Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   57   58   59   60   61   62   63   64   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
283 
Aşıx  Qaranın  gözü  cıvıldadı,  dönüf  Murtuz  bəyə  göz  vurdu. 
Götürdü, nə dedi: 
Qara: 
Fikrincə mən hələ aşıx döyüləm? 
Sözdər bilirəm ki, təzə, bilməzsən. 
Qoldan da güjdüyəm, yaxşı nəzər sal, 
Bir an meydanımda dözə bilməzsən. 
 
Aşıx Ələhvər 
 
– Eyvallah, oğul, hələ yaxşı gəlirsən. Onda qulaq as:  
 
Mən bilirəm sənin əsil zatını, 
Yeritmə meydanda boş inadını, 
Tüşün, geridədi işin çətini, 
Axır peşman oluf, dözə bilməzsən. 
 
Qara: 
Aşıxlıx elminnən daha dolmuşam
Xalx içində mən də bir ad almışam, 
Nə yükün var – öyrənibən bilmişəm, 
Daha mana qavır qaza bilməzsən. 
 
Camaat bir-birinə dedi:  
– Ə, Qara ki, bütün aşığıymış. Ə, nə deyirsən, cavavını verir, 
hər tərəfdən “eyvallah!” səsi gəldi.  
 
Aşıx Ələhvər: 
 
Çox görmüşəm, qürrələnən özünə, 
Peşman oluf əlin vurar dizinə; 
Sərraf qıymat verər ustad sözünə
Ələhvər tüşünməz sözə, bilməzsən. 
 


Hüseyn Saraçlı 
 
 
284 
Qara: 
Mən Qarıyam, meydanında durmuşam, 
Saznan, söznən yaxşı cavaf vermişəm. 
Elə bilməginən aciz qalmışam, 
Daha qavağımda süzə bilməzsən. 
 
Hər ikisinin sözü tamama yetdi. 
Aşıx Ələhvər dedi: 
– Oğul, Qara, indi fırsant kimindi?  
–  Usta,  kişidə  söz  bir  olar  daa.  Dedim  ki,  qavaxca  sən 
gedəjəhsən. Daa xırdalama.  
–  Oğul,  özünnən  basırsan,  amma  cücəni  payızda  sayallar, 
həmi də...  
Aşıx Ələhvərin bərk ajığı tutdu. Öz-özünə dedi, ə, bu məni 
lap  heç  şey  sayırmış.  Daa  demir  ki,  ayrı  cür  başdıyaram. 
Fikirrəşdi ki, gəl buna bir qıfılbənd de, görəh nağayrajax.  
 
Mən bu gün bir yerdə nəsə görmüşəm, 
Layixdi aləmin var binəsinə. 
Görcəyin də ona heyran olmuşam
Əcabə, onun bu xoş nəfəsinə... 
 
– Aşıx Qara, buyur cavavımı ver.  
Aşıx Qara dedi ki, mən qırx cöözə bir ağac atıram.  
Götürdü Ələhvər ikinci bəndində nə dedi: 
 
Bir nəzər yetirdim onun seyrinə, 
Çiçəkli çəməndə canı-sərinə, 
Bəzirgan, tuccar da demə sirrinə, 
Cəsəddən can alır, mat peşəsinə.  
 
– Aşıx Qara, nooldu, cavaf vermirsənmi? 
– Canım, sözüyün axırını de, görüm harya çıxır dana.  
Camaat bir-birinə dəydi. Dedilər:  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
285 
– Aşıx Qara dərisini genə vermir, tülkü kimi, dəəsən, ilişdi qaldı.  
 
Aşıx Ələhvər: 
Bulud da qan qusar onun sərində, 
Hökmü zəlzələdi, əsir yerində,  
Aləm də qərq olur onun selində, 
Ələhvər can deyif bu həvəsinə. 
 
- Aşıx Qara, indi sözün nədi? Cavaf ver.  
Aşıx Qara başını yerə tikdi. Camaat pıqqıldadı.   
Aşıx  Ələhvər  birdən  ajıxlı-ajıxlı  əlini  civinə  salıf  puçağı 
çıxartdı. Dedilər ki, görən nağayrajax. O, puçağı salıf başşağı on 
dörd pərdənin on dördün də doğradı. Dedi:  
–  Oğul,  bəyax  çox  yekə-yekə  danışırdın.  İndi  sazı  pərdəsiz 
çalajayıx. Buna sözün nədi? Aşıx Qara da pərdələrini doğradı.  
 
Aşıx Ələhvər: 
Aşıx Qara, sən əlinə,  
Pərdəsiz sazı al görüm. 
Aşıxlığın dar günü var, 
“Yanıq Kərəmi” çal görüm. 
 
Aşıx Qara pərdəni doğruyannan sonra, meydanda cüt öküzü 
kimi durdu, daa heç zad çala bilmədi.  
Usta dedi:  
–  Aşıx  Qara,  koxa  dəəndə  bığını  burursan,  gəl  ver  dəəndə 
geri durursan. Belə işdər də var, haa?!   
 
Deyinirdin öz-özünə, 
Fikir vermirdin sözünə, 
Yaman tər gəlif üzünə, 
Götür dəsmalı, sil görüm. 
 
 


Hüseyn Saraçlı 
 
 
286 
Ələhvərin elmi çoxdu
Hər sözü müjgandı, oxdu. 
Aşıxlıxda sərin yoxdu, 
Layıqlı çoban ol görüm.  
 
Söz tamama yetdi. Hər tərəfdən “Ələhvər, eyvallah” sözü 
eşidildi. Ələhvər dedi:  
–  Ay  camaat,  bu  gərəh  mana  hörmət  qoyuydu,  qarşıma 
çıxmıydı. O ki, çıxdı, cavannıx elədi, zaral yoxdu, keçdi getdi.  
Murtuz bəy nəmərrəri götürüf, camaatın içində qoydu Aşıx 
Ələhvərin qavağına dedi:  
– Halal olsun sana, doğrudan da, kamil aşıxsan.  
Aşıx Ələhvər dedi:  
–  Ay  camaat!  Əziz  qonaxlar,  məni  bağışdıyın,  mən  Aşıx 
Qarıya bir şey verməmişəm. Bu qızılnan, bu paltarı ona axırıncı 
pay  verrəm,  –  sonra  gülümsünüf,  ajığını  xalxa  bildirmiyif, 
kirimişcə  sazını  köynəhlədi,  Murtuz  bəydən  icaza  alıf,  “toyun 
mübarək olsun, bəy” dedi, camaatnan xudaafizdəşif getdi.  
Aradan  qış  keçdi,  nooruz  bayramı  gəldi.  Ələhvəri  qonşu 
kənd  nooruzduğa  apardı.  Bayram  məclisini  qurtarıf  gejaynən 
atnan  öynə  qaytdı.  Tozağantı  qar  yağmışdı,  yerdə  hələ  don 
varıydı.  Birdən  at  sürüşüf  yıxıldı.  Ələhvərin  sağ  qolu  biləhdən 
yuxarı oxam-oxam oldu. Onu sınıxçı Avdıllanın yanna apardılar. 
O, Ələhvərin də yaxın dostuydu.  
Avdılla  yaşdı  kişiydi.  Ələhvərin  məclisində  çox  olmuşdu. 
Xətrini  də  çox  istiyirdi.  Avdılla  yaxşı  taxta,  məlhəm  düzəldif, 
qolunu  sarıdı.  Ələhvərcan,  heç  qorxma,  bu  qoja  canım  üçü  səni 
qurtarajam, – dedi.  
Əhvalat aşıx Qaraya çatdı. Belə fırsantı çoxdan gözdüyürdü. 
Dedi:  yaxşı  oldu.  Qarannıq  düşəndə  Ələhvər  verdiyi  qızılı 
götürüf, sazını da qoltuğuna vuruf, düz Avdıllanın öynə gəldi:  
– Axşamın xeyir, ay Avdılla dayı.   
–  Ay  axşamın  xeyir,  aşıx  Qara,  xoş  gəlifsən  sən  bizim  bu 
kasıf öyə.   


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə