Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə57/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

Hüseyn Saraçlı 
 
 
254 
Qalaçanın dörd yannı kəsif. Nejdi Məmmədxan, vəzir vəkili qaça 
bilmir.  Mustafa  vəzir  hökmranlığı  ələ  alıf,  çarmıx  qurdurdu. 
Mehdi  bəyi  çağırtdırdı.  Nejdi  Məmmədxanı,  vəzirini,  qazı 
əfəndiyi, Türfənsə qarıyı da gətizdirdi.  
Nejdi  Məmmədxanı  çarmıxa  çəkdirif  tafşırdı  ki,  gündə  bun-
nan  bir  tikə  ət  kəsin.  Vəzirnən,  qazı  əfəndiyi  də  gərgiyə  verdi. 
Dedi,  bunnarın  əyəxlərinnən  soyun.  Gündə  Nejdi  Məmmədxan-
nan  kəsdiyiniz  ət  boyda  soyun.  Qaldı  qarı,  yeddi  illik  bir  xam 
qatır  gətizdirdi.  Qarıyı  da  qatırın  quyruğuna  bağlatdı  ki,  bunun 
hesavını da qatır çəksin.  
Mustafa  vəzir  bajısınnan  görüşdü,  Mehdi  bəyə  təzədən  qırx 
gün, qırx gejə toy çaldırdı. Xanın, vəzirin əti, gönü qurtaran vaxt 
Mehdi bəyin toyu da qurtardı.  
Mustafa vəzir camaatı yığıf, Mehdi bəyi xan qoydu. Amma o 
vaxtıydı ki, bu tərəfdən Qara xan arvadıynan, o tərəfdən qardaşı 
da  Məhəmmədəli  Gəncədən  gəlirdilər.  Mehdi  bəy  qardaşı 
Məhəmmədəliyi  özünə  vəzir  qoydu.  Əmisi  uşaxlarını  da 
kəmərbəstə.  Məhəmmədəli  Gəncədən  burya  köçdü.  Bir  aşıx 
tafdılar, bir də məclis qurdular. Aşıx bunnarın toyunu belə tutdu: 
 
Xəstə könlüm səhət buldu
Sevdijiyim, sən gələndə. 
Açılıf bulut zülflərin 
Qamətinə tən gələndə, 
Gözdərin tüşdü gözünə
Mən oldum heyran gələndə. 
Havalandım könlüm quşu, 
Hürüynən-qılman gələndə, 
Baharın tər bənövşəsi, 
Ey bağlı gülşən gələndə. 
Şikəst könlüm safa buldu
Bir belə cavan gələndə. 
Çoxları ziynət verif, 
Tüşüf gözəllik bəhsinə, 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
255 
Yaqutdan irəng alıf, 
O cavahir düyməsinə. 
Yaxasınnan zər işdənif, 
Qıfıllanıf sinəsinə. 
Xavar aldım əhvalını, 
Yetik oldum binəsinə
Dil-dil ötən kəhliyidin, 
Oyçular duruf səsinə. 
Gözdərinin şivəsinə, 
Kirpikləri müjgan oxu
Qaşdarı kaman gələndə. 
 
Nəvinin oylağıdı, 
Əzm edər mahallara, 
Xubların qaydasıdı, 
Karvanı çıxar yollara, 
Sərində sığal verər, 
Əbrişim – siyah tellərə, 
Durna kimi qatarranıf, 
Sonalar üzür göllərə
Tərifinə dastan dedim, 
Tüşsün dillərdən-dillərə, 
Şairlərin qaydasıdı, 
Tərif deyər gözəllərə,  
 
Ün tüşər biyavana, 
Cütünnən ceyran gələndə. 


Hüseyn Saraçlı 
 
 
256 
 
 ġAĠR AĞACANIN ƏRZURUM SƏFƏRĠ 
 
İndi  sizə  kimnən,  hardan  xavar  verim,  Ərzurum  şəərinnən. 
Ərzurumda  Rüştü  paşa  əyləşmişdi.  Rüştü  paşanın  vaxtında  Dol 
şəərinnən Dollu Mustafa aşıxlıxda tanınırdı. Ərzurumda qavağına 
çıxan  olmamışdı.  Oydu  ki,  yanda  da  qırx  şəyirdi  ildə  bir  dəfə 
gəlif Rüştü paşadan yüz tümən pul, bir at, bir qat livsa, qızıl saat, 
nal-barat alıf gedərdi. Paşa elə bilirdi ki, bunnarın qavağına çıxan 
aşıx heç tapılmaz. Ona səvəf bunnara belə barat verməliydi.  
Gəl  gör  ki,  bu  dönüş  onnar  gələn  zaman  naxçıvannı  Kablayı 
xan da paşıya qonax olsun. Xan dedi:  
– Paşam sağ olsun, bu nə hay-küydü, olmuya toy işin var?   
Paşa dedi:  
–  Xan,  toyum-zadım  yoxdu,  ancax  bir  aşıx  Dol  şəərinnəndi, 
ildə  bir  dəfə  gəlif  mənnən  yüz  tümən  para,  at,  fəxri  livas,  saat, 
nal-barat alar, gedər, çünki bu zor yanşaxdı, bizdə də elə yanşax 
yoxdu ki, buna xasım ola. Nə yapım, iştə verməliyəm.  
Kablayı xan dedi:  
–  Paşam  sağ  olsun,  mənim  bir  şayır  dostum  var  Şarayıl 
mahalında, gəlsən, onu gətirdəm, bunnarın quyruğunu düysün.   
Paşa dedi:  
– Əfəndim, elə bir işin varsa, sana böyük töhvə bağışdıyaram, 
o yanşax da bənim yanşağım olar.  
Çünki  Ağacan  Kablayı  xannan  dostuydu.  Özü  də  Ağacanın 
sərmayasını,  qüvvəsini  bilirdi.  Götürüf    Kablayı  bir  nama  yazdı, 
qasidə  verif,  göndərdi  Şarayıl  mahalının  Yenicə  köyünə:  “ 
Ağacın,  özünü  tez  Ərzuruma  yetir.  Bala  meydana,  mənim  dar 
günümdü,  başını  orda  isdat,  burda  qırxdırram.  Yazan  dostun 
Kablayı  xandı,  naxçıvannı”.  Nama  gəlif  Ağacana  çatdı.  Ağacan 
mat  qaldı  ki,  Kablayı  xanın  nə  işi  olar?  Atasına  masləət  ellədi. 
Cabbar kişi dedi:  
– Oğul, yaqın, orda dosdugildədi, dosdunun xəstəsi zadı var, 
o da bilir ki, sən hər işdən halısan, noolar, get.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
257 
Ağacanın yanında bir şəirdi olurdu, Əziz addı. Şəirdi dedi:  
– Usda, qoy mən də gedim, bərkə xeyir işi var.  
Ağacan dedi:  
–  Yox,  xeyir  işi  olsa  yazardı,  yaqın,  qağam  demişkən,  dəlisi 
zadı var, sağaltmax lazımdı, mən tək getməliyəm.  
Atını minif yola tüşdü.  
O  getməhdə  olsun.  Ərzurumda  Rüştü  paşa  Dollu  Mustafıya 
dedi:  
– Sana xasım gəlir.  
Mustafa özünü sındırmıyıf dedi:  
– Çox yaxşı, onda elan vurdur ki, deyişmə gedəjəh. Paşa elan 
vurdurdu  ki,  yanşaxlar  atışması  gedəjəh,  kim  istiyirsə,  seyrə 
gəlsin. Eloğlu da seyirdən doymaz. Xalx yığılmaxda olsun....  
Ağacan  bir-iki  kitaf,  özgə  əməl-salahını  həyvəsinə  qoyuf 
Ərzurum  şəərinə  gəldi.  Şəərə  girəndə  gördü  bütün  küçələrə  elan 
vuruluf  ki,  deyişmə  gedəjəh:  Dollu  Mustafıynan  Şarayıllı  şayır 
Ağacan deyişəjəh. Ağacan istədi geri qayıtsın. Sonra fikirrəşdi ki, 
doğan  ana  utansın.  Daa  keçif,  nə  çıxar-çıxar,  onu  dünyə  tanıyır, 
məni  heç  yer  tanımır,  bağlansam  da  ayıvı  yoxdu.  Hası  ünvana 
yazmışdılar, – gəldi.  
Bala  meydanda,  böyük  bir  salon  ağzına  qədər  doluydu,  düz 
gəlif  orya  çıxdı.  Atını  mehtərrər  tutdu,  özünü  məclisə  gətirdilər: 
içəri girəndə nə görsə yaxşıdı, gördü paşalar əyləşif, Kablayı xan 
da  yannarında.  Ağacan  baş  əydi,  paşalar  xoş  gəldin  deyif 
görüşdülər, yer görkəzdilər. Kablayı xan bığının altınnan qımışdı. 
Ağacan  tufarrara  göz  gəzdirdi.  Tufarrarda  yer  yoxuydu,  tosvağa 
kimi sazın əlindən. Kablayı Ağacanı himlədi: olan, Mustafa şəərə 
gəzməyə  çıxıf.  Baş  şəyirdi  Aşıx  Məhəmməd  qalxıf  sazını 
köhlüyüf  meydana  çıxdı,  paşalara  baş  əyif  dedi:  icaza  versəniz, 
Qafqazdan  gələn  şairə  bir  xoş  gəldin  dəərdik.  Hamı  bir  yerdən: 
çox yaxşı olar, dedi. Ağacan yenijə oturmuşdu. Dedi:  
–  Balam,  bir  istəkan  çay  içməmiş,  bir  ajı  qalyan  çəkməmiş 
niyə tələsdin.  
Məhəmməd dedi:  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə