Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə117/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   124

din,  sağlamlıq,  pul.  Siyasət və din haqqında mübahisə etmək,  otu­
ranlara öz  sağlamlığından  şikayətlənmək, başqalarının əşyalarının 
qiyməti və qazancı  haqda soruşmaq ədəbsizlik sayılır.
8. Unutmayın:  həyat  xoşbəxt  adamlarındır.  Keçənə  güzəşt 
deməyi bacarın!
Əgər uğurlu  adamsınızsa,  demək  Sizin düz və rahat yerişiniz, 
sərrast baxışınız,  möhkəm  və  səmimi  əlsıxmanız,  optimist  əhval- 
ruhiyyəniz var.  Dünyanın ləzzətini  dərk edirsiniz-  həyat  Sizin xo­
şunuza gəlir.  Sizinlə ünsiyyətdə olmaq xoşdur,  Sizə maraqla qulaq 
asırlar,  ətrafa müsbət eneıji  paylayırsınız!  Birdən uğursuz olsanız, 
necə  olar?  Daim  qıcıqlanmış  vəziyyət,  dalğın  baxışlar,  danışıqda 
yalvarış intonasiyası, bir az alçaldılmış görkəm və bütün dünyadan 
küskünlük... Belələrinə heç kəs yaxınlaşmaq da istəmir-bədbəxtlik 
keçici  ola bilər deyə...  Nəzərə alın!  Bir də,  kiminsə hamı  ilə prob­
lemi varsa,  demək ən böyük problem  elə o özüdür.
9.  Ötən  hər  günü  təhlil  edin:  ən  yaxşısı  öz  səhvlərindən 
öyrənməkdir!
Bu  kitabda  da  dəfələrlə  yazılıb-  çıxışlarınızı,  lap  elə  sadə 
söhbətlərinizi  diktofona  yazın,  sonra  dinləyin.  Doğrudur,  Bis- 
mark  deyib:  ’’Axmaqlar  öz  səhvlərindən,  ağıllılar  başqalarının 
səhvlərindən  öyrənirlər.”  Ancaq  kim  nə  deyir-desin:  adam  öz 
səhvlərindən  öyrəndiyini  heç  yerdən  öyrənə  bilməz.  Ona  görə 
inadla  və  daimi  özünütəhlil  lazımdır.  Həyatın  vacib  qanunların­
dan  biri  olan  öz  üzərində  işləməyi  unutma!  Hər  gün  az  da  olsa, 
irəli  getmək  lazımdır.  Həyatda  dayanmaq  məfhumu  yoxdur-irəli 
getmirsənsə,  deməli geri gedirsən!
10. 
Bütün  dərdlərin,  stresslərin,  uğursuzluqların  ən  yaxşı 
dərmanı -  optimizmdir.
Səhər-səhər bir balaca idman! Piyada gəzmək! Maraqlı kitablar 
oxumaq!  Dostları  görəndə gülümsəmək!  Özünə inam!  Və əlbəttə, 
bir azca yum or hissi!  Rüstəm bəy demişkən, vəssalam,  şüdtamam! 
Cəmi-cümlətani  bunlar kifayətdir ki,  optimizmi  qoruyub  saxlaya­
san. Çalışın ki, həmin optimizmi başqalarını da ötürə biləsiniz. M eh­
riban baxış, ruhlandırıcı təbəssüm və xoş sözlə...  Əgər istəyirsiniz 
ki,  tale  Sizin üzünüzə  gülsün,  əvvəlcə  Siz  ona xoş  əhval-ruhiyyə
358


bağışlayıniBaşqa cür desək- həyatın hər var günündə gülümsəyin, 
dünyaya,  insanlara  gülümsəyin,  hər  bir  hadisəyə  gülümsəyin. 
Gülümsəmək- qarşıdakı adamda rəy yaratmaq üçün ən asan və va­
cib  şərtdir.  Hətta  həyəcanlı  görüşün  gərginliyi  gülümsəməyə  im­
kan vermirsə də, özünüzü məcbur edin- gülümsəyin!  Tək olanda 3 
dəqiqə öz-özünüzə gülümsəyin.  Sizə elə gəlməsin ki, bu dəlilikdir. 
Bir müddətdən  sonra görəcəksiniz ki,  mexanizm işə düşdü- beyin 
lazımi  siqnalı  qəbul  etdi,  Siz özünüzü xoşbəxt hiss edəcəksiniz və 
təbii təbəssüm у aranacaq...Unutmayın ki, biz ətrafdakılarla onlann 
rəftarından daha yaxşı rəftar edə biliriksə, demək onlardan yüksək 
səviyyəliyik.
11. Yadda  saxlayın:  kiməsə  qəzəblənmək-  faydasız  işdir! 
Qəzəb  yalnız  Sizin  xasiyyətinizi  korlayır  və  işlərinizə  mane 
olur! Nə olur, qoy olsun!  Türklər demişkən, keçmiş olsun!
Dostlara qəzəblənmək olmaz, düşmənlərə isə- onlar da elə bunu 
istəyir  deyə,  düzgün  deyil!  Qəzəb  və  paxıllıq  insanı  içdən  yeyir. 
Tutaq  ki,  kimsə  Sizin  çıxışınız vaxtı  yöndəmsiz  bir  söz  deyib,  at­
maca atıb.  Çıxışınız çoxdan qurtarıb, ancaq həmin söz Sizə rahatlıq 
vermir.  Unudun,  əsəbləşməyin, bağışlayın onu!  Bu tərbiyəsizliyi və 
səviyyəsizliyi bağışlayın!  Onun dediyi  artıq çoxdan yadından çıxıb. 
Yatır rahatca.  Siz isə vurnuxursunuz. Niyə? Boşlayın, getsin!
Bəzi  kinli  adamlar nəyin bahasına olursa-olsun intiqam almaq 
istəyirlər-ancaq  bilmirlər ki,  qəzəbi  içlərinə yığırlar.  Bu  qəzəb  də 
adamı  sıxır və yaşamağa mane  olur.  Elə  ki  intiqam  almır-  həmin 
qəzəb yoxa çıxmır,  sadəcə inkişafdan dayanır,  çünki  qəzəb yalnız 
dağıtmağa qadirdir-hər şeydən qabaq da adamın özünü.
12. 
Dünyanın  bütün  tanınmış  adamlarma  baxsaq  görmək 
olar ki, bu adamların hərəsi dünyaya nə isə verib.
Gərək  bir  şey  verəsən  ki,  götürməyə  imkan  olsun.  Əgər  Si­
zin  məqsədiniz  dünyadakı  dəyərləri  artırmaq  olsa,  Siz  həyatın 
növbəti  mərhələsinə  yüksəlmiş  olarsınız.  Bir  də  sual  verməkdən 
çəkinməyin.  Bütün  canlılardan  fərqli  olaraq  allah  tərəfindən  in­
sana  maraq  hissi  verilib.  Ağıllı  adamlar  həmişə  sual  verirlər: 
özlərinə, başqalarına -  həlli tapmaq üçün!  Suallar Sizə yeni  şeylər 
öyrənməyə və özünüzü təhlil etməyə imkan verər.
359


13. Həyatın vacib qaydalarını bilməliyik:  nəyə inanırıq, nəyə 
ümid edirik, kimi sevirik.
Siz  gərək  qarşısında  çıxış  etdiyiniz  kütləni  sevib,  hörmət 
edəsiniz.  Onlar  Sizə  inanmalıdırlar.  Yoxsa  Sizin  çıxışınız  səmimi 
alınmaz.  Siz ünsiyyətdə  olanda  daim  ümid  edirsiniz  ki,  Sizi  düz­
gün başa düşürlər.
İnam -  elə  hissdir  ki,  hər  şeydən  qabaq  gərək  özünə  qarşı  ol­
sun,  inanasan ki,  adamlar səni başa düşərlər, yəni  optimist olasan, 
insanlara inanmaq, onların yaxşı cəhətlərini görüb dəyərləndirmək 
isə onları yaxşı adam,  sizin işinizi isə rahat edir.
Ümid-həmişə inanasan ki, öz məhəbbətini tapacaqsan.
M əhəbbət-həyata olan sevgidir.
Və ümumiyyətlə həyatı  sevə-sevə yaşamaq  lazımdır.  Düzdür, 
yoxsa yox?
14. İnsanın qiyməti onun nəyə qadir olması ilə yox, nə etməsi 
ilə  ölçülür.  Bacarıqlı  yox,  qiymətli  adam  olmağa  çalışmaq  la­
zımdır.
Dünyanın bütün tanınmış adamlarma baxsaq görmək olar 
ki,  bu  adamların  hərəsi  dünyaya  nə  isə  verib. 
Gərək  bir  şey 
verəsən  ki,  götürməyə  imkan  olsun.  Əgər  Sizin  məqsədiniz  dün­
yadakı  dəyərləri  artırmaq  olsa,  Siz  həyatın  növbəti  mərhələsinə 
yüksəlmiş  olarsınız.  Bir  də  sual  verməkdən  çəkinməyin.  Bütün 
canlılardan  fərqli  olaraq  allah  tərəfindən  insana  maraq  hissi  ve­
rilib.  Ağıllı  adamlar  həmişə  sual  verirlər:  özlərinə,  başqalarına  -  
həlli tapmaq üçün!  Suallar Sizə yeni şeylər öyrənməyə və özünüzü 
təhlil  etməyə imkan verər.
15. Həmişə VİP olun!
Vətənpərvər, İntizamlı, Peşəkar!  Vətəni həmişə sevməyi bacarın, 
ən çətin günündə də, xoş vaxtlarda da! Yadda saxlayın ki,  dövlət ayn 
şeydir, Vətən ayn şey!  Əgər bir məmurdan incisəniz də, bu Vətəndən 
küsmək olmamalıdır.  Onu sevib hörmət etmək, övladlarda da bu hissi 
tərbiyə etmək lazımdır .’’Vətəni sevməyən insan olmaz, Olsa, o şəxsdə 
vicdan  olmaz.”  İntizamlı  olmağı  özünüzdə  tərbiyə  edin,  qeyd  olun­
duğu  kimi,  tək  olanda  da,  cəmiyyət içində  də.  Verdiyiniz  sözə  əməl 
edin,  dəvət olunduğunuz yerə heç vaxt gecikməyin.  Əgər gecikmək
360


Yüklə

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə