Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
 
 
 

 FƏSİL 1. BANK ƏMƏLİYYATLARININ MAHİYYƏTİ 
  
1. 1. Bankların mahiyyəti və növləri 
 
 Bank  sistemi  iqtisadi  sistemin  ən  mühüm  elementlərindən 
biridir.  İqtisadiyyatın  digər  sahələri  kimi  bank  sistemi  də  hal-
hazırda  struktur,  eləcə  də  funksiyalarla  əlaqədar  olan  köklü 
dəyişikliklərə  məruz  qalmaqdadır.  Dəyişikliklərin  işlənib  hazır-
lanması  xarici  təcrübə,  keçirilən  iqtisadi  islahatların  ilk  illərinin 
təcrübəsi,  bank  müəssisələrinin  mahiyyəti  və  təyinatı  haqqında 
müasir təəssüratlar əsasında həyata keçirilən bank qanunvericiliyi 
tərəfindən təsbit edilir.  
Bankların iqtisadi təbiəti onların xüsusi funksiyasında özünü 
büruzə  verir:  iqtisadi  bazarda  xüsusi  maliyyə  vasitəçiləri  rolunu 
yerinə  yetirmə  funksiyası.  Bu  əsasda  banklar  müəyyən 
subyektlərin  (dövlətin,  fiziki  şəxslərin,  təsərrüfat  strukturlarının) 
təsərrüfat  fəaliyyəti  prosesində  azad  olan  sərbəst  pul  vəsaitlərini 
cəlb  edir  və  həmin  vəsaitləri  müddətlilik,  qaytarılma  və  başqası 
tərəfindən  istifadə  olunduğu  müddət  üçün  əvəzinin  ödənilməsi 
şərtləri  ilə  təklif  edir.  Bununla  onlar  bank  kreditləşdirilməsini 
həyata  keçirir.  Bank  krediti  maliyyə  hüququnun  mühüm 
halqalarından  biridir.  Məhz  bank  sistemi  həm  nağd,  həm  də 
nağdsız  pul  vəsaitləri  fondunun  toplanmasını  həyata  keçirir. 
Beləliklə,  kapitalın  daim  bölüşdürülməsi  baş  verir.  Bank  – 
fəaliyyət məhsulu müxtəlif xidmət növündən (məsələn, kreditlərin 
təklif  edilməsi,  yatırımların  yerləşdirilməsi,  zəmanətlərin  və 
zaminliyin  verilməsi,  məsləhət  xidmətlərinin  göstərilməsi  və  s.  ) 
ibarət olan kommersiya müəssisəsidir.  
Son  illər  ərzində  bank  sistemində  baş  verən  dəyişikliklər 
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində əks 
olunmuş və onun ikimərhələli xüsusiyyətləri təsbit edilmişdir:  
1)
 
Birinci  mərhələ  –  Azərbaycan  Respublikasının  Mərkəzi 
Bankı; 
2)
 
İkinci  mərhələ  –  kommersiya  bankları  və  digər  kredit 


 
 
 
 

müəssisələri, eləcə də xarici bankların filial və nümayəndəlikləri.  
İkinci qrupun kredit müəssisələri arasında xüsusi bankları 
qeyd  etmək  lazımdır.  Onlara  korporativ  qiymətli  kağızların 
buraxılması  və  yerləşdirilməsi  üzrə  əməliyyatların  aparılması  ilə 
məşğul olan investisiya bankları; kreditləşməni daşınmaz əmlakın 
girov qoyulması ilə aparan ipoteka bankları; yerli büdcənin yerinə 
yetirilməsini  təmin  edən  bələdiyyə  bankları  və  s.  aiddir.  Bundan 
əlavə  bank  şuraları,  assosiasiyalar  və  digər  birləşmələr  fəaliyyət 
göstərir.  
Bank  fəaliyyətinin  hüquqi  vasitəçiliyində  mühüm  yeri 
maliyyə-hüquq  tənzimlənməsi  sistemi  tutur.  Bank  sahəsinin 
maliyyə-hüquq  tənzimlənməsi  spesifik  xüsusiyyətlərə  malikdir. 
Onun  predmeti  müxtəlif  maliyyə  münasibətlərindən,  eləcə  də 
maliyyə münasibətlərini hakim təlimatları metodundan ibarətdir.  
Bank sistemi çərçivəsində maliyyə-hüquq tənzimlənməsini 
həyata  keçirən  mühüm  subyekt  Azərbaycan  Respublikasının 
Mərkəzi  Bankıdır.  Bank  tənzimlənməsi  potensialı  ilk  növbədə 
Mərkəzi Bankın funksiyalarında təcəssüm olunur.  
Azərbaycan  Respublikasının  «Mərkəzi  Bank  haqqında» 
Qanunun 2-ci maddəsində Mərkəzi Bankın funksiyaları öz əksini 
tapmışdır.  
1.
 
Manatın  sabitliyinin  müdafiəsi  və  təminatı,  eləcə  də 
onun  alınma  qabiliyyəti  və  xarici  valyutalara  münasibətdə  mə-
zənnəsi; 
2.
 
Azərbaycan Respublikasının bank sisteminin inkişafı və 
möhkəmləndirilməsi; 
3.
 
Dövlət hakimiyyəti ilə müştərək olaraq manatın sabitliyinin 
müdafiəsi  və  təminatına  yönəldilmiş  vahid  dövlət  pul-kredit 
siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi; 
4.
 
Nağd pulların emissiyasının monopoliya şəklində həyata 
keçirilməsi və onların dövriyyəsinin təşkili
5.   Valyuta tənzimlənməsi və valyuta nəzarətinin həyata 
keçirilməsi və s.  
 
Bank tənzimlənməsinin ilkin funksiyası bankların maliyyə 


 
 
 
 

strukturlarının formalaşdırılması və onların səlahiyyət müddətinin 
müəyyən edilməsindən ibarətdir. Bu məsələlər həm yuxarıda qeyd 
edilmiş  qanunlarla  (Azərbaycan  Respublikasının  “Banklar  və 
bank  fəaliyyəti  haqqında”  qanunu,  “Azərbaycan  Respublikasının 
Mərkəzi  Bankı  haqqında”  qanunu),  eləcə  də  digər  qanunlarla 
tənzimlənir.  
 
Mərkəzi  Bank  qeyd  edilmiş  funksiyalarını  həyata  keçi-
rərək  kommersiya  banklarının  fəaliyyətini  lisenziyalaşdırır  və 
onların  nizamnaməsini  təsdiqləyir.  Lisenziyada  kommersiya 
bankı  tərəfindən  həyata  keçirilən  əməliyyatlar  nəzərdə  tutulur, 
bununla  da  konkret  kredit  müəssisəsinin  real  maliyyə  imkanları 
əvvəldən müəyyən olunur.  
 
      1. 2. Bank kreditləşdirilməsinin hüquqi əsasları 
 
  Müəssisələrin  banklar  tərəfindən  kreditləşdirilməsi  kre-
ditləşmə  prinsiplərinə  ciddi  şəkildə  riayət  olunması  şəraitində 
həyata  keçirilir.  Banklar  kreditləşdirmə  sisteminin  əsasını,  əsas 
elementini  təşkil  edir,  belə  ki,  kreditin  mahiyyətini  və 
məzmununu,  eləcə  də  obyektiv  iqtisadi  qanunların  (o  cümlədən 
kredit münasibətləri sahəsində) tələblərini əks etdirir.  
 
Kreditləşdirmə prinsiplərinə aşağıdakılar aiddir:  
1) Müddətlilik 
2) Fərqlilik  
3) Təminatlılıq 
4) Ödənclik.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə