinə  nəzarət etmir və  münaqişənin 



passiv iştirakçısına çevrilir.  

H

ərbi kollektivdə  baş  verən  münaqişələrin  qarşısının  alınması  üçün 



əyyən üsullar təklif etmək olar.  



Münaqişənin bəhanə  və  səbəbinin təhlili.  Adətən bəhanə  üzdədir, 

s

əbəb isə çox vaxt gizlədilir, pərdələnir, səbəbi aydınlaşdırarkən əsasən, onun 



xidm

əti və ya qeyri-xidməti olması aydınlaşdırılır. 



Münaqişə  situasiyasının  psixoprofilaktikası.  İstənilən  münaqişəni önlə-

m

ək onu aradan qaldırmaqdan asandır. Münaqişənin ilk mərhələsində, yəni na-




 

132 


razılığın,  pis  əhval-ruhiyyənin,  depressiv  halın  ifadə  olunduğu  müddətdə  zabit 

aşağıdakı  üsullardan  istifadə  edə  bilər: təklikdə  qeyri-rəsmi söhbət, münaqişə 

ed

ən tərəflərlə dostcasına söhbət, xəbərdarlıq və ya münaqişədən çıxma ilə bağlı 



tövsiyy

ələr,  yumorla  situasiyanı  «yumşaltma».  Münaqişəni önləmək dedikdə 

h

ərbçilərin münasibətlərində  mümkün olacaq ziddiyyətləri qabaqlamaq  onların 



tez v

ə asan aradan qaldırılması taktikasını müəyyən etmək başa düşülür. 



Münaqişə  iştirakçılarının  fərdi keyfiyyətlərinin nəzərə  alınması. 

Söhb


ət zamanı zabit hərbiçilərin münasibətlərinin xarakterini və yaranma tari-

xini öyr


ənir. Məsələn,  onların  bir-birinə  rəğbətinin  olmaması  və  ya mənfi 

r

əğbətlənməsi münaqişəyə səbəb ola bilər, münaqişə dostlar arasında tədricən 



yetişə bilər və s. 

Münaqişənin  əsl məqsədlərinin  aydınlaşdırılması.  Münaqişələrin 

şəxsi və ya kollektiv, eqoistik və ya işgüzar olması aydınlaşdırılmalıdır. Əgər 

münaqişə  hərbçinin hər  hansı  öz  eqoistik  niyyətlərini həyata keçirmək üçün 

yaranıbsa, zabit ondan üzr istəməyi tələb edir. Əgər münaqişə kollektiv və ya 

xidm

əti məqsədlərə söykənibsə, onda zabit tərəfləri inandırmağa çalışır ki, ilk 



növb

ədə kollektivin maraqlarından çıxış etmək lazımdır.  



Münaqişənin əsl səbəblərinin aradan qaldırılması. Adətən münaqişə 

emosional g

ərginlik,  birlik  olmayan  qruplarda  baş  verir.  Bu  qruplarda 

nizamnam


ə qaydaları pozulur, nizamnaməyə zidd olan qarşılıqlı münasibətlər 

olur. Şəxsi heyətdə uyuşma və emosional sabitlik olmur. 

Zabit ilk növb

ədə burada psixoloji ab-havanı, idarəetmə üsulunu yaxşı-

laşdırır,  hərbçilər  arasında  qarşılıqlı  münasibətləri təkmilləşdirir, psixoloji 

uyuşmanı pozan obyektiv və subyektiv səbəbləri aradan qaldırır. 



Münaqişədə  emosional  tarazlığın  yaranması.  Zabit  münaqişədən 

x

əbər tutan kimi gərgin halda olan hərbçi ilə  sakit söhbətə  hazırlaşır.  Bəzən 



münaqişə edən tərəflərə sakitləşib, fikirlərini cəmləşdirmək təklif edildikdə bu, 

g

ərginliyi aradan qaldırır. Bəzən əksinə də ola bilir. Lakin çox vaxt münaqişə 



iştirakçıları  səbrlə, təmkinlə,  danışıqlar  yolu  ilə  gərginliyi  aradan  qaldırır  və 

emosional tarazlıq yaradırlar. 



Munaqişəni aradan qaldırmaq üçün pedaqoji üsullara riayət etmək. 

Zabit s


ərbəst və ya kiminsə köməyi ilə münaqişəni həll etmək yollarını araşdı-

rır. Münaqişə edən tərəflərə təsir yollarından ən çətini onların yüksək gərgin-

likli v

ə  həyəcanlı  anlarında  müəyyən  davranışı  düzgün seçib daha dözümlü



bir-birin

ə hörmətlə yanaşmanı bacarmaqdır. Belə olduqda zabit mübahisəli iş-

l

əri yoluna qoya bilər, «razılıq imkanları»nı aydınlaşdırıb mübahisənin sərhəd-



l

ərini, onun əsas iştirakçılarını öyrənə bilər. Nəticədə isə o, tərəfləri açıq söh-

b

ətə dəvət edib, onlarla problemin həllinə və bir-birinə qarşı dözümlü olmağa 



nail ola bil

ər. 


Münaqişə edən tərəflərə təsir üsulunun seçilməsi. Bu üsulların seçil-

m

əsi zabitin münaqişənin gedişini proqnozlaşdırma bacarığından asılıdır. Mü-



na

qişə  yerindəcə həll edilə bilər,  yavaş-yavaş sönə bilər, aşağı və  ya yüksək 

emo

sionallıqla müşayiət oluna bilər, dəyişilib yeni münaqişəyə keçə bilər. Hər 



d

əfə zabit hər iki tərəfin iddialarını nəzərə almaqla onları barışığa yönəltməli-




 

133 


dir.  Əgər münaqişə  kollektivin  maraqlarına  toxunursa  birgə  fikir mübadiləsi 

yolu il


ə  münaqişənin bir və  ya hər  iki  iştirakçı  tərəflərini mühakimə  etmək 

olar. Münaqişəyə son qoymaq üçün tərəflərdən birini (tağımı, hissəni) müvəq-

q

əti olaraq başqa yerə köçürmək də olar. 



H

ərbi kollektivlərdə  müşahidə  olunan  münaqişələrin səbəbindən  asılı 

olaraq t

əklif olunan psixoloji üsullardan bir və ya bir neçəsini tətbiq etməklə 

naqişə  ocağını  söndürmək və  qarşılıqlı  münasibətləri bərpa etmək müm-



kündür. D.Masumoto psixologiya v

ə mədəniyyətin qarşılıqlı təsirini öyrənər-

k

ən qeyd edir ki, istənilən  münaqişəli  davranışda  müəyyən mədəniyyət və 



strategiya  olur.  Münaqişənin həllində  həm etnik xüsusiyyətlərə  söykənən 

özün


əməxsus mədəni elementlər olur, həm də ənənəvi olaraq münaqişəni həll 

ed

ə biləcək üçüncü şəxsin cəlb edilməsi zərurəti yaranır (10).  



B

əzi alimlər  döyüşün  psixoloji  modelini  təsvir edərkən onun da özünə-

m

əxsus münaqişə situasiyası hesab etmişlər. İ.V.Sıromyatnikov və A.Q.Karaya-



ni hesab edirl

ər ki. döyüşün psixoloji modeli aşağıdakı elementlərdən ibarətdir: 

münaqişə obyekti; 



sosial  statusu,  formalaşmış  münaqişə  resursları  (yönəlişləri, məqsəd-

l

əri, motivləri,  psixofizioloji  imkanları,  münaqişə  situasiyası  və  s.) olan 



düşmən tərəflər; 

döyüşə təsir edən qrup fenomenləri (fikirlər, əhval-ruhiyyə,  ənənələr, 



psixoloji iqlim şəraiti və s.); 

münaqişə hərəkətləri (strategiya, hərəkətin forma və səviyyəsi, istifadə 



olunan üsullar v

ə s.); 


münaqişəni aparma yolları (adi silah və sursat, kütləvi qırğın silahları, 

öldürücü olmayan silahlar); 

münaqişə şəraiti (sosial, ekoloji-erqonomik, döyüş) (11). 



P.İ.Sidorov və başqaları döyüş fəaliyyətini müşahidə edən bir çox tədqi-

qatçıların nəticələrinə istinad edərək qeyd edirlər ki, cəbhədə 40 sutkadan artıq 

öndə  qalmaq olmaz. 15-25  sutkadan  sonra  döyüşə  uyğunlaşma  pik  nöqtəyə 

çatır və 40 sutkadan sonra ruhi və fiziki yorulma baş verir. R.A.Qabriyel yazır 

ki, 45 sutkadan sonra hərbçilər döyüş qabiliyyətini itirir. Amerika psixiatrları 

R.Svonc və Y.Marşan yazırlar ki, 98% hərbçilərdə 35 sutkadan sonra bu və ya 

digər agırlıq dərəcəsinə malik psixi pozuntular olur (12, 196-203) . 

B

əzi müəlliflər isə qeyd edir ki, «hərbi» və «döyüş» nevrozları bir çox 



psixi pozulmaların əsas səbəbidir. Müharibədə iştirak faktı özü «hərbi» nevroz 

yaradır.  Əfqanistan  müharibəsi  veteranlarının  psixi  sağlamlığını  tədqiq edən 

P.İ.Sidorov, S.V.Litvinsov, M.F.Lukmanov Z.Freydin fikirlərinə  istinad edə-

r

ək qeyd edirlər  ki,  psixi  pozulmaları  «sülh»  və  «müharibə» dövrü «mən»in 



m

əzmunları arasındakı münaqişələr yaradır. Ona görə də müharibədən sonrakı 

nevrozları  da  baş  beyində  olan üzvü zədələr, müxtəlif mexaniki və  bioloji 

amill


ər yox, müharibə zədələri yaradır (12, 16-17).  

Ümumiyyətlə, döyüş şəraitində psixi pozulmalar döyüş stressinin nəticə-

lərinə nisbətən az öyrənilmişdir. Fiqley Ch.R. və Williams T. bu faktı iki sə-

bəblə izah edirlər: 1) hərbi psixiatrları müharibə veteranlarının sülh dövrü sa-




 

134 


kit həyata adaptasiyasının problemi heç vaxt maraqlandırmamışdır və 2) mülki 

psixiatrlar v

eteranların xüsusi problemlərini dərindən öyrənməmişlər (15). 

C.İ.Eskobar, B.P.Gersons və başqaları qeyri-adi stress şəraitində yaranan 

halları  «sağlam  adamların  normal  reaksiyası»  adlandırmışlar  və  ekstremal 

situasiya  yaşayan  insanda  heç  bir  mənəvi  sıxıntı,  sarsıntı  və  ya  müəyyən 

yünğül  psixi  pozulmalar  yoxdursa  bu  heç  də  normal hal deyil söyləmişlər. 

Bel


əliklə, onlar istənilən  şəxsdə  müəyyən emosional və  mənəvi  sıxıntıların 

olmasını normal hal kimi qəbul edirlər (14, 265-266; 16, 742-748).  

Müharib

ənin insana vurduğu zədəni tədqiq edən Hay Mak Manners (17) 



qeyd edir ki, bu zaman h

ər bir döyüş iştirakçısı dağıdıcı qüvvəyə malik təhlü-

k

əni, inamsızlığı, dəhşəti hiss edir. O, müasir əsgərin, dənizçinin, təyyarəçinin 



peşəsinə uyğun olaraq mövcud münaqişə ilə necə mübarizə apardığını diqqətə 

çatdırır.  Bu  zaman  Böyük  Britaniya,  Amerika  ordusunda və  İzrail  müdafiə 

qüvv

ələrində əsgərlərlə işin əsas hissəsi - onların motivləşdirilməsi, ruhlandı-



rılması kimi məsələlərin həlledici rolu qeyd edilir. Müəllif qeyd edir ki, sülh 

vaxtı müntəzəm olaraq həm bu iş aparılmalıdır, həm də onların müasir silah və 

sursatla, texnika il

ə işləmə vərdişləri aşılanmalıdır.  

Ümumilikdə,  zabitlərin  psixi  sağlamlığının  əsas  determinantları  siyasi 

sa

bitlik, iqtisadi uğur və cəmiyyətdə mənəvi saflaşmadır. İnsan ən ağır məhru-



miy

yətlərə, iztirablara o zaman dözür ki, onlara bir məna verə bilir, əsaslandı-

rır,  özünün  cəmiyyətə  gərəkliliyini  və  cəmiyyət  tərəfindən  müdafiə  olundu-

ğunu hiss edir, onu əhatə edənlərin diqqətini və hörmətini görür, həmçinin onu 

anlayırlar və ona mənəvi dayaq dururlar. 

Psixoloji baxımdan sağlam zabit formalaşdırmaq üçün həm onların pro-

fes

sional seçimi düzgün aparılmalıdır, həm də müntəzəm olaraq psixogigiyena 



tədbirləri  görülməlidir.  Əsasən  psixi  sağlamlıq  yoxlanılarkən  onlarda  psixi 

pozuntuların  olma  ehtimalı  və  müxtəlif  şəraitlərdə  davranış  formalarının 

perspektivləri  qiymətləndirilməlidir.  Psixi  vəziyyət  və  halın  qiymətləndiril-

məsi,  proqnozlaşdırılması  nəticəsində  hərbçilərin  psixi  sağlamlıq  qrupları 

formalaşır.  Burada  diaqnostik,  proqnostik,  qiymətləndirmə,  ekspert  rəyi  və 

ümumi qərar meyarına əsasən hərbçilər 3 qrupa aid edilir: 

I qrup – 

sağlam.  Psixi  funksiyaların  pozulma  əlamətləri  yoxdur  və 

olmayıb. İnkişaf düzgün və ahəngdar gedib. Belə şəxslər hərbi xidməti optimal 

psixi sağlamlıq tələb olunan yerlərdə keçə bilərlər. 

II qrup – 

praktiki sağlam. Şəxsiyyətin bəzi keyfiyyətlərinin zəifliyi və ya 

yüngül  pozuntusu  müşahidə  olunur.  Belə  hərbçilərin  fərdi  tərbiyəvi  işə  və 

psixoloji tənzimə ehtiyacı olur. 

III qrup – 

patolojidən qabaqkı haldır. Belə hərbçilərdə psixi pozuntuya 

səbəb  ola  biləcək  zəmin  vardır,  lakin  onlar  xidməti  vəzifələrini  yerinə  yetir-

məyə qadirdirlər. Sinir-psixi proseslərdə olan qeyri-sabitliklə əlaqədar olaraq 

onların  psixoloq  tərəfindən  aparılan  sağlamlaşdırıcı  psixokorreksiyaya  və 

bərpaedici  terapiyaya  ehtiyacları  vardır.  Belə  zabitləri  daha  yüngül  hərbi 

rejimdə  işləyən  xidmətə  keçirmək  məqsədəuyğundur.  Onları  hərbi  texnikanı 

idarəetməkdən uzaqlaşdırmaq və digər gərgin işlərdən azad etmək məsləhətdir. 




 

135 


M.Arqayl insanların xoşbəxtliyini göstərən amilləri öyrənərkən belə qənaə-

tə gəlmişdir ki, psixi və fiziki sağlamlığın, pulun, sosial statusun, məşğulluğun, 

istirahətin,  ailənin, dostun olması müsbət  ruhi vəziyyət  yaradır və belə insanlar 

özlərini xoşbəxt hesab  edirlər  (4).  O,  apardığı tədqiqatlara  əsasən  belə  nəticəyə 

gəlmişdir ki, xoşbəxt olmaq üçün psixi sağlam olmaq vacib şərtlərdən biridir.  

Zabitlərin psixi sağlamlığını təmin etmək üçün psixogigiyena və psixo-

pro

filaktika tədbirlərinə xüsusi diqqət etmək vacibdir (3). Məlumdur ki, psixo-



gigiyena – 

şəxsiyyətin psixi xüsusiyyətlərinin hərtərəfli inkişafı üçün optimal 

şəraitin yaradılması yolu ilə psixi sağlamlığın profilaktik qorunmasıdır. Həyat 

və əmək şəraitinin yaxşılaşdırılması, şəxsiyyətlərarası münasibətlərin düzgün 

qurulması, ətraf aləmin zərərli təsirlərinə müqavimət göstərmə qabiliyyətinin 

olması  psixogigiyenanın  düzgün  aparılmasını  göstərir.  Psixoprofilaktika  – 

daha dar sahə olub, psixi pozuntuların qarşısını almağa və orqanizmə xəstəlik 

ami


linin təsirini aradan qaldırmağa yönəlmişdir. Erkən diaqnostika, korreksi-

ya, müalicə vasitəsilə də psixi sağlamlığı qorumaq və əlilliyin qarşısını almaq 

mümkündür.  İstənilən  döyüş  və  təlim  fəaliyyəti  zamanı  stress  vəziyyətində 

olan  zabitdə  təhlükə  hissindən  başqa,  3  «düşməni»  də  olur:  məlumatsızlıq, 

qeyri–

müəyyənlik və köməksizlik. Ətrafda nə baş verdiyini, nə baş verəcəyini, 



necə  hərəkət  etməyi  bilməyəndə  vəziyyətin  psixoloji,  hərbi  –  texniki  və  s. 

nəticələri ağır olur. Bütün bu tipli stress amillərini zəiflətmək üçün aşağıdakı 

kimi hərəkət etmək məsləhətdir: öz hərəkətlərinə nəzarəti gücləndirmək üçün 

fik


ri  və  diqqəti  cəmləmək;  bütün  hərəkətləri  bacardıqca  diqqətlə  icra  etmək; 

özünü kənardan görməyə çalışmaq; kənardan bütün vəziyyəti təsəvvür etməyə 

çalışmaq;  emosiyalara  uymadan  öz  şəxsi  vəzifə  və  borcu  haqda  düşünmək 

(mən  kiməm?  haradayam?  nə  etməliyəm?);  emosional  qiymət  vermədən 

vəziyyəti qabaqcadan özü üçün təsvir etmək; ətrafındakıları tam şəkildə dərk 

etməyə cəhd göstərmək və s. çox vacibdir

 

ƏDƏBİYYAT 

1.

 



Əliyev  N.A.,  Gözəlov  S.S..  Şəxsi  heyətin  və  hərbi  kollektivlərin  psixologiyasına  döyüş 

şəraitinin təsiri // Hərbi bilik jurnalı, 2000, №6, səh.58-63.   

2.

 

Əmir Teymurun vəsiyyətləri. Bakı: Azərnəşr, 1991, 112 s. 



3.

 

Şəfiyeva E.İ. Zabit hazırlığının sosial-psixoloji məsələləri, monoqrafiya,  Bakı, 2006, 332 s.  



4.

 

Аргайл М. Психология счастья. 2-е изд. СПб.: Питер, 2003, 272 с. 



5.

 

Барабаншиков А.Б., Давыдов В.П.,Утлик Э.П., Феденко Н.Ф. Военная подготовка и 



психология / Под ред. А.Б.Барабанщикова. М.: Воениздат, 1986, 239 с. 

6.

 



Военная психология / Под ред. А.Г.Маклакова. СПб.: Питер, 2004, 464 с. 

7.

 



ВОЗ. Основные документы. Изд. ХХIХ, Женева, 1968, 5 с. 

8.

 



ВОЗ. Общая программа работы на 2006-2015 гг.: рассмотрение процесса и проекта 

обзора. 9 декабря 2004, 13 с.  

9.

 

Иванов И.Я. Ответственность офицера. М.: Воениздат, 1983, 118 с.  



10.

 

Мацумото Д. Психология и культура. 1-е изд., СПб.: Питер, 2003, 720 с.  



11.

 

Сыромятников И.В. и др. Прикладная военная психология. СПб.: Питер, 2005, 480 с.  



12.

 

Сидоров  П.И.,  Литвинцев  С.В.,  Лукманов  М.Ф.  Психическое  здоровье  ветеранов 



афганской войны.  Архангельск: Издательский  центр  Архангельской государствен-

ной медицинской академии, 1999, 384 с. 




 

136 


13.

 

Bennis S.W. and Nanus B. Managing the Dream: Leadership in the 21-st Centrury // 



Journal of Organisational Change Management, 1989, v. 2, p. 7.  

14.


 

Escobar J.I. Posttraumatic stress disorder and the perennial stress-diathesis controversy // 

J.Nerv. Ment.Dis. 1987. 

Vol.175, №5, p. 265-266. 

15.

 

Figley Ch.R. (Ed.) Stress disorders among Vietnam veterans. N.Y.: Brunner. Mazel, 



1978, 345 p.  

16.


 

Gersons B.P., Carlier I.V. Posttraumatic stress disorder: history of a recent concept // Brit. 

J. Psychiat. 1992, №161, p.742-748.  

17.


 

Hugh Mc.Manners. The scars of war. N.Y. Harper Collins Publishers, 1994, 448 p. 



 

ВЛИЯНИЕ  СТРЕССА И МЕЖЛИЧНОСТНЫХ КОНФЛИКТОВ  

НА ПСИХИЧЕСКОЕ ЗДОРОВЬЕ ВОЕННОСЛУЖАЩИХ  

 

Э.И.ШАФИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье раскрываются факторы, отрицательно влияющие на психическое здоро-



вье  военнослужащих.  Здесь  раскрываются  стрессогенность  служебной  деятельности 

военных, особенности межличностных отношений  и конфликты в воинских  коллекти-

вах. Далее описываются необходимые психопрофилактические мероприятия для сохра-

нения здорового климата в воинских коллективах. 

 

Ключевые слова: психическое здоровье военных, стресс в военных коллективах,  

межличностные отношения военных, межличностные конфликты в воинских коллекти-

вах, психопрофилактика конфликтов в воинских коллективах.  

 

INFLUENCE OF A STRESS AND THE INTERPERSONAL  

CONFLICTS ON MENTAL HEALTH OF THE  

MILITARY PERSONNEL  

 

E.I.SHAFIYEVA 

 

SUMMARY 

 

The  аrticle  studies  the  factors  negatively  influencing  mental  health  of  the  military 



personnel. The stressful factors  military in service, features of the interpersonal relations and 

the conflicts in military collectives are revealed. Further  more,  necessary psychopreventive 

actions for preservation of healthy climate in military collectives. 

 

Keys words:  mental health of the military personnel, stress in military collectives, 

interpersonal relations  of  military personnel, interpersonal conflicts in military personnel, 

psychopreventive actions conflicts within military collectives are described 



 

Yüklə 103,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə