• müdiriyyətdən təcili tapşırıq alıb, onu yerinə yetirdikdən
sonra bu haqda elə hesabat verə bilər ki, rəhbərlik dərhal hesabat
verənin vəzifə maaşının artırılması haqqında əmr imzalayar.
M üasir müsbət nümunələri isə fənnin bu gün də geniş tədris
edildiyi xarici ölkələrin təcrübəsindən görmək mümkündür. Belə
ki, Avropa və Amerikada natiqlik sənətinin ən müasir istiqamətləri
klassik ritorikaya gedib çıxır və ritorika tamamilə haqlı olaraq, hu
manitar biliklərin ümumi metodologiyası rolunda çıxış etməyə id
dialıdır.
Eyni zamanda, xaricdə natiqlik təcrübəsinin də rolu artır ki,
bura tam haqlı olaraq, tədris müəssisəsindəki təcrübi və gündəlik
nitqi, hətta küçədəki danışığı da aid etmək olar.
İnkişaf etmiş ölkələrdə hər bir orta məktəb şagirdi nəzəri bilik
lərə əsaslanan müəyyən ritorik təcrübə əldə edir. Bu, nitq ustalığına
aid qısa kurs da ola bilər ki, burada şagirdlər (dinləyicilər) yalnız
ictimai, açıq çıxışlara hazırlığın ümumi əsaslan ilə tanış olur, işgü
zar ünsiyyətin əsaslanna yiyələnməyə başlayırlar. Amma peşəkar
natiq və ritorlar hazırlayan xüsusi məktəblərdə uzunmüddətli ha
zırlıq keçmək də mümkündür.
Peşəkar natiqlik ustalığına yiyələnməyin ümumi təcrübəsi təd
ricən bütün dünyada, demək olar ki, istənilən ixtisas üzrə mütəxəssis
hazırlığının aynlmaz hissəsinə çevrilməkdədir. İlk növbədə bu,
müxtəlif sosial peşələrin nümayəndələrinə: diplomatlara, hüquqşü
naslara, psixoloqlara, pedaqoqlara, həkimlərə, ticarət, həmçinin
bütün sosial xidmət işçilərinə, kitabxana, katiblik və bələdiyyə
üzvlərinə, ümumiyyətlə, insanlarla intensiv ünsiyyətdə olan digər
sahələrə aiddir. Fikrimizcə, yüksək səviyyəli mütəxəssislərin hazır
lanması zamanı ritorika kursunun öyrənilməsi məcburi olmalıdır.
Bu gün dünya ölkələrinin ali məktəblərinin tədris planlarına ri
torika daxildir. Hazırda dünyada təkcə filoloqlar deyil, digər huma
nitar ixtisasların (hüquq, beynəlxalq əlaqələr, fəlsəfə, jurnalistika
və s.) tələbələri də ritorik hazırlıq keçirlər.
Humanitar fakültələrdə ritorika kursunun əsas məsələləri kimi
aşağıdakılar irəli sürülür:
5
• sosial - humanitar biliklər sistemində ritorikanın inteqral
fənn kimi yerinin müəyyənləşdirilməsi, natiqlik fəaliyyətinin icti
mai əhəmiyyəti və natiqin öz nitq davranışı üçün məsuliyyəti;
• tələbələrin ictimai çıxışlarda iştirak üçün səmərəli və təsirli
hazırlıq texnologiyası ilə silahlandınlması;
• dinləyicilərin nitq mədəniyyətinin öyrədilənlərin peşə və şəxsi
tələblərinə daha dərindən cavab verən fəal forma və janrları ilə nəzəri
və əməli (həm genetik, həm də sinxron istiqamətlərdə) tanışlığı.
Ali məktəb ritorik təhsil verərkən ünsiyyət baxımından inkişaf
etmiş, şüurlu və çevik şəkildə inandırmaq qabiliyyətinə yiyələnmiş,
cəmiyyət qarşısında m üxtəlif növ və janrlarda maraqlı çıxışlar et
məyi bacaran şəxsiyyət yetişdirmək kimi sosial əhəmiyyətli ən
yüksək vəzifəni yerinə yetirməyi qarşısına məqsəd qoyur.
Tədris fənni kimi ritorikanın ali məktəbdə başlıca vəzifəsi tə
ləbənin cəmiyyətin layiqli üzvü, işinin incəliklərinə yaxşı bələd
olan, şüurlu mövqeyə malik, yüksək mənəvi- ictimai normaları
təbliğ edən və nitq ünsiyyətini təşkil etmək üsullarına yiyələnmiş
şəxsiyyət tək yetişdirilməsi kimi sosial borcu yerinə yetirməsidir.
Ritorika (gözəl danışıq qabiliyyəti, ustalığı nəzəriyyəsi) .ma
hiyyət etibarilə, yuxanda qeyd edildiyi kimi, ritorik pedaqogika
şəklində meydana gəlmişdir. Belə ki, bu sahədə ilk nəzəriyyəçi və
praktik olan sofıstlər ritorik-pedaqoji fəaliyyətlə məşğul olurdular,
yəni gözəl danışıq ustalığı öyrədirdilər.
Deməli, Qədim Roma və Qədim Yunanıstanda tədris fənni ki
mi meydana gəlmiş ritorika bu gün də pedaqoji və praktik yönüm-
lü olmalıdır.
Dünyanın bu sahə üzrə tanınmış bir çox alimlərinin, məsələn,
S.S.Averintsevin, A.F.Losevin, LK.Qraudinamn, A.K.Mixalskaya-
nın və b. fikrincə, müasir ritorika nitq ünsiyyətinin yalnız texnikası
yox, həm də fəlsəfəsi, onun əxlaqi seçim, xeyir və şər, onlann dav
ranış və ünsiyyətdəki problemlərini irəli sürən ümumiləşdirici etika
və estetikasıdır.
Ali məktəb fənni kimi ritorika linqvistika, üslubiyyat, mətn
şünaslıq, semiotika, ədəbiyyat nəzəriyyəsi və tarixi ilə bir sırada
durur və aşağıdakı məsələləri əhatə edir:
6
• nəzəriyyənin və onun ictimai dil təcrübəsi ilə əlaqəsinin öy
rənilməsi;
• jan r kimi real şəkildə mövcud olan (qarşıya qoyulmuş məq
səddən asılı olaraq), müvafiq kommunikativ mətnin quruluşu haq
qında biliklərə yiyələnmək;
• bu əsasda, klassik kanonun {qanun, qayda) çıxış etm əyə
hazırlıqla bağlı h ər b ir m ərhələsində (k ə şf etm ə, yerləşdirm ə,
ifadə etmə, yadda saxlam a və cəm iyyət qarşısında nitq söy
ləm ə) bacarıqlarını təm in edən peşəkar ustalığın form alaşdı
rılm ası.
Beləliklə, «Ritorika» fənninin ən mühüm vəzifəsi tələbələrin
nitq ünsiyyəti prosesinin əsas ünsürlərini dərk etmələri və
istənilən nitq şəraitində effektiv nitq nümayiş etdirmələri üçün
zəruri olan bacanq və vərdişlərin formalaşdırılmasını təmin
etməkdən ibarətdir.
Bu dərs vəsaitinin məqsədi - tələbələrə klassik ritorik nəzə
riyyənin əsaslarını öyrətmək, onlan dünya ritorika mədəniyyəti
ilə tanış etmək, antik məsəl olan : «İnsanın həyatı necədirsə, nit
qi də elədir» ifadəsini və Roma filosofu Senekanın: «Ziyafətlərin
və geyimlərin dəbdəbəli olması dövlət idarəçiliyinin xəstəliyə tu
tulmasının əlaməti olduğu kimi, tez-tez təsadüf edilən nitq ida-
rəolunmazlığı da, söz danışanların ruhunun məhv olmasının
göstəricisidir.» - kimi ədalətli fikrini yadda saxlayaraq, real nitq
ünsiyyətinin bilavasitə iştirakçıları olmalarına kömək etməkdir.
Bu kitab ritorika haqqında dünya praktikasında öz təsdiqini
tapmış nəzəri tədqiqatlar, monoqrafiyalar, dərslik və dərs vəsaitləri
əsasında tərtib olunmuşdur. Bu kitabda təcrübi fəaliyyət üçün əhə
miyyətli, lakin bir qayda olaraq, bu sahəyə aid digər nəşrlərdə ki
fayət qədər şərh edilməmiş üç prinsipi həyata keçirməyə təşəbbüs
göstərilmişdir:
• Qısa şəkildə «müasir insanın ritorik mədəniyyəti» kimi gös
tərilə biləcək bu fənni mümkün qədər geniş şərh etmək;
• Şərhlərin təklif xarakteri daşıması (qanunauyğunluqlar, qay
dalar, üsullar, alqoritmlər və s.);
• Şərhin mümkün qədər qısa, konkret, lakonik olması.
7
Yüklə Dostları ilə paylaş: |