Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
263 
Allahın kəskin qılıncı, 
Murtuza dəsdindədi. 
 
Xalq  əhsən  deyif  əl  vurdu.  Gənə  Mustafa  qavağa  tüşdü. 
Dedi ə, gəl buna bir laf at, bəlkə dirənə.  
Aldı Mustafa “ Oyşarı” havasında nə dedi:  
 
Yay günü büdrədim aran buzunda, 
Yıxıldım yerrərə, tutuldu köhsüm. 
İstədim ki, duruf cavavın verim, 
Ağzım açıx qalıf, gəlmir nəfəsim. 
 
Paşalar dedi: olan, yanşax, şimdi laf yapyorsan. 
Ağacan: 
Mən də həlak oldum daş tüstüsünnən, 
Camuş yumurtası tutufdu səsim. 
Şöytəli yağıynan dodax yağladım, 
Tutuldu boğazım, kəsildi səsim. 
 
Hər tərəfdən afərin səsi gəldi. 
Mustafa: 
 
 
Ağrının başında əkdim yemişi, 
Sarp qayada gördüm qarğı-qamışı, 
Dəvənin buynuzu, saxsağan tişi, 
Uzun saqqalınnan göndər bir xasım. 
 
Ağacan: 
Bir sürü qoyunum dərya üzündə
Çovanım qızınır qamış közündə, 
Erkəcim var əllisində, yüzündə, 
Saqqalı uzundu, göndərrəm xasım. 
 
Paşalar eyvAllah dedi. 
 


Hüseyn Saraçlı 
 
 
264 
Mustafa: 
Dollu Mustafıyam, felinən fəntdə, 
Məni yenən olmaz atsa kəmənt də. 
Ələzin başında, ustaçıx kənddə, 
Gəl, gedəh orada sözünü kəsim. 
 
Ağacan: 
Ağacan da hürufatdan asılmış, 
Çar - ətrafı, hər bir yanı kəsilmiş, 
Üstüaçıx kəndin yolu basılmış, 
Yeddi oğlun oluf, kiçiyi Məsim. 
 
Mustafa  fikirrəşdi  ki,  ə,  bu  nə  bildi  mənim  yeddi  oğlum 
olduğunu? Kiçiyi də Məsim. Yaqın o dünyədən gəlif, görüçüdü. 
Dedi: gənə hərbəliyim, görəh nə çıxır. Aldı Mustafa “Şahsevəni” 
havasında nə dedi: 
Meydanıma gələn şayır, 
Ağasanmı, nökərsənmi? 
Sazını əlinnən alsam, 
Qəmli fəryad çəkərsənmi? 
 
Ağacan: 
 
 
İndi sana bir söz desəm, 
Göz yaşını tökərsənmi? 
Aşıxlığı tərk elliyif 
Cüt, ya kotan əkərsənmi? 
 
Mustafa: 
Tuş olmuyufsan laçına, 
Göndərrəm Çinə, Maçına. 
Qataram quşdar içinə
Qarğa kimi səkərsənmi? 
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
265 
Ağacan: 
Yetifsənmi təriqətə, 
Təriqətdə mərifətə, 
İndi çəksəm həqiqətə, 
Əlif qəddin pükərsənmi? 
 
Mustafa: 
Mustafa ilə Yasinə, 
Əl atsam hiylə tasına, 
Hürüfat desəm tərsinə
Ona nöqdə tökərsənmi? 
 
Ağacan: 
Ağacanın elmi böyüh, 
Cavav ver sözümə səhih, 
Desəm dörd yüz qırx dört sümüh, 
Hesafını çəkərsənmi? 
 
Mustafa  gördü  ki,  haana  çəkir,  arif  çıxır.  Dedi:  paşam  sağ 
olsun, indi qıfılbənd dəəjəm, qoy mollalar kitafları açsın, Quran-
nan danışajıyıx.  
Aldı Mustafa görəh “Qaraçı” havasında nə dedi: 
 
O kimiydi, getdi cənnət bağına, 
Hürülər, pərilər dastan dedilər? 
Kimiydi, getmədi səjdəgahına, 
Tüşdü yer üzünə, böhtan dedilər? 
 
– Oğul, ver indi cavavımı. 
Ağacan dedi: – Baş üstə. Qulaq as, deyim.  
Əfəndilər kitafları açıf baxdılar. 
 
 
 


Hüseyn Saraçlı 
 
 
266 
Ağacan: 
Həzrət Adəm getdi cənnət bağına, 
Hürülər, pərilər dastan dedilər. 
Mələh touz ona səjdə etmədi, 
Löhü-nəhlət keçdi, şeytan dedilər. 
 
Hər tərəfdən əhsən səsi gəldi. Dedilər, çox düz açdı. 
 
Mustafa: 
Kimiydi ki, tutuf atdılar nara, 
Kim onun qolunnan çəkdi kanara? 
Kimiydi ölüyə ellədi çara? 
Ölmüyüf dirilməz, mehman dedilər. 
 
Ağacan: 
İrvahım Xəlili atdılar oda, 
Əlinin nuruydu, yetirdi dada. 
Loğman çara etdi, yetmədi nida, 
Nə ölməz, dirilməz, mehman dedilər. 
 
Əhsən səsi hər tərəfdən ucaldı. 
 
Mustafa: 
Mustafa urfatdı aradı, seçdi, 
Kimiydi, yeddi il zindana tüşdü, 
Kimiydi, gözəllik şərbəi içdi? 
Kimə nida gəldi, sultan dedilər? 
 
Ağacan: 
Ayrı sözün varmı bu Ağacana? 
Yusuf gözəlliyi tüşüf cahana. 
Həzrəti Züleyxa getdi mehmana
Axırda Misirə sultan dedilər. 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
267 
Gənə  Mustafa  qavağa  tüşdü,  bir  “Təcnis”  havası  çaldı,  bağlama 
dedi: 
 
Mustafa: 
Bir pəhlivan öz qalasın yeridir, 
Nədən yaranıfdı qalası onun? 
Gəzəndə tuş oldum, bir baxçıya mən, 
Nə olmaz çiçəyi, lalası onun. 
 
Ağacan: 
Tısvağadı, öz qalasın yeridir, 
Sümühdən yaranıf qalası onun. 
Tuşunda gördüyün behişt bağıdı, 
Nə olmaz çiçəyi, lalası onun. 
 
Mustafa: 
Hansı qala bir zərbiynən dağılmış? 
O kimlərdi, həqiqəti yanılmış? 
O nədi ki, cüt nəsldən doğulmuş? 
Özü doğmaz, olmaz balası onun? 
 
Ağacan: 
Xeybər qalasıdır, belə dağılmış, 
Yarımçıx alimlər şəryət yanılmış, 
O qatırdı, cüt nəsldən doğulmuş, 
Özü doğmaz, olmaz balası onun.  
 
Hər tərəfdən əhsən səsi gəldi. Götürüf Mustafa daa nə dedi: 
 
Mustafa da hürüfatı bilifdi, 
Bu cahanda şad oluban, gülüfdü: 
Yetmiş nəfər bir səhrada ölüfdü
Nə səvəv yoxdu mollası onun? 
 


Hüseyn Saraçlı 
 
 
268 
Ağacan: 
Ağacan çoxuna verirdi öyüd, 
Səhrada mən gördüm səhsən min meyid, 
Hərbidə ölürdü yetmiş min şəhid, 
O səvəfdən çatmaz mollası onun. 
 
Kablayı xan paşadan icazə  istədi, dedi, paşam sağ olsun, elə 
hey Dollu Mustafa qavaxca gedir. Olarsa, indi də Ağacan qavağa 
tüşsün,  görəh  bu  yanşax  da  cavaf  verə  bilərmi?  Hamı  eyvAllah 
dedi.  
Sonra  Kablayı  xan  işara  verdi  ki,  aya,  Ağacan,  dərinnən  de, 
novat sənindi.  
Aldı Ağacan, görəh “ Keşişoğlu” havasında nə dedi: 
 
Kimiydi, əzəli getdi zülmata
Onun getməsini nəyə yazdılar? 
Neçə min kafəri getdi aradan, 
Zərbə vurmasını nəyə yazdılar? 
 
Mustafa: 
 
 
 
 
 
Əzəl Əmrəlmömün getdi zülmata, 
BismilAllah oxudu deyə yazdılar. 
Səhsən min cinnini götdü aradan, 
Təriqət kəlməsi deyə yazdılar. 
 
Rüştü paşa Ağacana dedi:  
- İşdə, yanşax, nə yapyorsan?  
 
Ağacan: 
Bə kimə enifdi ərşdən kalam, 
Kimlər nala çəhdi, dağıldı qalam? 
Bə hardan verildi doxsan min salam, 
Onun salamını nəyə yazdılar? 
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə