Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
 
 
 
194 
ikinci  variant  birinci  varianta  nisbətən  kreditə  görə  daha  az 
faizdir.  Ona  görə  ki,  bank  bu  müddət  ərzində  sizi  və  təqdim 
edilmiş  sənədi  araşdırır,  öyrənir.  Borc  alan  qismində  sizin 
xeyriniz – kredit üzrə faizlərin aşağı düşməsidir. Əmanət bankının 
və  ya  xarici  «törəmə»  bankların  təklif  etdiyi  faizlərə  diqqət 
yetirin, sonra onların tələb etdikləri sənədlərin siyahısını və onları 
maraqlandıran  məlumatları  götürün  –  onlar  arasında  əlaqə 
ortadadır.  
Kreditin  vaxtından  əvvəl  ödənilmə  mümkünlüyü  bankda 
zəruri proseslərdən biridir. Bu prinsipial məsələdir. Çox vaxt hətta 
siz  krediti  növbəti  gün  ödəmisinizsə  və  kreditdən  tam  müddət 
ərzində  istifadə  etmisinizsə,  onda  məbləğin  faizini  tam 
ödəməlisiniz.  
Bankdan  hansı  valyuta  ilə  –  manat  və  ya  ABŞ  dolları  ilə 
kredit  almaq  qərarı  olduqca  çətindir.  Bunlar  hamısı  müştərinin 
gəlirinin  məbləğindən  və  məzənnə  vəziyyətindən  asılıdır.  Bank 
müştəriyə bildirir ki, onun gəliri qeydə alınmış manat  gəliridirsə 
(məsələn,  əməkhaqqı),  onda  müştəri  manatın  kredit  valyutasına 
konvertasiyası zamanı ziyanla qarşılaşacaqdır 


 
 
 
 
195 
FƏSİL 12. BANKIN İNVESTİSİYA VƏ 
KREDİT SİYASƏTİ 
 
12.1. Bankın investisiya siyasəti 
 
Pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  paylar,  səhmlər  və 
digər  qiymətli  kağızlar,  texnologiyalar,  maşınlar,  avadanlıqlar, 
lisenziya, eyni zamanda  əmtəə nişanları, kreditlər, istənilən digər 
əmlak və  ya  əmlak hüququ, gəlir əldəetmə məqsədilə və müsbət 
sosial səmərəliliyə nail olmaq üçün sahibkarlıq və digər fəaliyyət 
obyektlərinə yerləşdirilən əqli dəyərlər investisiya hesab olunur.  
İnvestisiya  fəaliyyəti  –  investisiya  yerləşdirmə  və  yaxud 
kapital və investisiyanın reallaşdırılması üzrə təcrübi hərəkətlərin 
məcmusudur.  Əsas  fondların  yaradılmasında  və  fəaliyyətində 
kapital  qoyma  kapitalın  yerləşdirilməsi  qaydasında  həyata 
keçirilir.  
Real investisiya – maddi aktivlərin yerləşdirilməsi (maddi 
kapital).  
Maliyyə investisiyası – qiymətli kağızların yerləşdirilməsi 
(veksel, səhm və s.).  
Təcrübi  fəaliyyətdə  kommersiya  bankları  həm  maliyyə, 
həm  də  real  kapital  qoyuluşu  ilə  məşğul  ola  bilər.  Buna  görə  də 
müəllif  sadalanan  fəaliyyət  növlərini  birincisi,  iqtisadi 
gəlirliliyinə; 
ikincisi, 
uzunmüddətli  presspektiv  mövqeyi; 
üçüncüsü,  risklər  və  onların  bankların  fəaliyyətinin  iqtisadi 
göstəricilərinə  təsiri  nöqteyi-nəzərdən  müqayisəli  təhlilinə  cəhd 
edir.  
Kommersiya  bankları  mahiyyətinə  görə  əsasən  digər 
vəsaitlər  hesabına  fəaliyyət  göstərən  kommersiya  təşkilatlarıdır. 
Onda  bank  əməliyyatlarının  iki  kompleks  növünü  –  passivləri 
(ehtiyatların  cəlb  edilməsi)  və  aktivləri  (onların  yerləşdirilməsi) 
nəzərdən keçirmək lazımdır.  
Gələcək  investisiya  hesabına  passivlərin  yaradılmasının 
xüsusiyyətləri: 


 
 
 
 
196 
1)
 
Bu uzunmüddətli passivlər olmalıdır (adətən, 2 ildən 10 
ilə və daha çox müddətə); 
2)
 
Onlar  maksimal  ucuz  vəsaitlər  olmalı,  əks  halda 
yerləşdirmənin gəlirliliyini təmin etmək çətin olacaqdır.  
Kapital  qoyuluşu  zamanı  passivlər  deyildikdə  aşağıda 
göstərilənlər nəzərdən keçirilir: 

 
İnvestorların vəsaitələri; 

 
Bankın şəxsi vəsaitləri; 

 
Müştərilərin hesablarında vəsaitlərin qalıqları; 

 
Uzunmüddətli təcili passivlər; 

 
Müştərilərin girov öhdəlikləri; 

 
İnvestisiya proqramlarının həyata keçirilməsi üçün dövlət 
tərəfindən ayrılmış xüsusi büdcə vəsaitləri.  
1.
 
İnvestorların vəsaitləri  
İnvestorlar – investisiya formasında şəxsi, borc götürülmüş 
və  ya  cəlb  edilmiş  vəsaitlərin  yerləşdirilməsini  və  onların 
məqsədli  istifadəsini  həyata  keçirən  investisiya  fəaliyyətinin 
subyektləridir. 
İnvestorların 
məqsədi 
həmişə 
kapital 
qoyuluşundan  maksimal  gəlir  əldə  etmək  olmur.  Bir  qayda 
olaraq,  investorlar  konkret  investisiya  obyektinin  satışında 
maraqlıdırlar.  Belə  halda  bank  investor  və  kapital  qoyulmuş 
obyekt  arasında  vasitəçi  qismində  çıxış  edir.  Onun  məqsədi 
kapital qoyuluşunun idarə olunması, onun gedişatına nəzarət və 
nəticələrin  əldə olunmasıdır. Bankın  gəliri  komisyon hesabına, 
həmçinin  investisiya  layihəsinin  həyata  keçirilməsinin  daha 
səmərəli  idarə  olunması  hesabına  əldə  edilə  bilər.  Bank  bir  iri 
layihənin  həyata  keçirilməsi  üçün  investorların  vəsaitlərini 
birləşdirə bilər. Bankın riski böyük deyil.  
Buna  görə  də  investorların  vəsaitləri  –  investisiya  fə-
aliyyətinin  maliyyələşdirilməsi  üçün  ən  çox  cəlb  edilən  (bank 
üçün) mənbələrindən biridir.  
 
2. Bankın şəxsi vəsaitləri.  
Bundan  istifadəyə  görə  faiz  ödənişi  tələb  olunmur,  onlar 


 
 
 
 
197 
ucuz  vasaitlərdir.  Bu  məsələ  həll  edilən  zaman  onlar  kapital 
qoyuluşuna  yönəldilir və  yaxud digər aktivlərə daxil edilir. Bank 
iki hala riayət edir:  

 
İqtisadi mənfəət (kapital qoyuluşundan nəticə); 

 
İqtisadi  mənfəətdən  başqa  konkret  investisiya  layihəsinin 
həyata keçirilməsində maraq (əgər varsa).  
Əgər  bank  ancaq  iqtisadi  mənfəət  götürməyə  yönəl-
dilmişsə,  bank  maksimal  gəlir  gətirən  kapital  qoyuluşunun  üsu-
lunu axtarır. Bu elmi işin növbəti fəsillərində kapital qoyuluşunun 
cəlb 
edilməsinin 
nümunəvi  metodiki  göstəriciləri  qeyd 
olunmuşdur.  
Bankın  şəxsi  vəsaitləri  kapital  qoyuluşunun  maliyyələş-
dirilməsi üçün olduqca cəlbedici mənbədir.  
 Müştərilərin  hesablarında  vəsaitlərin  qalıqları,  uzun-
müddətli  passivlər,  müştərilərin  girov  öhdəlikləri  və  s.  daha 
dəyərli passivlərdir.  
Buna  görə  də  investisiya  üçün  istifadə  edilən  zaman 
onlarla  ehtiyatlı  olmaq  lazımdır. Müştərilər tərəfindən  vəsaitlərin 
geri  tələb  edilmə  riski  mövcuddur  (hesablarda  qalıqlar  və  girov 
öhdəlikləri  üçün).  Uzunmüddətli  passivlərin  istifadəsinə  görə 
böyük faizlər ödənilməlidir.  
Beləliklə, aşağıda göstərilən şərtlərə riayət olunmalıdır: 
a)   İnvestisiya üçün  bu passivlərin  ancaq  kiçik bir  hissəsi 
əlverişli ola bilər (məsələn, 25%);  
b)  Bu mənbələr layihədə ancaq ən minimal risklə kapital 
yerləşdirə  bilər  (məsələn,  dövlət  və  ya  bələdiyyə  qiymətli 
kağızları); 
c)  İnvestisiya 
layihəsinin 
ödənilməsinin  hesablanması 
zamanı zəruri diskontedilmə normasını nəzərə almaq lazımdır.  
3. Büdcə vəsaitləri 
Passivin  bu  növünü  qiymətləndirən  zaman  aşağıdakıları 
göstərmək olar:  
1.
 
Belə  layihələrin  həcmi  adətən  böyük  olur,  onlara  bö-
yük  məbləğ  ayrılır.  Beləliklə  bankların  mənfəəti  üçün  yaxşı 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə