Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

 
 
 
 
65 
Mərkəzi  Bankda  olan  banknotlar  və  ehtiyatlar  pul  bazasını 
təşkil  edirlər.  Mərkəzi  Bankın  pul  göstericiləri  bakın  balansının 
passivində  gostərilir.  Eyni  zamanda  o,  Mərkəzi  Bankın  resusları 
kimi çıxış edir.  
 Aktiv  balansda  Mərkəzi  Bank  resuslarınin  bölünməsi  əks 
olunmuşdur. Onun aktiv  əməliyyatlarının  xüsusiyyəti ondadır ki, 
o ancaq dövlət və kommersiya banklarının kreditorlaru kimi çıxış 
ede  bilər.  Burada  suddalar  verməklə  Mərkəzi  Bank  iqtisadiyyata 
aktivlik gətirir. .  
 Pul bazasının quruluşuna əhatəli yanaşma zəruridir. İnkişaf 
etmiş olkələrdə  nağd pul tədavülünün həcmi böyük deyil, əsasən 
o,  yekun  pul  kütləsində  bir  nece  faiz  təşkil  edir.  Amma  pul 
kütləsinin konponenti kimi banklar xüsusi çəkiyə malik ourlar. Bir 
sıra  ölkələrdə  mərkəzi  bankların  əsas  resus  mənbəyi  pul  bazasıdır. 
Bank ehtiyatları mütləq və əlavə olurlar.  
 Mütləq ehtiyatlar o deməkdir ki, Mərkəzi Bankın tələbi ilə 
kommersiya 
bankları  vəsait  saxlayırlar.  Mərkəzi  Bank 
kommersiya  banklarını  məcbur  edir  ki,  bir  sıra  məqsədlər  üçün 
nəzərdə tutulan ehtiyatları yaratsınlar. Bank əmanətlərinə zəmanət 
verən  sığorta  ehtiyatları  yaratmaq  zəruridir.  Bu  da  Mərkəzi 
Bankdan  ötrü  üçun  pul  kütləsini  tənzimləmək  üçün  alət  rolunu 
oynayır.  
 İnkişaf  etmiş  ölkələrdə  mütləq  ehtiyatlar  Mərkəzi  Bankın 
passivlərində  kiçik  bir  hissəni  təşkil  edir. Bir  sıra ölkələrdə  onlar 
rəsmi  sürətdə  ləğv  olunurlar.  Buna  baxmayaraq  dünyanın  bir  çox 
olkələrində  mütləq  ehtiyatlar  mövcuddur  və  onlar  Mərkəzi  Bankın 
pul bazasının mühüm tərkib hissələrindən biridir.  
 Əlavə artıq ehtiyatlar odur ki, kommersiya bankları könüllü 
olaraq Mərkəzi Bankda saxlayırlar. Bu kommersiya bankları üçün 
aktiv  vəsaitlərdir  və  banklar  zəruri  olduqda  bu  vəsaitlərdən  öz 
əməliyyatlarını  yerinə  yetirmək  üçün  istifadə  edə  bilərlər. 
Kommersiya  bankının  artıq  ehtiyatı  onun  kassasinda  olan    nağd 
pulları Mərkəzi Bankda olan kommersiya bankının koresspondent 
müxbir  hesabında  və  Mərkəzi  Bankda  olan  depozitlərə 


 
 
 
 
66 
yeləşdirilmiş  vasitələrdir.  Bu  vəsaitlər  kommersiya  bankları 
tərəfindən  banklar  arası  ödənişləri  ödəmək  üçün  və  Mərkəzi 
Bankdan  kreditləri    nağd  almaq  üçündür.  Kommersiya  bankında 
artıq  ehtiyat  əmanətlər  axınının  artması  zamanı,  ssuda  verilməsi 
həcminmin  artırılmasında  mütləq  ehtiyat  normasınım  azalması 
Mərkəzi Bankdan kreditlərin alınması zamanı mövcud olur.  
 Kommersiya  bankı  artıq  ehtiyatın  optimal  həcmini  müəy-
yən 
edir. 
Ehtiyatın 
çatışmazlığı  bank  əməliyyatlarının 
aparılmasında çətinlik yaradır. Hesablaşmalar zamanı bank başqa 
banklardan  borc  vəsaiti  almaq  məcburiyyətində  qalır,  artıq 
ehtiyatın boyük həcmi bankın gəlirinə mənfi təsir edir. Belə ki, bu 
vəsaitlər  gəlir  gətirmir.  Mərkəzi  Bank  kommersiya  bankı  üçün 
kreditor  olur.  Mərkəzi  Bank  digər  kommersiya  banklarının  artıq 
vəsaitinin həcminə təsir edə bilir. Mərkəzi Bank kreditlərini məh-
dudlaşdırıb və ya artıra bilər və hər gün faiz dərəcələrinə təsir edə 
bilər.  
Beləliklə,  pul  bazarını  təşkil  edən  vəsaitlərin  bir  hissəsi  
nağd  olaraq  əhalinin  əlində,  digər  hissəsi  ehtiyat  formasında 
Mərkəzi Bankın hesablarındadır. Bu konponentlər arasındakı fərq 
bank 
odənişlərinin 
inkişafının  səviyyəsindən,  inflyasiya 
tempindən,  əhalinin  gəlirinin  mədaxil  dinamikasından  aslıdır. 
Müəyyən ölçüdə bu fərqlər Mərkəzi  Bank  və kommersiya bank-
larının faiz siyasətinə təsir edir. Depozitlər üzrə faiz statistikasının 
bərabər  şəraitdə  yüksəlməsi  zamanı  əhaıinin  pul  yığmaq  marağı 
artır və bunun nəticəsində bank ehtiyatları artır. Pul bazasının di-
namikası tədavüldə olan pul kütləsinin artmasına xeylı təsir edir. 
Mərkəzi Bank pul bazasının həcminin artması zamanı olkədə pul 
təklifini  artırıb  və  yaxud  azalda  bilər.  Pul  bazasının  quruluşu 
dəyişəndə  pul  kütləsinə  təsir  edir.  Məsələn,  əgər  pul  bazasının 
həcminin  sabit  qalması  Mərkəzi  Bank  ehtiyat  tələblərini 
azaldarsa,  onda  kommersiya  banklarının  mütləq  ehtiyatları 
azalacaq və artıq ehtiyatlar artacaq.  
 Bu pul  təkliflərinin artmasına  gətirib çıxarır. Artıq ehtiyat-
lar  kommersiya  banklarında  aktiv  əməliyyatlar  aparmaq  üçün 


 
 
 
 
67 
vəsait  mənbəyi  olur  (kreditlərin  verilməsi  sürətlənir).  Bu  pros-
sesdən də yeni depozitlər yaranır (nağdsız pul kütləsi).  
 Pul  bazasının  həcmi  və  quruluşu  depozit  və  pul  multipli-
katorlarının  həcmlərinə  də  təsir  edir  və  bu  da  kommersiya 
banklarında pul vəsaitlərinin artması imkanlarını yaradır.  
 
3. 2 Banklarda pul emissiyası 
 
 Bank sistemi milli təsərrüfatın normal funksiyası üçün onu 
pul  vəsaiti  ilə  təmin  etməlidir.  Milli  iqtisadiyyatın  inkişafı  ilə 
əlaqədar  olaraq  iqtisadiyyatın  pula  təlabatının  artması  qiymətlər 
səviyyəsinin artırması və ya başqa səbəblərlə bank tərəfindən pul 
təkliflərinin artırılma zəruriliyinə gətirib çıxardı.  
 Pulların emissiyası - bu tədavülə əlavə pul buraxmaqdır ki, bu 
da tədavüldə olan pul kütləsininn artımına gətirir çıxarır.  
Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları aparılan 
zaman  icra  olunur.  Nağd  pulun  tədavülə  buraxılması  kassa 
əməliyyatı aparılan vaxt baş verir bu da bankların müştərilərə öz 
kassalarından  nağd  pul  verməsi  ilə  davam  edir  (əməkhaqqının 
ödənişi,  nağd  formada  əhaliyə  verilən  ssudalar).  Mərkəzi  Bank 
tərəfindən köhnə (yararsız) əsknasların yenisi ilə əvəz olunması nağd 
pulun tədavülünə təsir edir.  
Nağdsız  pulların  tədavülə  buraxılması  ssuda  əməliyyatını 
yerinə  yetirilərkən  baş  verir.  O  zaman  bank  öz  müştərilərinə 
nağdsız formada kreditlər verir.  
Amma  tədavülə  hər  pul  buraxılışı  emissiya  olunur  və  pul 
təkilfinin  artımına  səbəb  olur.  Ssuda  və  kassa  əməliyyatı  zamanı 
təkcə  pul  buraxılışı  yox,  eyni  zamanda  onların  banklara 
qaytarılmasına  səbəb  olur.  Beləliklə,  banklardan    nağd  pulun 
verilməsi  zamanı  eyni vaxta  nağd  pulun  banklarda  qəbulu  yerinə 
yetirlir  (ticarət  müəssisələrinin  mədaxil  inkasiyası,  əmanətlərə  
nağd pul qəbulu və. b) amma kreditlərin verilməsi ilə yanaşı əvvəl 
verilmiş ssudalar banka yenidən daxil edilir. Emissiya o vaxt baş 
verər ki, tədavülə buraxılan pul banklara qayıdan puldan daha çox 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə