Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

64
Klassik orta əsrlər
Batı xanın başçılığı altında köçərilərin yürüşü hələ qədimdən başlamış 
Asiya  xalqlarının  Avropaya  köçlərinin  sonuncusu  idi.  Qərb  yürüşündən 
geri  dönərkən  Batı  xan  1242-ci  ildə  Volqa  çayı  sahilində  Saray-Batı 
şəhərinin əsasını qoyaraq Qızıl Ordunu yaratdı. İlk zamanlar Böyük Mon-
qol  imperatorluğundan  formal  asılı  olan  bu  ulus  XIV  əsrdə  tamamilə 
müstəqilləşdi. Torpaqları həm Avropa, həm də Asiyada yerləşən Qızıl Or-
dunun geniş ərazisində əsasən türkdilli tayfalar yaşayırdılar. Burada köçmə 
monqollar  azlıq  təşkil  edirdi.  Monqollar  türkdilli  tayfalarla  qaynayıb-
qarışaraq  onların  dilini,  adət-ənənələrini  mənimsədilər.  Özbək  xanın 
dövründə İslam dini dövlət dini elan olundu. Bu hadisələrdən sonra buradakı 
türkləri tatar adlandırmağa başladılar. Buna görə də bir çox xalqlar türkləri 
tatar deyə çağırırdılar. Batı xan yaratdığı dövlətdə quruculuq işləri həyata 
Qızıl Ordu və onun varisləri
“Bu ad monqol 
dilindən tərcümədə 
çadır olan “ordu” 
sözündən əmələ gəlib. 
Xanların ordugahında 
xan çadırının üstü 
qızıl örtüklü olduğu 
üçün bu çadıra “Qızıl 
Ordu” deyilirdi.”
“Türkün Qızıl kitabı”
1. “Türkün Qızıl kitabı”ndan verilən məlumatı 
yuxarıdakı şəkillə müqayisə edin.
2. Yuxarıdakı açar sözlər haqqında nə deyə 
bilərsiniz?
Düşünün
Qızıl Ordunun yaranması
Ordu
Tatar
Saray
Kulikovo
Gəraylar
Açar sözlər
12
1. “Xalqların böyük köçü” zamanı hunlar hansı 
ərazilərdə məskunlaşmışdılar?
2. Monqol imperiyasının parçalanması nəticəsində 
hansı yeni dövlətlər yaranmışdır?
Yada salın


65
keçirirdi. Bir çox şəhərlər bərpa edildi, ticarətin inkişafına maneələr aradan 
qaldırıldı. Dövlət-məmur aparatı yaradıldı.
Qızıl  Ordu  feodal  dövləti 
kimi  formalaşırdı.  Xan lar 
və  xan  ailəsinin  üzv lə ri  ən 
böyük  feodal  sayılırdı.  Bun-
ların  ardınca  noyonlar  və  ya 
türkcə  deyil diyi  kimi  bəylər 
gəlirdi.  Feodallar  xandan, 
onların  təbəələrini  dövlətin 
xey rinə vergi verməkdən azad 
edən fərmanlar alırdılar. Belə 
imtiyazlı  şəxslərə  tarxan  de-
yilirdi.  Torpağa  sahib  olmaq 
və müxtəlif məcburi işlərdən azad edilmək üçün xanların verdiyi fərmanlar 
yarlıq adlanırdı. Xanın yanında ali məşvərətçi orqan sayılan məclis fəaliyyət 
göstərirdi.
Vergilərin yığılması ilk vaxtlar heç bir qayda-qanuna əməl olunmadan 
həyata  keçirilirdi.  Vergiləri  baskak  adlı  məmurlar  toplayırdı.  Əkinçiliklə 
məşğul olan kəndlilər kalan adlanan natural vergi ödəyirdilər. Köçəri əhali 
mal-qarasına görə qopçur ödəyirdi.
Vergilərin ağırlığı və məmur özbaşınalıqları xalq narazılıqlarını artırırdı. 
Baş verən üsyanlar monqol ağalığına zərbə vurur, ölkələrin gələcək iqtisadi 
və siyasi birliyinə təkan olurdu.
• Qızıl Ordu hansı hadisənin nəticəsində yaranmışdır?
• Qızıl Ordunun əhalisinin əsas hissəsini kimlər təşkil edirdi?
• Necə fikirləşirsiniz, nə ücün Volqaboyunda məskunlaşan monqollar İslam 
dinini qəbul etdilər?
• Qızıl Ordunun idarə olunmasının sxemini hazırlayın.
• Tarxan, noyon, qopçur, kalan, baskak, yarlıq anlayışlarının mənasını 
açıqlayın.
• Qızıl Ordunun zəifləməsinə səbəb olan amillər hansılardır?
Cavablandırın
Cavablandırın
Dövlətin idarə olunması
Baskak
Şərq dünyası


66
Klassik orta əsrlər
İşğal olunmuş ölkələrdə vəziyyəti sabit saxlamaq məqsədilə tatarlar daim 
knyazlar, bəylər arasında ixtilaf yaradırdılar ki, qızıl ordululara qarşı birləşə 
bilməsinlər. Lakin bunun qarşısını almaq mümkün olmurdu. Artıq dağınıq 
halda olan rus knyazlıqları vahid düşmənə qarşı ümumi cəbhədə birləşməyə 
nail  ola  bilmişdilər.  Dmitri  Donskoyun  başçılığı  altında  rus  knyazları  öz 
qüvvələrini  birləşdirərək,  1380-ci  ildə  Kulikovo  çölündə  Qızıl  Ordu  xanı 
Mamayın ordusunu məğlubiyyətə uğratdılar.
Tatarlar  üzərində  qələbəyə  baxmayaraq  ruslar  monqol  ağalığına  tam 
son  qoya  bilmədilər.  Buna  səbəb  Toxtamışın  qısa  zamanda  Qızıl  Orduda 
ara  müharibələrinə  son  qoyması  və  1382-ci  ildə  Moskvanı  tutması  oldu. 
Lakin Toxtamış  xanın  Əmir Teymurla  mübarizəyə  girməsi  onun  daha  da 
“Batı xan öz növbəsində yerli əhali ilə əlaqəsini gücləndirirdi. Bu çox vaxt “ni-
kah diplomatiyası” vasitəsilə aparılırdı. Xan yerli əhalinin məşhur ailələrini də 
himayə edirdi. Monqollara qarşı vuruşmuş Xarəzm şahzadəsi Teymur-Məlikə 
məxsus torpaqlar onun oğluna həvalə olunmuşdu.”
Cüveyninin “Çingiz xan” əsəri
Müzakirə edin
Nə üçün monqollar çox zaman yerli əhalinin məşhur ailələrini himayə edirdi?
Qızıl Ordunun parçalanması və süqutu


67
• Qızıl Ordu xanları işğal edilmiş ərazilərdə öz hakimiyyətlərini saxlamaq 
üçün hansı siyasəti yeridirdilər?
• Qızıl Ordunun parçalanması nəticəsində meydana gəlmiş dövlətlərin 
ərazisini xəritədə müəyyən edin.
Cavablandırın
qüvvətlənməsinə son qoy-
du. Bu toqquşmadan sonra 
Qızıl Ordu bir daha özünə 
gəlmədi  və  parçalanmağa 
başladı. Ara  müharibələri 
nəticəsində  XV  əsrdə 
Qızıl Ordunun tərkibindən 
bir neçə müstəqil dövlətlər 
ayrıldı:  Qazan,  Həştər-
xan xanlıqları, Sibir, Krım 
və s.
Paytaxtı  Baxçasaray 
şəhəri  olan  Krım  xanlığı 
isə bu xanlıqlar içərisində ən güclüsü və uzunömürlüsü idi. Gəraylar sülaləsi 
tərəfindən idarə olunan xanlıq Osmanlı dövlətinin asılılığını qəbul etmişdi. 
Gəraylar 1502-ci ildə rəsmən Qızıl Ordunun varlığına son qoyaraq bölgədə 
böyük nüfuz sahibinə çevrildilər. Osmanlı sultanlarının hərbi yürüşlərində 
iştirak  edən  Krım  xanları  Şərqi Avropa  dövlətləri  üçün  böyük  təhlükələr 
yaradırdı.  1783-cü  ilə  kimi  mövcud  olmuş  xanlıq  Rusiya  imperiyası 
tərəfindən süquta uğradılmışdır. 
Qazan xanlığının ordusu
Şərq dünyası
Elm və mədəniyyət
Qızıl Ordu xanları zəngin şəhər mədəniyyəti yaratmışdılar. Saray-Batu, 
Saray-Bərkə və s. şəhərlərdə əhalinin sayı 100 min nəfəri keçirdi. Müqayisə 
üçün bildirək ki, XIV əsrdə Avropanın ən böyük şəhəri hesab edilən Roma 
və Parisdə əhalinin sayı 50 min nəfərə çatırdı.
Qızıl Ordunun mədəniyyətinin özünəməxsus cəhəti onun əra-zisində 
yaşayan  çoxsaylı  xalqların  vahid  incəsənət  nümunələri  yaratması  idi. 
Arxeoloji qazıntılar nəticəsində çoxlu sayda gil qablar, mürəkkəb qabları, 
memarlıq abidələrinin qalıqları və s. aşkar edilmişdir. Qızıl Ordu alimləri 
və şairləri öz əsərlərini ərəb əlifbası ilə türk dilində yazırdılar. Ən məşhur 


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə