DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   33

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
107
Kompüter texnologiyalarının tətbiqi nəticəsində fotorəssamın qarşı-
sında hansı yaradıcı üfüqlər açılır?
FOTOQRAFİYA VƏ KOMPÜTER
Tanış olun
Kompüterin, elektron-rəqəmsal texnologiyaların meydana gəlməsi çə-
kiliş  və  fotoşəkillərin  emalı  imkanlarını  genişləndirdi.  Lakin  kompüter 
proqramlarının işində tətbiqini deyil, həm də onun bədii imkanlarının dərk 
olunmasını tələb edir. Yeni texnologiya təsvirin alınmasını yüngülləşdirir, 
onun keyfiyyətini yüksəldir və eyni zamanda fotoşəkil sənətinin məğzinə 
incəsənət və informasiya növü olaraq yeni tərzdə baxmağa vadar edir. 
Kompüter  fotoşəklin  sonsuz  sayda  emal  imkanlarına  meydan  açır. 
Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdirilə bilər. 
Qrafika ilə işləmək üçün ən geniş yayılmış proqram tiplərindən biri 
qrafik redaktorlarıdır
1
. Bir sıra qrafik redaktorları fotorealist təsvirlər-
də ixtisaslaşdığı halda, digərləri rəsmlərin yaranmasında və redaktəsin-
də daha “güclüdür”. 
Kompüter inqilabının daha bir mühüm nəticəsi İnternetdən xoşunuza 
gələn fotoşəkli yükləmək imkanıdır. Siz şəkli özünüz çəkmədən, orada olma-
dan həmin təsvirləri öz kompüterinizin monitorunda görürsünüz. Beləliklə, 
müasir informasiya texnologiyaları fotorəssamdan fotoarxivlərin yaradıl-
ması və onlarla işləmək kimi yeni bacarıqların əldə edilməsini tələb edir. 
İnformatika dərslərində hansı qrafik redaktorlardan istifadə etmisiniz?
İncəsənətə dair dialoq
Xatırlayın
23
1
 Qrafik redaktor – istifadəçiyə kompüterin ekranında təsvir yaratmaq və onu redaktə 
et mək, həm də, məsələn, JPEG, PNG, GIF və i. kimi əksər populyar formatlarda hazır 
təs viri saxlamaq imkanı verən kompüter proqramıdır.
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
108
FOTOQRAFİYA VƏ KOMPÜTER
Kollaj  təsviri  yaradıcılığın  bir  forması  kimi  XX  əsrin  əvvəllərində 
meydana çıxıb. Rəssamlar natürmort işləyərkən qəzet, jurnal parçaları-
Rəqəmsal fotonun meydana çıxması ilə onların sonradan emalına zə-
rurət yaranır. Heç bir fotoqraf emaldan imtina etmir, çünki qrafik redak-
toru vasitəsilə portret-fotoda dərinin qüsurları aradan götürülür və işıq 
effektləri əlavə edilir. Hazırkı proqramların qeyri-məhdud imkanlara ma-
lik olması portreti tanınmayacaq qədər dəyişməyə imkan verir. Portret-fo-
tonun emalı çox zaman “Adobe Photoshop” proqramında və onun sadələş-
dirilmiş fərziyyəsi olan – “Photoshop Lightroom” proqramında aparılır.
Proqramın köməyi ilə şəklin, sehrli çubuq toxunurmuş kimi, necə də-
yişdiyini  izləyək.  Fototəsvirdə  rəng,  işıqlanma  dəyişdirilə,  fotoşəkildə 
təsvirin işıq-kölgə ziddiyyəti artırıla, fonu təzələnə, müxtəlif şəkillərə 
köçürülə, geyimi dəyişdirilə bilər və i. 
Bütün  bu  dəyişikliklər  şəklin  məzmununu  tam  dəyişməyə  imkan 
verir.  Şəklin  kompüter  emalı  onda  həkk  olunmuş  faktı  vizual  olaraq 
həqiqətəbənzər yalana çevirməməlidir.
Kompüter foto işinə yeni bədii yaradıcılıq cəhətləri bəxş edə bilər. Kol-
laj janrında iş buna nümunə ola bilər. Onda müxtəlif təsvirlərin – fotoşə-
killərin, rəsmlərin, mətnlərin kompozisiya və məzmun birləşməsi – bədii 
obraz doğuran kompozisiyaya keçidi baş verir. 
İstənilən şəkildə olduğu kimi, kollajda da məna mərkəzi ayırd edilir və 
onun kompozisiya tarazlığı ikinci, üçüncü plan elementləri ilə əldə edilir. 
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
109
FOTOQRAFİYA VƏ KOMPÜTER
nı və kətana yapışdırmaqla reallığın əks olunması hüdudlarını genişlən-
dirməyə cəhd göstərirdilər. Fotoqrafiyanın yaranışı rəssamlara əvvəllər 
əlçatmaz bədii vəzifələri fotokollajda həll etməyə imkan verdi. Kompü-
ter texnikası bu vəzifələri hər kəsin bədii istedadı və kompozisiya mədə-
niyyəti qədərincə həll etmək imkanı yaratdı. 
Fotoşəklin əsasında müxtəlif proqramların köməyi ilə istənilən möv-
zuda dolğun bədii əsər yaradıla bilər. Onun kompüter forması ən müxtə-
lif:  kollaj  və  instalyasiyadan  slayd-filmədək  ola  bilər.  Kompüter  sizə 
qrafik-dizayner olmaq və müəllif fototəbrikləri və bayram üçün orijinal 
açıqcalar və i. yaratmaq imkanı verir. Onlarda fotoşəkillərdən, rəsmlər-
dən, qeyd və mətnlərdən istifadə edilə bilər.
Dünya daim dəyişir. Texnologiyaların hazırkı inkişafı ilə nəhəng İKT 
şirkətlərinin mütəxəssisləri hətta adi gözlükləri də rəqəmli fotokame-
ra ilə təchiz edə bilirlər. Bu, insanın gözünə görünən hər şeyi çəkməyə 
imkan verir.
Düşünün və izah edin
Müasir dünyada fotosənət mühüm yer tutur. Heç bir jurnal və qəzet şə-
kilsiz keçinmir. Fotosuz sayt yaratmaq da mümkün deyil. Fotoşəkli çəkən 
aparatdır, amma onu sənət əsərinə çevirən insanın bədii istedadıdır.
Müəyyən edin
1. 
Smartfon və planşetlərin geniş yayılması müasir rəqəmsal fotosənəti 
daha güclü dəyişdi. Onlar kifayət qədər aparat resurslarına malikdir 
və bu resursların sayəsində foto çəkmək və emal etmək olar. Həmin 
resurslar haqqında danışın.
Veb kamera, “Microsoft Paint” və “Adobe Photoshop” proqramları, İnternet
 
Sərbəst iş üçün tapşırıqlar
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
110
FOTOQRAFİYA VƏ KOMPÜTER
5. Formanın seçimi alətinin köməyi ilə şəklin surətini çıxarmaq istədiyiniz 
hissəsini nişanlayın.
Yaradıcı fəaliyyət
2. 
Yaradıcı çəkiliş layihəsini yerinə yetirin.
 
a) 
Sərbəst  mövzuda  (məsələn,  “Ölkənin  qəhrəman  müdafi əçiləri”, 
“Mənim  dostlarım”,  “Mənim  ailəm”,  “Mənim  şəhərim”,  “Sevdiyim 
rəssam”, “Təsviri sənətdə müasir üslublar”) 5-7 təsvir elementindən 
(fotoşəkil, rəsm, mətn və s.) ibarət kollaj kompozisiyası tərtib edin.
 
b) 
Müxtəlif təsvir elementləri ilə birlikdə öz fotoşəklinizdən ibarət 
təbrik açıqcası düzəldin.
 
c) 
Kompüter emalı vasitəsilə şəklin fotoqrafi kasını yaradın.
Sənətkar məsləhəti
1. İnterneti açın və axtarış vasitələrindən birini (məsələn, Google) tapın.
2. Görməli yerlərin – müasir memarlıq nümunələrinin 1-2 fotosunu tapın və 
onları bir qovluqda saxlayın.
3. “Adobe Photoshop” proqramının işarəsinə klikləyərək onu açın.
4. Fayl (File) sözünün üstündən vurun və Açmaq (Open) əməliyyatını se-
çin ki, İnternetdən yüklədiyiniz iki fotoşəkil ekranda açılsın.
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə