MÜƏLLIFDƏN
II
MÜƏLLİFDƏN
Dövlət müstəqilliyinin bərpası və yeni dövlətçiliyin təşəkkül
tapması prosesi həmin dövlətin ilk növbədə öz müvafiq milli hüquq
sisteminin yaradılması problemini bütün kəskinliyi ilə qarşıya qoyur.
Özü də Azərbaycan Respublikasının formalaşmaqda olan hüquq
sistemində bu günün sosial-iqtisadi gerçəklikləri, o cümlədən bazar
iqtisadiyyatının yaradılması, yəhi əslində dövlətin iqtisadi və siyasi
əsaslarının kökündən dəyişdirilməsi kimi faktorlar öz real əksini
tapmalıdır. İstənilən müstəqil dövlətin hüquq sisteminin çox mühüm
tərkib hissəsini cinayət hüququ və buna müvafiq cinayət-prosessual
qanunvericiliyi təşkil edir.
Demokratik qaydaların bərqərar edilməsi, insan hüquq və
azadlıqlarının müdafiə olunması məsələləri bu gün demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən respublikamızın həyata
keçirdiyi islahatlann əsas mahiyyətini təşkil edir.
Son illərdə ölkəmizdə apanlan demokratik islahatlar daha geniş
xarakter almış, məhkəmə hüquq sisteminin yenidən qurulması
sahəsində, artıq demək olar ki, müəyyən müsbət nəticələr əldə
edilmişdir.
Məhkəmə hüquq islahatının əsas xüsusiyyətlərindən birini ədalət
mühakiməsi sisteminin yenidən qurulması təşkil edir. Belə ki, hüquqi
dövlətdə dövlət hakimiyyətinin müstəqil, sərbəst qanadı kimi məhkəmə
hakimiyyəti xüsusi yer tutur. Məhz bu hakimiyyətin gücü ilə məhkəmə
orqanları dövlət hakimiyyətinin qanunvericilik və icra orqanlan- nı əvəz
etmədən onlann arasındakı və ictimai münasibətlərin digər subyektləri
arasındakı mübahisələri həll edirlər. Məhkəmə qərarlan hüququn bütün
subyektləri üçün məcburidir və dövlət hakimiyyəti kimi onlann gücü də
məhz bunda təzahür edir. Məhkəmələr öz qərarlanm dövlətin adından
çıxanr, bu qərarlann icrasını isə dövlət təmin edir.
K
Mirağa Cəfərquliyev
Müasir həyat qanunlarla tənzimlənir. Hər bir yeni qanunun qüvvəyə
minməsi öz-özlüyündə irəliyə atılmış vacib bir addımdır. Bu baxımdan
14 iyul 2000-ci il tarixdə qəbul olunmuş və 1 sentyabr 2000- ci ildə
qanuni qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-
Prosessual Məcəlləsi, demək olar ki, ədalət mühakiməsinin həyata
keçirilməsinə dair yeni Konstitusiyanın tələblərinin yerinə
yetirilməsinin bariz nümunəsidir.
Bu qanunlann düzgün həyata keçirilməsi, birinci növbədə,
vətəndaşların hüquqi şüur səviyyəsinin yüksək olmasını tələb edir.
Nəzərə almalıyıq ki, müasir dövrdə insan hüquqları və azadlıqlan
haqqında, hüquqi dövlət barədə təlimlər hüquqi şüurda, təfəkkürlərdə
hakim təsəvvürlərə çevrilir, ümumbəşəri dəyər kimi formalaşır. Məhz
bununla bağlı olaraq, milli cinayət-prosessual qanunvericiliyi qabaqcıl
dünyəvi prinsiplər əsasında yenidən qurmaq, insanın və vətəndaşın
hüquq və azadlıqlannm qorunmasının etibarlı qarantına çevirmək
vəzifəsi qabanq şəkildə meydana çıxır.
Belə vəzifələri yeni hüquqi təfəkkürə, yüksək professionallığa malik
dünya dövlətlərinin qanunvericiliyindən agah olan, onun mütərəqqi
ənənələrini mənimsəyən ali təhsilli hüquqşünas kadrlann vasitəsi ilə
həyata keçirmək mümkün olacaq. Şübhəsiz ki, bu vəzifələrin yerinə
yetirilməsində ali tədris ocaqlarında fəaliyyət göstərən hüquq
fakültələrinin rolu danılmazdır. Hüquq-mühafizə orqanlanmn gələcək
əməkdaşlan bu elm ocaqlannda hüquqi biliklərə yiyələnir, cinayət
mühakimə icraatının həyata keçirilməsi prosesinin incəliklərini
dərindən öyrənirlər.
Yuxarıda qeyd etdiyimiz səviyyədə və miqyasda kadrların
hazırlanması, ilk növbədə, respublikada təhsilin maddi-texniki
bazasının yaradılmasını, milli dildə keyfiyyətli dərsliklərin
hazırlanmasını günün ən vacib məsələlərindən biri kimi nəzərdə tutur.
Zənn edirik ki, hazırlanmış “Azərbaycan Respublikasının cinayət
prosesi” dərsliyi ölkədə hüquqşünas kadrların yeni nəslinin püxtələş-
dirilməsi kimi böyük maddi və mənəvi məsrəflərlə bağlı olan gərgin
zəhmət tələb edən mürəkkəb vəzifənin həllinə kömək edəcəkdir.
Dərslikdə elmi, praktiki və metodiki səviyyədə cinayət-prosessual
qanunun vəzifələri şərh edilir, törədilmiş cinayətə görə cəzanın təyin
edilməsinin sosial-hüquqi məzmunu açılır, nəzəri biliklərlə qanunve
MÜƏLLIFDƏN
riciliyin tətbiqi praktikasının düzgün əlaqələndirməyin mexanizminə
aydınlıq gətirilir.
Dərslikdə cinayət-prosessual qanunvericiliyin müqayisəli tədqiqinə,
qüvvədə olan cinayət-prosessual qanunvericilik ilə müqayisədə
respublikada hazırlanan yeni prosessual-normativ aktlarda nəzərdə
tutulan yeniliklərə geniş yer verilir.
Dərslikdə bir sıra xarici ölkələrin cinayət prosesinin müddəalarına,
prosessualistlərin mütərəqqi ideyalanna da istinad edilir.
Oxuculara təqdim olunan “Azərbaycan Respublikasının cinayət
prosesi” dərsliyin III nəşri hazırlanarkən son illər cinayət-prosessual
qanunvericiliyinə edilmiş əlavələr və dəyişikliklər, yeni normativ-
hüquqi aktlar nəzərə alınmış, cinayət-prosessual hüququ sahəsində ən
yeni ədəbiyyatın öyrənilməsinə və ondan səmərəli istifadə edilməsinə
xüsusi diqqət yetirilmişdir.