Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə58/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

Hüseyn Saraçlı 
 
 
258 
– Canım, biz bir həftədi burduyux, getməliyih, meydana gəl, 
qurtarax.  
Ağacan  paşalara  baş  əyif,  icazə  istədi.  Paşalar  şad  oldu  ki, 
dəəsən  kəndində  var.  Götürüf  Ağacana  da  bir  söz  verdilər. 
Ağacan o vaxtı yaxşı saz çalırdı. Məhəmməd qavağa tüşüf, görəh 
Ağacana  nejə  xoş  gəldin  dedi.  Ancax  əfəndilər,  söz  sərrafları 
qıymat verməliydilər. Katiflər yazmalıydı. İndi görəh Məhəmməd 
“Şər-xatayı divanı” üstə nə dedi:  
 
Bizə bir müsafir gəlmiş,  
Əhli-Qafqaz mollası, 
Sinəsinnən moj vermiş 
Eşqinin tullaması. 
Boynunnan, sağ tərəfdən 
Hamayıl asmış durur, 
Cadıgünlər əlaməti, 
Qarılar boylaması. 
 
Ağacan dedi: Aşıx, ilk kəlmədən niyə lateyir başdadın?  
Məhəmməd dedi:  

 
Tez cavavımı ver, oan-buan danışma.  
Ağacının da lateyirdə yeddi kotanı əkirdi.  
 
Ağacan: 
Bizə yaqın oldu gənə, 
Müsafir qoylaması, 
Kəndini sürgün edəjək 
Məclisin toylaması. 
Haşa sizdən, ey ağalar
Bəyzadalar, paşalar, 
Eşşəyi qurda yedirdər 
Qoduğun oynaması.  
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
259 
Kablayı dedi:  

 
Ağacan, bil, bu şəirdidi. Hələ dalı var.  
Amma  bu  sözdə  paşaların  içinə  bir  şaqqıltı,  gülüşmə  tüşdü. 
Rüştü paşa Məhəmmədə dedi:   
–  Olan,  yanşax  ustanı  mərkəf  yafdı.  Özünü  qıvıx,  nə  günə 
durursan.  
Bir  saat  gülüşmə  getdi.  Hər  tərəfdən  Ağacana  eyvAllah 
sözü gəldi.  
Məhəmməd dedi:  
– Hələ sənnən zarafat elliyirəm, yayını yoxluyuram, görüm 
nejə atır. İndi qulax as: 
 
Məhəmməd: 
Aşıxlarda qayda budu, 
Öz kəndini öyən gərəh. 
Qarşısınnan qaçmax olmaz, 
Cavavını deyən gərəh. 
Ağzını çox ayırır, 
Bir öycə yüyən gərəh. 
Minməyi hasand olajax, 
Çətindi çullaması. 
 
Ağacan: 
Bir söz də qoy mən deyim
Sənin sözünə dayır: 
Şuvara şerrərini 
Bütün ölküyə yayır. 
Ustadı çox qojalıf, 
Əəyfinnən axsıyır. 
Şəyirdi nalbənd oluf, 
Bir yaxşı nallaması. 
 


Hüseyn Saraçlı 
 
 
260 
Bu  yerdə  Məhəmmədin  ustadı  Mustafa  əlində  də  hasası 
gəldi.  Xeyli  qojuydu,  həm  də  bir  az  yelimsiyirdi.  Onçü  belə 
demişdi. Məhəmməd dedi ki, gəl ustanı işarat ver, bərkə qorxa. 
 
Məhəmməd: 
Məhəmmədəm adım çıxıf 
Şama, Dəməşqə, Hələbə. 
Ustadım böyük alımdı, 
Mən ki, varam bir tələbə. 
İndi səni çəkəjəh, 
Farsıyata, ərəbə. 
Sazını əlinnən alıf, 
Qafqaza yollaması. 
 
Götürdü Ağacan nə dedi: 
Ağacanam, tanıyıram 
Sən anayın ilkisən: 
Əylənifsən Ərzrumda, 
Zəbt edifsən mülkü sən. 
Bədəninə qotur tüşüf, 
Qırda gəzən tülküsən
Dərdini dalınnan soyuf 
Oyçuya yollaması. 
 
Hər  ikisi  sözünü  qurtardı.  Usta  Mustafa  meydana  girdi, 
paşalara baş əyif, sazını götürdü.  
– Oğul, meydan kimindi?  
–  Usta,  çoxdan  meydani-Ərzrum  sənindi,  şimdi  baxalım. 
“Osmannı divanısı” üstə görəh Mustafa nə dedi: 
 
Ay ağalar, ay paşalar, 
Aşıxlıq əslindəndi. 
Ağalıx, bəylik, paşalıx 
Türklərin nəslindəndi. 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
261 
Nejə zaman keçifdi 
Rəsul aləmnən, de? 
Ay dolanıf gərdiş eylər, 
İl neçə fəslindəndi? 
 
–  Oğul,  əvəl  uşax  əlinə  keçifsən,  kəndini  topla  ki,  hələ 
ağzına beçə balı verrəm. İndi gör nejə zəhərriyəjəm.  
Ağacan dedi:  
–  Usta,  cücəni  payızda  sayallar,  öyünməyinə  hələ  var, 
tələsimə, şimdi baxalım hünərinə.  
Kablayı dedi:  
–  Ağacan,  fikir  elləmə,  demə  ki,  təkəm,  mən  burdayam, 
qıypınma.  
Ağacan ürəhlənif görəh nə dedi: 
 
Ağacan: 
Ay ağalar, ay paşalar, 
Hər bir şey əslindəndi. 
Ağ gül, sarı gül, bənöyşə.... 
Hər kəs öz nəslindəndi. 
Min üç yüz otuz dörd il 
O Rəsuli aləmdəndi. 
Ay dolanıf gərdiş eylər, 
İl çahar fəslindəndi. 
 
Mustafa: 
İçmişəm qəfə qalyanı, 
Könlümü bulandırır: 
Həqiqət biruza verif, 
De, nəynən inandırır. 
Ərəbə, farsa çəhməhdə 
Bu məni dolandırır. 
Kəməndini çin-çin edif 
Canımın qəsdindədi. 


Hüseyn Saraçlı 
 
 
262 
 
Rüştü  paşa  dedi:  –  Oğlum,  qısqanma,  iştə  bən  burdayam, 
haqnan get. Ağacan daa da ürəhləndi, aldı görəh nə dedi: 
 
Bir qətrə mayadan 
Yaradan var insanı: 
Hər yerinnən yetən aşıx 
Dolanmasın meydanı: 
Bu arıya gətirəlim 
Ol qara göz Quranı, 
Axtaralım, bir baxalım, 
Hansı söz rasdındadı. 
 
Hər  tərəfdən  afərin  səsi  gəldi.  Paşa  əmr  ellədi  ki,  əfəndilər, 
Quranı  açın,  ayatdarı  yoxluyun,  cocuq  düz  deyir,  heç  kəs  laf 
atmasın. 
 
Mustafa: 
Mərhəba olsun, əfəndim, 
Yaxşı danışdın, əcəb. 
Baxıram sənin sinəndə 
İndi vardı başqa təb. 
Quranın mənasınnan 
Bilirəm ləvsi-ərəb
Dörd tərəf cahar yarrar, 
Mustafa üstündədi. 
 
Ağacan: 
Gəl tüşmə Ağacannan, 
Bu söydadan dön geri. 
Almışam qala bürcün, 
Tutmuşam hər səngəri. 
Ərşin-kürşün, salavatın, 
Yerin-köyün ləngəri, 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə