Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

61

Göründüyü  kimi,  Şatalovun  pedaqoji  texnologiyasının

mahiyyəti  onda  ifadə edilir  ki,  şagird  öz  biliyini  qeyri-ənənəvi

şəraitdə təqdim edir, anlayır, yada salır və tətbiq edir.

Ötən əsrin  80-cı  illərində Bolqarıstanda  inteqral  təlim

texnologiyası  tətbiq  olunmağa  başladı. Onun  işlənməsi  üzrə

Çexoslavakiyada  geniş  eksperimentlər  aparıldı. Digər  ölkələrdə

də belə cəhdlər  oldu.  Nəticədə inteqral  təlim  sistemi əsasında

qlobal təhsil konsepsiyası yarandı.

Rusiyada ictimai əsaslarla qlobal təhsil mərkəzi  yaradıldı.

Mərkəz  ABŞ-ın  eyni  adlı  mərkəzi  ilə əməkdaşlıq  edirdi.  Mərkəz

məktəblər üçün 3 əsas blok üzrə işləmələr hazırlayır.

1. Necə gözəldir bu dünya;

2. Necə kövrəkdir bu dünya;

3. İnsan adamlar arasında.

Bu  təhsil  və tərbiyənin əsasında  insan,  onun  cəmiyyəti,

həyatın  dəyişməsinə uyğun  olan  təlimi  dayanır.  Ona  (insana)

mütləq  həyatın  yeni  dəyişmələrinə uyğunlaşmasına  öyrətmək

lazımdır.

XX əsrin  70-80-cı  illərindən  kompüterlər  təlim  prosesinə

daxil  oldu  və yeni  təlim  texnologiyasının əsası  qoyuldu.

Kompüter  təliminin əsasında  kompüterlərdən  istifadə etməklə

proqramlaşdırılmış təlim dayanırdı.

Təbii  təlim  texnologiyası  dedikdə,  işin  qrup  vasitəsilə

görülməsi  və bu  zaman  subyektlər  arasından  təbii,  ünsiyyətin

bərqərar  olması  və bu şəraitdə müxtəlif  didaktik  materiallardan,

hərəkət alqoritmlərindən istifadə edilməsi nəzərdə tutulur.

Modul-reytinq  texnologiya  şagirdlər  üçün  2  tip  modul

proqramlarına (idrak və fəaliyyət, yaxud əməliyyat və fəaliyyət) –

modul – qovluqlarına  həmçinin  şagirdlərin  biliklərinin  qiymət-

ləndirilməsinin reytinq şkalasının işlənməsinə əsaslanır.

“Modul”  sözü  latın  dilindəki  “modulus”  sözündən

götürülmüşdür.  Ölçü  deməkdir.  Dəqiq  elmlər,  xüsusilə riyaziy-

yatda,  eləcə də memarlıqda  modul  anlayışı  çoxdan  məlumdur.

Pedaqogikada  modul  vəziyyət  və keyfiyyətin səviyyəsini  dəqiq

qurmağa xidmət edir.

62

Məzmun verilən biliyin həcmi, istifadə ediləcək metod və



vasitələr,  keyfiyyət  səviyyəsi  şagirdə veriləcək  qiymətlər hansı

səviyyəyə görə qruplaşdırılacaq  və s.  Bütün  bunlar  irəlicədən

dəqiq  müəyyənləşdirilir  və tətbiq  olunur.  Öyrənənlər  bilik,

bacarıq  və vərdişlərinin  dairəsini  qabaqcadan  bilir  və bu  dairəni

mütləq əhatə etməyə çalışırlar.

Buna əsasən modul üzrə bütün iş növlərini əhatə edən sual

və tapşırıqlar  hazırlanır  və modulun  öyrənilməsindən  sonra

nəzarətə (yoxlamaya) çıxarılır (adətən testlə).

Biliyin  tam  mənimsənilməsi,  texnologiyanın  reallaş-

dırılması  zamanı  şagirdlərin  fəaliyyətinin  nəticələrinin  hesaba

alınması və qiymətləndirilməsi üçün müxtəlif formalardan istifadə

edilir. Bu  zaman  korrektə,  diaqnostik  və yekun  məqsədi  həyata

keçirilir. Kooperativ  təlim  texnologiyasının əsasında  şagirdlərin

fəaliyyətini  fərdi  işdən  briqada  formasına  və əksinə keçiril-

məsində müxtəlif  vasitələrdən  istifadənin  bir-birini əvəz  etməsi

durur.


ƏDƏBİYYAT

1.Abbasov A. Pedaqogika. Bakı, 2007.

2.Ağayev Ə.,Talıbov  Y.,Eminov  A.,İsayev  İ.Pedaqogika. Bakı,

2006.


3.Əhmədov  B.,  Rzayev  A.  Pedaqogikadan  mühazirə konspektləri.

Bakı, 1983.

4.Əhmədov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.

5.Anamalıyev  R.  “Azərbaycan  təhsili  XX əsrə doğru:  idarəetmə,

prioritetlər, islahatlar”. Bakı, 1998.

6.Əlizadə Ə.  Müasir  Azərbaycan  təhsilinin  psixoloji  problemləri.

Bakı, 2004.

7.Həmzəyev M. Pedaqoji psixologiya. Bakı, 1991.

8.Mehrabov  A.  Azərbaycan  təhsilinin  müasir  problemləri.  Bakı,

2007.


9.Mərdanov M.,  İsgəndərov İ.,  Ağamalıyev R., Əhmədov İ.

Azərbaycan təhsili islahat illərində. Bakı, 2001.

10. “Təhsil sahəsində” Azərbaycan Respublikasının Qanunu. Bakı,

2009.



63

X MÖVZU

TƏLİM NƏZƏRİYYƏSİ YENİLƏŞƏN,

İNKİŞAF EDƏN ELMDİR

PLAN:

1. Pedaqoji islahatların (terminin) yaranması və işlək

hala  düşməsi,  təhsilin  elmin  məzmununun  zənginləş-

məsi ilə sıx bağlı olması

2. Pedaqoji  prosesin  həyata  keçirilməsində bir-birini

tamamlayan iki vacib şərtin nəzərə alınması

3. Pedaqogika  həmişə yeniləşən,  inkişaf  edən  bir  elm

kimi

4. XX

əsrin  60-cı  illərindən  başlayaraq  təlim

prosesinə müxtəlif yanaşmalar

Pedaqoji islahatların (terminlərin) yaranması və işlək hala

düşməsi təhsilin  elmi məzmunu ilə sıx  bağlıdır.  XIX əsrin

sonlarında  rusiyada  pedaqogika  elmində “pedaqoji  proses”

anlayışı  sıx  işlənməyə başlamışdır.  P.F.Karteryev  tərəfindən

əsaslandırılan  pedaqoji  proses  ifadəsi  sonralar  işləməkdən  qaldı.

Təlim  və tərbiyə proseslərinə ayrı-ayrı  yanaşılaraq  təlim-tərbiyə

prosesini aktuallaşdı. XX əsrin 70-80-cı illərində təlim və tərbiyə

proseslərinin vəhdəti problemi işləndi və pedaqoj proses problemi

doğurdu.  Eləcə də “pedaqoji  sistem”  anlayışı.  Məlumdur  ki,

“pedaqoji  sistem”  pedaqoji  prosesdə baş  verən  və şəxsiyyətin

təhsilləndiriciliyi,  tərbiyələndiriciliyi,  inkişafı  məqsədilə çoxlu

qarşılıqlı əlaqələr, struktur komponentlərin birləşməsidir. Deməli,

“təhsil  sistemi”,  “tam”  “pedaqoji  proses”  anlayışları  bütövlük,

problemə tam sistemli yanaşma mənasını ehtiva edir və bu günkü

kurikulum  anlayışlarının mayasını təşkil edir. Deyilənlərdən  belə

bir  nəticə hasil  olur  ki, təhsil  işindəki  müasirliyi,  yeniliyi  daha

düzgün,  elmi əsasda  qavraya  bilmək  üçün,  pedaqogika  elminin

(onun  anlayışlarını)  inkişafını  öyrənmək  lazımdır.  Beləliklə də,

ondakı  müasirlik  və yenilik  daha  konkret  və mahiyyətcə düzgün

64

qavranılır. Əgər  belə olmasa,  bu  sahədə yazılanlar  mücərrədlik



nümunəsinə çevrilə bilər.

Pedaqoji  prosesin  həyata  keçirilməsi  və pedaqoji  elmin

məqalələri və digər əsərlərində bir-birini tamamlayan 2 vacib şərt

nəzərə alınmalıdır. Onun  birincisi,  tədris,  təlim,  tərbiyə işinə –

pedaqoji  prosesə bələdlilik,  daha  doğrusu  bu  təcrübənin  yüksək

səviyyədə daşıyıcısı,  ustası  olmaq.  İkincisi,  bu  məsələlər  üzrə

elmi-nəzəri  fikrə,  ideyalara,  pedaqoji  elminə dərindən  yiyə-

lənirlər. Bunlar təkcə görünən tərəflərdir. Pedaqoji işdə, intuisiya

ilə duyulan  ləyaqət  və mənəviyyat  saflığı  tələb  edən,  müəllim-

şagird,  yaxud  rəddar-icraçı əməkdaşlıq  şəraitində meydana  çıxa

bilən  münasibətlər  ola  bilər  ki,  bunları  hər  iki  tərəfin  pedaqoji

duyum,  etika,  taktika  yanaşma  ilə şəxsi  qabiliyyətləri,  mədəniy-

yəti səviyyəsində həll edir. Ona görə də təhsildə, pedaqoji işdə bu

sahənin  bütün  incəliklərinə bələd  olan  şəxslərə mütəxəssis  sözü

deyilə bilər.

Pedaqogika – zəngin,  çoxsahəli,  çoxfunksiyalı,  prosesləei

təsvirə gəlməyən mürəkkəb bir işi – pedaqoji fəaliyyət sahələrini

əhatə edir. Kim ki bu işin mahiyyyətinə, məzmununa bələd deyil,

yəni  onu  bəsit  şəkildə qavrayır,  elə düşünür  ki,  adi  bir  işdir,  çox

sadə bir  prosesdir.  Pedaqoji  elm  və pedaqoji  fəaliyyət  o  qədər

mürəkkəbdir  ki,  o  sahədə mütəxəssislər  belə həmişə çevik,

informasiyalı  olmasalar,  yenilikləri  nəzərə almasalar  köhnə bilik

və təcrübələr ilə gərəksiz ola bilərlər.

Pedaqogika  həmişə yeniləşən,  inkişaf  edən bir  elmdir.  O,

həm  nəzəri  cəhətdən,  həm  də praktik  yönümdən  yeniləşir.  Bu

yeniləşmələr də səmərəli və səmərəsiz ola bilər. Ona görə də istər

tədqiqatçı pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisi gərək

milli  təhsil  siyasətinə,  təhsilin  dövlət  standartlarına,  təhsilin

inkişaf  proqramına,  vətəndaşların  milli  konsepsiyasına  bələd

olsun,  yeniliklərin  milli  təhsil  qaydalarını  görə bilsin.  Deməli,

istər  tədqiqatçı-pedaqoq,  istərsə də praktik  müəllim,  təhsil  işçisi

çox  yüksək  intellektə,  peşəkarlığa,  müstəqil  düşüncəyə,  yaradıcı,

məntiqi fikrə sahib olsun ki, nəyin gərəkli, nəyin gərəksiz, yaxud

nəyin xeyirli, nəyin ziyanlı olduğunu kəsdirə bilsin.




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə