Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

61
Monqol ordusu döyüşdə
Şərq dünyası
Əldə  olunmuş  texnikalar  monqolların  sonrakı  işğallarında  mühüm  rol 
oynadı.
 “Otrar fəlakəti”
 hadisəsini bəhanə edən Çingiz xan Mərkəzi Asi-
yada yerləşən  Xarəzmşahlar dövləti üzərinə hücum etdi.
1219-1221-ci illərdə Mərkəzi Asiyanı işğal edən monqollar yeni işğallar 
üçün hazırlıq gördülər. Qərb istiqamətində Cəbə və Sabutayın başçılığı ilə 
kəşfiyyat yürüşü təşkil olundu.
Çingiz xanın ölümündən sonra da monqol işğalları davam edirdi. 1235-ci 
ildə  imperatorluğun 
paytaxtı  Qaraqorum-
da keçirilən qurultay-
da  Qərb  ölkələrini 
iş ğal etmək qərarı ve-
ril di.  Nəhəng  orduya 
Çingiz  xanın  nəvəsi 
Batı xan başçılıq edir-
di.  İldırım  sürəti  ilə 
qərbə  doğru  hərəkət 
edən  monqollar  ilk 
ola  raq  Volqabo yu nu 
zəbt  edib  rus  tor paq-
larına  doğru  hə rə kət 
et dilər. Dağınıq halda olan rus knyazlıqları işğal olundu. Daha sonra mon-
qollar Avropanın içərilərinə doğru irəlilədilər.
1241-ci  ildə  Liqnitsada  Polşa-alman  cəngavər  ordusunu  darmadağın 
etdilər. Monqol ordusu Avropada Adriatik dənizi sahillərinə qədər əraziləri 
talan etdi. Lakin “Böyük xan” Ugedeyin ölüm xəbəri Batı xanı geri qayıtmağa 
vadar etdi. Avropa monqol işğallarından xilas oldu.
Monqol yürüşləri sonrakı dövrdə də davam etdi. Qərb istiqamətində irə-
liləyən  monqollar  Ön  Asiyada  Hülakülər  dövlətini  yaratdılar.  Müsəlman 
ölkələrini  tabe  edərək  Aralıq  dənizi  sahillərinə  çıxan  monqolları  Misir 
hökmdarı məğlubiyyətə uğratdı.
Monqollar Asiyada Çinin işğalını başa çatdırdılar. Koreya və Hindistanın 
bir hissəsi də zəbt olundu. İşğal olunmayan ərazi Yaponiya idi. Buranı ələ 
keçirmək üçün monqollar böyük donanma yaratdılar. Lakin bu cəhdlər ya-
ponların 
“kamikadze” 
adlandırdıqları  tufan  nəticəsində  baş  tutmadı  Bu, 
monqolların Şərqdə uğursuzluqla nəticələnən ilk hərbi yürüşü idi. Bununla 
da  monqol  işğalları  başa  çatdı.  Sonrakı  dövrlərdə  zəifləyən  imperatorluq 
parçalanmağa başladı. Onun ərazisində 5 müstəqil dövlət yarandı.


62
Klassik orta əsrlər
Monqol imperiyası tabe etdikləri bir çox xalqları və sivilizasiyaları bir 
araya gətirərək yeni qaydalar yaratdı. Monqol yürüşlərinə qədər heç kimin 
Avropada Çin haqqında, Çində isə Avropa haqqında ətraflı məlumatı yox 
idi. Ancaq monqolların sayəsində Qərblə Şərq arasında yaradılmış ticarət 
və diplomatik əlaqələr bu günə kimi saxlanmışdır.
Monqol dövlətinin təşkil edilməsi mədəniyyətin inkişafı ilə əlaqələnir-
di. İşğal olunmuş ölkələrin savadlı adamları Çingiz xanın sarayında xidmət    
edirdi. Onların bir neçəsi xanın məsləhətçisi vəzifəsinə kimi yüksəlmişdi. 
Monqol yürüşlərinin nəticələri
Necə fikirləşirsiniz, monqolların yürüşü davam etsəydi bütün Avropa işğal 
olunardımı?
• Monqolların Şimali Çini işğal etməsinin əhəmiyyəti nə idi?
• Yadınıza salın, monqollar Şərqdə hansı müsəlman dövlətlərini süquta 
uğratmışdılar?
• Xəritə əsasında monqolların Avropaya yürüşünü təsvir edin.
• 5 monqol uluslarından biri haqqında məlumat toplayaraq təqdimat hazırlayın.
Cavablandırın
“Kəşfiyyatdan  istifadə  olunması  monqolların  hərbi  taktikasında  mühüm 
yer  tuturdu.  Müharibəyə  hazırlaşarkən  monqollar  hücum  edəcəyi  ölkəni 
dərindən  öyrənməyə  çalışırdılar.  Bu  ölkələrə  ticarət  karvanları,  səyyahlar, 
səfirlər,  dilənçilər  və  s.  göndərilirdi.  Bu  məlumatlar  xanın  yanında  keçirilən 
müşavirələrdə  ciddi  müzakirə  edilir,  müvafiq  qərarlar  qəbul  edilirdi.  Dəqiq 
kəşfiyyat  məlumatları  toplamaq,  düşmən  qüvvələrini  parçalamaq,  çoxsaylı 
süvari dəstələri ilə gözlənilmədən hücuma keçmək monqolların hərbi strategiya 
və taktikasının əsas xüsusiyyətlərini təşkil edirdi.”
Plano Karpini və Rubrukun “Şərq ölkələrinə səyahət” kitabı
Müzakirə edin
Monqol ordusunun üstün cəhətləri hansılar idi?
• 
Ulus 
– Monqol dövlətində inzibati-ərazi bölgüsü

 Qurultay
 – Orta əsrlərdə hakim nəsildən olan əsilzadələrin ali yığıncağı
• 
Otrar fəlakəti
 – 1218-ci ildə Mərkəzi Asiyanın  Otrar şəhərində 
monqolların ticarət karvanı kəşfiyyatçılar kimi bilinərək məhv edilmişdir.
• 
Kamikadze
 – yaponcadan tərcümədə “müqəddəs külək” deməkdir. 1274-cü 
ildə monqol donanmasını məhv etmiş tufan.
Lüğət


63
Axtarın
Çingiz xan, “Otrar fəlakəti” “Kamikadze”
• Monqollar bir çox dövlətlərin yaradıcısı olmuşlar. Onlar xırda dövlətlərə və 
tayfalara parçalanan ölkələrin vahid şəkildə birləşməsinə əsas yaratmışlar.
• Çingiz xanın yeganə tikdirdiyi abidə körpülər idi. O, dünya tarixində ən 
çox körpü tikdirən hökmdardır. Körpülər tikdirməkdə onun məqsədi monqol 
ordularının və ticarət karvanlarının gediş-gəlişlərini sürətləndirmək idi.
• Monqollar olduqları bütün ölkələrdə xalçadan istifadəni dəb halına 
salmışdılar. Onlar İran limon və yerkökülərini Çinə, Çin vermişeli, çay 
və oyun kartlarını Qərbə tanıtdılar. Paris sənətkarlarını gətirib quraqlıq 
bölgələrdə fantan hazırlatdılar.
• Xubilay xanın Avropaya göndərdiyi elçi Rəbban Bar Sauma İngiltərə kralı I 
Eduardın qəbulunda olmuşdu. O, tarixdə ən uzaq məsafəyə (7 min mil) 
getmiş səfir hesab olunur.
Monqolların dünya mədəniyyətinin inkişafında hansı rolu olmuşdur?
Öyrənin
Çində “Çingiz xan“ muzeyi
Məsələn,  nayman  Tatunqa  forma-
laşan  dövlətin  ilk  baş  müəllimi  təyin 
olunmuşdu.  Xanın  məsləhətçiləri  ara-
sında  Çinli  Yelusey  Çuçay  və  Mərkə-
zi  Asiyalı  Məhəmməd  Yalavac  vardı. 
Dövlətdə müəllimlər, həkimlər, alimlər, 
tanınmış  mühəndislər  və  sənətkarlar 
vergilərdən azad edilmişdilər.
Bununla  belə,  monqollar  heç  bir 
böyük  elmi  ixtira  etməmişdilər:  nə 
yeni din yaratmış, nə də  yeni təsərrü-
fat sistemi qurmuşdular. Özünəməxsus incəsənət və memarlıq abidələri yox 
idi, hətta metal əritmək, çörək bişirmək onlara məlum deyildi. Lakin mon-
qol ordusu zəngin mədəniyyəti olan ölkələri işğal edərkən onların maddi-
mədəni nailiyyətlərini birindən digərinə ötürür və özləri də bəhrələnirdilər. 
Şərq dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə