Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   57   58   59   60   61   62   63   64   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
287 
Avdıllanın  arvadı  Sona  kəkotunnan,  qantəərdən  yaxşı  çay 
dəmlədi. Çörəh qoydu.  
–  Ə,  xeyir  olsun,  buralara  gələn  döyülsən,  olmuya  Allah 
eləməsin, sınığın, zadın var.  
– Yox, Avdılla dayı, görürsən ki, saznan gəlmişəm, sənnən 
gizdin işim var.  
Avdılla  kişi  uzun  çuvuğun  qəlyannı  dolduruf  fikirrəşdi  ki, 
bu nəə əəlmiş olar. Özü sözə başdadı:   
– Ə, aşıx Qara, bilirsənmi, ustanın qolu sınıf?  
– Hə, Avdılla dayı, çoxmu qırılıf?  
– Eh, Qara, biləhdən yuxarı oxam-oxam oluf.  
– Olasıydı, Avdılla dayı. 
Qaranın rəngi qızardı. Avdılla kişi dünyəgörmüş adamıydı. 
Bildi ki, Qarada nəsə var.   
– Hə, – dedi, – aşıx Qara, nəəlifsən? Xeyir ola?   
–  Uşaxlar  yatırmı?  Qapıyı  bağla,  sənnən  işim  var.  Uşaxlar 
eşitməsin.  
– Elə uşaxlar döyüllər, qorxma de. Qapıyı örtdü.   
–  Səni  mən  yaxın  adam  bilirəm,  –  deyif  civinnən  bir  kisə 
qızıl  çıxartdı.  Əlində  oynadıf  çıqqıldatdı,  sonra  Avdılla  kişiyə 
verdi. – Bu bir kisə qızıl sənindi, Avdılla kimi. Sana gətimişəm.  
Qızılı  görüf  Avdıllanın  gözü  qırx  illik  qəssaf  pişiyinin 
gözünə döndü. Amma bilirdi ki, Qara bunu elə belə verməz.  
– Ə, de görüm bu nə işdi?  
–  Avdılla  kişi,  dilnən  deyə  bilmiyəjəm.  Uşax  eşitməsə, 
alçaxdan saznan dəərdim. Amma bu işimə əməl ellə, yox demə.   
–  Vallah,  əlimnən  gələn  işdisə,  yox  demərəm.  Tez  ol,  de 
görüm.   
Aşıx  Qara  sazı  köynəhdən  çıxardıf  alçax  kök  vurdu. 
Götürdü görəh Avdıllıya nə dedi:  
Başına mən dönüm, Avdılla dayı,  
Mətləvim ürəhdən biləsən gərəh. 
Hər adama mən sirrimi demərəm
Yaxşı düşünübən biləsən gərəh. 


Hüseyn Saraçlı 
 
 
288 
 
Avdılla dedi:  
– Ə, sazı bəri tut, birini də mən deyim:   
 
Eşidirəm, söylə, ay aşıx Qara, 
Mətləvin nədirsə, dəəssən gərəh. 
Əlimnən gəlirsə edərəm köməh
Açıq-aşkar nədi, dəəsən gərəh. 
 
Aya, niyə demirsən, aşıx Qara. Heç qorxma de! 
Aldı Qara: 
Bir kisə qızıl da yaxşı sərvətdi, 
Bu işim düzəlsə böyük hörmətdi
Sağ qolunu kəssən, sol kifayətdi
Sınıx qurtarmamış, kəsəsən gərəh. 
 
–  Ay  zalım  oğlu,  bu  nə  sözdü  danışdın?  Elə  iş  olarmı,  o 
sənin ustadındı? Ustasına kam baxanın qavağında tikəsi daş olar.   
– Avdılla dayı, gərəh onu məclis üzünə həsrət qoam, o mana 
dağ çəkif.   
Avdılla kişi gah qızıla baxdı, gah Qarıya. Öz-özünə dedi, ə, 
bərkə bu məni sınıyır. Hələ bir soruşum görüm, axırı noolur.  
 
O, sana dərs verif məclisə atdı,  
Yoxsa sınıyırsan sən, zarafatdı? 
Mahalda tanınmış böyük ustaddı, 
Ustada canını verəsən gərəh. 
 
– Yox, Avdılla dayı, ya öləjəm, ya gərəh ona dağ çəkəm!  
– Aya, o sana neyləyif ki?  
– Bilmirsən ki? Murtuz bəyin toyunda görmədin başıma nə 
iş açdı? O vaxtdan bəri ölmüşəm, götürənim yoxdu.  
Hər  şey  Avdılla  kişinin  yadına  tüşdü.  Ürəyində  dedi,  bu 
dəvə  kinni  gör  neyləməh  istiyir.  Bütün  yoxsulluğu  gözünün 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
289 
qavağına  gəldi.  Bilmədi  ki,  nağayırsın.  Bu  qızıl  bütün 
yoxsulluğun  daşını  atdırardı.  Oğlu  Qasıma  toy  elliyərdi,  qızını 
köçürərdi, bu komasını təzəliyərdi.   
Aşıx Qara axırıncı sözünü belə dedi: 
 
Qarıyam, yolunda qoymuşam canı, 
Qoymaram ki, qala heç adı-sanı. 
Yaqın bil, öldürüf tökərəm qanı, 
Mənim mətləvimi biləsən gərəh. 
 
Avdılla  kişi  dedi,  gəl  buna  gənə  bir  nəsiyyət  de,  bərkə  bu 
yoldan yayına. Amma ürəyində nə Ələhvərdən keçə bilirdi, nə də 
bu qızıldan. Götürüf daa nə dedi: 
 
Avdılla der, ətəyinnən tök daşı, 
Axıtma gözünnən bu qanlı yaşı, 
Yoxsa dəli oldun, itirdin huşu, 
Kini ürəyinnən siləsən gərəh. 
 
Qara durdu ki, öynə eetsin. Əəyxüstü dedi: 
– Avdılla dayı, sən qeyrətdi kişisən. Mən dəərəm, əyri sarı, 
sən təmiz kəs. İndi özün tüşün. Dediymi ellə, bir belə qızıl gənə 
verəjəm, kəsməsən sağalmıyajax, gejən xeyrə qalsın.  
Avdıllıyı  fikir  apardı.  Bu  tərəfdən  də  Sona  gəlif  gördü  ki, 
kişinin qanı yaman qaralıf. Dedi:  
–  A  kişi,  sana  nooluf,  o  kürəyi  yammış  aşıx  nə  dedi  ki, 
qanın qaraldı.  
Oğlu Qasım yerinnən qalxıf dedi:  
– Ana, sən çıx get, mən hamsını eşitdim.  Ata, o kişi yaxşı 
dedi.  O  qədər  qızılı  buraxmax  olarmı?  Allah  qısmatımızı  yetirif. 
Bax,  mən  öylənəsiyəm,  bajım  ərə  gedəsidi.  İşdəməhdən  əlimiz-
əəyğimiz qavar oluf. Qoy kasıflığın daşını atax.   
Avdılla birdən Qasıma baxıf ajıxlı-ajıxlı dedi:  


Hüseyn Saraçlı 
 
 
290 
– Ay mənnən oluf, mana oxşamıyan, sən nə danışırsan? Elə 
barmaxları kəsməh olarmı? Rədd ol gözümün qavaannan!  
Avdılla  fikirləşdihcə  elə  bilirdi  ki,  mütəkkənin  altındakı 
qızıl döyül, bir gürzə ilandı, qalxıf boğazına dolanıf, çalajax. Tez 
yerinnən  durdu,  əəyğini-başını  geyindi.  Balaja  çamadanını, 
dərman-davasını  götürüf  hazırraşdı  getməyə.  Arvadı  Sona  bunu 
görüf dedi:  
– A kişi, bu gejənin vaxtında harya eedirsən, eşikdə də ça-
pırtmalı qar yağır. Qasım yorğanın altınnan başını çıxartdı, dedi:   
– Ana, işin yoxdu, qoy getsin. İndi yaxşıdı. Gejəlihnən işini 
görəjəh.  
Kişi  qapıdan  çıxdı.  Gejə  yarıdan  keçmişdi.  Yel  kəsmişdi, 
amma  soyuğuydu.  Amma  o  elə  bilirdi  ki,  canında  od  var.  Düz 
Ələhvərin  öynə  gəldi.  Darvazıyı  döydü,  çağırdı.  Ələhvərin  oğlu 
Teymur  qalxdı,  getdi  qapıyı  açdı,  gördü  ki,  Avdılla  kişidi. 
Ələhvər içəridən diluju çağırdı:  
– Aya, ay uşax, kimdi gələn.  
Teymur dedi:  
– Ata, Avdılla əmidi.  
Hamsı yorğan-döşəhdən qalxdı, öyü sahmannadılar.  
– Ay axşamın xeyir, Ələhvər qardaş.  
– Ə, sağ ol, Avdılla qardaş, indijə çimirrənmişdim. Bu andır 
məni  yaman  incidir.  Yuxuda  gördüm  ki,  bir  gürzə  ilan  şığıdı 
üstümə,  məni  vurmax  istədi.  Dedim,  əyə,  bu  məni  vurajax, 
nağayrım,  qaça bilmiyəjəm. Birdən  böyürdən  çıxdın.  Ə, qorxma 
burdayam  dedin.  Elə  bu  yerdə  ayıldım  ki,  yuxudu.  Bu  zəhrimar 
da amanımı kəsif.  
– Ayə, mən də elə yenijə yerimə uzanmışdım ki, birdən elə 
bil,  qulağıma  səs  gəldi  ki,  Ələhvərin  qolu  incidir  nə  yatmağın 
hayındasan, yoxsa gejənin bu vaxtı gələrdimmi?  
– Eyvallah, qardaş, bu da Allahdandı.   
Avdılla ürəyində fikirrəşdi ki, əyə, bu zalım oğlu nejə aşkar 
görüf bizim işimizi.  
– Ələhvər qardaş, fikir eləmə, ağzı yazadı, tez pitər.   


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə