Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə60/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   57   58   59   60   61   62   63   64   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
269 
Mustafa: 
Şeytan nala çəkdi, dağıldı qalam, 
Məhəmməd şaynına enifdi kalam. 
Yeddi salavatdan verildi salam
Onun salamını göyə yazdılar. 
 
Ağacan: 
Ağacan dilinnən olarmı xata? 
Bə sonra kimiydi getdi zülmata? 
Kimin şayanına gəldi ol ata? 
Nəyin pərdəsində seyə yazdılar? 
 
Mustafa: 
Umud var Mustafa etmiyə xata, 
Sonra Xızır getdi o zülmata, 
Murtuza şaynına gəldi ol ata
Ərşin pərdəsində seyə yazdılar. 
 
Hər yannan əhsən dedilər, Kablayı xan dedi:  
–  Ağacan,  balam,  neyliyirsən?  Fırsantı  fota  vermə.  Gör 
nağayrırsan.  
Ağacan dedi:  

 
Savr ellə, ağam sur verif. İndi baxarsan.  
Aldı görəh nə dedi:  
Ağacan: 
Bir səhrada on beş qazı oturmuş, 
Onnarın taxt üstə bir qararı var. 
Hərəsində doxsan iki əl gördüm, 
Cəsəd bir, gərdən üç, bir də səri var. 
 
– Usta, cavaf ver.  
- Oğul, mən qırx cöözə bir ağac atıram, dalını de!  
Kablayı xan güldü, paşalar Ağacana əhsən dedi. 
 


Hüseyn Saraçlı 
 
 
270 
Gənə Ağacan: 
Doxsan min molladı, doxsan min seyid, 
Doxsan min biyaban, doxsan min meyit, 
Çəməngahda gördüm doxsan min şəhit, 
Doxsan min şəhidin bir məzarı var. 
– Usta, cavaf.  
– Oğul, kişidə söz bir olar.  
Rüştü paşa dedi:   
– Olan, yanşax, dəəsən qalıyı aldırdın.  
Mustafa dinmədi. Görəh Ağacanın axır sözü nooldu: 
 
Ağacan oxuyar sana bir ayə,  
Məhəmməd nə günü gəldi dünyəyə? 
Əli də harada tüşdü söydaya? 
Ya dəənlər kimdi, nə nəzəri var? 
 
Paşalardan əhsən səsi göyə ucaldı. Dollu Mustafa oturuf kor-
peşman  qalyan  çəkirdi.  Paşalar  əmr  ellədi  ki,  sazları  yığışdırın. 
Sazdar yığışmaxda olsun, ancax Kablayı Ağacana dedi:  
– Bunun oturmağına da, bir sözün olarmı?  
Ağacan dedi:   

 
Baş üstə, ona da dəərəm. 
 Götürüf bir “Şər-xatai bəhri-divanı” çalıf nə dedi:  
Bir quş gördüm havalanmış,  
Yuvası səngərdədi. 
Bir gəmi dəryaya dalıf,  
Çarxları ləngərdədi.  
Onu ummana qarğ etdim, 
İndi sahil bərdədi. 
Günəşin şövqü alındı, 
Bulut ona pərdədi. 
 
Tanı qarşını kəsən, 
Kimnən alıf dərsini. 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
271 
Löhü-qələm salavatı, 
Keçdi ərşi-kürşini. 
Yeddi min ayə içində 
Nişan verrəm birsini. 
Uruhları ərş-əlada, 
Cəsəti yerrərdədi. 
Ağacanam, nişan verim 
Mən də sana zatımı: 
Yüz min yerə yolluyuram 
Bir əlif hurfatımı. 
Şin-şəərim tənəzzüldü, 
Teydə-təriqatımı. 
Ustadımdı şir-ajdaha, 
Dillərdə əzbərdədi. 
 
Söz tamam oldu.  
Ancax Rüştü paşa dedi:  
– Olan, yanşax, dəə bilərsənmi bunnar nejə yanşaxdılar?  
–  Baş  üstə,  paşam,  dəərəm!  Bu  hərif  yer  gəzir  qaçmağa, 
ancax sinəmə gənə bir söz gəldi.  
Görəh “Müxəmməs” havasında genə aşığa nejə həcv dedi: 
 
Eşitmişəm hər bir yanda 
Həp-kopun vardı, aşıx! 
Düşüncəli insannara 
Lağ eyləmək ardı, aşıx! 
Gəlif keçifsən cəngimə, 
İşin ahı-zardı, aşıx, 
Boylanırsan hey qaçmağa, 
Yerin yaman dardı, aşıx! 
 
Aşıxlıx bir dəryadı, 
Hər yetən dalmıya gərəh. 
 “Divanı”, “Təcnis” yerinə 


Hüseyn Saraçlı 
 
 
272 
 “Gəraylı” çalmıya gərəh. 
İnsan olan bir-birinə 
Müxənnət olmuya gərəh. 
Sözdərimi eşitmirsən, 
Qulaxların kardı, aşıx? 
 
Rüştü paşa dedi:  
–  Oğlum,  yanşax,  əsli-nəslini  de,  görüm  kimsən,  bunnan 
sonra bənim yanşağım sənsən, çoxlu qızıl, altun verəjəm.  
Görəh Ağacan adını, kökünü nejə dedi:  
 
Gəl sənə nişan verim, 
Şahı-mərdandı usdadım. 
Cəfərli soykökümdü, 
Bil, Ağacandı öz adım. 
Gejə-gündüz diqqətiynən 
Dərsimi verif ustadım. 
Al sazını, bir cavaf ver
Yoxsa dilin laldı, aşıx? 
 
Dollu Mustafa qalxdı getməyə, paşa dedi:  
-  Olan,  anasını  satdığım,  xınzır  oğlu,  sənin  ixdiyarın  o 
şayırdadı, o ixdiyar verdimi ki, qaçmax istiyorsan?  
Ağacan paşıya baş əyif ixdiyar aldı:  

 
Qoy  getsin  mahalına  öyünsün,  sazdarını  da  ver,  sənin 
adına yaxşı döyül. Qorxma, daa bu torpağa gəlməz.  
Elə  də  Dollu  Mustafa  getdi.  Sonra  paşa  böyük  qonaxlıx 
düzəltdi. Ağacanı dünyə malınnan qanı elliyif, yola saldı, dedi:  
Oğlum,  ildə  iki-üç  dəfə  gəlif  haqqını  apararsan,  bizə  də 
çünbüş yaparsan. Sən kəndimi ucaltdın.  
Burda  söhbətimiz  qurtarır,  qalın  salamat.  Onnara  rəhmət, 
siz də sağ olun.   


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
273 
 
AġIX ƏLƏSGƏRĠN AĞBAVA SƏFƏRĠ 
 
Ağbavanın  Güllübulax  kəndində  seyidlərnən  aşıx  Ələsgərin 
dosduğu  olur.  Bir  gün  Güllübulax  kəndinin  seyiddəri  aşıx  Ələs-
gəri qonax çağırıllar. Onnarda da ədətdi ki, aşıx qonaxları olanda, 
ellihnən  yığılıf  böyüh  məclis  qurallar,  aşığa  nağıl,  dastan  danış-
dırıf  qulax  asallar.  Güllübulaxda  gözdən  şikəst  bir  aşıx  Nəsif 
varıydı.  Eşitdi  ki,  seyiddərə  bir  aşıx  gəlib,  özü  də  seyiddərə 
qohumdu.  Uşaxlardan  soruşdu  ki,  “aya,  adını  bildinizmi,  adı 
nədi?”. Cavaf verdilər ki, deyillər Göyçəli aşıx Ələsgərdi. – Aya, 
onu  yaman  zor  aşıx  danışıllar.  Bu  axşam  gedif  onun  yayını 
yoxlayajam. Görüm deyilənə görə bir şeyi varmı?  
Dedilər: Ə, bu seyiddi, seyidə dolaşma.  
Dedi:  
– Yox, atamın goru haqqı gedəjəm.  
Əvvəlcə  axşamnan  gəlif  eşihdən  qulaq  asdı.  Baxdı  ki,  çox 
yaxşı saz çalammır, heç yaxşı səsi də yoxdu. Uşağı göndərdi ki, 
gedin  mənim  sazımı  gətirin.  Sazını  gətdilər.  Sazı  köynəyinnən 
çıxardıf suyurma içəri girdi. Amma Ələsgər oturuf qəlyan çəkirdi, 
hələ dastan başdamamışdı.  
–  Aya,  aşıx  hardadı,  heç  səsi-səmiri  çıxmır.  Gəlsəniz  o 
gələnətən  mən  bir  mahnı  oxuyam.  O  bilmirmi  burda  aşıx  var, 
məni eşitmiyifmi, burya nəə gəlif?  
Nəsifin qohum-əqrəbası da çoxuydu. Dedilər qoy deyişsinlər. 
El oğlu sehirdən ki, doymaz. Beləjə deyişmə başdadı.  
Aldı Nəsif: 
Bir aşıx gəlifdi Güllübulağa, 
Xoşa gəlmir nə avazı, nə səsi. 
Hayıf ki, görmürəm boy-büsatını,  
Deyillər seyiddi, ağır nəfəsi. 
 
Aşıx  Nəsif  istədi  ki,  ikinci  bəndi  desin,  Ələsgər  qalxdı, 
dedi:  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə