Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

45
“İmperiya  (lat.  imperium)  –  vahid  dövlətin  yaradılması  ideyası  hələ  Qədim 
Romada  meydana  gəlmişdir.  Frank  imperiyası  dövründə  müqəddəsləşdirilən 
bu dövlət quruluşu, xristian dünyasının  müdafiəçisi elan edildi. Böyük Karlın 
imperiyasının  dağılmasından  sonra  imperiyanı  yenidən  bərpa  etmək  istəyən 
Roma Papası  962-ci ildə güclənmiş Alman kralı I Ottonu Müqəddəs Roma im-
peratoru elan etdi.”
wikipedia.org
Müzakirə edin
• Xlodviq xristian dinini nə üçün qəbul etdi? 
• Böyük Frank dövlətinin parçalanmasının səbəbləri nə idi və onun yerində 
hansı dövlətlər yarandı?
• Feodal dağınıqlığı ilə mərkəzləşdirilmiş hakimiyyət arasında fərq nədir?
Cavablandırın
Papa  həm  də  bu  dövlətin  başçısı  idi.  Macarların  hücumlarını  dəf  edən, 
hersoqları mərkəzi hakimiyyətə tabe edən Almaniya kralı I Otto 962-ci ildə 
İtaliyanın böyük hissəsinə sahib oldu. Roma şəhərində Papa tərəfindən im-
perator tacına layiq görülən I Otto həm də, dinin müdafiəçisi elan edildi. 
Müqəddəs Roma imperiyası adlanan bu imperiya Almaniyanın uzun əsrlər 
Avropada güclü siyasi qüvvə olmasını təmin etdi.
Avropa dünyası


46
Erkən orta əsrlər
• Franklarda feodal münasibətləri necə yaranırdı?
• Çin və Qərbi Avropa ölkələrində feodal münasibətlərinin yaranmasını 
müqayisə edin. Müqayisəni Venn diaqramında aparın.
Cavablandırın

 Natural təsərrüfat 
– yaşamaq üçün lazım olan hər şeyi öz təsərrüfatında 
istehsal etmək, bazara müraciət etməmək
Lüğət
Feodal münasibətlərinin yaranması
Avropada  feodal  qaydaları  V 
əsrdə  meydana  gəldi.  Xlodviq 
Qalliyanı  tutduqdan  sonra  iri  tor-
paq  mülklərini  əsgərlərinə,  yaxın 
adamlarına  payladı.  Bununla  da 
o  öz  hakimiyyətini  möhkəmlən-
dirdi.  Əvvəllər  döyüşçü  hökmdar-
dan torpağı hərbi xidmətə görə şərti 
alırdı,  lakin  sonralar  torpaq  irsən 
keçməyə  başladi.  Bu  cür  torpaq 
mülkləri  feod  (latınca  “feudum”  - 
mülk),  sahibi  isə  feodal  adlanırdı. 
İri feodal olan hersoq və qraflar tor-
paqlarını baronlara paylayır, baron-
lar  isə  cəngavərlərə  torpaq  verirdi. 
Torpağı  alan  hər  bir  şəxs  əvəzində 
ağası qarşısında öhdəliklər daşıyırdı. Buna feodal nərdivanı deyilirdi. Feo-
dal  nərdivanı  kəndlilər  üzərində  ağalığı  saxlamağa  xidmət  edirdi.  Feodal 
torpağı iki hissəyə bölünürdü: ağa torpağı və kəndlilərin pay torpaqlarına
Kəndli həm öz torpağını, həm də ağa torpağını becərirdi. Kəndli təsərrüfatı 
natural 
xarakter daşıyırdı.
Torpaq üzərində mülkiyyətini itirən kəndlilər feodaldan asılı vəziyyətə 
düşür  və  asılı  kəndlilər  adlanırdı. Asılı  kəndlilər  ağasına  vergi  ödəyir  və 
mükəlləfiyyətlər yerinə yetirirdilər. Lakin kəndli ağasından aldığı borcu verə 
bilməyəndə  şəxsi  asılılığa  düşürdü.  Belə  kəndli  təhkimli  kəndli  adlanırdı. 
Onların övlad və nəvələri də şəxsən asılı olaraq qalırdı.
Feodal nərdivanı


47
Elm və mədəniyyət
Böyük  Karl  belə  hesab  edirdi  ki,  həqiqi  dövlət  müəyyən  mənəvi  və 
mədəni özülə əsaslanmalıdır. Ona görə Karl kilsə və monastırlara, təhsilə 
və incəsənətin inkişafına daha çox fikir verirdi. Bu dövrün mədəni yüksə-
lişi 
Karolinq  intibahı
  adlanır.  Roma  imperiyası  dağılandan  sonra  təhsil 
din  xadimləri  hazırlayan  kilsə  və  monastırlarda  qalmışdı.  O  da  tədricən 
məhv  olmağa  doğru  gedirdi.  Bəzən  kilsələrdə  latın  dilində  oxunan  ayi-
nin mənasını heç keşişlər özləri də dərk edə bilmirdilər. İmperator bütün 
kilsələrdən məktəb açmağı tələb edirdi. Karl özü nümunə göstərir, xarici 
dil,  hesab  və  saymağı  öyrənirdi.  O,  Aaxen  şəhərində  saray  məktəbinin 
və  akademiyanın  əsasını  qoydu.  Akademiyaya  xeyli  alimlər  cəlb  edildi. 
Beləliklə, Karolinqlər sarayı Avropanın mədəni mərkəzinə çevrildi. Avropa 
monastırlarının  kitabxanalarından  qədim  Roma  yazıları,  mətnləri  axtarı-
lırdı. Həmin əlyazmalar əl ilə köçürülür və gələcək nəsillər üçün saxlanılırdı. 
Əlyazmalar həm də latın dilini öyrənmək üçün vasitə rolunu oynayırdı.
• 
İntibah və ya renessans 
– yaddan çıxmış mədəniyyətin bərpası
• “Xalqların böyük köçü” dövründə Avropada meydana gəlmiş dövlətlər 
“barbar krallıqları” adlandırılıb.
• Frank imperiyasının paytaxtı Aaxen şəhəri olmuşdur.
• Franklarda “Allah məhkəməsi” mövcud olub. Cinayətkar təqsirsizliyini 
sübut etmək üçün and içərkən əzbərdən, səhv etmədən lazımi sözləri deməli 
idi. 
• Avropada imperatorların tacqoyma mərasimi Romada Müqəddəs Pyotr 
kilsəsində keçirilirdi.
• Avropada köçəri həyat sürən artistlər jonqlyorlar adlanırdı.
Öyrənin
Axtarın
Xlodviq, Böyük Karl, I Otto, Feodal
Lüğət
Avropa dünyası


48
Erkən orta əsrlər
Bizans adı Bosfor sahilində mövcud olmuş qədim yunan koloniyasının 
adı idi. Sonradan tarixçilər bu adı Şərqi Roma imperiyasına şamil etdilər. 
395-1453-cü  illərdə  mövcud  olmuş  bu  dövləti  Şərq  ölkələrində  “Rum 
eli”  adı  ilə  tanıyırdılar.  İmperiyanın  tərkibinə  Balkan  yarımadası,  Kiçik 
Asiya, Suriya, Misir, Fələstin kimi tarixi  ərazilər daxil idi. Bizansı dün-
ya  ticarətinin  mərkəzi,  paytaxt  şəhəri  olan  Konstantinopolu  isə  Şərqlə 
Qərb  arasında  “Qızıl  körpü”  adlandırırdılar.  Bizans  imperiyası  Qərbi 
Avropa  ölkələrindən  fərqli  olaraq  vahid  dövlət  kimi  qalmışdı,  quldarlıq 
münasibətləri burada daha uzun müddət davam etmişdir. Burada qüvvətli 
imperator hakimiyyəti qalmışdı, dövlət güclü orduya malik idi. Ordunun 
tərkibində    müxtəlif  xalqlardan  toplanmış  muzdlu  əsgərlər  mühüm  rol 
oynayırdılar. Ancaq donanma üzvləri azad əhalidən seçilirdi, çünki dövlətin 
Bizans və onun qonşuları
“Bu  dövlət  tarixdə 
mövcud  olmuş  ən 
uzunömürlü imperi-
ya  idi.  Onun  sonu 
türk-müsəlman  alə-
mində bayram, xris-
tian  dünyasında  isə 
faciə idi.”
www.tarix.info
1. Nə üçün yuxarıdakı xəritədə qədim Roma 
imperiyasının ərazisi iki rəngdə verilmişdir?
2. İnternet saytında verilmiş tarixi məlumat hansı 
böyük hadisə haqqında ola bilər?
3. Yuxarıdakı açar sözlər haqqında nə söyləmək 
istəyərdiniz?
Düşünün
Bizans imperiyasının yüksəlişi və zəifləməsi
“Qızıl körpü”
“Yunan odu”
Veçe
Macarlar
Slavyanlar
Açar sözlər
9
1. Qədim Roma imperiyasının süqut etməsinin səbəbləri nə idi?
2. Qərbə axın edən türklər Avropada hansı dövlətlərlə müharibə aparmışlar?
Yada salın


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə