Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

83
Xristianların  müqəddəs  hesab  etdikləri  İsa  peyğəmbərin  Yerusəlim 
(Qüds) şəhərindəki qəbrini xilas etmək adı ilə təşkil etdikləri hərbi yürüşlər 
Səlib yürüşləri adlanırdı. Bu məqsədlə tarixdə 8 səlib yürüşü təşkil olunmuş-
dur. Hələ V əsrdə yaşamış keşiş Avqustin deyirdi ki, Allah xatirinə işğalçı 
müharibə aparmaq olar. Cəngavərlərə təklif edilirdi ki, həm kilsə naminə 
vuruş, həm qarət et, həm də torpaq ələ keçir. 1095-ci ildə Fransanın Kler-
mon şəhərində Roma Papası II Urban xalqı “İsanın qəbrini” xilas etməyə 
çağırdı. Bir çoxları elə oradaca paltarlarına qırmızı parçadan xaç tikdilər.
Ona görə də bu yürüşləri səlib ( ərəbcə xaç) yürüşü, iştirakçıları isə səlibçi-
lər adlandırdılar. Papanın çıxışı bütün Avropaya yayıldı. Papa bu yürüşlərə 
xeyir-dua verməklə öz nüfuzunu və kilsənin var-dövlətini artırmaq istəyirdi.
Krallar,  feodallar,  kəndlilər,  şəhər  yoxsulları,  bir  sözlə,  Qərbi Avropa-
da  hər  kəs  bu  yürüşlərdə  maraqlı  idi. Avropalılar,  eyni  zamanda,  Səlcuq 
türklərini Anadoludan və ümumiyyətlə, Aralıq dənizinin Şərq sahillərindən 
sıxışdırıb çıxarmaq istəyirdilər.

 Cənnət qəbzləri 
günahların bağışlanılması üçün verilmiş qəbz.

 Bidətçi 
– dindən dönən, kilsə təliminə qarşı çıxış edənlər.
Səlib yürüşlərinin səbəbləri 
• Səlib yürüşlərinin səbəbləri hansılardır? Bu yürüşlərdə kimlər iştirak edirdi?
• XI əsrdə Şərqdə hansı dövlətlər mövcud idi? Onların ərazilərinə hansı
torpaqlar daxil idi?
Cavablandırın
• Roma kilsəsinin parçalanmasının səbəbi nə idi?
• Hal-hazırda xristian kilsəsi tərəfindən idarə edilən dövlət hansıdır? Araşdırın.
Cavablandırın
Lüğət
Avropa dünyası
“... O torpaqda “süd və bal” kifayət qədərdir. Yerusəlim torpaqların ən münbit 
yeridir,  ikinci  cənnətdir.  Allahın  istəyi  ilə...qılınclara  qurşanın...  silahlarınızı 
xristian dininin düşmənlərinə qarşı çevirin.”
Papa II Urbanın Klermondakı çıxışı
Müzakirə edin
Papa dinləyiciləri necə inandırmaq istəyirdi?


84
Klassik orta əsrlər
1096-cı ildə I Səlib yürüşünə başlayan 
cəngavərlər  1099-cu  ildə  Yerusəlimi 
ələ  keçirərək  müsəlman  əhalisinə 
qarşı  qırğınlar  törətdilər.  Səlibçilər 
Aralıq  dənizinin  Şərq  sahillərində  öz 
dövlətlərini  yaratdılar.  Bu  dövlətlərin 
içərisində Qüds krallığı seçilirdi. 1187-
ci  ildə  Misir  hökmdarı  Səlahəddin 
Əyyubi səlibçi qoşunlarını darmadağın 
etdi və onları Qüdsdən qovdu. Zaman 
keçdikcə  səlibçilər  bu  yürüşləri  daha 
çox var-dövlət əldə etmək üçün təşkil 
etdiklərini  gizlətmirdilər.  Bunu  1204-
 ildə təşkil edilmiş IV Səlib yürüşü 
sübut  edir.  Papa  III  İnnokentinin 
başçılığı  ilə  səlibçilər  onlara  kömək 
edən venesiyalıların tələbi ilə Konstan-
tinopola yollandılar. Şəhər böyük dağıntılara məruz qaldı. Ancaq get-gedə 
səlibçilər tutduqları torpaqları əldə saxlamaqda çətinlik çəkməyə başladılar 
Tezliklə səlibçilər Şərqdə ələ keçirmiş olduqları bütün ərazilərini itirdilər.
Səlib yürüşləri və onun nəticələri
Səlahəddin Əyyubi


85
Xaç yürüşlərinin nəticələri aşağıdakılardır:
Dini
• Avropada katolik kilsəsinə inam sarsıldı.
• Katolik və Pravoslav kilsəsi arasında ixtilaf daha da gücləndi.
• Müqəddəs torpaqlar yenə müsəlmanların əlində qaldı.
Siyasi
• Qərb feodallarının Şərq ölkələrini işğal etmək niyyəti baş tutmadı.
• Böyük Səlcuq İmperatorluğu zəiflədi və parçalandı.
İqtisadi
• Aralıq dənizində ticarət canlandı.
• Şərq ölkələri ilə ticarət birinciliyi Bizansın əlindən çıxaraq Şimali.
İtaliya şəhərlərinin (Venesiya və Genuyanın) əlinə keçdi.
Elm və 
məişət
• Avropalılar İslam mədəniyyətinin nailiyyətləri ilə tanış oldular və 
faydalandılar.
• Avropada çəltik, şəkər qamışı, limon, ərik, qarpız becərilməyə 
başlandı.
• Avropalılar şahmat, kağız, barıt, kompas və yel dəyirmanları ilə 
tanış oldular.
• Avropalılar yeməkdən qabaq əllərini yumağa, isti hamamda 
çimməyə, paltarlarını dəyişməyə başladılar.
• Xaç yürüşləri dövründə meydana gəlmiş dövlətlərin ərazisini xəritədə 
göstərin.
• Xaç yürüşlərinin Yaxın Şərq və Qərbi Avropa üçün nə kimi nəticələri oldu?
Cavablandırın
• 1212-ci ildə Qüdsü azad etmək üçün “Uşaqların xaç yürüşü“ təşkil 
olunmuşdu.
• III Səlib yürüşü zamanı alman imperatoru Fridrix Barbarossa 
(Qırmızısaqqal) Kiçik Asiyada çayların birində atın üstündən yıxılmış və 
əynindəki ağır cəngavər geyim onu çayda batırmışdı.
Öyrənin
Axtarın
İndulgensiya, Səlib yürüşləri, “Uşaqların xaç yürüşü”
Avropa dünyası


86
Klassik orta əsrlər
XI-XII əsrlərdə Qərbi Avropada şəhərlərin yaranması və çiçəklənməsi 
müşahidə  olunur.  Bu,  kənd  təsərrüfatının  inkişafı  ilə  bağlı  idi.  Əkin  sa-
hə lərinin  genişlənməsi  nəticəsində  məhsuldarlıq  artdı.  Sənətkarlar  dəniz 
li manlarında  və  yolların  kəsişdiyi  yerlərdə  məskən  salmağa  başladılar. 
Bu ralarda onlar həm hazırladıqları əşyaları sata bilər, həm də 
xammal 
ala 
bilərdilər.
Bu dövrdə yeni  Avropada şəhərlər meydana gəldi. Şəhərlərin ətrafına 
qala divarları çəkir, mərkəzdə yerləşən bazar meydanında isə şəhər şurasının 
binasını və baş kilsə tikirdilər. Sənətkar-ustalar özlərinə məxsus olan emalat-
xanada işləyirdilər. Eyni şəhərdə yaşayan və eyni  peşədən olan sənətkarların 
ittifaqları sex adlanırdı. Feodal torpağında salınan şəhərlər senyorlara ağır 
vergilər ödəməli idi. XII-XIII əsrlərdə Avropa ölkələrində şəhərlilər senyor-
lara qarşı mübarizə apardı və bir çox şəhərlər azadlıq qazandı. Azadlıq əldə 
etmiş şəhərlər özünüidarə orqanı olan şəhər şuraları yaratdılar.
Qərbi Avropada mərkəzləşdirilmiş 
dövlətlərin yaranması
1. Avropanın müasir siyasi xəritəsində Qərbi Avropa 
ölkələrini göstərin.
2. Müasir Avropada Napoleonun arzusu reallaşırmı?
3. Yuxarıdakı açar sözlərdən hansıları ilə tanışsınız?
Düşünün
Yarmarka
Janna Dark
Baş Ştatlar
Parlament
Universitet
Açar sözlər
17
Orta əsr şəhərləri
“Bütün Avropa vahid 
xalq və vahid ailə 
olardı. Hər yerdə va-
hid idarəetmə sistemi 
olardı. Mən azad 
ticarətə yol açardım.”
Napoleon Bonopart
(Fransa imperatoru)
1. Verden müqaviləsinin Qərbi Avropa ölkələri üçün hansı nəticələri olmuşdur?
2. XV əsrdə osmanlıların Avropada hansı işğalları olmuşdur?
Yada salın


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə