Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə120/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

asa bilməzlər,  çünki  hakimin  dediyi  kimi,  edam  gözlənilməz  ola­
caq və mən bunu yalnız edam günü səhər öyrənə biləcəyəm.
Lakin  məni  şənbə  günü  də  asa  bilməzlər:  çünki  məni  bazar 
günü  asa bilməyəcəklərini  bilirəm;  əgər cümə günü  səhər yanıma 
gəlib edam ediləcəyimi xəbər verməsələr, artıq cümə günü gündüz 
dəqiq  biləcəyəm  ki,  məni  şənbə  günü  edam  edəcəklər.  Beləliklə 
edam gözlənilməz olmayacaq.
Belə düşünərək,  məhkum ardıcıl  olaraq cümə gününü,  cümə ax­
şamını,  çərşənbəni,  daha  sonra  çərşənbə  axşamım  və  nəhayət bazar 
ertəsini istisna etdi. Sonda o, beləbir nəticəyə gəldi ki, onu ümumiyyətlə 
asa bilməzlər, Çünki həftənin heç bir günü hakim tərəfindən şərt kimi 
göstərilmiş gözlənilməzlik tələbinə cavab vermir.
(Öz qarşınıza buparadoksu həll etm ək kim i böyük m əqsəd qoy­
madan (əslində bu da istisna edilmir),  m üttəhim in edam ın qarşıda­
kı həftənin heç  bir günündə gözlənilm əz ola bilm əyəcəyi üzündən 
heç vaxt baş tutm ayacağı və dem əli üm um iyyətlə olm ayacağı haq­
qında m ülahizələrini  canlandırmağa  çalışın.  A sılm ış adam p ara- 
doksunun hamı tərəfindən qəbul edilmiş, ya xu d  heç olm azsa ya xşı 
əsaslandırılm ış həlli yoxdur. Bəzən təsdiq edilir ki,  hakim in qərarı 
ziddiyyətlidir,  başqa  halda  isə  səhvi  məhkumun  m ülahizəsində 
görürlər.  Əslində,  əgər fə rz   etsək  ki,  edam  yaxın  7  gündə  yox, 
qarşıdakı  365  gündən  baş  tutacaq,  paradoks  duyğusu yo x  olur. 
M əhkum un m ülahizələri  isə,  onlara daxil olan  «gözlənilm əz» an­
layışının aydın olm am ası səbəbindən o qədər də aydın deyildir.)
Ədəbsiz üsullarla m übahisəyə aid b ir nüm unə
«Veksfild  keşişi»  əsərində  Ç.Qoldsmit  mübahisə  etməkdə 
təcrübəli,  utanmaz  skvayr  və  gənc,  təcrübəsiz,  amma  mübahisə 
etməyə can atan Moisey arasındakı mübahisəni təsvir edir.
Bu  m übahisədə  hansı  ədəbsiz  üsullardan  istifadə  edildiyinə 
diqqət yetirin.
«Düzdür...-  deyə  skvayr  qışqırdı-  Gözəl  qız  dünyanın  bütün 
ruhaniləri  arasındakı  fitnə-fəsadlara dəyər.  Bütün bu fırıldaqlar və 
uydurmalar böyük və  alçaq  bir yalan  deyilsə,  bəs  nədir?  Həm  də
367


mən bunu  sübut edə bilərəm»-  «Dinləmək istərdim-  deyə Moisey 
həyəcanla  dilləndi,  -Zənnimcə  mən  sizə  cavab  verə  bilərdim».- 
«Əla,  cənab»,  -  deyə  skvayr cavab  verdi.-O,  qarşısındakının  nəyə 
qadir ola biləcəyini o saat anlamışdı və ətrafındakılara göz vuraraq, 
onlara əylənməyə hazırlaşmaq işarəsi verdi. -  «Əgər siz soyuqqan- 
lılıqla bu mövzunu müzakirə  etmək istəyirsinizsə,  çox gözəl,  mən 
mübahisəyə  hazıram.  Amma  əvvəlcə  deyin  görüm,  siz  məsələni 
necə müzakirə etmək istəyirsiniz:  analoji, yoxsa dialoji?»  -«Ağıllı 
şəkildə  müzakirə  etmək!»-deyə  mübahisə  edəcəyinə  görə  özünü 
xoşbəxt  hiss  edən  Moisey  dilləndi.  -   «Yenə  də  əla!  Hər  şeydən 
əvvəl,  güman  edirəm  ki,  siz  də bununla razılaşarsınız ki,  o  şey ki, 
mövcuddur- o mövcuddur.  Əgər siz bununla razı deyilsinizsə, mən 
fikrimi  davam  etdirə bilmərəm»-  «Bəs  necə!-  deyə Moisey  cavab 
verdi-  əlbəttə,  mən bu fikirlə razıyam.  Elə özüm  də bu həqiqətdən 
bacardığım  qədər yaxşı  istifadə  edəcəyəm»,-  «Ümidvaram  ki,  siz 
hissənin  bütövdən  kiçik  olması  fikri  ilə  də  razılaşarsınız?»-  «Bu­
nunla da razıyam! - deyə Moisey ucadan dilləndi- Bu düzgündür və 
ağıllı fikirdir»,- «Ümidvapram ki, siz həmçinin üçbucağın üç buca­
ğının iki  düz bucağa bərabər olması fikrini  rədd etməyəcəksiniz»- 
deyə skvayr ucadan dilləndi.  «Bundan daha aşkar nə ola bilər ki?» 
-  deyən  Moisey  özündən  razı  bir  görkəmlə  ətrafdakı 1 ara  baxdı. 
«Əla!»-  deyə,  skvayr  birdən-birə  çox  sürətlə  danışmağa  başladı- 
«Bir  halda  ki,  bu  başlanğıc  nöqtələrdə  razılığa  gəldik,  onda  mən 
təsdiq  edirəm  ki,  özündənmövcudluğun konkatenasiyası  qarşılıqlı 
ikili  münasibətlərdə təbii  şəkildə problemli  dialogizmə gətirib  çı­
xarır, bu da məlum dərəcədə isbat edir ki, mənəviyyatın mahiyyəti 
predikabiliyalann  ikinci  növünə  aid  edilə  bilər»,-  «Dayamn, 
dayanın»-deyə Moisey  dilləndi-  «Mən bunu  rədd  edirəm.  Doğru- 
danmı  siz  elə  düşünürsünüz  ki,  mən  bu  yanlış  təlimlərə  etirazsız 
təslim olacağam?»- «Nə?»-  skvayr qəzəbləndiyini göstərməyə ça­
lışaraq ucadan dilləndi- «Siz razı deyilsiniz? Mənim tək bir sadə və 
aydın  sualıma  cavab  verin:  Aristotel  «nisbət nisbi  ilə  əlaqəlidir»- 
deyərkən  haqlı  idimi?»  -«Şübhəsiz»-  deyə  Moisey  cavab  verdi. 
«İndi ki, belədir, onda mənə aydın cavab verin: - deficient secundum 
quoad, yaxud quoad m inus- mənim entitemamın birinci  hissəsinin
368


analitik  inkişafıdır  və  bu  haqda  öz  dəlillərinizi  göstərin.  Sizə 
deyirəm  ki,  mənə  öz  dəlillərinizi  göstərin,  həm  də  aşkar  şəkildə, 
dolaşıqlıq  etmədən  göstərin».  -   «Mən  etiraz  edirəm»-  deyə  M oi­
sey qışqırdı- «Mən sizin mülahizənizin mahiyyətini lazımınca tuta 
bilmədim.  Onu  sadə  cümlə  şəklinə  salın,  o  halda,  düşünürəm  ki, 
sizə  cavab  verə  bilərəm»,-  «Ah,  cənab»-  deyə  skvayr  səsləndi:  « 
Sizin aciz qulunuzam. Belə məlum olur ki, mən sizi təkcə dəlillərlə 
yox,  həm  də  təfəkkürlə  təmin  etməliyəm!  Xeyr,  cənab.  Mən  eti­
raz edirəm!..  Siz mənim üçün olduqca çətin rəqibsiniz». Bu sözlər 
bitəndə  hamı  qəhqəhə  çəkib  Moiseyə  gülməyə  başladı.  O  gülən 
adamlar  arasında  donuq  bir  sifətlə  oturmuşdu.  Bundan  sonra  o, 
söhbət zamanı bir kəlmə belə söyləmədi».
{Bu mübahisədə nəinki nitqin həmsöhbət tərəfindən anlaşılmay- 
caq səviyyədə sürətləndirilməsindən,  həm də bir sıra digər ədəbli ol­
mayan üsullardan istifadə olurrur. Onların sırasında rəqibi özündən çı­
xarmaq və orada olanları öz tərəfinə çəkməyəyönəldilmiş(«şəxsiyyətə 
aid dəlil»  və  «iştirakçılara  aid dəlil»),  «bilməmək dəlili»  (sualları 
məhz necə:  «analoji,  yoxsa dialoji»;  qarşı  tərəf üçün aşkar şəkildə 
aydın olmayan latın dilində  ifadə və s.); həmsöhbətini lağa qoymaq 
(« mən sizi təkcə dəlillərlə yox,  həm də təfəkkürlə təmin etməliyəm», 
«Siz  mənim  üçün  çox  çətin  rəqibsiniz»)  kim i  üsullar  vardır.  Lakin 
skvayrın  dəlillərinin  başlıca  qüsuru,  heç  şübhəsiz  ki,  onun form a­
laşdırdığı tezis mənasızdır («mənim entimemamın birinci hissəsinin 
analitik inkişafı...»)  və aşkar şəkildə əsaslarla m əntiqi şəkildə  bağlı 
deyildir (səhv «meydana gəlmir»).  Əsas roluna iddia edən adi sözlər, 
yaxud tavtalogiyalardan da istifadə  ədəbli deyildir,  çünki onlardan 
hansısa məzmuna m alik məlumat əldə etmək,  sadəcə mümkün deyil­
dir  («nə  mövcuddursa,  mövcuddur»,  «hissə  tamdan azdır»,  «üçbu­
cağın üç bucağı iki düzə  bərabərdir»,  «nisbət nisbi ilə əlaqəlidir»). 
Nəhayət, Aristotelə istinad edilməsi də ədəbli deyildir («nüfuzlu ada­
mın fikrinə istinad etmə»).
Belə qısa bir m übahisə üçün bu qədər ədəbli olm ayan dəlillər, 
əslində  çoxdur.  Başqa  auditoriyada  M oisey  çoxdan  m übahisəni 
udmuş hesab olunardı,  elə təkcə ona görə ki,  onun rəqibi açıq-aş- 
kar saxtakarlıq edir.)
369


Yüklə

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə