DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   33

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
120
ANİMASİYA SƏNƏTİ
edən  rəsmləri  nümayiş  etdirmək  üçün  optik  cihazı  icad  edib.  1892-ci  ildə 
Reyno özünəməxsus attraksion – optik teatr yaradır. Burada o, tamaşaçılara 
15-20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir. Bu hadisə Lümyer 
qardaşlarının məşhur premyerasından bir neçə il əvvəl baş vermişdi, yəni ani-
masiyalar fransızlara kinofilmdən bir qədər əvvəl məlum idi.
İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, on beş dəqiqəyədək davam 
edən pantomimlər idi. Hələ o zaman təsvir ilə sinxron səs müşayiəti də 
tətbiq edilə bilərdi. Reyno həmçinin rəsmlərlə yanaşı, fotoşəkillərin də is-
tifadə olunduğu cizgi filmləri yaradırdı. Sonralar müxtəlif janr və texni-
kalarda işləyən digər sənətkarlar da cizgi filmlərinin inkişafına öz töhfələ-
rini  verdilər.  Zaman  keçdikcə  animasiya  kinematoqrafın  bir  hissəsinə 
çevrilərək, kino janrlarından biri kimi özünə möhkəm yer tutdu. Onların 
hazırlanması üçün kinoçəkiliş aparatlarından istifadə edilirdi.
XX əsrin əvvəlində animasiyanın coşqun inkişafı başladı. Təxminən 
eyni vaxtda bir neçə nəfər bir-birindən asılı olmadan animasiya filmləri-
nin yaradılması üzərində işləməyə başladı.
Emil Reynonun praksinoskopu
Feliks pişik – səssiz kino dövründə meydana çıx-
mış cizgi filmi qəhrəmanıdır. Qara bədəni, iri ağ göz-
ləri, geniş təbəssümü və süjetə görə düşdüyü situa-
siyaların sürrealizmi Feliksi animasiya tarixində ən 
tanınan  personajlardan  birinə  çevirib.  Feliks  pişik 
bütün yaşlarda tamaşaçıları cəlb etməyə qabil olan və 
məşhurluq qazanmış ilk animasiya personajıdır. 
Animasiyanın inkişaf yolunda xeyli şərəfli ad ta-
rixə  məlumdur.  İlk  animasiya  filmini  amerikalı  ka-
rikaturaçı  və  animator  Uinzor  Makkey  1906-cı  ildə 
ya  radıb. Amerikalı rejissor, rəssam və prodüser Uolt 
Disney  animasiya  aləmində  əsl  çevriliş  edib.  O,  ilk 
Bilirsinizmi?
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
121
ANİMASİYA SƏNƏTİ
Cizgi filmi və yaxud animasiya – çəkilmiş (qrafika, yaxud çəkilmiş ciz-
gilər) və yaxud həcmli (həcmli və ya kukla animasiyası) obyektlərin ardıcıl 
hərəkət fazasının hər bir kadr ardıcıllığı üzrə çəkiliş metodu ilə yaradıldığı 
kino sənəti növüdür. Cizgi filmi sənəti ilə animatorlar məşğul olurlar.
Cizgi  filmində  personajın  hərəkəti  onun  duruşunun  kadrdan-kadra 
mərhələli dəyişikliyinə əsaslanıb. Məsələn: tutaq ki, dəftərçədə at şəkli 
çəkiblər, həm də elə çəkiblər ki, o, hər səhifədə ayaqlarının vəziyyətini 
azacıq dəyişir. Dəftərçəni sürətlə vərəqlədikdə elə təəssürat yaranır ki, 
sanki at hərəkət edir. Personajın hərəkətinin dəyişən fazalarda çəkilən 
rəsmi cizgi filminin təməli oldu. Vizual animasiyanın bütün növləri kadr-
lardan – hərəkət və ya dəyişiklik təəssüratı yaratmaq üçün tamaşaçıya 
sürətlə göstərilən şəkil və ya fotoların ardıcıllığından istifadə edir.
Atın qaçışında hərəkətin dövriyyəsi. 8 kadrlıq animasiya
dəfə  animasiyada  səs  və  rəngdən  istifadə  etdi.  Onun 
filmləri  və  qəhrəmanları,  xüsusilə  Miki  Maus  nəinki 
hər yaşda tamaşaçının qəlbini fəth etdi, həm də onun 
filmlərinin təsvir üslubu təqlid edilməyə başlandı. İlk 
geniş  nümayiş  animatorlarının  kommersiya  uğuru 
yeni animasiya studiyalarının meydana çıxması üçün 
zəmin hazırladı. Disney studiyası öz fəaliyyətinə görə 
12 “Oskar” mükafatına layiq görülüb.
Uşaq və böyüklər üçün xeyli gözəl cizgi filmi yaratmış sovet cizgi fil-
mi məktəbi animasiyanın bədii inkişafına böyük töhfə verib.
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
122
ANİMASİYA SƏNƏTİ
Azərbaycanda animasiyanın yaranması XX əsrin 30-cu illərinə təsadüf edir.
Bəziləri bu filmləri “multiplikasiya”, bəziləri “cizgi filmləri” adlandı-
rır. Əslində isə bunlar animasiya filmləridir. Çünki cizgi qrafik anlayış-
dır, “animasiya” sözü isə calandırmaq mənasını verir. Animasiya filmləri 
çoxşaxəlidir – kukla filmləri, aplikasiya filmləri və cizgi filmləri. 
Tıq-tıq xanım, Cırtdan, Təpəğöz və digərləri bir çox tamaşaçının hə-
yatına daxil olmuş, yaşamağa yardım etmiş, uşaqlıq təbəssümünü qoru-
muş və ürəkləri fəth etmişdir. 
Animasiya  filmlərinin  çəkilməsi  çox  mürəkkəbdir.  Şəkillər  çəkilir, 
nömrələnir və bunlar bir-bir kameraya alınır. 10 dəqiqəlik film üçün təx-
minən 30-40 min şəkil lazım olur. Şəkillərin dəyişdirilməsi yolu ilə ani-
masiya filmləri əmələ gəlir.
Azərbaycanın görkəmli animatoru Elçin Hami Axundov 
Kukla animasiyası – həcmli cizgi filmi metodudur. Onun yaradılma-
sında maket səhnədən və aktyor kuklalardan istifadə edilir. Səhnənin fo-
tosu kadrlar üzrə çəkilir, hər kadrdan sonra səhnəyə minimal dəyişiklik 
edilir (məsələn, kuklanın duruşu dəyişdirilir). Kadrlar bu cür ardıcıllıq-
la hərəkətə gətiriləndə obyektlərin hərəkət illüziyası meydana çıxır.
Fotoqrafiya sənətində olduğu kimi, kompüterin kino prosesinə tətbiqi 
də çoxcəhətlidir. 
Bu gün animasiya ustalarımız öz fəaliyyətlərində ən müxtəlif, həm 
ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
Kompüter animasiyası – kompüterin köməyi ilə yaradılan animasiya 
növüdür.
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
123
ANİMASİYA SƏNƏTİ
Kompüter  peşəkar  kino  istehsalında  təsvirin  çəkilmə  və  tirajlanma 
prosesini sadələşdirdi. Animasiya ustaları bu gün öz işlərində ən müxtə-
lif – həm ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər. 
Bir sıra rəssamlar film üzərində işləyərkən çəkilmiş detalları əl ilə hərəkət 
etdirir, işığı əl ilə dəyişirlər. Onlar imkansızlıqdan, yaxud kompüterlə iş-
ləməyi bacarmadıqları üçün yox, heç bir mexanizmin birbaşa rəssam yara-
dıcılığını əvəz edə bilmədiyini dərindən anladıqları üçün belə edirlər. 
Son zamanlar, xüsusilə də İnternet şəbəkəsində Flash-animasiya bö-
yük populyarlıq qazanıb və yayılmaqdadır.
“Buz dövrü” 
“Şrek”
“Arabalar” 
Animasiyada rəssamın rolu nə üçün bu qədər böyükdür?
Düşünün və izah edin
Cizgi filminin yaradılması uzun sürən və çox zəhmət tələb edən prosesdir. Pro-
düser ümumi məzmunu müəyyən edir, ssenari müəllifləri sonradan cizgilər silsiləsi 
ilə epizod və səhnələrə bölünəcək süjet və ssenarini işləyirlər. Sonra bütün bunlar 
rejissora ötürülür, o da səhnələri rəssam-animatorlar arasında paylaşdırır. Aralıq 
epizodları isə kiçik animatorlar işləyib tamamlayırlar. Digər rəssamlar hadisələrin 
cərəyan edəcəyi fonu hazırlayırlar. Kontur rəsmləri boyanmaya verilir, şəffaf plas-
tikə köçürülür, kənar cizgilərin üstündən pero, ya da tuş çəkilir. Rəngdən istifadə 
edildiyi halda o, lövhələrin arxa tərəfinə çəkilir. Sonra operator xüsusi kamera ilə 
şəkillərin fotosunun hər bir kadrını çəkir. Nəhayət, təsvirlə səs sinxronlaşdırılır.
Bu, maraqlıdır
Bu gün animasiya, xüsusilə də xarici, elə kino kimi, mədəniyyət və 
antimədəniyyətin rəqabət məkanına çevrilib. Buna görə də xeyir və nur 
saçan personajların əvəzinə çox zaman ekranlarda hər cür bədheybət və 
əcayib məxluqlar görürük. Siz doğma tariximizi, onun mənəvi ənənələ-
rini öyrənin və onları çəkin, xoşagəlməz anime
2
nin alternativlərini ax-
tarın. Samuray libası əvəzinə milli Azərbaycan geyimini, bədheybətlər 
əvəzinə də milli qəhrəmanları təsvir edə bilərsiniz…
2
 Anime (yaponca “anime”) – yapon cizgi filmi və ya animasiyası. Anime hər yaşda olan 
insanlar üçün hazırlanır.
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə