Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

 
 
 
 
89 
digər  şəxsə  ötürülə  bilər,  orderli  qəbzlər  ötürülmə  haqqında 
yazının (indossament) rəsmiləşdirilməsi yolu ilə ötürülür.  
 “Nağdsız  hesablaşmalar  haqqında  əsasnamə”də  qəbzlə 
hesablaşma  qaydaları  müəyyən  edilmiş,  eyni  zamanda  onların 
istifadə imkanları bir qədər məhdudlaşdırılmışdır. Bunlara aiddir: 

 
qəbz verənə qəbz indossamentinin qadağan edilməsi

 
qəbz  verənin  qəbzi  indossament  yolu  ilə  mal 
göndərənə ötürə bilməməsi; 

 
qəbz  verən  tərəfindən  vəsaitlərin  qabaqcadan  ayrıca 
hesabda 
depozitə 
qoyulmasının 
mütləq 
tələb 
olunması.  
Bununla  yanaşı,  nağdsız  hesablaşmalar  haqqında  əsas-
namədə  digər  qəbz  növlərinin  də  ödəniş  dövriyyəsində  istifadə 
mümkünlüyü  nəzərdə  tutulur.  Bu  banklara  öz  qəbzlərini 
buraxmaq imkanı verir.  
Vəsaitlərin  depozitə  qoyulması  ilə  qəbz  kitabçalarından 
qəbz  hesablaşmaları  zamanı  mal  göndərənə  ödəniş  zəmanəti 
verilir,  lakin  vəsaitlər  kifayət  qədər  uzun  müddətə  ödəyicinin 
təsərrüfat dövriyyəsindən çıxarılır.  
5.  Ödəniş  tələbnamə-tapşırıqları  ilə  hesablaşmalar. 
İqtisadiyyatımız  üçün  nisbətən  yeni  olan  hesablaşma  sənədi  və 
müvafiq  olaraq  yeni  nağdsız  hesablaşma  forması  ödəniş 
tələbnamə-tapşırıqları ilə hesablaşmadır.  
Ödəniş  tələbnamə  -tapşırığı  -  ödəyiciyə  xidmət  edən 
bankın göndərilən hesablaşma sənədləri əsasında  mal göndərənin 
alıcıya  müqavilə  üzrə  tədarük  olunmuş  məhsulunun,  yerinə 
yetirilmiş  işlərin,  göstərilmiş  xidmətlərin  dəyərinin  ödənilməsi 
üzrə  tələbi  və  ödəyicinin  öz  vəsaitlərini  hesabından  silinməsi 
tapşırığıdır.  
Ödəniş  tələb-tapşırıqları  mal  göndərən  tərəfindən  yazılır 
və  kommersiya  sənədləri  ilə  birlikdə  alıcının  bankına  göndərilir, 
bank  isə  öz  növbəsində  tələb-tapşırığı  aksept  üçün  ödəyiciyə 
ötürür.  Ödəyici  aksept  olunmuş  ödəniş  tələb-tapşırığını  banka 
qaytarmalı  və  ya  onun  ödəyicinin  bankına  daxil  olduğu  gündən 


 
 
 
 
90 
etibarən  üç  gün  ərzində  akseptdən  imtina  etməsi  haqqında 
məlumat  verməlidir.  Ödəniş  tələb-tapşırığı  ödəyicinin  hesabında 
vəsait olduqda ödənişə qəbul edilir.  
Ödəyici  üç  iş  günü  ərzində  ona  xidmət  göstərən  banka 
ödəniş tələb-tapşırığının tam və ya qismən ödənilməsindən imtina 
etməsinə  dair  məlumat  göndərməlidir.  Göndərilmə  sənədlərinə 
qoşulmuş tələb-tapşırıqlar və ödənişdən imtina olunması haqqında 
bildirişlər  bilavasitə  mal  göndərənə  qaytarılır.  Ödəyici  ödəniş 
tələb-tapşırığını  tam  və  ya  qismən  ödəməyə  razı  olduqda, 
razılığını  hesab  üzərində  sərəncam  vermək  səlahiyyəti  olan 
şəxslərin  imzası  və  möhürlə  rəsmiləşdirərək  xidmət  edən  banka 
təhvil verir.  
  
6.  Qarşılıqlı  tələblər  üzrə  hesablaşmalar.  Mürəkkəb 
təsərrüfat  əlaqələri  sistemində  mal-material  dəyərlilərinin  və 
xidmətlərin  qarşılıqlı  hərəkət  axınının  yaranma  mümkünlüyü 
mövcuddur.  Bu  vəziyyət  qarşılıqlı  tələblərin  hesablanması,  yəni 
bir  təşkilatın  hesabından  kontragentin  hesabına  yalnız  qarşılıqlı 
tələb  fərqlərinin  (saldo)  köçürülməsi  kimi  belə  özünəməxsus 
nağdsız  hesablaşma  formasının  tətbiq  olunmasına  əsas  verir.  Bu 
nağdsız hesablaşma formasının əsas üstünlüyü onun nisbətən sadə 
və iqtisadi baxımdan əlverişli olmasındadır.  
Hesablaşmaya  müxtəlif  hesablaşma  sənədləri  təqdim 
oluna bilər:  
1. Ödəniş tələb-tapşırıqları; 
2. Ödəniş tapşırıqları; 
3. Hesablaşma qəbzləri və s.  
Qarşılıqlı  tələblər  hesablandıqda  vəsaitlərin  hərəkətinin 
kəskin  azalması  müşahidə  olunur.  Onlar  yalnız  hesablaşmadan 
sonra qalan məbləğ fərqində tələb edilir.  
Qarşılıqlı tələblər üzrə hesablaşmalar 2 qismə bölünür: 
          1. daimi qüvvədə olan; 
2. birdəfəlik.  
1.  Saldo  üzrə  daimi  qüvvədə  olan  dövri  hesablaşmalar 
adətən  iki  təsərrüfat  təşkilatı  arasında  qarşılıqlı,  təqribən  bərabər 


 
 
 
 
91 
əməliyyatlar əsasında on gündə bir dəfə edilir. Hər iki hesablaşma 
iştirakçısı  özündə  ödəniləcək  məbləğlərin  göstərildiyi  qarşılıqlı 
hesablaşmaların  hesabını  aparır.  Hesablaşma  sənədləri  banka 
təhvil  verilmir  və  qarşılıqlı  tələblərin  hesabında  məbləği 
göstərilməklə  dərhal  alıcıya  göndərilir.  Tərəflərin  nümayəndələri 
dövri  olaraq  qarşılıqlı  hesablaşma  hesablarını  yoxlayır,  kimin 
xeyrinə  saldonun  olmasını  müəyyənləşdirir  və  bu  məbləğə  ya 
ödəniş  tapşırığı,  ya  da  ənənəvi  sənəd  dövriyyəsi  edən  digər 
hesablaşma sənədi yazırlar.  
2.  İki  hüquqi  şəxs  arasında  qarşılıqlı  tələblərin  birdəfəlik 
hesablaşması bir tərəfin digər tərəfin xeyrinə ödəniş etdiyi zaman 
ona  qarşılıqlı  tələb  və  iddiası  olduğu  halda  həyata  keçirilir. 
Hesablanmamış  vəsait  qalığını  daha  çox  ödəməli  olan  tərəf 
ödəyir.  Birdəfəlik  qrup  hesablaşmalar  bank  tərəfindən  müəyyən 
dövrlərdə (rübün sonunda, ilin əvvəlində) hüquqi şəxslərin bir-biri 
ilə hesablaşması üzrə yaranmış qarşılıqlı borcun, müddəti keçmiş 
qarşılıqlı borclarının aradan qaldırılması üçün keçirilir.  
Hazırda  müəssisə  və  təşkilatlar  da  banklar  kimi  klirinq 
vasitəsilə  qarşılıqlı  hesablaşmalar  həyata  keçirə  bilir.  Banklar 
müəssisələrlə 
qarşılıqlı 
tələblərin 
hesablaşması  yolu  ilə 
hesablaşmaları  daxil  etmək,  xidmət  göstərilən  müştərilərə 
hesablaşmaların  aparılması  üçün  öz  hesablaşma  (klirinq) 
mərkəzlərini  təşkil  etmək,  orada  təsərrüfat  orqanlarının  qarşılıqlı 
tələblərinin  hesablaşma  əməliyyatlarını  aparmaq,  eləcə  də,  öz 
müştərilərinin  hesablaşmaları  üçün  digər  banklarda  və  onların 
müəssisələrində müxbir subhesabları açmaq hüququna malikdir.  
Klirinq  mərkəzləri  adətən  banklar  tərəfindən  ödəniş 
dövriyyəsinin sürətləndirilməsi və səmərəliləşdirilməsi məqsədilə 
qarşılıqlı mənfəət şərtləri ilə yaradılır.  
7.  Aksept  hesablaşma  forması.  Aksept  hesablaşma 
forması  ilə  hesablaşmanın  mənası  vəsait  alanın  ona  xidmət 
göstərən  banka  məbləğin  bank  vasitəsi  ilə  alıcıya  ödənilməsi 
haqqında  ödəyiciyə  olan  tələbdən  ibarət  hesablaşma  sənədini 
təqdim etməsi kimi başa düşülür.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə