Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə121/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

Cəlil Məmmədquluzadə
S İ R K Ə
(X X  əsrin əvvəllərindəki ədəbi dilim izə a id  bir nümunə)
B ir  neçə  gün  bundan  qabaq  bizim  ədib  yoldaşlarımızın  biri 
gəlmişdi Balaya və düşmüşdü orta mehmanxanaların birində.
M ən və Bakı  ədiblərindən birisi  bir gün  günorta zamanı,  get­
dik  haman  ədib 
rəfiqimizin 
görüşünə.  İçəri  girdik.  Xoş-beş... 
görüşəndən  sonra  oturduq və  bir yarım  saata  qədər  oradan-bura­
dan  söhbət  elədik,  sonra istədik duraq  çıxaq  gedək.  Rəfıqimiz  də 
o meyldə oldu ki, bizlə 
bahəm 
təmiz havada bir qədər dolansın və 
üçümüz də çıxdıq küçəyə.
Parapet  bağına 
yavıqlaşanda 
Bakı  ədiblərinə  birinə  də  rast 
gəldik.  Bu  da  qoşuldu bizə.  Olduq  dörd  və  Mixaylovski  küçə  ilə 
biz yarım saat oyza-buyza vargəl edəndən sonra Bakıya 
varid 
olan 
rəfıqimiz dedi:
- Doğrusu, mən acımışam.
Biz  dördümüz  də  dayandıq  və  başladıq  bir-birimizin  üzünə 
baxmağa.  İkinci bakılı  ədib yoldaşımız dedi:
- Gedək bizə.
Birinci ədib yoldaşımız soruşdu:
- Nəyiniz var evdə yeməli?
İkinci bakılı ədib yoldaşımız belə cavab verdi:
-  Sİz öləsiz,  bir saat bundan qabaq  getmişdim  bazara.  Təzəcə 
bir araba kütüm balığı  bazarın ortasında saxlayıb  satırdılar,  cama­
at  da  çox  şirin  alırdı.  İki  dənə  balıq  da  mən  aldım;  ikisi  on  iki 
girvənkə 
gəldi.  Balıqların  bir  uşağın  əlinə  verdim  apardı  evə. 
İndi  bu  saat  (anam)  o  balıqların  ikisini  də bişiribdir.  Əgər biz bu 
saat dördümüz də getsək bizə,  haman balıqları  qoyarıq  qabağımı­
za  və  şirin  söhbət  edə-edə  nahara  məşğul  olarıq  və  ola  bilər  ki, 
xaçpərəstlər 
istemal 
edən və biz mömin bəndələrə haram buyuru­
370


lan «zəhrimardan»-zaddan da evdən tapıla:  çünki  balığın yanında 
içməli bir şeyin qonşuluğu heç yaman olmaz.
Biz hamımız ac idik,  onunçün də bu təklifi  qəbul edib getdik.
Süfrəni döşədilər...  Qab-qaşıq və duz-çörək gətirdilər və bura­
da mən gördüm ki, ev sahibi ədib rəfiqimiz bir növ təşvişdədir və o 
otağa soxulur, bu otağa soxulur,  guya bir şey axtarır. Axırda gəldi 
durdu qabağımızda və əllərini dizlərinə vurub dedi:
- Heyf, balıq ləzzət verməyəcək.
Biz səbəbini soruşduqda dedi ki, evdə sirkə yoxdu. Kütüm ba­
lığını da sirkəsiz yedin, ya heç yemədin -  ikisi də birdir.
Və bu  sözləri  deyəndən  sonra  ev  sahibi  qaçdı  çölə və  haman 
saat  sevincək  qayıdıb  gəldi.  Əlini  bir-bir  qoydu  biz  üç  ədibin 
çiyninə və şad,  sevincək dedi:
-  Siz öləsiz, bax, bu dəqiqə sirkə gələcək.
Biz  hərçənd  doğrudan  da  ac  idik,  ancaq  sirkənin  gəlməyinə 
çox böyük həvəslə  dayandıq.  O  səbəbə ki,  doğrudan hər bişmişin 
öz  qanunu  və  öz  xasiyyəti  var  və  təzə  balığı  sirkəsiz  yemək,  əti 
duzsuz yemək kimi bir şeydir.
On dəqiqə keçməmişdi ki, bir balaca uşaq bir böyük şüşə dolusu 
qırmızı  sirkəni  gətirib  qoydu  stolun  üstə,  qaçdı  getdi  və  ev  sahibi 
ədib  yoldaşımız  balıqları  buğlana-buğlana  iki  böyük  qabda  «pəh- 
pəh»  deyə-deyə gətirdi  qoydu stolun üstə.  Qapının arasından da bir 
qoca arvad başını çıxardıb mehriban və səsi titrəyə-titrəyə dedi:
-  Yeyin,  qadanız  mənə  gəlsin.  Bu  arvad  ev  sahibi  ədib  yol­
daşımın  anası  imiş.  Bakıya təzə varid  olan  ədib  rəfiqimiz  çəngəli 
balığın bir tikəsinə ilişdirib  qalxızdı yuxan və bumunun qabağına 
tutub iylədi və dedi:
- Pəh-pəhL. Deyəsən yeməli balığa oxşayır.
Ev  sahibi  ədib yoldaşımız da balığın bir tikəsini  də öz boşqa­
bına qoyub pəh-pəh eləyə-eləyə dedi:
-  Siz  öləsiniz,  balığın  bir  ətrinə tamaşa  eləyin  ey!..  Pəh-pəh, 
balıq, nə balıq.  Balığı  da təzə-təzə yeyəsən; təzə ki, olmadı -  daha 
onun nə ləzzəti?
Birinci  bakılı  ədib  yoldaşımız  çəngəli  ilə  balığın  tikələrini 
seçə-seçə ev sahibi ədib yoldaşımıza belə diqqət tutdu:
371


- Mən ölüm, ay Əhməd Fitrət (ev sahibi ədib yoldaşımızın adı­
dır),  o yediyin balığın  adını  ata-anamız  «balıx»  qoyub,  sən də  elə 
«balıx»  de, «balıq»  demə.
Əhməd Fitrət bu 
heyndə 
sirkə  şüşəsini  əlinə götürüb,  balığın 
üstə tökmək istəyirdi və birinci bakılı  ədib yoldaşımızın tənqidinə 
bilmədi  o  saat  nə  cavab  versin.  Ancaq  şüşənin  ağzım  açmamış 
qoydu stolun üstə və bir qədər də dinməyib,  sonra dedi:
- Mərhum atamız, doğrudur, «balıx» deyiblər, amma biz gərək 
«balıq» deyək, nəinki «balıx».
Bakıya təzə varid olan ədib rəfıqimiz Əhməd Fitrətdən soruşdu:
- Axı bir səbəbi var ya yox?
Əhməd Fitrət də bundan soruşdu:
- Nəyin səbəbi?
M ən burada üzümü Əhməd Fitrətə tutub dedim:
- Necə yəni nəyin səbəbi? Axı səndən soruşurlar ki, biz ki, dörd 
Azərbaycan balaları ki,  oturub burada balıx yeyirik,  nə səbəbə biz 
bu balığa «balıq» deyək, «balıx» deməyək?
Əhməd Fitrət bir qədər ucadan dedi:
- Balıx nədi?
- «Balıx», bax, bu yediyimiz heyvanın adıdır.
Əhməd Fitrət çəngəli  stolun üstünə qoyub, dik qalxdı ayağa və 
ağzında yavan çörəyi çeynəyə-çeynəyə dedi:
- Ay mənim əziz qardaşlarım,  axı bir mənə deyin görüm,  axı hər 
dilin bir qanunu var. Axı bizim türk dilinin də bir qanunu var, ya yox?
Birinci bakılı ədib yoldaşımız çəngəli qoydu stolun üstə, bir az 
ucadan, bir az da hirsli, buna belə cavab verdi:
- Allah atana rəhmət eləsin,  ay Əhməd Fitrət.  Bir bizi başa sal 
görək,  o necə qanundu? Bəlkə doğrudan da biz qanmırıx.
Bakıya təzə varid  olan  ədib  rəfıqimiz  də bu  söhbətə  qarışıb  o 
da çəngəli  qoydu yerə və üzünü Əhməd Fitrətə tutdu:
-  Əhməd  Fitrət,  qardaş,  sən  deyəsən  hirslənirsən...  Əvvələn, 
burada hirslənmək heç lazım deyil və ikincisi budur ki, a x ı ...
Əhməd Fitrət bunun sözünü belə kəsdi:
- Xeyr, bağışlayınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin 
bir qanunu var və o qanuna biz də gərək tabe olaq.  M əlumdur ki,
372


Yüklə

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə