Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
 
 
 
191 
vəziyyətə düşdükdə kreditordan müdafiə almalıdır; bu halda bank 
tərəfindən  kreditin  ödənişi  üçün  xüsusi  şərtlər  nəzərdə 
tutulmalıdır.  Belə  ki,  bütün  dünyada  müflisləşmə  borclunun 
müdafiəsi üçün səmərəli vasitədir. Məsələn, ABŞ-da bankların – 
maliyyə  müəssisələrinin  hər  istəyənə  kreditin  verilməsinə  görə 
məsuliyyəti  nəzərdə  tutan,  borc  alan  və  kreditor  arasında 
münasibətləri tənzimləyən normativ akt mövcuddur.  
İstehlak  krediti  bazarında  amansız  rəqabət  mübarizəsinin 
başlayacağı  an  yaxındadır.  Əsas  iştirakçıların  tərkibi  faiz 
dərəcələri kimi köklü şəkildə dəyişə bilər.  
Fərdi  şəxslərin  əksəriyyəti  kreditləri  təmir  məqsədilə 
götürmək  istərdilər.  Məşhurluğuna  görə  növbəti  -  işlənilmiş 
avtomobillərin,  mebelin,  kompyuterin,  məişət  texnikasının  və 
digər  ev  predmetlərinin  alınması  üçün  kreditdir.  Təhsil  xərci  və 
səyahətə getmək üçün kreditlərdən az istifadə edilir.  
Keçirilmiş  tədiqiqatlar  və  sorğular  göstərir  ki,  təxirəsa-
lınmaz ehtiyaclar üçün kreditlərdən fəal istifadə edilir. Bəli, bütün 
statistik  göstəricilər  bunu  təsdiq  edir.  Yaxın  gələcəkdə  amerikan 
modeli  olan  «həyat  kreditlər»inin  Azərbaycanda  da  tətbiqi 
mümkündür.  
İstehlak  kreditin  verilməsi  möhkəm  inkişaf  mərhələsinə 
davam gətirir. Bunu daha çox banklar həyata keçirir.  
Təxirəsalınmaz  kreditlər  Qərbdə  qədim  tarixə  malikdir. 
Avropa  və  Amerika  qanunvericiliyində  onun  mexanizmi  o  qədər 
dəqiq  və  hərtərəfli  göstərilmişdir  ki,  15  il  tamam  olmamış 
Azərbaycan bazarının məhz onlardan nümunə götürməkdən başqa 
digər yolu qalmır.  
ABŞ-da  təxirəsalınmaz  kreditlər  inkişaf  etmişdir. 
Avropanın  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrində  istehlak 
kreditləşməsinin  inkişaf  surəti  ABŞ-nın  bazar  dinamikasını 
üstələməsinə  baxmayaraq  mütəxəssislər  amerikan  bazarını  ən 
həcmli  və  uyğunlaşan  bazar  hesab  edirlər.  Məsələn,  Almaniyada 
ötən  əsrin  70-ci  illərində  təxirəsalınmaz  kreditləşmənin  beşqat 
inkişafı müşahidə olunmuşdur, sonradan 2000-ci ilin əvvəlində bu 


 
 
 
 
192 
190  milyard  ABŞ  dolları  səviyyəsinə  çatmışdır.  Həmin  dövr 
ərzində  isə  ABŞ-da  üçqat  inkişaf  baş  vermişdir;  90-cı  ilin 
əvvəlində 600 milyard ABŞ dollarına çatmışdır.  
Amerikada  təxirəsalınmaz  kreditin  verilməsinin  rəsmi 
tarixi  İstehlak  Krediti  haqqında  Qanun  qəbul  edildiyi  vaxtdan, 
yəni 1968-ci ildən başlayır. Xüsusilə, o ssudanın ədalətli verilmə 
qaydalarını, faiz dərəcələrinin yuxarı həddlərini, köçürmə üzrə və 
gecikmədə  satış  qaydalarını,  müqaviləyə  düzəlişləri  müəyyən 
edir.  Qanunda  kreditorun  məhkəmə  müdafiə  vasitələri  diqqətdən 
yayınmamışdır:  məhkəmənin  təminatın  həyata  keçirilməsi  üzrə 
borc qalığını cərimə ilə almaq və ya borc alanın əmlakının üzərinə 
həbs qoymaq hüququ vardır. Qanun, həmçinin daşınmaz əmlakın, 
müntəzəm kreditdə iştirak edən şəxslər tərəfindən göstərilən xid-
mət  və  malların  alqı-satqısına  aid  edilən  kredit  sövdələşmələrini 
tənzimləyir.  Amerikan  istehlakçılarının  hüquqlarına  görə  narahat 
olmağa  ehtiyac  yoxdur:  o,  zirehlidir,  bütün  mümkün  tərəfdən 
müdafiə  olunur.  İstehlak  krediti  haqqında  qanundan  başqa 
İstehlak  kreditləri  haqqında  Vahid  Məcəllə  (The  Uniform 
Consumer  Credit  Code)  mövcuddur.  Onun  məqsədi  –  satın 
almanın  maliyyələşdirilməsi  üçün  istehlakçını  müdafiə  etmək, 
kredit  verilməsi  üzrə  xidmətin  düzgün,  adekvat  göstərilməsi, 
ümumilikdə  kredit  sənayesini  tənzimləməkdir.  Nəhayət,  bir 
hissəsinin  istehlak  kreditlərinə  həsr  olunduğu  «İstehlakçıların 
hüquqlarının  müdafiəsi  haqqında»  Amerikan  qanunu  da 
mövcuddur.  O,  istehlakçıların  kreditləşmə  şərtləri  barədə  tam 
məlumatlandırmanı  zəruri  edir  və  ya  kredit  verilən  zaman  hər 
hansı  bir  ayrı-seçkiliyi  qadağan  edir.  Qanun  həmçinin 
istehlakçıları sələmçilər tərəfindən sui-istifadədən müdafiə edir və 
mükafatlandırmanın  həcmini  məhdudlaşdırır.  Bundan  başqa  o, 
kredit  kartlarını  buraxan  və  kredit  tarixlərini  təqdim  edən 
şirkətlərin fəaliyyətini tənzimləyir, həmçinin istehlak kreditləşmə 
sahəsində  araşdırma  aparmaq  səlahiyyəti  verilən  İstehlak 
maliyyəsi üzrə Milli Komissiyanı təsdiq edir.  


 
 
 
 
193 
«İstehlak  krediti»  (İK)  adlanan  problemi  həll  etməklə 
əhalinin  bu  kreditləşmə  formasının  oxşarı  olan,  lakin  digər  bu 
mənada  olan  və  sosial  funksiyanı  daşıyan  digərlərindən  ayırmaq 
lazımdır.  
Təxirəsalınmaz  ehtiyaclar  üçün  kredit.  Kredit  vətən-
daşlara  konkret  olaraq  nəyə  görə  isə  yox,  sadəcə  olaraq  özünə 
lazım olduğu üçün verilir.  
Avtomobilin  alınması  üçün  kredit.  Bu  istənilən  bank 
üçün  olduqca  ehtiyat  həcmli  kreditləşmə  formasıdır,  uzun 
müddətə  (3  ilə  kimi)  böyük  məbləğin  ayrılmasını  tələb  edir. 
Kredit  tam  şəkildə  bankın  xeyrinə  girovla  sığortalanmış 
avtomobillə  təmin  edilmiş  və  hər  hansı  bir  problem  yarandığı 
halda bank asanlıqla öz ziyanını ödəyir.  
Mənzillərin  (evin)  alınması  üçün  kredit  və  ya  ipoteka 
krediti.  Ən  bahalı  və  ən  uzunmüddətli  kreditdir  (20  ilə  kimi). 
Buna baxmayaraq, bu kredit növü də avtomobil kreditində olduğu 
kimi girovla tam təmin edilmişdir. Bank mənzilin dəyərinin 70%-
dən  artıq  məbləğə  kredit  vermir.  Asanlıqla  qeyd  etmək  olar  ki, 
geniş ehtiyatlı uzunmüddətli kredit verilmə bazarında lider xarici 
banklardır.  Bu  təəccüblü  deyil,  çünki  bu  növ  kreditlər  qərbdə 
geniş yayılmışdır, onların böyük təcrübələri var. Əslində istehlak 
krediti  və  ya  «ütü  üçün  kredit»  -  olduqca  asan  bir  şeydir.  Onun 
məğzi  belədir:  soyuducu,  televizor  və  ya  paltaryuyan  üçün 
çatışmayan 200-1000 ABŞ dolları qonşudan, qohumlarınızdan və 
ya yaxınlarınızdan borc götürmürsünüz. Praktiki olaraq siz məişət 
avadanlığının ticarəti ilə məşğul olan istənilən iri mağazada bu və 
ya  digər  bankın  əməkdaşının  əyləşdiyi  stolu  görə  bilərsiniz.  Siz 
anketi  doldurursunuz,  30-40  dəqiqə  gözləyirsiniz  və  nəhayət 
istədiyiniz paltaryuyan maşın sizindir. Sonra yaxın 3-6 ay ərzində 
siz  aylıq  ödəniş  etmək  üçün  bankın  ofisinə  getmək  zəruriyyəti 
yaranır. Digər variant da mövcuddur – siz anketi doldurursunuz, 
iş yerindən əməkhaqqı barədə arayış və ya daimi gəlirinizi təsdiq 
edən  digər  sənədi  gətirirsiniz,  sonra  2-3  gün  gözləyirsiniz  və 
paltaryuyan  maşın  yenə  də  sizindir.  Lakin  təcrübə  göstərir  ki, 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə