Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə119/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   124

A ta və ananın m ülahizələrində 
səhv nədən ib a rə td ir?
Köhnə bir Çin lətifəsində deyilir ki, bu il yaşıd olmayan insan­
lar gələn il yaşıd ola bilərlər.
Bir  ailədə  qız  uşağı  dünyaya  gəlir.  Atanın  dostu  onun  yanına 
gəlir və qızını özünün 2 yaşlı oğluna nişanlamaq istəyir.  Qızın atası 
hirslənir və deyir:
-Mənim  qızımın cəmi bir yaşı,  sənin oğlunun isə artıq iki yaşı 
var.Deməli,  oğlun  qızımdan  2  dəfə  böyükdür.  Qızımın  20  yaşı 
olanda oğlanın artıq 40 yaşı  olacaq.  Öz qızımı  qoca nişanlıya niyə 
ərə verməliyəm?
Onun arvadı bu  sözləri  eşidir və etiraz edir:
-İndi  bizim  qızımızın  1  yaşı  var,  gələn  il  isə  2  olacaq  və 
deməli  onlar yaşıd  olacaqlar,  (lakin  ham  atanın,  ham  da  ananın 
mülahizalarində yalançı asas mövcuddur.)
M ülahizənin səhvi nədədir?
Bir qədim  sofızmdə isbat edilir ki,  gözlər görmək üçün zəruri 
deyil:  «Görmək  üçün  gözə  malik  olmaz  vacib  deyil.  Sağ  gözü­
müz olmadan biz görürük.  Sol  gözümüz olmadan da görürük.  Sol 
və  sağ  gözlərdən  başqa  gözümüz  olmadığı  üçün,  məlum  olur  ki, 
görmə üçün heç bir göz zəruri deyil».
(Səhvdir  -   düzgün  olm ayan  mühakimədir.  H əqiqətən  da,  biz 
sağ gözüm üz olm adan görürük, lakin so l gözüm üzlə görm ək şartila. 
Sol gözüm üz olm adan da görürük,  lakin agər sağ gözüm üzlə baxı­
rıqsa.  M ühakim ə  düzgün  olm ayan sxem   üzr а gedir:  «Əgər  birin­
cisi  deyilsə,  üçüncüsüdür,  əgər  ikincisi  deyilsə,  üçüncüsüdür;  nə 
birincisi,  nə də ikincisidir sə,  dem əli üçüncüsüdür». M ülahizələrin 
həqiqət  olm ası  üçün  zəruri  olan  tam form alaşdırılm adan(«Ə gər 
biz so l gözüm üzlə görürüksə,  əgər biz sağ gözüm üzlə görmürüksə, 
deməli, hər halda görürük» və «Əgər biz sağ gözüm üzlə görürüksə,
364


so l gözüm üzlə görmürüksə, hər halda görürük») tələb olunan hökm 
çıxarıla bilməz).
Toyuq və y u m u rta
«Toyuq  əvvəl  yaranıb,  yoxsa  yumurta»  sualına  necə  cavab 
verilməlidir?
«Toyuq əvvəl yaranıb, yoxsa yumurta»  sualına cavab verməli 
olan adam bir qayda olaraq, çətinlik çəkir. Toyuq əvvəl əmələ gələ 
bilərdimi? Yox,  çünki  o,  yumurtadan  çıxmalı  idi.  Deməli  əvvəlcə 
yumurta yaranıb?  Bu da düz deyil, çünki  onu toyuq yumurtlamalı 
idi.
Bəzən belə  sualları  mühakirə etməkdən ümumiyyətlə  imtina 
edirlər,  çünki bu mübahisənin qapalı dairə şəklində sonsuza qədər 
davam  edəcəyini  düşünürlər.  «Yumurtanın  olması  üçün  toyuq 
mövcud  olmalı  idi;  lakin  toyuğun  mövcud  olması  üçün  əvvəlcə 
yumurta olmalı idi;  lakin yumurtanın meydana çıxması üçün...»
(« Toyuq  əvvəl yaranıb,  yoxsa yum urta»  sualı  heç  bir  xüsusi 
dərinliyə m alik deyil,  eynilə orada «sonsuz eniş» də m övcud deyil. 
Sual  sadəcə  çoxmənalıdır,  onun  arxasında  iki,  hətta  üç  m ü xtəlif 
sual gizlənmişdir.  O  şüalardan  hər  birinə,  əlbəttə  cavab  verm ək 
mümkündür. Lakin onlar üçü birlikdə,  bir sual şəklində, həm də y a l­
nız «bəli», yaxud «xeyr» cavabını tələb edən bir şəkildə verildikdə, 
cavab verm ək mümkün olmur.
Birincisi  -  konkret  toyuğu  və  konkret yum urtanı  nəzərdə  tut­
maq mümkündür. F ərz edək ki,  eyni zamanda bizə konkret toyuq və 
hansısa  bir yum urtanı göstərirlərsə,  aydın m əsələdir ki,  bu  toyuq 
bu yum urtadan çıxmamışdır.  Çox güm an ki,  bu toyuq bu yum urta­
dan çox-çox əvvəl yaranm ışdır və ola bilər ki,  bu yum urtanı da elə 
həm in toyuq yumurtlamışdır.
İkincisi,  sual canlıların bir növü kim i toyuqların təkamülündən 
bəhs  edir.  Bu  halda  deyə  bilərik ki,  (əgər  biz  toyuqların,  dovşan­
ların,  atların,  insanın  və  i.a.  eyni  zamanda yaradılm asına  inan­
mırıqsa)  yum urtasından  bütün  sonrakı  toyuqların  yarandığı  ilk 
toyuq  m övcud olmamışdır,  eynilə  ilk toyuğun  çıxa  biləcəyi  ilk y u ­
365


murta da m övcud olmamışdır.  Sual düzgün qoyulmayıb,  onu «Canlı 
növlərinin uzunmüddətli təbii təkamül prosesində yum urta qoymaq­
la  çoxalan  toyuqlar  necə  meydana  gəlmişlər»  şəklində form alaş­
dırm aq  lazımdır.  Bu  sonuncu  sualın  cavabını  Ç.Darvin  tərəfindən 
yaradılm ış  növlərin  meydana  gəlm əsi  nəzəriyyəsi  verir.  Məsələn, 
toyuqlar,  eynilə  quşların  digər  növləri  kimi  uçan  kərtənkələlərdən 
- pterodaktillərdən törəmişlər.  Onlar da yum urta qoymaqla çoxalır­
dılar. Deməli,  əgər sual verilirsə,  bu sual «nə əvvəl olmuşdu- ptero- 
daktil, yoxsa onun yum urtası?» şəklində olmalı idi.
Üçüncüsü  -  toyuq  və yum urta  haqqında  sual  verərkən,  ümu­
m iyyətlə toyuğu və ümumiyyətlə yum urtanı nəzərdə tutmaq olar. La­
kin ümumiyyətlə at, yaxud ümumiyyətlə insan və s.  (nə kişi, nə qadın, 
nə kök,  nə arıq)  m övcud olmadığı kimi,  belə  toyuq və  belə yum urta 
m övcud deyildir.  Əgər  suala  belə  məna  verilirsə,  bu-  hipostazlaş- 
dırma,  mücərrədləşdirməklə fərdiləşdirm ə,  onlara ayrı-ayrı əşyalar 
kim i m övcud olmaq anlayışı verm ək kim i tipik bir səhvdir.)
Asılan adam  paradoksu
Gözlənilməz  hadisələrin,  məsələn,  gözlənilməz  edamın  baş 
verməsi mümkündürmü?
U.Kuaynın  hələ  1953-cü  ildə  çap  olunmuş  məqaləsində 
müttəhimi gözlənilmədən  asılma yolu ilə edam cəzasına məhkum 
etmiş hakimdən söhbət açılırdı. Bu halda paradoksal sual meydana 
çıxmışdı: ümumiyyətlə gözlənilməz hadisələrin baş verməsi müm­
kündürmü?
B ir bazar  günü  səhər,  heç  bir  zaman  yalan  danışmayan  ha­
kim  edama  məhkum  edilmiş  adama  dedi:  «Siz  növbəti  həftənin 
günlərindən birində asılacaqsınız.  Sizi məhz nə zaman asacaqlarını 
yalnız edam gününüzdə səhər öyrənəcəksiniz».
M əhkum belə mülahizə yürütməyə başladı.
Edam növbəti bazar günü baş tuta bilməz,  çünki  əgər o həmin 
günə  qədər baş tutmazsa,  onun bazar günü  olacağı  haqqında mən 
şənbə  günü  axşam  məlumat  alacağam.  Deməli,  məni  bazar  günü
366


Yüklə

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə