Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   57   58   59   60   61   62   63   64   65

Hüseyn Saraçlı 
 
 
274 
–  Ə,  bu  camaata  nə  hay-haray  salıfsan?  Gündüzdən  sədə 
qulağımı gəlirdi. Qulax as, sözün cavavını deyim:  
 
Aldı Ələsgər: 
Fəhmi kora verif, zehni üstəlik
Xaliqin zəlilə budu müjdəsi. 
Mərdi mərd öldürsə intizar qalmaz, 
Kişiyə dəyməsin namərd gülləsi. 
 
Nəsif dedi:  
 –  Aya,  hələ  ağzına  beçə  balı  vermişəm,  gör  indi  nejə 
zəhərriyəjəm.  
Camaat dedi:  
– Aşıx Nəsif, qonağa hörmət lazımdı. Yaxşı oxuyur, yaxşı da 
saz çalır.  
Nəsif dedi:  
– Onda qulağ asın, birni də dəəjəm. 
Aldı Nəsif: 
Nə saz çala bilir, nə də oxuya
İp tök qavağına, kilim toxuya. 
Qonağ edin pendir, lavaş, yuxuya, 
Dolsun dağarcığı, həm də kisəsi.  
 
Ələsgər dedi: 
– A bala, çox havalı gəlifsən, qulaq as, havanı alaram bu saat.  
 
Aldı Ələsgər: 
 
Toxunmaram səni kimi zəlilə
Hədələmə məni xalxın əlilə, 
Bir qulaq as nəsiyyətə, dəlilə, 
Eşidənin sənnən gəlsin həvəsi.  
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
275 
Aldı Nəsif: 
Nəsif çox aşıxnan açdı meydanı, 
Ona dar elədi bu gen dünyanı. 
Müsafirdi, verin payı-döyranı, 
Dəən çoxdu nəticəsi, nəvəsi. 
 
Ələsgər dedi:  
– Oğul, qulaq as, səni yaman itiliyiflər dəəsən. 
 
Aldı Ələsgər: 
Ələsgər hər eli gəzir, dolaşır, 
Hərcayı görəndə xəyalı çaşır, 
Pay yığmax da kor Nəsifə yaraşır,  
Çünki yoxdu gözdərinin giləsi. 
 
Ələsgər dedi: 
– İndi fırsand kimindi?  
–  Ə,  nə  fırsant,  hələ  sözmü  demişəm  ki?  Qulağ  as,  birini  də 
deyim, baxarıx.  
Sonra öz-özünə dedi:  
– Ə, gəl buna bir bağlama de, onsuz da açammıyajax.  
 
Aldı Nəsif: 
Sənnən xavar alım, aşıx Ələsgər, 
Doqquz nədi, sənətinnən xavar ver?! 
Neçə doqquz bir-birinə bağlıdı? 
Nə oxunur, xilqətinnən xavar ver?! 
 
Ələsgərin elə bil, dünya başına hərrəndi, gözü qaraldı.  
Dedi:  

 
Ayə, bu kor başı batmış nəydi, mana dedi.  
Sazı dınqıldada-dınqıldada fırrandı, qapının ağzına tərəf gəldi. 
Baxdı ki, bir neçə uşax danışır. Uşaxlardan biri dedi ki, kor başın 


Hüseyn Saraçlı 
 
 
276 
batsın,  elə  bu  da  hər  gələn  aşığa  saz  bağlamasını  deyir.  Bunu 
Ələsgərin qulağı aldı. Tez işin üstünə tüşüf geri qayıtdı.   
 
Aldı Ələsgər: 
Cavavını verim, ay aşıx Nəsif, 
Doqquzu bir yerdə sazdı qavaxda. 
Dörd doqquz da bir-birinə bağlıdı, 
Bir oxunur, xoş avazdı qavaxda. 
 
Nəsif dedi, onda qulax as: 
Aldı Nəsif: 
Doqquzu nə dildə edir söhbəti? 
Doqquzu doqquzdan buraxmır qəti; 
O doqquzda nə görüfsən xilqəti? 
O doqquzun xilqətinnən xavar ver!  
 
Aldı Ələsgər: 
Doqquzu danışır desən nə dildə, 
Doqquzu doqquzu saxlıyıf əldə. 
Doqquz qavırqadı, birləşif beldə, 
Doqquz, aşıx, sim tarazdı qavaxda. 
 
Aldı Nəsif: 
Doqquzu birrəşif tapıf neçə yol?  
Neçə barmax onu elliyif qavıl?  
Neçə şah, vəzirdi qarşısında qul? 
Nəsif dəər, hikmətinnən xavar ver. 
 
Aldı Ələsgər: 
Doqquzu birrəşif açıf üçcə yol, 
On barmax onnarı elliyif qavıl, 
Yetmiş iki hava şah pərdiyə qul
Ələsgər yolduğu qazdı qavaxda. 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
277 
Camaat, hamsı bir yerdən “Eyvallah” söylədilər.  
Nəsif dedi:  
– İndi kimindi fırsand?  
– A bala, gənə sana verrəm fırsandı.  
Camaat dedi:  
– Xeyr, aşıx Ələsgər, indi sən de, o cavaf versin.  
– Yaxşı, camaat, onda bu oğlanın xətrinə dəymiyəjəm, bir 
balaja söz dəəjəm, görəh nə cavaf verəjəh. 
Aldı Ələsgər: 
Bir ajdaha gördüm, təəccüf ellədim, 
Ən şirin neyməti qəhərdi onun. 
Bircə bulağı var, iki cür suyu, 
Yarı ağı, yarı zəhərdi onun. 
 
– Aşıx Nəsif, cavaf ver.  
Aşıx Nəsif dedi:  
– Əşi, mən yüz cöözə bir ağac atıram, dalını de gəlsin! 
 
Bəzinin xoşuna gəlir nəfəsi
Dağlıyanda başın heç çıxmır səsi,  
Sinədən baş verir şirin meyvəsi,       
Kim yesə axşamı səhərdi onun. 
 
– Aşıx Nəsif, nooldu, cavaf vermirsən?  
– Kişidə söz bir olar, sana dedim oluf qopanını de, qurtar. 
 
Qəribə gözəldi, sevdirir özün, 
Bağlıyasan ağzın, deşəsən gözün, 
Ələsgər, arifə bəyandı sözün, 
Kim tapsa sərinə düzərdi onun. 
 
– Aşıx Nəsif, nooldu?  
Nəsif dizə çöküf, aşıx Ələsgərin əlini öpdü.  


Hüseyn Saraçlı 
 
 
278 
– Ələsgər, bağışda, elə səni yoxluyurdum. Adını eşidif özünü 
görməmişdim.  Doğrudan  da,  adına  görə  də  varıymışsan,  sən 
Allah, məni bağışda.  
– Qulağ as, a bala, bircə sözüm də var, onu da deyim. 
Aldı Ələsgər: 
 
Mana sataşmaxda nəydi məqsədin? 
Gəlmirdi yadına gor, başı batmış. 
Doqquzdan danışdın, xəyalım çaşdı, 
Gətirdin gözümə zor, başı batmış. 
 
Nəsif dedi:   
–  Nağayrım,  elə  ağlım  belə  kəsdi  dedim,  haşa  sənnən,  elə 
bildim, doyşan, tülkü aşıxlardansan.   
Onda qulağ as: 
 
Mənimnən başdadın əlbəəl cəngə, 
Əl atdın silaha, topa, tüfəngə, 
Dəryanın divində gəzən nəhəngə 
Heç naşı atarmı tor, başı batmış. 
 
Ələsgərə verdin çətin sualı, 
İnan ki, bir azca dəyişdi halı. 
Söylüyəjəm, bilsin Göyçə mahalı, 
Təntitmişdi məni kor başı batmış. 
 
Sonra Aşıx Ələsgər dedi:  
–  Oğul,  yaxşı  aşıx  olardın, amma  ustad  görmüyüfsən.  Adam 
halını bilmədiyi atın dalına keçməz.  
Oydu  ki,  aşıx  Nəsif  genə  aşıx  Ələsgərin  əlinnən  öpdü, 
üzrxahlıq ellədi.  
Gənə  məclis  quruldu.  Aşıx  Ələsgərə  təzdən  yaxşı  hörmət 
ellədilər.  Seyiddər  də  aşıx  Ələsgərə  bir  yaxşı  yəhərri-yüənni  at 
bağışdadılar, hörmətnən-izzətnən Göyçə mahalına yola saldılar. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə