Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə116/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   124

ƏLAVƏLƏR
Dahi rus yazıçısı Lev Tolstoy  18 yaşında olarkən xoşbəxtlik və 
uğur qazanmaq üçün «10 qızıl qayda” tərtib edib. Ömrünün axırına 
kimi bu qaydalara riayət edəcəyinə söz verib:
1.  Tez qalx.  Məsələn,  saat 5-də.
2.  Tez yat.  Məsələn,  saat 21.00-da.
3.  Az ye.  Şirniyyatdan uzaq dur.
4.  Ev işlərinin bacardıqca özün et.  Başqalarına etdirmə.
5.  Məqsədlərini böl.Bir həyati məqsədin olsun. Amma bunun 
bəs  etməyəcəyini  bil  və  həyatda  nail  olmaq  istədiklərinlə  bağ­
lı  ayn-ayn  balaca  hədəflərin  olsun.  Gələn  ilin,  gələn  ayın,  gələn 
həftənin  və  sabahkı  günün  hədəflərini  ayn-ayı,  dəqiq  şəkildə 
müəyyənləşdir. Hətta bir saat sonranın, bir dəqiqə sonranın planını 
müəyyən et.  Qulağında sırğa olsun:  Böyük məqsədlərə gedən yol, 
kiçik məqsədlərdən başlayır.
6.  Qadınlardan uzaq dur.
7.  Çox işləyərək ehtirasını  öldür.
8.  Yaxşı  adam  ol,  amma başqalarının bunu  bilməsinə  imkan 
vermə.
9.  Gücünün yetdiyindən daha az xərclə.
10. İndikindən  on  dəfə  varlı  olsan  da,  qətiyyən  həyat  tərzini 
dəyişmə.
Biz isə,  əsasən,  natiqlər üçün uğurun  15 qaydasını təqdim 
edirik:
L  Çalışın  bütün  uğurlarda  şəraiti,  uğursuzluqlarda  isə 
özünüzü  günahlandırmağa  vərdiş  edin. 
Təsəvvür  edin  ki,  Siz 
bir  mühazirə,  məruzə,  yaxud  sadə  bir  məlumatla  çıxış  edirsiniz 
və  Sizə  böyük  maraqla  qulaq  asırlar.  Buna  görə  toplaşanlara  və 
təşkilatçılara  minnətdar  olmaq  lazımdır.  Hesab  edin  ki,  bəxtiniz 
gətirib.  Əgər zaldakılar  Sizi  pis  qarşılasaydılar,  onda kim  günah­
kar sayılacaqdı? Camaat, yoxsa təşkilatçılar? Xeyr!  Günahkar Siz­
355


siniz!  Yaxşı  hazırlaşmamışsınız,  zalı  ələ  ala  bilmədiniz!  Günah­
kar  yalnız  özünüzsünüz!  Əgər  hadisələrə  belə  yanaşmağa  vərdiş 
eləsəniz,  özünüzdən  asılı  olmayaraq  səhvlərinizi  təhlil  edib  bir 
daha onları təkrar etməyəcəksiniz.  Həm  də daha həyatdan,  dünya­
dan küsməyəcəksiniz. Ən böyük qazancınız isə o olacaq ki, özünü­
zü tənbeh etmək, başqalannı da günahlandırmaq istəməyəcəksiniz, 
deməli, təkmilləşmə prosesi gedəcək!
2. “Ölümdən  başqa  hər  şeyə  çarə  var!”  Heç  vaxt  ruhdan 
düşməyin!  “Əgər yaşayıramsa,  həyatımı  yaxşılaşdırmağa  qa­
dirəm!”
Bəli, ancaq belə! Heç bir çıxılmaz vəziyyət yoxdur!  Həqiqətən 
də,  əgər  yaşayırıqsa,  deməli  özümüzdə  və  həyatda  nəyi  isə  yax­
şılaşdıra  bilərik!  İnsanın  iradəsi  qırılanda,  öz-özünə  “Vəssalam, 
hər şey bitdi,  daha mən heç nə edə bilmərəm.”-deyəndə beyin sö­
nür,  dini  kitablarda  yazıldığı  kimi,  ilahi  qüvvələrlə  əlaqə  kəsilir, 
ruh  düşgünlüyü,  məğmunluq,  bədbəxtlik başlayır,  əgər indiyədək 
səhvlər olmuşdusa, indən belə bir az da çoxalır. Yox, əgər heç nəyə 
baxmayaraq,  özünüzdə  qüvvə tapsanız,  mütləq  vəziyyətdən  çıxış 
yolu da tapa biləcəksiniz!  Mütləq tapacaqsınız!
3. iradənizin ziddinə getməyi bacarın!
Bu,  yalnız  xoşladığınız  yeməkdən,  yaxud  əyləncədən  im­
tina  etmək  deyil.  Bu  xarakteri  özünüzdə  tərbiyə  edərək  Siz 
zəhləniz gedən adamla səmimi  görüşməyi, xoşlamağınız məclisdə 
gülümsəyərək  oturmağı,  ürəyiniz  istəməsə  də  ümumi  iş  xətrinə 
müəyyən  addımı  atmağı  bacarmalısınız.  Bu  siyahıya  sevimli  ada­
mı  görərkən  hissləri  cilovlamaq,  heç vaxt hövsələdən  çıxmamaq, 
“dilin  insana  fikirlərini  gizlətmək üçün  verildiyini”  qəbul  etmək, 
ən  yaxın  adamların  da  nə  vaxtsa  düşmən  ola  biləcəyi  ehtimalını 
nəzərə almaq kimi klassik düsturlar da daxildir.
4.  Özünüzlə  necə  rəftar  arzulayırsınızsa,  başqaları  ilə  elə 
rəftar edin
Təsəvvür  eləyin,  zalda  oturub  çıxışlara  qulaq  asırsınız.  Kim 
Sizi  daha  çox  cəlb  edir?  Ağıllı,  səliqəli,  xeyirxah,  səmimi,  nəcib, 
emosional,  savadlı, yaxşı diksiyalı,  dəqiq jestli,  camaata diqqətli... 
Ona görə Siz ona bənzəməyə çalışırsınız.  Siz istəyərdinizmi, kimsə
356


Sizin  çıxışınızı  yanda  kəssin?  Əlbəttə,  yox!  Siz  pinti  geyinmiş, 
camaata  laqeyd  olan  məmzəçi  ilə  ünsiyyət  qurmaq  istərdinizmi? 
Yenə  də,  yox!  Nataraz  məruzəçi  Sizdə  hansı  təəssüratı  oyadır? 
Daha sualım yoxdur...
5.  Tək olanda da, elə hesab edin ki, kimsə Sizə nəzarət edir.
Evə  gələndə  qazanlan  bir-birinə  vurmaq,  soyuducudan  ban­
kanı  götürüb başına çəkmək,  şalvan  düymələmədən gəzmək kimi 
hallan  elə bilməyin ki heç kəs görmür və ya görməyəcək.  Bir gün 
camaatın yanında bu vərdişlərdən biri  qəfildən  ortaya  çıxacaq və 
biabır olacaqsınız.  Ona görə tək olanda da özünüzü  cəmiyyətdəki 
kimi,  səliqəli,  mədəni,  əxlaqlı  apann,  hərəkətlərinizə  fikir  verin. 
İnsan ilk növbədə özü özünə hörmət etməlidir.
6. Təmkin ağlın meyarıdır...
Mədəni səviyyə nə qədər yüksəkdirsə, insan o qədər tədbirli və 
təmkinli olur. Əgər bir məclisdə üstünüzə nə isə dağıdıblarsa, bunu 
“eybi  yox”  deyərək  hiss  etdirməmək  də  olar,  qara-qışqırıq  salıb 
bütün  zalın  diqqətini  cəlb  etmək  də  olar.  Nəticə  isə  eynidir-artıq 
sevimli geyiminiz bulaşıb.  Xörəkpaylayan  Sizə təzə kostyum alan 
deyil,  kimyəvi  təmizləmənin pulunu da ondan tələb  etmək olmaz. 
Ümumiyyətlə, iki nəfərdən çox adam varsa, irad tutmaq, danlamaq 
ədəbsizlik sayılır.
Adamlara  “yox”  deməyi  də  bacarmaq  lazımdır:  elə  imtina 
etmək  olar  ki,  qarşıdakı  külqabını  götürüb  başına  vursun,  elə  də 
olar ki, təşəkkür edərək gülümsəyib getsin.
7. Ziyalı təəssüratı yaratmaq istəyirsinizsə...
Öz səs tembrinizi formalaşdırın. Aşağı tonda danışmağa vərdiş 
edin.  Geniş  istifadə  edilməyən  söz  və  terminlərdən  yararlanın. 
Jarqon  sözlərdən  və  ədəbsiz  ifadələrdən(lap  başqasının  dediyini 
təkrar  etməli  olsanız  da)  qaçın,  başqalarının  söhbətinin  sizə  ma­
raqlı  olduğunu hiss etdirin, diqqətlə qulaq asmağı bacarın, düzgün 
danışmağa  və  yazmağa  adət  edin,  xüsusi  isimləri,  ələlxüsus  şəxs 
adlarını  dəqiq ifadə edin.  Xidməti  sirləri  - işlə və yaxud kiminləsə 
bağlı  olmasından  asılı  olmayaraq,  gizli  saxlayın.  Suallara  qısa və 
aydın cavab verməyə vərdiş edin.  4 mövzu barədə camaat arasın­
da, xüsusən də az tanıdığınız adamlann içində danışmayın:  siyasət,
357


Yüklə

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə