Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə122/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

biz  türk  milləti  necə  ki,  hər  bir  işdə  geri  qalmışıq,  dil  barəsində 
də  habelə.  Nə bir  qanun  tanıyırıq,  nə bir  ahəngə  tabe  oluruq;  elə 
başımızı  aşağı  salıb  Kabla  M əmmədcəfər və  Fatma  xalalar  kimi 
deyirik.  Elə ata-babalanmız və cici-bacılanmız deyən kimi  biz də 
gərək balığa «balıx» deyək?
Bakılı  birinci  ədib yoldaşımız da balıqdan bir tikə ağzına qo­
yub, bir az coşmağa başladı və dedi:
-  Əlbəttə,  gərək  «balıx»  deyək.  Bəs  necə  sən  ana  dilinin 
tərəfdarısan?
Əhməd Fitrət balığın bir tikəsini götürüb qoydu ağzına və bir az 
da ucadan və əllərini ölçə-ölçə ağzı göyşəyə-göyşəyə bu cür dedi:
-  Qardaş,  burada  ana  dilinin  nə  dəxli  var?  M əgər  «balıx» 
deyəndə ana dili  olur,  «balıq»  deyəndə ana dili olmur? Bir də mən 
qanmıram, biz dörd nəfər adam burada təzə dil yaratmayacağıq ki? 
Yəqin ki,  dünyada hər bir elmin mütəxəssisi olan kimi dilin də qa­
nunlarını vəz edən həyata tətbiq edən var. Asimbəyin dil barəsində 
tətə b b ö atın ı...  Əgər bunları...
Dörd nəfər türk ədibləri, yəni mən də onlann içində, belə mübahisə 
etdiyimiz əsnada, on iki girvənkə gələn balığı  yeyib az qalmışdılar ki, 
sümükləri də yesinlər ki, bu arada qapımn arasından ev sahibinin qoca 
anasının başı titrəyən səsi ilə bizə tərəf belə xəbər verdi:
-  Qadanız  mənə  gəlsin,  bu  qədər  «balıx-balıx»  deyə-deyə p əs 
niyə o gözəl sirkəni qoydunuz orada qaldı və ağzım heç açmadız da?
Nənənin  bu  sözü  bizi  deyəsən  yuxudan  oyatdı;  bir  də  baxaq 
ki,  doğrudan  da  «balıq»nan  «balıx»  sözlərinin  mübahisəsinə  biz 
dörd nəfər ədib  elə bərk qızışmışıq ki,  on iki girvənkə balığı yeyib 
qurtarana kimi  o gözəl  sirkə tıx a n d ı dəc qalıb  stolun üstündə;  bir 
surətdə ki, haman sirkəni dördümüz də tamam yanm  saat gözlədik 
ki, bazardan gəlsin.
Q EYD:K
j
| / /   şriftlə  arxaik  sözlər,  kursivlə  m əişət  sözləri 
fərqləndirilm işdir.  M üşahidə  etm ək  olar  ki,  M irzə  C əlil xalq  da­
nışıq dilini ədəbi dilə  transfer edərək bu günün oxucusu üçün tam 
anlaşıqlı(100 ildən çox vaxt keçməsinə baxmayaraq) ədəbi nümunə 
yaratmışdır.
373


(Dialoqa nümunə)
Məmməd Araz
Bir ömrün qonaqları
(pərdəsiz dram -zarafat)
Qapım döyülür.
- Ey, kimsən?
- Xatirəyəm.
Mən
Məktub gətirmişəm ilk məhəbbətdən. 
(Mətbəxdə qəzəbli qadın görünür.
O,  məktub əlində qapıdan dönür.) 
Qapım döyülür.
- Ey,  kimsən?
- Tərifəm!
- Buyur!
- İçkin var?
- Yoxumdur!
- Onda yaz!
(Ayağa durur).
Taq-taq.
- Ey, kimsən?
- Mənəm,  aç,
Ehtiyac!
- Nə xəbər,  çoxdandır yoxsan?!
- Deyən az gələndə çox darıxırsan? 
Taxçanı boşaldın, boxçanı boşaldın... 
Qonşun beş adamın maaşın a lır...
O var, e ...  filankəs...  o maşın alır.
- Sən Allah, qoy, yazaq!..
374


1
Yenə də taq-taq...
- Ey, kimsən?
-  Son xəbər qağandır!  - 
Dağılıb qurtarmır bu dünya andır: 
Əsrimiz diplomat əsridir, baba! 
Dillərdə sülh gəzir,  ciblərdə bom ba... 
Turdan adlam adın...  dostun var orda... 
Dünən iki  şeirin batdı naborda.
- Qoyun, nəfəs alım,  ay aman,  nəfəs... 
Yenə də qapını döyürdü bir səs,
- Ey, kimsən?
-  Şöhrətəm!
- Buyur,  sizə k im ...
- Məmməd İbrahim ...
- Qardaş, gecikmisən,
- O, burda yaşamır!
- Harda yaşayır?
- Yaxında, üstündə bir qız ağlayan 
Qəbir var -
Orda yaşayır...
375


Sözlə bağlı əyləncəli  suallar
P arol
Bir nəfər qadağan olunmuş əraziyə girmək istəyir, amma paro­
lu bilmir.  O qapının yanında gizlənir və gəlib-gedənləri  müşahidə 
eləməyə başlayır. Bir az sonra bir nəfər qapıya yaxınlaşır və qapını 
döyür.  Qapıçı içəridən «16» deyir. Həmin adam «6»  deyir və içəri 
buraxılır.  Bir az  sonra  daha bir nəfər qapıya yaxınlaşır və  qapıçı 
«15»deyir.  O,  «5»  deyərək cavab verir və içəri buraxılır. Az sonra 
daha biri  gəlir və  qapıçı  «17»  dedikdə həmin  şəxs  «7»  deyir və o 
da içəri  buraxılır.  Bütün  bunlan  görən  oğlan:  «hər  şeyi  anladım» 
deyir  və  qapıya  yaxınlaşır.  Qapıçı  «13»  deyir,  oğlan  isə  bayaq­
dan eşitdiklərinə uyğun «3»  deyir.  Lakin oğlani  içəri buraxmırlar, 
cəzalandırırlar ki,  sən«4»  deməliydin. Niyə?
(.Burada riyazi m əntiqdən çox dilçilik m əntiqi var -  rəqəm lər- 
dəki hərflərin sayı soruşulur:  16-da  6,  15-də 5,  17-də  7,  13-də isə 
4 h ə rf var.)
D əm ir pul
Stolun üstdə 2 dəmir pul var və onlann cəmi 3  qəpikdir. Lakin 
bu pullardan biri  1  qəpiklik deyil. Bu necə ola bilər?
(Burada da m əntiqi  dilçilik var:  bu pullardan  biri  1  qəpiklik 
deyilsə də,  digəri 1 qəpiklikdir,  vəssalam.)
I
376


Nitq  mədəniyyəti və Ritorika fənni  üzrə 
terminlər lüğəti
A bstraktlaşdır- 
ma  -
Mücərrədləşdirmə.  Mücərrəd  anlayışlar  yarat­
maq, konkretdən ümumiyə (mücərrədə) keçmə
Absurd -
Absurd. Mənasız fikir, cəfəngiyyat
Abzas -
Mətnin  məna  və  fasilə  ilə  məhdudlaşan  hissəsi, 
yeni sətir
Adekvat -
Tam uyğun, eyni, bərabər
Aforizm -
Aforizm,  kəlam, hikmətli  söz;  həm  fikrin bitkin- 
liyi, həm də formanın cilalanmış olmasmın vacib 
olduğu ibarə
Afront -
Gözlənilməz,  məsələn,  məruzəçi  suallara  cavab 
verərkən  meydana  çıxan  biabırçılıq,  rüsvayçılıq, 
həqarət
Agent -
Kiminsə  ideyalarını  təbliğ  edən  şəxs,  yaxud  in­
sanlar qrupu; başqasının nəzər nöqtəsini söyləyən, 
yaxud onu təbliğ edən natiq
Aqnostik -
Aqnostisizm  tərəfdan.  Obyektiv  aləmin  dərk 
edilən olmasını inkar edən (insanın həqiqəti dərk 
edə bilməməsi) fəlsəfi nəzəriyyənin tərəfdan
Aqressiv -
Təcavüzkar, çılğın, hücum edən, istilaçı, o cümlə­
dən, camaat qarşısında çıxışlar prosesində müxtə­
lif növ zorakı hərəkətlər edən
Alibi -
Cinayətdə iştirakı olmamağm sübutu, şübhəli şəxsin 
cinayət  zamanı  başqa yerdə  olmasım  müvafiq  sə­
nədlərlə, məsələn, şahid ifadələri ilə təsdiq edən fakt
Allüziya -
Allüziya. Məlum hadisələrə işarə edən ifadə, işa­
rə, eyham
377


Yüklə

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə