DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   33

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
111
FOTOQRAFİYA VƏ KOMPÜTER
Öz fotoşəklinizin Surətini köçürün və onu görməli məkanın fotosuna daxil 
edin. 

Kompüter şəklin hansı texnoloji imkanlarını yaradır?

Kompüter texnologiyalarının tətbiqi sayəsində fotorəssamın qarşısında 
hansı yaradıcı üfüqlər açılır? 
Özünüzü yoxlayın
Fayl (File) və Faylın təsvir ilə eksportu komandalarının köməyi ilə ha-
zırladığınız işi qovluğunuzda saxlayın. Əgər sizin bədii-operator savadınız 
varsa, siz bütün foto növlərində dünyanı necə gördüyünüzü və yaradıcılıq 
qabiliyyətinizi göstərə bilərsiniz. 
3. 
Kompüter proqramları: kollaj, videotəqdimat (slayd-fi lm) sayəsində 
foto yaradıcılığının bədii-ifadə imkanlarını təhlil edin. Bunu məxsu-
si seçilmiş (jurnal və qəzetlərdən, açıqcalardan, İnternetdən), möv-
zunun məzmununu açan illüstrasiya materialı cəlb edilməklə, son-
radan  kollektiv  müzakirəyə  çıxarmaq  üçün  tədqiqat  referatı  və  ya 
şifahi məlumat formasında yerinə yetirmək olar.
6. Öz fotoşəklinizi görməli məkanın fotoşəklinə yerləşdirdikdən sonra Yeri-
ni dəyiş
__
(Move tool) alətinin köməyi ilə onu lazım olan yerə aparın.
7. Pozan
__
(Eraser tool) alətinin köməyi ilə şəklin fonunu silin.
Fonu silməyə başlamazdan əvvəl Pozan (Eraser tool) alətinin üstünə vur-
duqda pozan menyusunda Soft Cloner işarəsini (ekranın yuxarı hissəsin-
də) klikləyin.
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
112
Sizcə, fotoaparat və foto sənəti icad edildikdən sonra rəssamlar daha 
nəyi kəşf etmək istəmişdilər?
RƏSSAM VƏ KİNO SƏNƏTİ
Tanış olun
Əsrlər boyu rəssamlar təsviri canlandırmağı, onu hərəkətə gətirməyi 
arzulayırdılar. Fotoşəkil meydana çıxdıqdan sonra yalnız kiçik bir addım 
atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino aparatlarını 
yaratmaq və ekranı, yaxud onu əvəz edən ağ parça asmaq. Bu da baş ver-
di. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti nü-
mayiş etdirdikləri gün – 22 mart 1895-ci il tarixi kinonun doğum günü 
oldu.
Əvvəlcə  kino  ağ-qara,  səssiz  idi,  filmdə  əsas  ifadə  vasitəsi  təsvirin 
özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələ-
si “Böyük Lal” adını almışdı. Əfsanəvi Çarli Çaplin səssiz kino dövrünə 
şöhrət gətirmişdi.
Fotoqrafiya kimi, kino da getdikcə öz dilini və bədii xüsusiyyətlərini 
axtarırdı. Kino da, fotosənət kimi, incəsənətdə öz əhəmiyyətini sübuta 
yetirməkdən ötrü rəngkarlığı təqlid edirdi.
İlk fotoşəkillər nəyə bənzəyirdi?
İncəsənətə dair dialoq
Xatırlayın
24
Lümyer qardaşları (Fotoda: solda – Ogüst, sağda – Lui)“Qatarın La Syota
vağzalına da xil olması” filmindən kadr
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
113
RƏSSAM VƏ KİNO SƏNƏTİ
Əvvəlcə  filmləri  hər  yerdə  –  musiqi 
salonlarında,  klublarda  və  mağazalarda 
göstərirdilər.  1908-ci  ildə  kino  nümayişi 
üçün ilk teatrlar tikilməyə başladı. 
Film  ayrı-ayrı  fraqmentlərlə  –  planlar-
la  çəkilir.  Planların  ardıcıl  birləşdirilməsi 
montaj adlanır. Planların ardıcıllıq qaydası 
bizim  ekranda  gördüklərimizə  məna  verir. 
Film  yaradıcılarının  görmək  istədikləri  və 
düşündükləri məhz seçimdə və montajda ək-
sini tapır. Montaj – kinematoqrafın
1
 bədii-obraz təkrarsızlığının əsasıdır.
Səsin gəlişi kinoda inqilab etdi. Kinoya söz və musiqinin gəlişi ona 
gətirib çıxardı ki, bu gün filmlər təsvirdən daha çox süjetin inkişafı və 
aktyor oyununun xırdalıqları üzərində qurulur.
Rəngin kino ekranına gəlişi – kino tarixində mühüm məqamdır, lakin 
rəng kino üçün səs qədər inqilabi hadisə olmadı. Çünki rəng – kino təsvi-
rinin yalnız yeni, “rəngli” üzü idi. 
Rəngkarlıqda  və  filmdə  rəngin  bədii  xisləti  fərqlidir.  Rəngkarlıqda 
rəng – rəssamın icadı, obrazın yaradılmasında ən mühüm vasitədir. Ki-
noda rəng müəllifin iradəsindən kənarda ekrana çıxır. O, təbii gerçəkli-
yin oxşarı, surətidir. 
Ekranda hərəkət zaman içində inkişaf edir və məkanda hərəkət edir. 
Təsvir, nitq və musiqini vahid obrazda birləşdirmək bacarığı kinokom-
pozisiya sənəti deməkdir. Teatr rəssamından fərqli olaraq, kino rəssamı 
real obyektlərdən və həyatda mövcud olan əsl predmetlərdən ibarət real 
dünyanın obrazını yaradır. Teatrda olduğu kimi, kinoda da geyim və qri-
min yaranmasında rəssamın rolu əvəzsizdir.
1
 Kinematóqraf (yunanca κινημα, yiyəlik halda κινηματος – hərəkət və yunanca γραφω – 
“yazmaq”, “çəkmək”; yəni “hərəkətin yazılışını edən”) – insanın hərəkət edən təsvirlər 
yaratmaqdan ibarət fəaliyyət sahəsi. Bəzən həm də sinematóqraf (fr. cinématographe – 
köhnəlmiş”) və kinematoqráfiya da adlandırılır. Ad Lümyer qardaşlarının icad etdiyi və 
texnologiyadan kommersiya istifadəsinin başlanğıcını qoymuş eyniadlı aparatın adından 
götürülüb.
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
114
RƏSSAM VƏ KİNO SƏNƏTİ
“Küləklə sovrulanlar” filmin dən kadr
“Cazda yalnız qızlardır” filmindən kadr
“Roma tətilləri” filmindən kadr
“Titanik” filmindən kadr
Filmin təsviri tərəfi, onun vizual həlli, yəni bizim ekranda gördüklə-
rimiz bədii kollektiv yaradıcılıqdır və təkcə rəssamın işi deyil. Bu pro-
sesə ilk növbədə rejissor və operator qoşulur. 
Kino mühitinin bütün müxtəlifliyinin yaranması eskiz və çertyojdan 
başlayır. Bu yaradıcı işin nəticəsində meydana çıxan mühit filmin ən mü-
hüm obrazına çevrilir. 
Texnologiyanın bunun ardınca gələn inkişafı – dairəvi panoramdan 
stereotəsvirədək  –  kino  sənətini  prinsipial  cəhətdən  dəyişmədi,  yalnız 
kinoseyrin təkamülü oldu. Əsl incəsənət həmişə tamaşaçıdan başqasının 
kədərinə şərik olmağı və mənəvi-intellektual gərginlik tələb edir.
Sonra yeni mərhələ – kompüter xüsusi effektləri başladı, stereotəsvir 
(3D effekti) meydana çıxdı.
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə