Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   57   58   59   60   61   62   63   64   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
279 
 
AġIQ ƏLƏHVƏRNƏN ġƏYĠRDĠ  
AġIQ QARA ƏHVALATI 
 
Sizə kimnən, hardan xavar verim, İrəvan vilayətində Murtuz 
bəydən.  Murtuz  bəy  addı-sannı,  sayılan  bir  adamıydı.  Ərsiyə 
çatmış oğlu Ələşrəf bəyə toy elliyirdi, Zaman bəyin qızını alırdı. 
Payızıydı. Gejələrin də uzun vaxtı. Dağdan toğlu, çəpiş, arannan 
düyü  gətirif,  böyüh  məclis  başdadır.  Özünün  də  varı,  döyləti 
başdan aşırdı. Hər yerdən adam çağırmışdılar. İrəvannan, Naxçı-
vannan, Gəncədən, Şəmkirdən, Qarabağdan, Qazaxdan, Tiflisdən, 
Boşşalıdan,  Sağamoydan,  Şərildən.  Hər  tərəfdən  özünə  baravar 
bəylər  tökülüf  gəlmişdi.  O  vaxtı  da  hası  bəyi  toya  qonax 
çağırsalar,  ona  bir  buxara  papax  tikdirif,  dəvətnaməsinnən 
baravar göndərərdilər. O bəylər də yaxşı nəmərnən gələrdilər.  
Düz  yeddi  gün,  yeddi  gejə  aşpaz  qazanı  sönmədi.  Bütün 
günü qara zurna xırmanda çalırdı, oynuyan, güləşən, yallı gedən 
dirədöymə oynuyan, şamartı dünyədən çıxmışdı.  
İçəridə  aşıxlar  oxuyuf,  gejə-gündüz  dastan  danışır,  çalıf 
çağırırdılar.  Toyun  aşığı  da  o  vilayətin  addı-sannı  aşığı  Ələh-
vəriydi,  bir  də  onun  şəyirdi  aşıx  Qara.  Bir-iki  şəyirdi  də  ayrıja 
bəy  dəstəsindəydi.  Bəyin  başında  əlli-altmış  cavan  ayrıja  otaxda 
yığışmışdılar.  
Yeddinci  günü  gəlini köçürdülər,  iyirmi-otuz cıdır  atdısını, 
nişan  vuranı,  nəkər  alanı  alxışdadılar.  Axşam  oldu.  Qonaxlar 
savax tezdən atdanıf gedəjiydilər. Murtuz bəy bu gejə də məclisi 
maraxlı keçirməh üçün fikirləşdi neyliyim, gəl bu aşıxları deyiş-
dir.  Çünki  aşıx  Qara  Murtuz  bəynən  bir  balaja  o  haqda  xəlvəti 
danışmışdı. Məclisin şirin yerində hamı sakitcə qulağ asırdı, çivin 
vızıltısı  eşidilmirdi.  Murtuz  bəy  bığlarını  həjəmət  mismarı  kimi 
çəkif, birdən ortuya çıxdı, əlində də bir bağlı boxça, gülümsüyüf 
dedi:  
– Aşıxlar, bir az dayanın. Camaat, məni bağışdıyın. Mən bir 
fikrə  gəlmişəm.  Deyirəm,  bu  axşam  aşıxlar  deyişsinlər,  havaxta 


Hüseyn Saraçlı 
 
 
280 
kimi aşıx Qara aşıx Ələhvərin yanda şəyird olajax. Hası bağlasa, 
nəməri  məndə.  Bir  dəst  təpədən  dırnağa  paltar  verəjəm. 
Məndulədən  arxalıx,  şalvar,  məs,  qondarğa,  buxara  papax,  sarı 
başdıx,  mahuddan  çuxa,  gümüş  vəznəli  sallama  kəmər,  gümüş 
xancal, dörd sanaxlı gümüş saat, tanoozdan işdəməli kisə, içi dolu 
qızıl. İnanmırsınız, baxın, budu ortuya qoyuram.  
– Bu sözə nə deyirsiniz, əziz qonaxlar?  
Hamı bir yerdən dedi:  
–  Eyvallah,  Murtuz  bəy,  halal  olsun  sana.  Ürəyimizdən 
xavar verdin.  
Camaat  belə  işi  Allahdan  gəzir  ki,  tamaşa  eləsin,  qulağ 
assın.  Bəy  sözünü  qurtarıf  aşıx  Qarıya  göz  vurdu.  Aşıx  Qara 
qızışdı. Amma aşıx Ələhvər başını yerə tikif fikrə getdi.  
Aşıx  Qara  sazı  götürüf  meydana  çıxdı.  O,  gödəh  boylu, 
sarıyanız,  çopur,  çilli,  tişi  seyrək,  gözdəri  göy,  bığlı,  kök 
oğlanıydı.  Aşıx  Ələhvər  hündür  boylu,  eşmə  bığlı,  yarı  yaşını 
keçmiş,  bir  adamıydı,  saçına,  saqqalına  dən  tüşmüşdü.  Qartal 
gözdü  aşıx  baxdı  ki,  budu  aşıx  Qara  meydandadı.  Tüşündü  ki, 
bərkə həya elliyə meydanıma çıxmıya. Amma gördü ki, xeyr, ona 
heç hörmət qoymadı. Dedi, hələ gözdüyüm, görüm nə dəəjəh.  
Aşıx Qara:  
– Usta, nə fikir elliyirsən? Xalx bizə baxmırmı? Murtuz bəy 
düz  deyir,  iki  qoçun  başı  bir  qazanda  qaynamaz.  Ya  Allah  sana 
verər, ya mana.  
Ortada  paltarı-qızılı  görüf,  özünnən  çıxmışdı,  gözdəri 
parıldayırdı. Aşıq Ələhvər xavar aldı:  
– Oğul, doğrumu deyirsən bunu?  
Aşıx Qara yekəxanalıxnan dedi:  
– Bə nə? Murtuz bəyin sözünü də yerəmi salax?  
– Oğul, bu, qoç meydanıdı, toğlu-çəpiş meydanı döyl. Onu 
də bilirsənmi dəərmən dönəndə şaadını verə bilmiyəssən.  
– Olsun, usta, nə istiyirsən.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
281 
Aşıx Ələhvər qojalsa da, səs gur bulax kimi qaynıyır, şana 
barmaxlar  simlərin  üstündə  qırğı  kimi  oynuyurdu.  Dəəllər, 
Şəmkirri aşıx Söynün bir sözü var:  
 
Bu bədoy qojası olsa da arıx,   
Sürsən mənzil kəsər, kəmhünər olmaz. 
 
Aşıx  Ələhvərin  bütün  bədəni  alışıf  yandı,  elə  bil  başına 
hava  gəldi.  Özünü  ələ  alıf,  pələh  kimi  sıçrıyıf  meydana  çıxdı, 
dedi:  
– Oğul, sim ver, görüm, sazdar bir-birini tuturmu?  
Sazdarı köhlüyüf, dedi:  
– Oğul, qavağa sənmi tüşürsən, mənmi?  
–  Usta,  sən  bööhsən,  qavağa  tüş,  qorxma  xara-xura  nəyin 
olsa, mən tapannıyajam.  
Aşıx Ələhvər: 
Aşıx Qara, çıx meydannan,  
Mən səni bədnam eylərəm. 
Əlinnən allam sazını, 
Göz yaşın ümman eylərəm. 
 
– Hə, usta, qulax as, belə sözdərə nə var.  
Ələhvər  istəmirdi  ki,  şəyirdini  xalxın  içində  xar  eləsin. 
Onun bildiyi sözdərdən deyirdi ki, aciz qalmasın. Bərkə elə xalx 
bunnarı sınıyır. Aşıx Qara çöörülüf nə dedi: 
 
Meydanına mən gəlmişəm,  
Səniynən devran eylərəm. 
Sən bir xarava dəərmən, 
Bəyğuşa məskən eylərəm. 
 
Aşıx Ələhvər: 
- Oğul, ağzına beçə balı vermişəm, hələ hardasan, qulaq as:  
 


Hüseyn Saraçlı 
 
 
282 
Elləmirsən belə haya,  
Heç baxmırsan haqqı-saya,  
Səni körpü sallam çaya,   
Bil, üstünnən yol eylərəm.  
 
Qara: 
Usta, qulaq as, qulaq as... 
 
Nə işim var, çıxam dağa, 
Qar yağa, çıxa qurşağa. 
Dağlardan ennəm aşağa, 
Aranı məskən eylərəm. 
 
Aşıx Ələhvər: 
Ələhvərəm çağlamışam, 
Çox sinələr dağlamışam;  
Neçə aşıx bağlamışam, 
Bil, ona qurvan eylərəm. 
 
Qara: 
Mən Qarayam, gəlləm hala,   
Aşıx gərəh eşqə dala, 
İndi səni sallam yola, 
Ataşa giryan eylərəm. 
 
– Aşıx Qara, bə indi fırsant kimindi?   
– Usta, sana əvvəldən demişəm; qavaxca sən get, qıymıram 
səni dala salam.  
Aşıx Ələhvər: 
Aşıx Qara, girmə bu meydana sən, 
Ustadın yolunnan gəzə bilməzsən. 
Bil, tüşüfsən dəryeyi-ümmana sən
Qalarsan tərkimdə, üzə bilməzsən. 
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə