13
2) Şifahi nitq prosesində və görülmüş işlərin müzakirəsi
zamanı şagirdlərin fikri fəaliyyət vərdişləri inkişaf edir, əvvəllər
qazandığı təcrübə və bilikləri aktuallaşır
3) Qruplarda işləyən hər bir uşaq özünü sərbəst hiss edir,
təlim tapşırıqlarını özünəməxsus tempdə yerinə yetirir
4) Uşaq həm öz işinin, həm də kollektivin işinin nəticəsi
üçün məsuliyyət daşıyır
5) Uşaqda öz şəxsi keyfiyyətlərini, imkan və qabiliy-
yətlərini qiymətləndirmək bacarığı formalaşır
6) Bu informasiyanın bir neçə müxtəlif tərəfdaşla müza-
kirəsi assosiativ əlaqənin miqdarını çoxaldır. Bununla da mənim-
səmə daha da möhkəmlənir.
Bu metodda qrupun
əsas üzvləri mövzu üzərində
yoldaşları ilə əlaqəli şəkildə işləyirlər. Birlikdə qarşıya qoyulmuş
məqsədə nail olmağa çalışırlar. Tapşırıqlar, onların yerinə
yetirilməsi üçün ayrılan vaxt müxtəlif olur. Komandalar bir-birilə
yarışmırlar, onlar müxtəlif müddətdə müxtəlif tapşırıqlara cavab
hazırlayırlar. Hər bir qrupun müvəffəqiyyəti onun üzvlərinin fərdi
məsuliyyəti və çalışqanlığı ilə bağlıdır. Buna görə də qrupun bü-
tün üzvləri çalışırlar ki, verilən tapşırığı, materialları yaxşı mə-
nimsəyə bilsinlər. Kollektivlə iş zamanı müəllimin əsas vəzifəsi
uşaqları bilməməkdə, bacarmamaqda günahlandırmaq və bunları
sinifdə elan etmək deyil, onları bilmədiklərini və bacarmadıqlarını
öyrənməyə, istiqamətləndirməyə yol göstərməkdir. Onların fəa-
liyyəti müddətində müəllim uşaqların gördükləri işləri izləməli,
lazım gəldikdə ehtiyacı olan qrupa kömək etməlidir. Müəllim öz
köməkliyini xeyirxahlıqla, sakit tərzdə etməli və bunu qrupda
müzakirə aparan uşaqlara təlqin etməlidir. Əgər qrup verilən
tapşırığın öhdəsindən gələ bilmirsə bunun 2 səbəbi var:
I. tapşırıq həddən artıq çətin və mürəkkəbdir;
II.tapşırığı əldə etmək üçün uşaqlarda möhkəm praktik
vərdişlər yaranmayıb.
Bütün bu hallarda müəllimin pedaqoji ustalığınıın artırıl-
ması istiqamətində iş aparılmalıdır.
14
Layihələr metodu ilə təlim texnologiyası – Layihələr
metodu XX əsrin 20-ci illərindən ABŞ-da Con Djui və onun
şagirdi Kill Patrin tərəfindən işlənmişdir. Bu metodla fəal təlim
əsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarına
uyğun qurulmuşdur. Metodun əsas mahiyyəti uşaqların əldə
etdikləri biliklərin həyatda onlara lazım olmağını göstərməkdir.
Tədris prosesində şagirdə tanış olmayan, onun üçün əhəmiyyət
daşıyan, real həyatdan götürülmüş ən vacib problemin həllinə,
onun malik olduğu və əldə edəcəyi biliklərdən istifadə etmək
öyrədilir. Müəllim yeni informasiyaların alınma mənbəyini gös-
tərə bilir və bu informasiyadan necə axtarmağın mümkün oldu-
ğunu deyə bilir, uşağı istiqamətləndirə bilir. Layihələr meto-
dundan uşaqlar fərdi, cütlər və qrup şəklində müəyyən vaxt
ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir prob-
lemi həll etməyə yönəlir. Problemin həllində müxtəlif təlim
metodları və vasitələri tətbiq edilməklə yanaşı, həm də müxtəlif
elm, texnika sahəsində sınaqdan çıxmış biliklərdən interaktiv
şəkildə istifadə etməsi nəzərdə tutulur.
Müasir pedaqoji texnologiyaların bünövrəsi kimi layihələr
metodu-müxtəlif təlim vasitələri və informasiya texnologiyaların-
dan istifadə etməklə reallaşır. Burada həm müasir (kompüter
telekommunikasiyaları, elektron baza göstəriciləri, video və
multimedia vasitələri, faks, video rabitə), həm də ənənəvi (elm və
məlumat kitabları, video yazıları və b.) tədris vasitələrindən
istifadə edilə bilər. Həmçinin layihələr metodu bir kompleks
problem üzrə yerinə yetirilir.
Modulla təlim texnologiyası – Təlimdə şəxsiyyətyö-
nümlü konsepsiyanın reallaşdırılması, inkişafetdirici pedaqoji
texnologiyaların layihələşməsi və praktikada tətbiqi onların
müxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan çıxarılmasını,
bu sahədə pedaqoji təcrübənin öyrənilməsini tələb edir.
Məktəblərdə tətbiqinə geniş maraq göstərilən yeni peda-
qoji texnologiyalardan biri də modulla təlim texnologiyasıdır.
Təlimin modul texnologiyası dedikdə, uşaqların müstəqil olaraq
15
dərsdə və dərsdənkənar vaxtlarda modullu iş prosesində konkret
təlim məqsədlərinə nail olması başa düşülür.
Görkəmli tədqiqatçı alimlərdən A.Mehrabov, Ə.Ağayev,
Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov və b. texnoloji yanaşmanın
strukturunu şaquli və üfuqi olmaqla iki yerə bölürlər. Belə
texnoloji yanaşmanın şaquli strukturunda bir-birilə əlaqəli – meta,
makro, mezo və mikrotexnologiyaları ayırmaq lazımdır.
Matetexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahə-
sində sosial siyasəti həyata keçirməyə imkan verən ümum-
pedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır.
Makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya
hər hansı təhsil sahəsini təlim-tərbiyə prosesinin müəyyən
istiqamətini, ümumpedaqoji və ümummetodiki səviyyədə fənnin
tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir.
Mezotexnologiya və ya lokal modul texnologiya təlim-
tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik,
metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlı
məsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır.
Mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasın-
dakı operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin
həlli ilə bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraq
yazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədris
prosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası
üçün treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
(Bax: A.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov. Peda-
qoji texnologiyalar. Bakı-2006, səh. 11)
ƏDƏBİYYAT
1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.
2. Qaralov Z. Tərbiyə (prinsiplər, məzmun, metodika), I, II,
III cild. Bakı, 2003.
3. Mərdanov M. Azərbaycan təhsil sistemi: real vəziyyət,
problemlər və islahat istiqamətləri. Bakı, 2005.
16
4. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
5. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Dərs vəsaiti.
Bakı, 2008.
6. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil
problemləri. Dərs vəsaiti. Bakı, 2011.
7. Təhsil sahəsində Azərbaycan Respublikasının İslahat
proqramı (1998 – 2004). I kitab, Bakı, 2005, I cild.
8. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
Bakı, 2009.