Dərs vəsaiti m £


IV.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə68/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   64   65   66   67   68   69   70   71   ...   83

IV.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa y e v a
Azərbaycan  xalqının  təşəkkül-formalaşma  prosesinə  ciddi  (həll­
edici!) təsir göstərmişdir. Bu proses aşağıdakılardan ibarətdir:
a) eramızın ilk əsrlərindən başlayan proses xeyli uzanmış,  orta 
əsrlərin  sonu  və yeni  dövriin  əvvəllərinə  (XVI-XVII əsrlərə)  qədər 
davam etmişdir;
b)  coğrafiyadan  kənara  az-çox  diqqəti  cəlb  edəcək köçlər ol­
madığı  halda,  coğrafiyaya  ardıcıl  (intensiv!)  köçüb  məskunlaş­
malar olmuşdur;
c) xalqın  mütəşəkkilliyini təmin  etməli olan sosial-siyasi,  eləcə 
də,  mənəvi-ideoloji  güc  mərkəzləri  tez-tez  dəyişdiyindən  həmişə 
natamamlıq kompleksi özünü göstərmişdir və s.
Türklər  və  onların  bölünməsi  (mərhələlərlə).  Türklərin  az-çox 
müstəqil  bir  etnos  olaraq  meydana  çıxması  eramızdan  əvvəl  IV 
minilliyin  sonu -  III minilliyin əvvəllərinə aiddir.  Həmin dövrə qə­
dər  türklər  neçə  min  illər  monqollar  və  tunqus-mancurlarla  Şu­
mer-Altay birliyinin tərkibində olmuşlar.
Zəngin  mifoloji  dünyagörüşü  əsasında  Tannçılığa  (tək  Tann 
təsəvvürünə)  qədər  gəlib  çıxan  türklərin  ata  yurdu  Mərkəzi 
Asiyadakı  Tann  dağlannın  ətəkləri  idi.  Onlar  tədricən  Cənuba, 
Qərbə  və Cənub-Qərbə  doğru  münbit çöllərə yayılmağa başladılar. 
Türk  axınlan,  xüsusilə,  eramızın  ilk  əsrlərində  özünü  daha  ardıcıl, 
daha  məhsuldar  Asiya,  eləcə  də,  Avropa  xalqlarının  tarixinə 
həlledici  təsirlər  göstənnəyə  başladı.  Doğrudur,  bir  sıra  tarixçilər 
türklərin,  hələ,  daha  qədim  dövrlərdə  Qərbə  -   Afinaya,  Romaya 
yürüşləri,  burada  məskunlaşmalan  barədə  danışırlar.  Eləcə  də, 
«tarixin başlandığı» qədim  Şumerdə türk izlərinin  mövcudluğu çox 
az mütəxəssislərdə şübhə doğurur...
Qərbə  axın  edən  türklər  (hunlar)  Şərqi  Avropada  məskunlaş­
mışlar.  Onlann «barbar» adlandırılan german və slavyanlarla ittifaqı
278
A zərb a yca n şü n a slığ ın   əsa sla rı
Roma  imperiyasına  son  qoyub,  qocalmış  Avropanı  cavanlaşdırdı. 
Xristianlıq  və  onun  təbliğ  etdiyi  mədəniyyət  maneəsiz  yayılmağa 
başladı.  Attilanın  hökmdarlıq  elədiyi  illərdə həmin  proses daha  sü­
rətlə gedərək türklərin dünya tarixindəki  proqressiv rolunu təsbit et­
di.
Bu gün Şərqi, eləcə də, Qərbi Avropanın bir sıra xalqlarının et­
nik tərkibində türklərin danılmaz izləri  vardır. Onu da nəzərə almaq 
lazımdır ki, türklərin Qərbi Avropaya axınlan heç zaman dayanma­
mış, orta əsrlərin sonlanna qədər davam etmişdir.
Şumer  və  Altay  türk  dilləri  eramızdan  əvvəlki  1V-II  minil­
liklərdə Şumer və Altay türk dillərinə bölünmüşdür.
Altay  türk  dilləri  isə,  eramızdan  əvvəlki  II-I  minilliklərdə  əv­
vəlcə Tunqus-mancur və Türk-monqol dillərinə, sonrakı mərhələdə 
isə,  Türk-monqol  dilləri  Türk  və  monqol  dillərinə  bölünmüşdür. 
Həmin dövrdən də müstəqil Türk dili təşəkkül tapmışdır.
Türk  dili  eramızdan əvvəlki  III  əsrə qədər Qərbi  Hun  və  Şərqi 
Hun dillərinə aynlır.
Altay  dağlarının  ətəklərindən  tədricən  Cənuba,  Qərbə  və 
Cənub-Qərbə  yayılan  türklər  IX-  XI  əsrlərdə  üç  böyük  tayfa 
ittifaqına, yaxud etnocoğrafı birliyə bölünürlər:
1)  oğuzlar; 2) qıpçaqlar; 3) korluqlar.
Bu,  türklərin  ilk  bölünməsi  idi  ki,  həmin  bölünmə  təxminən 
min  illik bir tarixə malik idi.
Mərkəzi  Asiya  -   Altay  dağlan  çıxış  nöqtəsi  kimi  alınarsa, 
oğuzlar  Cənub-Qərb,  qıpçaqlar  Şimal-Qəıb  istiqamətində  xeyli 
uzaqlara gedib çıxmış, karluqlar isə Cənuba doğru yayılmışlar.
Beləliklə,  IX-XI  əsrlər  türklərin  tarixində  elə  bir  dövrdür  ki, 
həm ilkin bölünmə başa çatır, həm də  ikinci bölünmənin konturları
279


/V. 
C əfərov,  M.  Ç o b a n o v,  Q.  P aşayeva
müəyyənləşir.  Yəni,  oğuzlar,  qıpçaqlar və  karluqlann  mövcudluğu 
şəraitində müasir türk xalqlarının təşəkkülü görünür.
Oğuzlar,  əsasən,  türkmənlərə,  Azərbaycan  və  Anadolu  türk­
lərinə;..  qıpçaqlar Altay,  qırğız, qazax,  tatar və başqırdlan;..  karluq- 
lar  isə  özbəklərə  və  uyğurlara  bölünürlər.  Bununla  belə,  türklər 
Altay birliyindən ayrılarkən bəzi ümumi cəhətləri  saxladıqları kimi, 
türk  xalqları  da  ümumtürk  xüsusiyyətlərini  mühafizə  etməkdə  da­
vam  edirlər.  Azərbaycan  xalqı,  əsasən,  oğuz türklərinə aid  olsa  da, 
ümumtürk (və ümumaltay!) etnik-mədəni kodunun daşıyıcısıdır.
2. 
Azərbaycanın  türkləşməsi  və  Azərbaycan  xalqının 
təşəkkülünün 
başlanması. 
«Tarixəqədərki 
dövr» 
dedikdə 
Azərbaycan  tarixinin bizim  eranın  hüduduna  qədər gəlib  çıxan  (və 
kifayət qədər zəngin!) tarixini nəzərdə tuturuq ki, milyon illəri əhatə 
edir.  Azərbaycanın  qədim  mədəniyyətinin  xronologiyasını  nəzər­
dən  keçirsək  burada  insan  əməyinin,  zəkasının  çox-çox  qədim­
lərdən geniş tətbiqinin aydın görünən  izlərinə rast gəlirik.  Azıx ma­
ğarası,  Qobustan,  Gəırıiqaya  yazılı  daşlan,  ümumiyyətlə,  Azər­
baycanda aşkar olunmuş  çoxlu  sayda ən  qədim  yaşayış məskənləri 
sübut  edir  ki,  Azərbaycan  dünyanın  insan  yaranan  regionlanndan 
biridir.  «Tarixəqədərki  dövr»ün  son  minillikləri  isə  ölkədə,  hətta, 
qədim  şəhər  mədəniyyətinin  mövcudluğunu  təsdiq  edən  faktlarla 
zəngindir.
Eramızın  ilk  əsrlərində  də  Azərbaycana  gələn  türklər  Altay- 
lardan  Qərbi  Avropaya  doğru  yürüş  edən  hunlardan  idilər.  Bu 
proses  yüzillər boyu davam  etmişdir...  Əvvəlcə  iran, sonra  isə ərəb 
hökmdarlan  türklərin  Şimaldan  Cənuba  axınlarının  qarşısını  almaq 
üçün  müxtəlif  səddlər,  o  cümlədən,  Dərbənd  səddini  qunnağa 
məcbur  olmuş,  ancaq,  bu  təbii-tarixi  axının  qarşısını  ala 
bilməmişlər.  Qafqaz  dağlarını  aşıb  keçən  hun  (get-gedə  daha  çox
2 8 0
A zərb a yca n şü ııa slığ ııt  ə sa sla n
qıpçaq) 
türkləri 
nə 
qədər 
Cənuba 
ensələr 
də, 
onlann 
məskunlaşdıqları  əsas  coğrafiya  Azərbaycanın  Şimalı  (Albaniya) 
idi.  Çox  keçmədi  ki,  tanrıçı  hun-qıpçaqlar  həmin  regionda  yerli 
əhaliyə  çevrildilər. 
Ancaq,  onlar 
Şərqi 
Avropadakı 
-
Dəşti-Qıpçaqdakı  «əcdadlann  ilə  əlaqəni  üzməmişlər.  Yeni  axınlar 
baş  verirdi...  Dəşti-Qıpçaqdakı  kimi  Azərbaycanda  da  qıpçaqlar 
tannçılığı qorumaqla yanaşı, xristianlığı da qəbul etməyə başladılar.
Burada  bir  faktı  xüsusi  olaraq  qeyd  etmək  lazımdır  (bunu 
dövrün  erməni  və  gürcü  mənbələri  də  göstərir)  ki,  eramızın  1 
minilliyi  ərzində  Qafqazın  Cənubunda  qıpçaq  türklərinə  qarşı  dura 
biləcək  bir  ictimai-siyasi  qüvvə  yox  idi.  Onlar  regionun  bütün 
əhalisini  özlərinin  təsiri  altına  almışdılar.  Çünki  onlar  həm  sayca 
çox  idilər,  həm  də  böyük  döyüş  təcrübəsinə,  möhtəşəm  hərbi 
qüdrətə  malik  idilər.  Nəinki,  yerli  Qafqaz,  eləcə  də,  gəlmə  İran 
mənşəli  etnoslar,  hətta, Cənubi  Qafqazı  zəbt edən  sasanilər, ərəblər 
belə onlarla hesablaşmalı olmuşlar.
Hunların  tərkibi  də  müxtəlif  idi,  türk  dilinin  müxtəlif 
dialektlərində  danışırdılar.  Mənbələrdə  savir (Sabir),  xəzər (kaspi), 
onoqur,  haylandur,  kəngər,  bulqar  və  b.  tayfaların,  yaxud  tayfa 
birliklərinin  adı  çəkilir.  Bununla  belə,  apancı  mövqedə  məhz 
qıpçaq türkləri dayanırdılar.
Burada tarixə bir ekskursiya etmək yerinə düşərdi:  Eramızdan 
əvvəlki  VII-V  minilliklərdə  Şumer  imperiyasının  ilk  yaşayış 
məskəni  və  mərkəzi  paytaxtı  Kür-Araz  arası  Qarabağ  ərazisində 
olmuşdur.  Deməli,  Şumer-Altay-Türk  dillərinin  eramızdan  əvvəlki 
IV-1I  minilliklərdə  Şumer  və  Alray  türk  dillərinə  bölünməsini 
nəzərə  aldıqda  Eramızın  ilk  əsrlərində  Qafqazın  Cənubunda 
məskunlaşan  türklərin  əsas  rəqiblərindən  biri,  bəlkə  də,  birincisi 
yunanlar (əslində, türkdilli  urumlar)  idi.  Anadolunu bütünlüklə zəbt
281


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə