Microsoft Word zahid 10. docx



Yüklə 136,36 Kb.
Pdf görüntüsü
tarix26.11.2017
ölçüsü136,36 Kb.
#12691


 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET   

 

 

 

 

 

«Bank işi» kafedrası 

«Doktorantura»  şöbəsi

 

 

 

ELM  VƏ ELMI-PEDAQOJ  KADR HAZIRLIĞININ  

HÜQUQ  ƏSASLARI 

 

 

Hazırlayanlar: 

Prof. Zahid Fərrux Məmmədov; 

Dos. Həmid  nsafoğlu Həmidov; 

PhD., Elmlər doktoru proqramı üzrə doktorantMustafa Aslan oğlu Abbasbəyli 

 

 

 



 

 

 

 

 

 

Bakı- 2015 


 

Elmi  və  elmi-pedaqoji  kadr  hazırlığının  hüquqi  əsaslari  kitabı  elmi-pedaqoji  kadr 



hazırlığınına  dəstək  verə  biləcək    məlumat  vəsaitidir.  Bu  məlumat    vəsaiti    elmi-pedaqoji  kadr 

hazırlığı üzrə  qəbul olunmuş normativ –hüquqi aktların icrasında yaranmış suallara cavab verir. 

Kitabda  -    Doktorantura  proqrammına    qəbul  olmaq  və  kafedra  üzrə  dosent,  professor  elmi  ad 

almaq    istəyən  iddiaçıların  attestasiya  işlərinin  təhlil  və  qiymətləndirməsi    prosesində    ortaya  

cıxa  biləcək  suallara  Azərbaycanda    həyata  keçirilən  yüksək  ixtisaslı  elmi  və  elmi-pedaqoji 

kadrların  hazırlanması  istiqamətində  qəbul  olunan    Qanunları  və  normativ-hüquqi  sənədləri 

rəhbər tutaraq cavablar verilir.   

 

 



 

Ön söz  

Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanma-

sı  ali  təhsilin  ən  yüksək  səviyyəsi  olan  doktorantura  yolu  ilə  həyata  keçirilir  və  müvafiq  elmi 

dərəcələrin  (elm  sahələri  göstərilməklə,  fəlsəfə  doktoru  və  elmlər  doktoru)  verilməsi  ilə  başa 

çatır. 


Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. 

Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uyğunluğu  qəbul  komissiyası 

tərəfindən  müəyyən  edilir.  Doktorant  təhsil  müddətində  peşə  biliklərinə  dərindən  yiyələnməli, 

müstəqil  elmi  tədqiqat  işi  aparmaq  vərdişləri  əldə  etməli,  elmi  tədqiqatlar  aparmaq  metodolo-

giyasını  mənimsəməli,  fərdi  iş planını  tam  yerinə  yetirməli,  ixtisas  fənnindən  (həmçinin  ixtisas 

uyğunluğu  nəzərə  alınmaqla,  digər  fəndən),  informatikadan  və  xarici  dildən  doktorluq 

imtahanlarını verməli, elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli, elmi 

tədqiqatlarının nəticələrini aprobasiya etdirməli və elmi tədqiqat işini uğurla bitirməlidir. 

Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə 

doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

Ə

yani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi 



və elmi təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər. 

Dissertasiya  müəllifin  təkbaşına  yazdığı  və  açıq  müdafiə  üçün  irəli  sürdüyü  elmi 

müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik 

olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir. 

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla və 

elmi  baxışlarla  müqayisədə  tənqidi  qiymətləndirilməlidir.  Tətbiqi  əhəmiyyətə  malik 

dissertasiyada  müəllif  tərəfindən  alınmış  elmi  nəticələrin  praktikada  tətbiqi  barədə  məlumat, 

nəzəri əhəmiyyətə malik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr 

verilməlidir. 

Dissertasiyaların  əsas  elmi  nəticələri  onun  ilkin  ekspertizasına  qədər  Azərbaycan 

Respublikasının  elmi  nəşrlərində  və  xarici  ölkələrin  nüfuzlu  (beynəlxalq  elmi  ictimaiyyət 

tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunmalıdır. 

Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar 

haqqında  müəlliflik  şəhadətnamələri,  sənaye  nümunələri  və  patentlər,  ümumrespublika  və 




 

beynəlxalq  konfrans  və  simpoziumların  nəticələri  üzrə  dərc  olunmuş  məruzə  və  tezislər, 



elektronelmi  nəşrlər  də  aiddir.Ümumrespublika  konfrans  və  simpoziumlarının  nəticələri  üzrə 

dərc  olunmuş  məruzə  və  tezislərə,  habelə  elektron  nəşrlərə  dair  tələblər  Komissiya  tərəfindən 

müəyyən edilir. 

Dissertasiya  işinin  ilkin  müzakirəsi  əvvəlcə  həmin  işin  yerinə  yetirildiyi  təşkilatın 

kafedrasında keçirilir. 

Avtoreferatda  dissertasiyanın  əsas  ideyaları  və  nəticələri  şərh  olunmalı,  onun  yenilik 

dərəcəsi və tədqiqatın nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda müəllifin 

şə

xsi töhfəsi göstərilməlidir. 



Kafedra üzrə professor elmi adı müsabiqə və ya təyinat üzrə kafedra müdiri və ya professor 

vəzifəsini  tutan  və  ya  rektor,  prorektor  (elmi  və  tədris  işləri  üzrə)  təyin  olunmuş  və  bu 

vəzifələrdə  bir  il  müvəffəqiyyətlə  işləyən,  beş  il  ali  pedaqoji  iş  stajı  olan,  yüksək  metodiki  və 

elmi  səviyyədə  mühazirələr  oxumuş,  müdafiədən  sonra  dərc  olunmuş  tədris-metodiki  və  elmi 

işləri olan dosent elmi adı almış elmlər doktorlarınaverilir. 

Kafedra  üzrə  dosent  elmi  adı  kafedra  müdiri  və  ya  dosent  vəzifəsinə  seçilən  və  ya  təyin 

edilən,  yaxud  rektor,  prorektor  (elmi  və  tədris  işləri  üzrə),  dekan  vəzifəsini  tutan  və  həmin 

vəzifədə bir il müvəffəqiyyətlə işləyən, üç il ali pedaqoji iş stajı, müdafiədən sonra dərc edilmiş 

tədris-metodiki və elmi işləri olan fəlsəfədoktorlarına və ya elmlər doktorlarına verilir. 

Ölkədə  elmin  vəziyyətinin  ən  önəmli  göstəricilərindən  biri  də  keyfiyyətli  elmi  nəşrlərin 

yayımıdır.  Qloballaşma  mühitində  humanitar  və  ictimai  elmlər  sahəsində  yeni  vəzifələr 

müəyyənləşdirilir.  Yeni  elmi  istiqamətlərin  sayının  artımına  paralel  elmi-periodik  nəşrlərin 

sayında da  yüksəliş  müşahidə olunur və bu  yüksəlişə cavab olaraq  müəllif, resenzent və jurnal 

redaktorları qarşısında ciddi tələb və məsuliyyət qoyulur. 

Elmi  məqalənin  IMRAD  ( ntroduction  –  giriş,  methods  –  metod,Results  –  nəticələr  və 

discussion  –  müzakirə)  sistemində  hazırlanması  gərəkdir.Azərbaycanda  nəşr  olunan  elmi 

jurnallar  qərb  jurnallarının  nəşr  siyasətinin  əsası  qəbul  edilən  IMRAD  modelini  yayım 

siyasətində tətbiq etməlidir. IMRAD modeli  qoyulan suallara verilən doğru cavabdır. Beləliklə, 

jurnalın əsas məqsədi yeni biliyə əsaslanan bilikləri istehsal etmək olmalıdır.  

Azərbaycan  Respublikasında    Tədris  vəsaitlərinə  nəşr  hüququ  (qrif)  verilməsi 

QaydalarınıAzərbaycan  Respublikasının  təhsil  nazirinin  17  dekabr  tarixli,  927  nömrəli  əmri 



 

ilətəsdiq edilmişdir. Tədris vəsaitləri (dərslik, dərs vəsaitləri,  metodiki rəhbərlik vəgöstərişlərə)  



fənn kurikulumları(proqramları) əsasında hazırlanır. 

 

Ali  vəorta  ixtisas  təhsili müəssisələrinin  kurikulumlarıisəAzərbaycan  RespublikasıNazirlər 



Kabinetinin  23  aprel  2010-cu  il  tarixli  75  nömrəli  qərarıilətəsdiq  edilmiş“Ali  təhsil  pilləsinin 

dövlət standartıvəproqramı” əsasında hazırlanır.

 

 

 




 

I.



 

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları 

Ümumi müddəalar 

 

Azərbaycan  Respublikasında  yüksəkixtisaslı  elmi  və  elmi-pedaqoji  kadrların  hazırlan-

ması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində adyunktura) 

yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru 

və elmlər doktoru) verilməsi ilə başa çatır. 

Doktoranturada  təhsilalma  əyani  (istehsalatdan  ayrılmaqla)  və  qiyabi  (istehsalatdan 

ayrılmamaqla) formalar üzrə həyata keçirilir. 

Doktorantura təhsilini həyata  keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi  və 

elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

Doktoranturada  təhsil  fəlsəfə  doktoru  və  elmlər  doktoru  proqramları  üzrə  həyata 

keçirilir.  

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  müddəti  3  il,  qiyabi  4  il, 

dissertantlıq yolu ilə 4 ildir. 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 

Doktoranturada  və  dissertantlıq  yolu  ilə  təhsilini  başa  çatdırmış  məzunlara  təhsil 

aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə verilir. 

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ay-

rılmamaqla) formalar üzrə həyata keçirilir. 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  müddəti  3  il,  qiyabi  4  il, 

dissertantlıq yolu ilə 4 ildir. 

Elmlər  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  müddəti  4  il,  qiyabi  5  il, 

dissertantlıq yolu ilə 5 ildir. 

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. 

Fəlsəfə  doktoru  proqramı  üzrə  doktoranturaya  ali  təhsili  olan  (ali  təhsil  pilləsinin 

magistratura  səviyyəsini  bitirən,  yaxud  təhsili  ona  bərabər  tutulan,  tibbi  təhsildə  isə  həkim  və 

həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. 

Doktoranturanın  (keçmiş  aspiranturanın)  tam  kursunu  bitirən  şəxs  eyni  ixtisas  üzrə 

təkrarən doktoranturaya qəbul oluna bilməz. 



 


 

2.10. Elmi dərəcələr verilməsinə dair attestasiya işinin birinci 



nüsxəsində Ali Attestasiya Komissiyasına təqdim edilməli olan sənədlərin 

(Azərbaycan Respublikasının Prezidenti yanında AAK rəyasət heyətinin 

2011-ci il 04 mart tarixli (protokol  05-R) və 2012-ci il 04 may tarixli 

(protokol  07-R) qərarları ilə edilmiş əlavə və dəyişikliklərlə

S   Y A H I S I 

1. Təşkilatın blankında yazılan və müdafiə şurasının sədri tərəfindən imzalanan qoşma məktub; 

2.  ş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi – 1 nüsxə; 

3. Elmi dərəcə verilməsi haqqında arayış (Əlavə 1.13, yaxud Əlavə 1.14) – 2 nüsxə; 

4.  Dissertasiyanın  mövzusunun  və  elmi  rəhbərin  (məsləhətçinin)  təsdiq  olunması  haqqında 

protokoldan çıxarış – 1 nüsxə; 

5.  Dissertasiyanın  mövzusunun  müvafiq  elm  sahəsi  üzrə  problem  şurasında  qeydə  alınması 

haqqında protokoldan çıxarış – 1 nüsxə; 

6. Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə (fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları 

üçün) – 1 nüsxə; 

7.  Fəlsəfə  doktoru  və  elmlər  doktoru  (fəlsəfə  doktoru  dissertasiyasının  müdafiə  olunduğu  elm 

sahəsi  ilə  eyni  olmadıqda)  elmi  dərəcəsi  iddiaçısının  dissertasiyanın  profili  üzrə  ali  təhsili 

olmadıqda  həmin  elm  sahəsinin  ümumelmi  əsaslarından  əlavə  doktorluq  imtahanının  verilməsi 

haqqında vəsiqə – 1 nüsxə; 

8. Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçısının pedaqoji stajı haqqında arayış – 1 

nüsxə; 


9.  Dissertasiya  şurası  iclasının  onun  sədri  və  elmi  katibi  tərəfindən  imzalanmış  stenoqramının 

birinci nüsxəsi.  Burada  AAK-ın əmri ilə təsdiq  edilmiş, həmçinin şuranın tərkibinə əlavə daxil 

edilmiş şura üzvlərindən müdafiədə iştirak edənlər adbaad sadalanır, iştirak etməyənlərin iştirak 

etməməsinin  səbəbi  qeyd  edilir,  iclasın  başlanıb,  qurtardığı  vaxt  göstərilir.  Stenoqrama  rəsmi 

opponentlərin rəyləri, aparıcı təşkilatın rəyi və həmin rəyin qəbul edildiyi iclasın protokolu əlavə 

olunur; 


10. Elmi rəhbərin (məsləhətçinin) rəyi – 1 nüsxə; 

11. Avtoreferata verilən rəylər; 




 

12.  Dissertasiya  işinin  yerinə  yetirildiyi  və  ya  iddiaçının  təhkim  olunduğu  təşkilatın  rəyi  (1 



nüsxə),  həmin  rəyin  qəbul  edildiyi  iclasın  protokolu  (1  nüsxə),  rəyçilərin  yazılı  rəyləri  (hər 

birindən  1  nüsxə)  və  dissertasiya  işinin  ilkin  müzakirəsinin  gedişinin  videoçəkilişi 

yazılmışkompakt  disklər;  Təşkilatın  rəyi  kafedra  (laboratoriya,  bölmə,  şöbə)  iclasının  və  ya 

seminarın protokolundan çıxarış şəklində tərtib edilir, təşkilatın rəhbəri tərəfindən təsdiq olunur 

və  ona  təşkilatın  gerbli  möhürü  vurulur.  Protokol  iclasın  sədri  və  katibi  tərəfindən  imzalanır, 

onların imzası təşkilatın elmi katibi tərəfindən müvafiq qaydada təsdiq olunur; 

13.  Dissertasiya  şurasının  yaradıldığı  təşkilatdakı  elmi  seminarın  rəyi  (1  nüsxə),  həmin  rəyin 

qəbul edildiyi iclasın protokolu (1 nüsxə), resenzentlərin yazılı rəyləri (hər birindən 1 nüsxə) və 

elmi  seminarın  gedişinin  videoçəkilişi  yazılmış  kompakt  disklər;  Elmi  seminarın  rəyi  və 

protokolu  iclasın  sədri  və  katibi  tərəfindən  imzalanır,  onların  imzası  təşkilatın  elmi  katibi 

tərəfindən müvafiq qaydada təsdiq olunur; 

14.  ştiraketmə vərəqəsi (üzərində təşkilatın möhürü olmalıdır) – 1 nüsxə; 

15.  Fəlsəfə  doktoru  elmi  dərəcəsi  iddiaçıları  üçün  ali  təhsil  haqqında  diplomun  (xaricdə,  o 

cümlədən MDB ölkələrində təhsil almış şəxslər üçün əlavə olaraq, Azərbaycan Respublikasının 

Təhsil Nazirliyindən verilmiş ekvivalentlik haqqında şəhadətnamənin) təsdiq edilmiş surəti – 1 

nüsxə;  Elmlər  doktoru  elmi  dərəcəsi  iddiaçıları  üçün  fəlsəfə  doktoru  diplomunun  (elmi 

dərəcəsini  xaricdə,  o  cümlədən  MDB  ölkələrində  almış  şəxslər  üçün  əlavə  olaraq,  Komissiya 

tərəfindən verilmiş ekvivalentlik haqqında sənədin – diplomun) təsdiq edilmiş surəti – 1 nüsxə; 

16. Dissertasiyanın cildlənmiş birinci nüsxəsi və onun elektron variantı; 

17. Dissertasiya mövzusuna dair dərc olunmuş elmi işlərin siyahısı (Əlavə 1.18) - 1 nüsxə; 

18.  şdə olan sənədlərin siyahısı (Əlavə 1.19) – 1 nüsxə; 

19.  Dissertasiya  mövzusuna  dair  dərc  olunmuş  məqalələr,  konfrans  materialları  və  onların 

elektron  surətləri  (mündəricat  daxil  olmaqla),  monoqrafiya  və  kitablar  ayrıca  qovluqda  təqdim 

edilir. Xaricdə çap olunmuş işlərin dərc olunduğu elmi nəşrlərin əsli təqdim edilməlidir. 

Elmi  nəşrlərin  əsli  olmadıqda  məqalənin  surətinə  nəşrin  internet  saytının  dəqiq  ünvanını  əks 

etdirən  yazılı  məlumat  əlavə  edilməlidir  və  bu  internet  ünvanı  elmi  işlərin  siyahısında 

göstərilməlidir; 

20.  Dissertasiya  müdafiəsinin  gedişinin  videoçəkilişi  yazılmış  kompakt  disklər.  Göstərilən 

sənədlər  AAK-a  kağıztikiləndə  göndərilir.  Kağıztikilənin  iç  üzünə  zərf  yapışdırılır  ki,  buraya 

iddiaçı tərəfindən imzalanmış qeydiyyat-uçot vərəqi (Əlavə 1.15), şuranın sədri tərəfindən təsdiq 




 

olunmuş və gerbli möhür vurulmuş qeydiyyat vərəqi (Əlavə 1.16), onların elektron informasiya 



daşıyıcısı,  dissertasiyanın  avtoreferatı  (4  nüsxə)  və  onun  elektron  variantı,  iddiaçının  şəxsiyyət 

vəsiqəsinin surəti qoyulur. Səsvermənin nəticələri mənfi olduqda dissertasiya şurası müdafiədən 

sonra  bir  ay  ərzində  AAK-a  təşkilatın  blankında  çap  olunub,  dissertasiya  şurası  sədrinin 

imzalıdığı  qoşma  məktub  göndərir  ki,  buna  imtina  edilmiş  dissertasiyanın  qeydiyyat  vərəqi  (2 

nüsxə),  habelə  dissertasiya  və  avtoreferat  (hər  birindən  bir  nüsxə),  dissertasiya  şurası  iclasının 

ş

uranın sədri və elmi katibi tərəfindən imzalanmış stenoqramı əlavə olunur. 



 

2.11. Elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkil 

edilməsi üçün Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin 

S YAHISI 

1.  Dissertasiya  işinin  yerinə  yetirildiyi  təşkilatın  blankında  yazılan  və  onun  rəhbəri 

tərəfindən imzalanan qoşma məktub; 

2.  ş yerində təsdiq edilmiş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi -1 nüsxə; 

3.  ddiaçının  iş  yerindən  verilmiş,  təşkilatın  rəhbəri  tərəfindən  imzalanmış,  tarix 

qoyulub, gerbli möhürlə təsdiq olunmuş xasiyyətnamə -1 nüsxə; 

4. Fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün Ali təhsil haqqında diplomun (xaricdə, 

o  cümlədən  MDB  ölkələrində  təhsil  almış  şəxslər  üçün  əlavə  olaraq,  Azərbaycan  Respublikası 

Təhsil  Nazirliyindən  verilmiş  ekvivalentlik  haqqında  şəhadətnamənin)  təsdiq  edilmiş  surəti  -

1nüsxə;  Elmlər  doktoru  elmi  dərəcəsi  iddiaçıları  üçün  fəlsəfə  doktoru  diplomunun,  (elmi 

dərəcəsini  xaricdə,  o  cümlədən  MDB  ölkələrində  almış  şəxslər  üçün  əlavə  olaraq,  Komissiya 

tərəfindən verilmiş ekvivalentlik haqqında sənədin-diplomun) təsdiq edilmiş surəti -1 nüsxə; 

5.  Dissertasiya  mövzusunun,  elmi  rəhbərin  (elmi  məsləhətçinin)  təsdiq  olunması 

haqqında  protokoldan  çıxarış,  dissertasiya  mövzusunun  müvafiq  elm  sahəsi  üzrə  problem 

ş

urasanda qeydə alınması haqqında protokoldan çıxarış- 1 nüsxə. 



6.  Fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  doktorluq  imtahanlarının  verilməsi 

haqqında  vəsiqə;  Fəlsəfə  doktoru  və  elmlər  doktoru  (fəlsəfə  doktoru  dissertasiyasının  müdafiə 

olunduğu elm sahəsi ilə eyni olmadıqda) elmi dərəcəsi iddiaçısının dissertasiyanın profili üzrə ali 

təhsili  olmadıqda  həmin  elm  sahəsinin  ümumelmi  əsaslarından  əlavə  doktorluq  imtahanının 

verilməsi  haqqında  vəsiqə-1  nüsxə;  Pedaqogika  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  iddiaçısının 

pedaqoji stajı haqqında arayış-1 nüsxə; 




10 

 

7. Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu təşkilatın rəyi və rəyin 



qəbul  edildiyi  iclasın  protokolu  -1  nüsxə  rəyçilərin  yazılı  rəyləri,  dissertasiya  işinin  ilkin 

müzakirəsinin  gedişinin  videoçəkilişi  yazılmış  kompakt  disklər.  Təşkilatın  rəyi  kafedra 

(laboratoriya,  bölmə,  şöbə)  iclasının  və  ya  seminarının  protokolundan  çıxarış  şəklində  tərtib 

edilir, təşkilatın rəhbəri tərəfindən təsdiq olunur və ona təşkilatın gerbli möhürü vurulur. 

Protokol  iclasın  sədri  və  katibi  tərəfindən  imzalanır,  onların  imzası  təşkilatın  elmi  katibi 

tərəfindən müvafiq qaydada təsdiq olunur. 

8. Elmi rəhbərin (məsləhətçinin) rəyi;  

9. Dissertasiya mövzusuna dair dərc olunmuş elmi işlərin siyahısı (Əlavə 1.18) - 1 nüsxə; 

10.  Dissertasiya  mövzusu  üzrə  dərc  olunmuş  elmi  əsərlərin  surətləri  (monoqrafiya  və  xarici 

jurnalların özü əlavə olunur); 

11.  Fəlsəfə doktoru elmi dərəcəsi  iddiaçıları üçün fəlsəfə doktoru dissertasiya işinin cildlənmiş 

nüsxəsi və avtoreferatın əlyazması -1 nüsxə; 

Elmlər  doktoru  elmi  dərəcəsi  iddiaçıları  üçün  elmlər  doktoru  və  fəlsəfə  doktoru  dissertasiya 

işlərinin  cildlənmiş  nüsxələri,  fəlsəfə  doktoru  dissertasiyasının  avtoreferatı  və  elmlər  doktoru 

dissertasiyasının avtoreferatının əlyazması – hər birindən 1 nüsxə və onların elektron 

variantları; 

12. Şəxsiyyət vəsiqəsinin surəti. 

 

 

2.12. AZƏRBAYCAN RESPUBL KASINDA D SSERTAS YALARIN 

Ə

SAS NƏT CƏLƏR N N DƏRC OLUNMASI TÖVS YƏ ED LƏ



DÖVR  ELM  NƏŞRLƏR N S   Y A H I S I( qtisad elmləri üzrə

 

1.



  AMEA-nın Məruzələri - AMEA 

2.

  AMEA-nın Xəbərləri. Iqtisadiyyat elmləri seriyası AMEA 



3.

  AMEA  qtisadiyyat  nstitutunun Elmi Əsərlər Toplusu AMEA  qtisadiyyat  nstitutu 

4.

  Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının  qtisadiyyatı və Təşkili  nstitutunun Elmi 



Ə

sərləri- Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının  qtisadiyyatı və Təşkili  nstitutu 

5.

  Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası Bakı Dövlət Universiteti 




11 

 

6.



  Naxçıvan  Dövlət  Universiteti.  Elmi  Əsərlər.  ctimai  elmlər  seriyası/  Naxçıvan  Dövlət 

Universiteti 

7.

  Azərbaycan Aqrar Elmi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 



8.

  The  Journal  of  Economic  Sciences:  theory  and  practice  (ingilis  dilində)-  Azərbaycan 

Dövlət qtisad Universiteti 

9.

  Dirçəliş –XXI əsr Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər  nstitutu 



10.

 AMEA-nın Xəbərləri. Elm və innovasiya seriyası AMEA  

11.

 Audit / Bakı Biznes Universiteti 



12.

 Əmək  və  Sosial  Problemlər  Azərbaycan  Respublikası/  Əmək  və  Əhalinin  Sosial 

Müdafiəsi Nazirliyi Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi 

13.


 Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri Odlar Yurdu Universiteti 

14.


 Azərbaycanın Vergi Jurnalı Azərbaycan Vergilər Nazirliyi 

15.


  pək Yolu / Azərbaycan Universiteti 

16.


 Journal of Qafqaz University. Economics and Administration Qafqaz Universiteti 

17.


 Azərbaycan Neft Təsərrüfatı// Azərbaycan Dövlət Neft Şirkəti 

18.


 AMEA  Naxçıvan  Bölməsinin  Xəbərləri.  ctimai  və  humanitar  elmlər  seriyası//  AMEA 

Naxçıvan Bölməsi 

19.

 Beynəlxalq hüquq və inteqrasiya problemləri// Bakı Dövlət Universiteti.  Geostrategiya 



“Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi 

20.


 Maliyyə  və  uçot  Аzərbaycan  РespublikasıMaliyyə  Nazirliyi  və  Redaksiyanın  əmək 

kollektivi 

21.

 Kooperasiya // Azərbaycan Kooperasiya Universiteti 



22.

 Gənc  Alimlərin  Əsərləri  AMEA  Gənclərin  ntellektual  nkişaf  Mərkəzi,  Azərbaycan 

Respublikası  Gənclər  və  dman  Nazirliyi,  Azərbaycan  Gənc  Alim,  Doktorant  və 

MagistrlərCəmiyyəti. 

Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Web 

of  Science  bazasının  (www.thomsonreuters.com)  üç  sitatgətirmə  sistemindən  hər  hansı  birinə 

daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir: 

- Science Citation Index Expanded (dəqiq, təbiət və texniki elmlər üzrə baza); 

- Social Science Citation Index (sosial elmlər üzrə baza); 

- Arts and Humanities Citation Index (incəsənət və humanitar elmlər üzrə baza). 




12 

 

2. Gənc tədqiqatçıların AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 



təşkil olunmuş respublika elmi konfranslarının materialları. 

3. Beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər mühüm elmi 

tədbirlərin materialları. 

Dövri  elmi  nəşrin  redaksiyasına  doktorant  və  dissertantlardan  həmin  elmi  nəşrdə 

məqalələrin  dərc olunması üçün rüsum alınmasına icazə verilmir (Azərbaycan Respublikasında 

dissertasiyaların  əsas  nəticələrinin  dərc  olunması  tövsiyə  edilən  dövri  elmi  nəşrlər  qarşısında 

qoyulan tələblər). 

 

 



2.13. AZƏRBAYCAN RESPUBL KASINDA ELM  VƏ ELM -PEDAQOJ   ŞÇ LƏRƏ 

ELM  DƏRƏCƏLƏR N VER LMƏS  ÜZRƏ  XT SASLARINNOMENKLATURASI 

(53-  QT SAD ELMLƏR ) 

 

5301.01 Daxili fiskal siyasət və dövlət maliyyəsi - iqtisad 

5302.01 Ekonometriya iqtisad, riyaziyyat 

5303.01 Mühasibat uçotu iqtisad 

5304.01  qtisadi fəaliyyət növləri iqtisad 

5306.01 Texnoloji innovasiyalar iqtisadiyyatı iqtisad 

5307.01  qtisadi nəzəriyyə iqtisad 

5308.01 Ümumi iqtisadiyyat iqtisad 

5309.01 Sənayenin təşkili və dövlət siyasəti iqtisad 

5310.01 Dünya iqtisadiyyatı iqtisad 

5311.01 Müəssisələrin təşkili və idarə olunması iqtisad 

5312.01 Sahə iqtisadiyyatı iqtisad, coğrafiya 

5313.01 Demoqrafiya iqtisad, coğrafiya, tarix. 

 

III.  Elmi adlarin verilməsi qaydalari 



 

Kafedra  üzrə  dosent  və  professor  elmi  adlarının  verilməsi  barədə  ali  təhsil 

müəssisələrinin  elmi  şuraları  Komissiya  qarşısında  vəsatət  qaldırır.  ddiaçılara  dosent  adı 



13 

 

verilməsi  üçün  vəsatət  fəlsəfə  doktoru  elmi  dərəcəsi  aldıqdan,  xaricdə  elmi  dərəcə  almış 



şə

xslərin  diplomları  müvafiq  qaydada  tanındığı  və  ya  bərabər  tutulduğu  tarixdən  iki  il  sonra, 

professor  elmi  adı  verilməsi  üçün  isə  elmlər  doktoru  elmi  dərəcəsi  aldıqdan,  xaricdə  elmlər 

doktoru  elmi  dərəcəsi  almış  şəxslərin  diplomları  müvafiq  qaydada  tanındığı  və  ya  bərabər 

tutulduğu  tarixdən  dörd  il  sonra,  bu  Əsasnamənin  müvafiq  olaraq  41-ci  və  43-cü  bəndlərinin 

tələbləri  ödənildiyi  halda  qaldırıla  bilər(“Elmi  dərəcələrin  və  elmi  adlarınverilməsi  qaydaları 

haqqında” Əsasnamə). 

Kafedra  üzrə  dosent  və  professor  elmi  adlarının  verilməsi  barədə  ali  təhsil 

müəssisələrinin  elmi  şuraları  Komissiya  qarşısında  vəsatət  qaldırır.  ddiaçılara  dosent  adı 

verilməsi  üçün  vəsatət  fəlsəfə  doktoru  elmi  dərəcəsi  aldıqdan,  xaricdə  elmi  dərəcə  almış 

şə

xslərin  diplomları  müvafiq  qaydada  tanındığı  və  ya  bərabər  tutulduğu  tarixdən  iki  il  sonra, 



professor  elmi  adı  verilməsi  üçün  isə  elmlər  doktoru  elmi  dərəcəsi  aldıqdan,  xaricdə  elmlər 

doktoru  elmi  dərəcəsi  almış  şəxslərin  diplomları  müvafiq  qaydada  tanındığı  və  ya  bərabər 

tutulduğu  tarixdən  dörd  il  sonra,  bu  Əsasnamənin  müvafiq  olaraq  41-ci  və  43-cü  bəndlərinin 

tələbləri ödənildiyi halda, qaldırıla bilər. 



 

3.1. Kafedra üzrə professor elmi adı 

Kafedra üzrə professor elmi adı aşağıdakılara verilir: 

Müsabiqə  və  ya  təyinat  üzrə  kafedra  müdiri  və  ya  professor  vəzifəsini  tutan  və  ya 

rektor,  prorektor  (elmi  və  tədris  işləri  üzrə)  təyin  olunmuş  və  bu  vəzifələrdə  bir  il 

müvəffəqiyyətlə  işləyən,  beş  il  ali  pedaqoji  iş  stajı  olan,  yüksək  metodiki  və  elmi  səviyyədə 

mühazirələr oxumuş, müdafiədən sonra dərc olunmuş tədris-metodiki və elmi işləri olan dosent 

elmi adı almış elmlər doktorlarına. 

3.2. Kafedra üzrə dosent elmi adı 

Kafedra üzrə dosent elmi adı aşağıdakılara verilir: 

kafedra  müdiri  və  ya  dosent  vəzifəsinə  seçilən  və  ya  təyin  edilən,  yaxud  rektor, 

prorektor  (elmi  və  tədris  işləri  üzrə),  dekan  vəzifəsini  tutan  və  həmin  vəzifədə  bir  il 

müvəffəqiyyətlə işləyən, üç il ali pedaqoji iş stajı, müdafiədən sonra dərc edilmiş tədris-metodiki 

və elmi işləri olan fəlsəfədoktorlarına və ya elmlər doktorlarına. 

 

 



14 

 

3.3. Elmi adlar verilməsinə dair attestasiya işinə daxil olan və 



AAK-a göndərilməli sənədlərin 

S   Y A H I S I 

1. Təşkilatın blankında yazılan və onun rəhbəri tərəfindən imzalanan qoşma məktub; 

2.  Kafedra  və  ya  ixtisas  üzrə  professor  (Əlavə  2.2),  yaxud  dosent  (Əlavə  2.3)  elmi  adı 

verilməsinə dair arayış – 2 nüsxə; 

3.  ş  yerində  təsdiq  edilmiş,  üzərində  fotoşəkil  olan  kadrların  şəxsi  uçot  vərəqi  -  1  nüsxə  və 

iddiaçının şəxsiyyət vəsiqəsinin surəti -1 nüsxə; 

4.  Elmi  və  pedaqoji  vəzifələrdə  işləməsi  barədə  əmək  kitabçasından  iş  yerində  təsdiq  edilmiş 

çıxarış - 1nüsxə; 

5.  Ali  təhsil  müəssisələrində  əvəzçilik  qaydasında  pedaqoji  vəzifə  tutmaq  haqqında  əmrdən 

çıxarış  və  ya  saat  hesabı  ödəmə  şərtilə  pedaqoji  fəaliyyət  haqqında  (hər  ay  üçün  tədris  yükü 

göstərilməklə) arayış – 1 nüsxə; 

6.  xtisas üzrə professor elmi adının iddiaçıları üçün onun elmi rəhbəri və ya elmi məsləhətçisi 

olduğu müvafiq elmi dərəcə almış şəxslərin (dissertasiyanın adı, ixtisası və elmi dərəcə verildiyi 

il  göstərilməklə)  elmi  şuranın  elmi  katibi  tərəfindən  imzalanmış  və  möhürlə  təsdiq  olunmuş 

siyahısı – 1 nüsxə; 

7.  ddiaçının  elmi-pedaqoji,  istehsalat  fəaliyyətinə  dair  onun  iş  yerindən  verilmiş,  təşkilatın 

rəhbəri tərəfindən imzalanmış, tarix qoyulub,  gerbli  möhürlə təsdiq olunmuş xasiyyətnamə – 1 

nüsxə;  ddiaçı elmi ad almağa əsas iş yerindən təqdim edilmədikdə, onu elmi ad almağa təqdim 

edən  təşkilatdan  verilmiş  xasiyyətnamə  ilə  yanaşı,  əsas  iş  yerindən  verilmiş  xasiyyətnamə  də 

təqdim olunmalıdır; 

8. Elmlər doktoru (professor və dosent elmi adının iddiaçıları üçün) və ya fəlsəfə doktoru (dosent 

elmi  adının  iddiaçıları  üçün)  diplomunun  təsdiq  olunmuş  surəti  -  1  nüsxə;  Elmi  dərəcə  başqa 

ölkədə verildiyi halda müvafiq qaydada təsdiq olunmuş ekvivalentlik haqqında sənədin surəti; 

9.  Müstəsna  hal  kimi  verilən  elmi  adların  iddiaçıları  əlavə  təsdiqləyici  sənədləri  təqdim 

etməlidirlər; 

10.  ddiaçının dərc  olunmuş elmi və tədris -  metodiki işlərinin onun iş  yerində  təsdiq olunmuş 

siyahısı,  onların  surəti  və  elektron  surətləri,  monoqrafiya  və  tədris-metodiki  işlərin  əsli  təqdim 

edilir.–  1  nüsxə;  Dərslik,  dərs  vəsaiti  və  digər  tədris-metodiki  vəsaitin  çap  olunması  üçün  qrif 




15 

 

verilməsinə  dair  bu  sahədə  müvafiq  səlahiyyətli  təşkilatın  müvafiq  əmrinin  təsdiq  olunmuş 



surəti. 

11. Qeydiyyat-uçot vərəqi– 1 nüsxə; 

12. Attestasiya işində olan sənədlərin siyahısı– 1 nüsxə. Elmi ad verilməsinə dair bütün sənədlər 

AAK-a  kağız  tikiləndə  göndərilməlidir.  ddiaçının  attestasiya  işinin  təşkilatda  saxlanılan  ikinci 

nüsxəsinə yuxarıda qeyd edilən sənədlərin surətindən başqa səsvermə zamanı 

istifadə  olunan  bülletenlər  və  hesablayıcı  komissiyanın  müvafiq  formada  tərtib  olunmuş 

protokolu əlavə olunur. 

 

 

IV. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsiQaydaları 

 

Ölkədə  elmin  vəziyyətinin  ən  önəmli  göstəricilərindən  biri  də  keyfiyyətli  elmi  nəşrlərin 

yayımıdır.  Qloballaşma  mühitində  humanitar  və  ictimai  elmlər  sahəsində  yeni  vəzifələr 

müəyyənləşdirilir.  Yeni  elmi  istiqamətlərin  sayının  artımına  paralel  elmi-periodik  nəşrlərin 

sayında da  yüksəliş  müşahidə olunur və bu  yüksəlişə cavab olaraq  müəllif, resenzent və jurnal 

redaktorları qarşısında ciddi tələb və məsuliyyət qoyulur. 

Bu  məqsədlə  bizim  təşəbbüşümüzlə  ilk  dəfə  3  dekabr  2009-cu  il  tarixindəAzərbaycan 

Respublikası  Prezidenti  yanında  Dövlət  darəçilik  Akademiyasında  –  XXI  əsrdə  elmi-periodik 

nəşrlərdə  məqalə  yayımlanması  prosesi,  resenzent  və  redaksiya  mövqeyini  müzakirə  etmək, 

xarici  təcrübədə  əldə  edilən  bilik  və  məlumatları  paylaşmaq,  xüsusilə  də  gənc  alimlərin  elmi 

fəaliyyətini  stimullaşdırmaq  və  onların  fundamental  elmi  tədqiqatlarının  daxildə  və  xaricdə 

nüfuzlu  jurnallarda,  nəşriyyatlarda  çap  edilməsi  üçün  nə  etməli  suallarına  cavab  olaraq  «Elmi 

nəşrlərin ekspert qiymətləndirilmə modeli: müəllif, resenzent və jurnal redaksiyasının mövqeyi» 

mövzusunda  dəyirmi  masa  keçirilmiş  və  bu  sahədə  görülməsi  gərək  olan  çox  geniş  təkliflər 

paketi hazırlanmışdır. Elmi məqalənin IMRAD ( ntroduction – giriş, methods – metod,Results – 

nəticələr və discussion – müzakirə) sistemində hazırlanması gərəkdir

1

. 



                                                           

1

Z.F.Məmmədov. Elmi nəşrlərin ekspert qiymətləndirilmə modeli // 3 dekabr 2009-cu il tarixdə Azərbaycan 



Respublikası  Prezidenti  yanında  Dövlət  darəçilik  Akademiyasında  keçirilən  dəyirmi  masanın  moderatoru  və  

məruzəçı. 

 



16 

 

Azərbaycanda  nəşr  olunan  elmi  jurnallar  qərb  jurnallarının  nəşr  siyasətinin  əsası  qəbul 



edilən  IMRAD  modelini  yayım  siyasətində  tətbiq  etməlidir.  IMRAD  modeli    qoyulan  suallara 

verilən doğru cavabdır. Yəni birinci sualda hansı problem araşdırılır? Cavab: introduction – giriş; 

ikinci  sual:  problem  necə  araşdırıldı?  Cavab:  elmi  metod  və  üsullarla;  ücüncü  sual:  araşdırma 

prosesində  nə  tapıldı?  Cavab:  results  –  nəticə;  dördüncü  sual:  bunlar  nə  məna  verir?  Cavab: 

discussion  –  müzakirə.  Beləliklə,  jurnalın  əsas  məqsədi  yeni  biliyə  əsaslanan  bilikləri  istehsal 

etmək olmalıdır.  

Lakin  elmi  nəşrlərin  qiymətləndirmə  sistemi  və  müvafiq  meyarlar  dünya  elmi 

tərəfindən,  xüsusilə  də  ISO  (ABŞ-da  nstitute  for  Scientific  Information),  Rusiyada  Ali 

Attestasiya Komissiyasının elmi nəticələrinin dərc olunması qəbul etdiyi elm, nəşrlər və Rusiya 

stinad  ndeks  nstitutu.Azərbaycan  Respublikasında    Tədris  vəsaitlərinə  nəşr  hüququ  (qrif) 

verilməsi QaydalarınıAzərbaycan Respublikasının Təhsil Nazirliyi təsbit edir. 

 

Azərbaycan  Respublikasının  təhsil  nazirinin  17  dekabr  tarixli,  927  nömrəli  əmri 



ilətəsdiq edilmişdir. Tədris vəsaitləri (dərslik, dərs vəsaitləri,  metodiki rəhbərlik vəgöstərişlərə)  

fənn kurikulumları(proqramları) əsasında hazırlanır. 

Ali 

vəorta 


ixtisas 

təhsili 


müəssisələrinin 

kurikulumlarıisəAzərbaycan 

RespublikasıNazirlər  Kabinetinin  23  aprel  2010-cu  il  tarixli  75  nömrəli  qərarıilətəsdiq 

edilmiş“Ali təhsil pilləsinin dövlət standartıvəproqramı” əsasında hazırlanır. 

Tədris  vəsaitləri  dövlət  standartlarıəsasında  yaradılır.  Fənn  kurikulumları(fənn 

proqramları) Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris vəsaitlərinəaid edilir. 



 

Nəşr hüququ (qrif) verilməsi qaydası 

Tədris  vəsaitlərinəqrif  verilməsi  üçün  aşağıdakısənədlər  Təhsil  Nazirliyinətəqdim 

olunmalıdır: 

1. tədris vəsaitinin əlyazması; 

2.  birbaşa  müəllif  (müəllif  kollektivi)  tərəfindən  təqdim  edilmişhallar  istisnaolmaqla 

ə

lyazmasının  müzakirəolunduğu  fənn  birləşməkomissiyası,  kafedra  vəfakültəelmi  şuralarının 



qərarları; 

3. əlyazmasına verilmiş2 müsbət mütəxəssis rəyi (müəssisədaxili vəkənar); 

4.  əlyazmasıtəhsil  müəssisəsi  tərəfindən  təqdim  olunursa,  müvafiq  müşayiətməktubu,  fərdi 

qaydada təqdim olunursa, müəllifin (müəllif kollektivinin) ərizəsi; 




17 

 

5. əlyazmasında başqa əsərlərdən vəmənbələrdən qeyri-qanuni istifadəhallarına yol verilməməsi 



barədəmüəllifin (müəllif kollektivinin) notarial qaydadatəsdiq olunmuşərizəsi. 

Təhsil  müəssisəsindən  daxil  olan  tədris  vəsaitinin  fənn  kurikulumuna  (proqramına) 

uyğunluğu, tədris saatlarına nisbəti, elmi-metodik səviyyəsi vəs.məsələlərinin yoxlanılmasıüçün 

Nazirliyin aidiyyəti şöbəsi onu EMŞ-nın uyğunbölməsinin ekspertizasına göndərəbilər. 

Birbaşa müəllif (müəllif kollektivi) tərəfindən təqdim edilmişvəya buQaydaların 2.3-cü 

bəndindəgöstərilən  əlyazmaların  EMŞ-nın  uyğun  bölməsindəekspertizasıtərəflər  arasında 

bağlanmışmüqaviləəsasında 

aparılır.EMŞ-nın 

müvafiq 

bölməsi 


ə

lyazmanımüsbət 

qiymətləndirməzsə, 

yaxudyenidən 

işlənilməyəqaytararsa, 

bu 


barədəqərarınıyazılışəkildəəsaslandırıb Nazirliyinaidiyyəti şöbəsinəqaytarır. 

 Mənfi  rəyləgeri  qaytarılmışəlyazma  müəllif  tərəfindən  işlənilərək  nəşr  hüququ  (qrif) 

alınmasıüçün yenidən təqdim oluna bilər. 

EMŞ-nın müzakirələrindəbölməüzvləri iləmüəllif arasında fikir müxtəlifliyi yarandıqda 

ə

lyazma  gizli  rəyəgöndəriləbilər.  Tədris  vəsaitinəqrif  verildikdən  sonra  onun  müəllif 



hüquqlarının pozulmasıyolu iləhazırlandığınıtəsdiq edən hallar müəyyən edildiyi təqdirdə, Təhsil 

Nazirliyi  qrifi  ləğv  edir  vəhəmin  qrifləəlaqədar  əldəedilən  üstünlüklərinin  ləğvi  barədəmüvafiq 

orqanlar qarşısında məsələqaldırır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



18 

 

Mündəriciat 



 

I.

 

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları 

Ümumi müddəalar 

1.1.Doktoranturaya qəbul 

1.2 Dissertasiya mövzuları və elmi rəhbərlər haqqında qərar 

1.3 Doktorant təhsil müddətində hansı işləri görməli 

1.4. Doktorantların attestasiyası 

1.5. Doktorantların mükafatlandırılması və elmi-pedaqoji işlərə cəlb olunması  

1.6. Elmlər doktoru hazırlığı üzrə doktorantura 

1.7. Doktoranturada elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı 

1.7. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması 



 

II. Elmi dərəcələrin verilməsi qaydaları 

2.1.  Elmlər  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  elmlər  doktoru 

dissertasiya işlərinə  qoyulan tələblər  

2.2.  Fəlsəfə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiya  işlərinə  

qoyulan tələblər  

2.3. Dissertasiyaların əsas elmi nəticələrinin nəşri 

2.4. Dissertasiya işinin ilkin müzakirəsi  

2.5. Dissertasiya işinə  rəy 

2.6. Dissertasiyalarin tərtibi qaydalari 

2.7. Dissertasiyasının avtoreferatı 

2.8. Dissertasiya şuralarının tərkibi 

2.9.  Elmi  dərəcə  iddiaçısının  dissertasiya  şurasına  təqdim  etməli  olduğu  sənədlərin 

siyahısı  

2.10.  Elmi  dərəcələr  verilməsinə  dair  attestasiya  işinin  birinci  nüsxəsində  Ali 

Attestasiya  Komissiyasına  təqdim  edilməli  olan  sənədlərin  (Azərbaycan  Respublikasının 

Prezidenti yanında AAK rəyasət heyətinin 2011-ci il 04 mart tarixli (protokol № 05-R) və 2012-

ci il 04 may tarixli (protokol № 07-R ) qərarları ilə edilmiş əlavə və dəyişikliklərlə) siyahısı  



19 

 

2.11. Elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkil edilməsi 



üçün Ali Attestasiya Komissiyasına təqdim edilən sənədlərin siyahısı  

2.12.  Azərbaycan  Respublikasinda  dissertasiyalarinəsas  nəticələrinin  dərc  olunmasi 

tövsiyə ediləndövri elmi nəşrlərin siyahısı ( qtisad elmləri üzrə)  

2.13.  Azərbaycan  Respublikasinda  elmi  və  elmi-pedaqoji  işçilərə  elmi  dərəcələrin 

verilməsi üzrə ixtisaslarin Nomenklaturası (53- ( qtisad elmləri üzrə)  

 

III. ELMI ADLARIN VER LMƏS  QAYDALARI 

3.1. Kafedra üzrə professor elmi adı 

3.2. Kafedra üzrə dosent elmi adı 

3.3.  Elmi  adlar  verilməsinə  dair  attestasiya  işinə  daxil  olan  və  AAK-a  göndərilməli 

sənədlərinsiyahısı 

 

IV. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


20 

 

Ə



dəbiyyat 

 

1.

  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya  Komissiyasının 



Bülleteni, Bakı: “Elm”, 2013, 176 səh. 

2.

  Elmi  dərəcələrin  və  elmi  adların  verilməsi  qaydaları  haqqında  Əsasnamə  // 



Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  21fevral  tarixli  857  №-li 

Fərmanı  ilə  təsdiq  edilmiş,  2008-ci  il  5  iyun  tarixli  769  №-li  və  2011-ci  il  15 

fevral tarixli 381 №-li Fərmanları ilə əlavələr və dəyişikliklər edilmişdir. 

3.

  Dissertasiya  Şuralari  Haqqında  Əsasnamə  //Azərbaycan  Respublikasının 



Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 2003-cü il  02 

may  tarixli  (protokol  №  05-R)  qərarı  ilə  təsdiq  edilmiş,  2009-cu  il  06  fevral 

tarixli (protokol №02-R), 2011-ci il 04 mart tarixli (protokol №05-R) və 2012-ci 

il 04 may tarixli (protokol №07-R) qərarları ilə əlavə və dəyişikliklər edilmişdir. 

4.

  Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  qaydaları(Azərbaycan   



Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  01  iyul tarixli  129 

nömrəli qərarı ilə təsdiq edilmişdir) 

5.

  Azərbaycan Respublikasının təhsil nazirinin 17 dekabr tarixli, 927 nömrəli əmri 



ilətəsdiq edilmişdir. Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları 

6.

  Abbasbəyli  M.A.  Ali  təhsil  müəssisələrinin  hüquqi  bazası  //  Qanun,  2011,  01 



(201).-  s. 3-17 

7.

  Zahid Fərrux Məmmədov. Modern ali məktəb: məqsədlər, vəzifələr, problemlər 



və  perspektivlər  //    Azərbaycan  Dövlət  qtisad  Universitetinin  Elmi  Xəbərləri 

Yanvar-Mart 2014. 



Yüklə 136,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə