Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

29

hazırlıq”, “beyin hücumu”, “generatorlar – tənqidçilər”, “buraxılış

vərəqəsi”,  “insanı  təhlil  edirik”,  “özünüqiymətləndirmə”,  “mətn-

lər  mübadiləsi”,  “fikirlərin  sintezi”,  “yaradıcı  test”,  “öz  yerində

oturmaqla sakit cavab vermək” və s.

Biz  ancaq  4  texnologiyanın  təhlilini  verməklə kifa-

yətlənirik.  Bu  texnologiyaları  bəzən  yanlış  olaraq  “fəal  təlim

metodları”,  “interaktiv  metodlar”  kimi  təqdim  edirlər. Əslində

həmin  texnologiyalardan  elmə məlum  olan  metodlardan  istifadə

edilir.  Təlim  prosesinə yeni,  qeyri-ənənəvi  elementləri  daxil

etməklə metodların fəallaşdırma imkanları və öyrənmə prosesinin

effektliyi yüksəldilir.

Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu ba-

xışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq maksimum

idarə olunan  proses  olmalıdır.  Müasir  pedaqoji  texnologiyaların

tarixi  XX əsrin  II  yarısında  bilikləri  yoxlamaq  üçün  qurğuların

meydana  gəlməsindən  başlanır.  Bu  müddət  təlim  texnologiyası

təlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlər

hesab  edirdilər  ki,  texnikadan  istifadə daha  çox  informasiyanı

vermək  üçün  köməkçi  xarakter  daşıyır.  Amma  tədris  prosesinin

ayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinə daxil edilməsi

aktiv  inkişaf  edir.  Alimlər  gələcəkdə müəllim  və məktəblərin

köməyi  olmadan  öyrədici,  təlimedici  sistemlərdən  müstəqil

istifadə olunacağını  proqnozlaşdırırlar.  Pedaqoji  texnologiyanın

yaradılması və tətbiqi üzrə spesifik prinsipləri müəyyənləşdirmək

və onların  pedaqoji-psixoloji  təlimini  vermək  olduqca  vacibdir.

Pedaqoji ədəbiyyatda  müxtəlif  spesifik  prinsiplər  verilmişdir.

Bunlar aşağıdakılardır:



1. Tərbiyəedici təlim prinsipi

Hər  hansı  pedaqoji  texnologiyaların  strateji  məqsədləri

şəxsiyyət xarakterlərini formalaşdırmaq olmalıdır. Deməli, burada

münasibətlər tərbiyəedici təlimin psixi materialı hesab olunur.

Burada 3 qrup münasibətləri fərqləndirmək olar:

1) Qanunatabelik münasibətləri

2) Əməkdaşlıq münasibətləri

3) “Mən” konsepsiyası

30

Təlim prosesi uşaqların psixikasına təsir edən xarici kons-



truksiyadır. Bu proses müəllimin, uşaqların, didaktik materialların

tarixindən ibarətdir.



2. İnkişafetdirici təlim prinsipi

Pedaqoji  texnologiyaları  tətbiq  edən  zaman  tərbiyəedici

səmərəni  nəzərə almaqla  yanaşı,  onun  inkişafetdirici  tərəfini  də

lahiyələşdirmək  və həyata  keçirmək  də yaxşı  olar.  Uşağın  psixi

əməliyyatlarında artım hiss olunmalıdır. Emosional və intellektual

sahənin  ahəngdar  inkişafını  təmin  etmək  lazımdır.  İntellektual

sahənin  emosional  sahəni  sıxışdırması  insanda  soyuq  müna-

sibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək, sevincə şərik

olmaq bacarıqlarının olmamasına gətirib çıxarır.

3. Təlimdə müvəffəqiyyət qazanmaq prinsipi

Müvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağı

daha  böyük  nəticələrə nail  olmağı  stimullaşdırır.  Uşağın  keç-

mişini  öyrənmək  üçün  böyük əmək  sərf  etmək  lazım  gəlir.

Makarenko  uşağı  koloniyaya  qəbul  edəndə keçmişini  öyrənməyə

tələsmirdi.  O hər bir  uşaq  üçün əməli  təlim  texnologiyası işləyib

hazırlamışdı.  Bu  müvəffəqiyyət  qazanmaq  üçün  situasiya

yaranmaqdan  ibarət  idi.  O  hamı  üçün,  o  cümlədən  şagird  üçün

psixi enerji mənbəyini – yemək, istirahət, yuxu, nəfəs alma, fiziki

hərəkətlər təşkil etdiyi qənaətində idi.



4. Bütün uşaqlarla əks əlaqə prinsipi

Mühüm  vəzifədən  biri  hər  bir  dərsdə bütün  uşaqlara  öz

müvəffəqiyyətləri  barədə məlumat  verilir. Bütün  şagirdlərlə əks

əlaqə prinsipi  şagirdi  hər  dərsə hazır  gəlməyə stimullaşdırır.

Seçmə yolu  ilə sorğu  aparanda  şagirdlər  oyun  qaydalarını  tez

mənimsəyir,  dərsə hərdənbir  hazırlaşırlar.  Beləliklə,  sinifdə

tələblər  formalaşır.  Şagird  belə fikirləşir: Əgər,  məndən  işin

nəticələrini  soruşmayacaqsa  hər  dəfə nəyə hazırlaşmağımın  nə

əhəmiyyəti  var.  Şagirdlər  dərsə gələndən  bir  neçə həftə sonra

şüurlu və şüursuz surətdə bu nəticəyə gəlirlər.  Bu prinsipi lazımi

şərait  yaratdığı  halda  həyata  keçirmək  olar.  Hər  şeydən əvvəl  ev

tapşırıqları uşaqların gücünə müvafiq olmalıdır. Tapşırıqlar verən

zaman  başqa  fənlər  də nəzərə alınmalıdır.  Çox  təəssüf  ki,



31

məktəbdə ev  tapşırıqlarının  dəqiq  həcmi  yoxdur.  Bu  işdə

müəllimlər müxtəlif cür hərəkət edirlər.

5.Müntəzəm olaraq təkrar etmək prinsipi.

Tədris  materialı  ilə ilk  dəfə tanış  olandan  sonra  onu  bir

neçə dəfə təkrar  etmək  lazımdır.  1-2  dərsdən  sonra  keçirilən

materiala  qayıtmaq  lazımdır.  Burada  sual  yarana  bilər:  bəs  vaxtı

haradan  tapaq?  Axı,  çox  zaman  bu  proqramda  nəzərə alınmır.

Problemi proqramda həll etmək olar. İl ərzində keçirilən materiala

qayıtmaq  və əsas  fikirləri  təkrar  etmək  lazımdır.  Dərs  ilinə ötən

tədris  ilində keçirilən  materialın  təkrarı  ilə başlamaq  lazımdır.

Yay ərzində çox  şey  şagirdin  yadından  çıxır.  Normal  və sağlam

psixika belə qurulmuşdur. Təkrar etmədiyimiz hər hansı məlumat

şüurdan  çıxıb  şüuraltıya  keçir  və yaddan  çıxır.  Ona  görə də

bilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları təkrar

etmək lazımdır.

6. Optimal psixi gərginlik prinsipi.

Həm  şagirdlər, həm də müəllimlər üçün zəruridir.  Şagirdi

həm  həddən  artıq  yükləmək,  həm  də az  yükləmək  pisdir.  Şagird

az  psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi müəllimə də

aid  etmək  olar. Əgər  müəllimlər  dərsdə hər  şeyi  özləri  etmək

istəyirlərsə,  bu  müəllimlərin  psixi  cəhətdən  yüklənməsinə gətirib

çıxarır.  Odur  ki,  şagirdlərə daha  çox  səlahiyyətlər  vermək

lazımdır.  Onları  tədris  prosesinin  idarə olunmasına  cəlb  etməyə

imkan verən bir çox texnologiyalar vardır.

7.  Tədris  prosesində şagirdlərin  maksimum  iştirakı

prinsipi.

Bu  prinsip  dərsdə şagirdləri  müxtəlif  növ  fəaliyyətə cəlb

etməyi  nəzərdə tutur.  Bu  məqsədlə qarşılıqlı  sorğu  keçirilir.

Yaranan  problemlər,  cavablardakı  kəm-kəsirlər  aradan  qaldırılır.

Burada  prinsip  belədir:  şagirdlərin  görə biləcəyi  işi  müəllim

görməməlidir.  Bu  prinsip müəllimi  artıq  yükdən  azad  etməyə

imkan  verir.  Şagirdi  vacib  fəaliyyətə cəlb  etmək  onu  nəinki

inkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliy-

yətdə uğur  qazanmaq  situasiyasını  yaratmaqla  təlimin  tərbiyə-

edici, inkişafetdirici məqsədlərinə müvəffəqiyyətlə nail olunur.

32

8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.

Əgər  uşaq  çalışmanı  yerinə yetirə bilmirsə onda  təlimi

həmin  uşağın  inkişafına,  səviyyəsinə endirmək  lazımdır. Əgər

şagird  fəaliyyətindəki  qüsuru  düzəldə bilmirsə,  onda  ona  irad

tutmağa  ehtiyac  yoxdur.  Çünki  bu  irad  onun  inkişafına  heç  bir

təsir  göstərməyəcək. Əgər  göstərmiş  olarsa  bu  neqativ  tərəfdən

(uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşa

bilər) özünü təzahür edəcəkdir.



9. Müəllim  və şagirdlərin  vahid  məqsədlər  üçün

birləşməsi prinsipi.

Bu  iş  prinsipi  məqsədləri,  texnologiyaları  şagirdlərə zorla

qəbul  etdirməməlidir.  Tədris  prosesini  təkmilləşdirmək  üçün

müzakirələr  keçirmək  olur.  Təlim  prosesinin  texnologiyası

müəllim  və şagirdlərin  fəaliyyətinin  birgə məhsulu  olmalıdır.

Amerika  məktəblərində komisiyalar  yaradılır.  Həmin  komissiya

müəllim  və şagirdin  bu  cəmiyyətdə birləşməsidir.  Bir  qrup

müəllim  bir  sinfin  şagirdləri  ilə birləşir,  onlar  arasında  müqavilə

bağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavab

verəcəyi  göstərilir.  Amerika  məktəblərində aparılan  sorğunun

nəticələri  göstərir  ki,  bu  forma  şagirdlərin  xoşuna  gəlir.  Onlar

qayğı hiss edir. Müəllimin öz nailiyyətləri üçün böyük məsuliyyət

daşıdığı göstərilir.

Pedaqoji texnologiyaların təhlili məktəb rəhbəri və məktəb

psixoloquna  kömək  etməlidir.  Təlim  prosesində ən  səmərəli  yol

bu və ya digər situasiyada ən əlverişli olan pedaqoji texnologiyanı

tətbiq  etməkdir.  İndi  biz  bəzi  pedaqoji  texnologiyanın  təhlilinə

baxaq:


1.  “Fikirlərin  hücumu”  (Məqsədlər) – şagirdlərin  yaradıcı

fikirlərini birləşdirməklə elmi və ya təlim problemini həll etmək.

“Kollektiv beyin” yaratmaq

2. Əməkdaşlıq  etmək  bacarığını,  qanunatabelik  vərdiş-

lərini təhlil etmək

3. Şagirdlərin yaradıcılığını inkişaf etdirmək

Bu  texnologiya  məktəbdə sorğu  zamanı  yeni  materialları

öyrənməkdə,  keçmiş  materialları  təhlil  etməkdə və ümumiləş-




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə