Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə118/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   124

zərurəti  yaranarsa,  əvvəlcədən  xəbərdar  edin,  vacib  səbəbi  deyin. 
İnsanlar haqqında heç vaxt pis fikir deməyin.  Öz peşənizin vurğunu 
olun, daim üzərinizdə çalışın,  sevərək işləyin!  “İstər bəstəkar ol, istər 
nəqqaş ol,  Şair ol,  rəssam  ol,  heykəltəraş ol, Yaratdığın  şeyi  sevərək 
yarat, Hər işdə uca ol, hamıdan baş ol!”(M.Müşfiq)
NİTQ  MƏDƏNİYYƏTİNƏ AİD  NÜMUNƏLƏR
K om m unal xidm ət idarəsi rəhbərinin iclasdakı çıxışı 
(xarakterik nümunə)
Yoldaşlar!(Sovet vaxtının müraciəti)
Biz  işimizdə  perevorot  (dəyişiklik,  dönüş)  etməliyik.  Belə 
işləmək  olmaz.  U borşitsalarm   (xadimələrin)  da  işindən  narazılıq 
var,  katelni  (qazanxana)  də  yaxşı  işləmir,  tok  (cərəyan,  elektrik) 
işinə baxanlar da. R em ontşikhri (təmirçiləri) vapşey (ümumiyyətlə) 
demirəm. Hamı çerez-çerez (yəni-barmaqarası) iş görür. M alyarla­
ri  (rəngsazları)  göndərmişik  icranın  (rayon  icra  hakimiyyətinin) 
rasprejeniyasına  (sərəncamına),  2-si  çıxıb  aradan.  P lo tn ikh r 
(dülgərlər)gedib  p a d yezd h ri  (girişləri)  remonta  (təmirə),  qa­
pıların  ruçkaların  (dəstəklərini)  düzəltmək  əvəzinə,  petlələri 
(əncamələri)  də  xarab  eləyiblər.  K am enşiklər  (bənnalar)  otpuska- 
da  (məzuniyyətdə),  şkaturşikhr  (malaçılar)  hansı  cəhənnəmdə, 
bilmirəm.  Keçən sabraniyada (iclasada) tapşırmışdım ki, detsadın 
(uşaq  bağçasının)  qabağında  ağac  əkilsin.  Kimin vecinədir?  Bağ­
banlar  lapatka  (bel)  aldırmağdan  başqa  heç  nə  bilmirlər.  Vopşem 
(ümumiyyətlə,  nə  isə),  day  (daha)  mən  deməkdən  nadayel olm u­
şam  (bezmişəm).  Hamuvuzu  rədd  eləyəcəyəm.  Q lavnı  injeneri 
(baş  mühəndisi)  də,  sizi  də.  N öşün  (ona  görə  k i , )  ki,  naqlet  (ağ) 
eləmisüz.  Bilün  ki,  mən  lyuboy  (hər  hansı)  adamı  çıxardandan 
sonra  onu  heç  operasiya  (apellyasiya)  məhkəməsi  də  vosstanavit 
(bərpa) eləyə bilməz.  Qurtardı,  gedə bilərsüz.
361


“ F arqelet”
Sovet  dövründə  alimləri  “Milyonların  Lenin  universiteti” 
adı  altında  kəndlərə  ezamiyyətə  göndərmək  dəb  idi.  Bizim  Bakı 
Dövlət Universitetinin tanınmış alimlərindən birini  (artıq dünyası­
nı dəyişib, Allah rəhmət eləsin!) dağ rayonlarından birinə mühazirə 
oxumağa göndərirlər.  Plan xətrinə görüş olduğu üçün  kənddə zalı 
kolxozçuların hesabına doldururlar, işin qaynar vaxtında zorla klu­
ba  gətirilən  kəndlilər  deyinə-deyinə  mühazirəni  dinləyirlər.Alim 
də  bu  istidə  onlara  1  saat  yarım  Marksiz-leninizm  fəlsəfəsindən 
gərəksiz  bir  mühazirə  oxuyur.  Bezən  kənd  adamlarının  canlarını 
qurtarmaq üçün candərdi dözdükləri  mühazirədə alim hazırlaşma­
dığı üçün ağzına gələni danışır.  Sonda arxayın-arxayın “Kimin su­
alı var?”  soruşanda bir cavan  oğlan  arxadan əlini  qaldırır.’’Buyur, 
bala”-deyəndə oğlan  soruşur:  ’’Professor,  Farqelet nədir?” Alim  o 
anda  düşünür  ki,  bu  cavan  oğlan  yəqin  hansı  kitabdansa  bu  ter­
mini  əzbərləyib,  məni  yoxlamaq  üçün  sual  verir.  Özünü  hazırlıq­
lı  göstərmək  üçün  təxminən  15  dəqiqə  farqelet  haqqında,  onun 
fəlsəfənin vacib  kateqoriyası  olması  barədə  danışır,  Marksın,  Le­
ninin  konkret  əsərlərini,  səhifələrini  nümunə  göstərir,  orada  far­
qelet barədə geniş  şərhlər olduğunu  deyir.  Əldən-dildən  düşəndən 
sonra  oğlandan  soruşur:”başa  düşdün,  bala?” .  Oğlan  utana-utana 
ayağa qalxır ki, ’’başa düşdüm  e,  müəllim,  ancaq  siz bayaqdan da­
nışdıqca,  mən  pəncərədən bayıra baxırdım,  kəndin  poçt binasının 
üstündə “teleqraf’ yazılıb,  onu tərsinə oxuyub  soruşdum ki, farqe­
let nədir?” Alim istidən çox xəcalətindən tərləyib  çölə çıxır.
(  K ütlə  qarşısında nitqə  a id  olan  bu  nümunədə  alim   bir neçə 
səhvə  y o l  verir,  ilk   növbədə  auditoriyanın  tələbləri  və  səviyyəsi 
nəzərə  alınmır,  ona görə  çıxış  m araqsız  alınır.  Verilən  suala  ca­
vabı  bilm ədiyi  halda  “bu  barədə  gələn  dəfə  danışarıq”  tipli  ca­
vablar  əvəzinə,  birtəhər  vəziyyətdən  çıxm aq  istəyib  özünü gülünc 
vəziyyətə  salır.  Bilm ədiyi  mövzunu  sadə  cavablandırm alı  olduğu 
halda  bir  qədər  də  mürəkkəb  variant seçir,  misallar,  istinadlarla 
dolaşıqlıq yaradır).
362


M olla N əsrəddinin qələmi
M olla  Nəsrəddin  mədrəsədə  dərs  deyirmiş.  Bir  gün 
valideynlərdən  biri  ona  bir  qab  paxlava  gətirir.  M olla  da  həmin 
vaxt başqa yerə getməliymiş.  Paxlavanı taxçaya qoyub deyir:
-  Uşaqlar,  buna  toxunmazsınız.  Bunu  mənə  göndərən  ada­
mın mənlə ədavəti  var,  içinə zəhər qatib,  yesəniz zəhərlənərsiniz. 
Molla tapşırığını verib gedir. Mollanın qardaşı oğlu bu sinifdə oxu­
yurmuş.  O  bilir ki,  molla  uşaqları  aldadıb,  paxlavam  yeməsinlər. 
M olla gedən kimi taxçadan qabı çıxardır, paxlavanı yeməyə başla­
yır.  Uşaqları  da yeməyə  dəvət edir.  Uşaqlar yeməkdən boyun  qa­
çırıb deyirlər:
- Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.
Qardaşoğlu deyir:
- M olla bizi aldadır, gəlin yeyin.
Uşaqlar deyirlər:
- Bəs biz mollaya nə cavab verək?
Oğlan deyir:
-  Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.
Uşaqlar  paxlavam  tamam  yeyib  qurtarırlar.  Qardaşoğlu  mol­
lanın  sevimli  qələmini  sındırıb qutunun üstünə qoyur.  M olla gəlir, 
qələmini  sınmış görüb uşaqlardan acıqlı  soruşur:
- Bunu kim sındırdı?
Oğlan ağlaya-ağlaya deyir:
-  Yazanda  sındı.  Əmimin  üzünə  necə  baxacağam?!  -  deyib 
özümü  öldürmək istədim.  Paxlava qabını  taxçadan götürdüm,  gö­
zümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən 
ölmədim.
M olla dilxor olub uşağa deyir:
- Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi ve­
rilib.
(Yalançı  əsaslandırm aya  a id   p a rlaq  misaldır.Qardaşoğlu 
paxlavanı yediyini  əsaslandırm aq  üçün  qələm i  sındırır  və  özünü 
öldürm ək m əqsədilə paxlavanı yediyini deyir.)
363


Yüklə

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə