Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə481/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   477   478   479   480   481   482   483   484   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1706

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

saxlamışdır. Bu özünəməxsusluq məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə 

öz əksini tapmaqdadır. 

Əsrlər  boyu  azərbaycanlılarla  yanaşı  yaşayan  ,  əsasən  Zaqatala-Qax  rayonları  ərazisində  

məskunlaşan avarlar,  ingiloylar, saxurlar, Qəbələ və Oğuz  rayonundakı udilər,   dağ yəhudiləri, tatlar, 

kürdlər, talışlar və.s xalqlar  Azərbaycanın bügünki  etnik xəritəsini yaratmışlar .Bu etnoslar arasında 

buduq, xanalıq, udin min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış, 

dillərini  və  mədəniyyətlərini  inkişaf  etdirmişlər.

  Və  bu  zəngin  tərkib  Azərbaycan  millətinin 

formalaşmasında böyük   rol oynamışdır.

    


Ölkəmizdə  da  bu  qədər  azsaylı  xalq,  millət  və  etnik qrupun  olması  bir  o  qədər  də  psixologiya, 

etnomədəniyyət,etnik    şüur,  mentalitet,  həyat    və    davranış    tərzinin    olması  mənasına  gəlir.Bu 

müxtəlifliklərin  öyrənilməsi,  azsaylı  xalqların  milli    mədəni    dəyərlərinin    geniş    ictimai    sferada  

təbliği,  yaşadılması  inkişafın  başlıca  prinsipinə  və  göstəricisinə  çevrilmişdir.  Etnik  qruplar    öz  

dillərində  olan  ədəbiyyat  və  musiqi  əsərləri yaratmaqla yanaşı, digər  tərəfdən  öz mədəni irsləri ilə  

Ümumazərbaycan  mədəniyyətinin    tərkib    hissəsinə    çevrilmişlər.  Azərbaycanda  yaşayan    azsaylı  

xalqların  mədəniyyəti,    adət-ənənələri,  yazarları    mədəni-kütləvi  tədbirlər  və  KİV    vasitəsi  ilə  

vaxtaşırı təbliğ edilir.  

Respublikamız  son  illərdə  reallaşan  Beynəlxalq  Humanitar  Foruma,  İslam  Əməkdaşlıq 

Təşkilatına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  konfransına,  Ümumdünya  Mədəniyyətlərarası 

Dialoq  Forumuna,  Dünya  Dini  Liderlərinin  Zirvə  görüşünə,  Krans  Montana  Forumuna,  Davos 

Forumuna, III Qlobal Bakı Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir.     Bu 

beynəlxalq  forumlar,  konfranslar  sayəsində    sivil  dialoqların  qurulması,  nəzəri  və  praktiki  bilik 

mübadiləsi,    debat  və  müzakirələr  üçün  platformanın  formalaşdırılması  deməyə  əsas  verir  ki,  Bakı 

şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilmişdir. 

 

 



QLLOBALLAŞMA DÖVRÜNDƏ MULTİKULTURALİZM 

DƏYƏRLƏRİNİN ƏHƏMİYYƏTİ 

 

Raisə CƏFƏROVA 

AMEA Tarix İnstitutu 



cafarova.r@mail.ru 

AZƏRBAYCAN 

 

 

Qlobal sivilizasiya çoxmədəniyyətililik, çoxsivilizasiyalılıq zəminində təşəkkül tapır və onların 



konsentrasiyasında  mövcud  olur.  Mullikulturalizm  konsepsiyası  qloballaşma,  müasir  dünyada  baş 

verən mədəni universalizasiya və unifikasiya meyllərinə əks olaraq mədəni müxtəlifliyin ifadəsi olan 

bütün  fenomenlərin  (dil,  din,  adət-ənənə,  sənət  və  s.)  mühafizə  və  qayğısını  bəşər  mədəniyyətində 

harmoniyanın əsas şərti hesab edir. Öz daxili bütövlüyünü müxtəlifliyin vəhdəti şəklində tapan qlobal 

sivilizasiya  özünü  müxtəlif  mədəniyyət  və  sivilizasiyalardan  qidalandırmaqla  deməli,  tükənməz 

potensiya  mənbəyinə  malik  olmaqla  inkişafının  dialektikasını  və  dinamikasını  da  təmin  etmiş  olur, 

Çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq tarixən olduğu kimi, müasir dünyanın da mövcudluq şərti və 

reallığıdır ki, qlobal sivilizasiyanın struktur əsaslarını təşkil edir. Buna görə də qlobal sivilizasiyanın 

çoxmədəniyyətlilik,  çoxsivilizasiyalılıq  paradiqmasına  bütün  bəşəriyyətin  birgə  tarazlı  tərəqqisinə 

əsaslanan  humanist-qurucu  konsepsiya  olaraq  Multikulturalizm  ideologiyası  dünya  ictimaiyyəti 

tərəfindən dəstəklənməlidir. 

 Mədəniyyətlərarası münasibətlərin dialoji aspektdə inkişafına hazırda böyük önəm  verilməsi və 

bu  prosesin  yüksək  beynəlxalq  səviyyədə  təşkilatlanması  istiqamətində  ciddi  fəaliyyət  göstərilməsi 

təsdiq  edir  ki,  dünya  birliyi  qlobal  sivilizasiya  məkanında  qərarlaşmasının  optimal  variantlarını 

həqiqətə  çevirməkdədir.  Çox  ölçülü  və  çoxsəviyyəli  heterogen  dünyanın  qarşılıqlı  əlaqə  və 

təsirlənmələrlə  təşəkkülü  və  harmonikləşməsi  zərurətindən  doğan  qlobal  sivilizasiya  özünün  lokal 

(regional)  sivilizasiya  və  mədəniyyət  komponentləri  arasında  dialoji  münasibətlərin  hazırkı  ilkin 

fazasında həmin münasibətlərin təməl prinsiplərini yaratmaqdadır. Varlıq özü əksqütblülüyün dialoji 

strukturundadır [2, s.112].  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1707

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait 

yaradır.  Bu,  ölkə  əhalisinin  etnik  irqi  və  dini  müxtəlifliyindən  asılı  olmayaraq,  onların  hamısının 

hüquq  və  azadlıqlarına  hörmətlə  əlaqədardır.  Multikultural  cəmiyyətdə  hər  bir  vətəndaş  öz 

mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, 

qəzet  və  jurnal  dərc  etdirmək  sahələrində  bərabər  hüquqlara  malikdir.  Multikulturalizm  siyasəti 

assimilyasiyanı  inkar  edən  inteqrasiyaya  aparır.  O,  dialoq  ideyası  üzərində  qurulmuş  mədəni 

mövcudluq fəlsəfəsidir. Bu ideyaya söykənərək multikulturalizm yeni mədəniyyət tipi təklif edir. Bu 

mədəniyyət tipi üç mühüm prinsip üzərində qərarlaşır: birincisi multikultural prinsipdir; bu prinsip hər 

bir  mədəniyyətin  dəyərli,  özəl  və  unikal  olduğunu  bəyan  eləyir.  İkincisi  tolerantlıq  prinsipidir;  bu 

prinsip  özgəsinin  özəlliyinə,  fərqliliyinə  dözümlülük  aşılayır.  Üçüncüsü  özünütanıma  hüququnun 

təsbiti prinsipidir; bu prinsipə görə hər bir millət etnik mərkəzləşdirmə aparılmadan mədəni identiklik 

hüququna malikdir. 

 Azərbaycan çoxmillətli bir dövlətdir: burada yəhudi, rus, tatar, türk, udin, gürcü, ləzgi, avar, tat, 

talış  millətlərinin  nümayəndələri  uzun  qərinələrdir  ki,  birgə  yaşayırlar.  Biz  əgər  bu  xüsusda 

“Azərbaycan mədəniyyəti bu millətlərin dialoqunun mədəniyyətidir, “Azərbaycan mədəniyyəti dialoq 

mədəniyyətidir”  kimi  ifadələrdən  istifadə  etsək,  məncə,  yanılmarıq.  Hətta  Azərbaycan  coğrafi 

baxımdan  belə  Qərblə  Şərqin,  Avropa  ilə  Asiyanın  təmas  nöqtəsindədir.  Tarixi  “İpək  yolu”nun 

üstündədir.  Deməli,  hətta  fiziksəl  olaraq,  coğrafi  parametrlərdə,  yəni  məkan  koordinatlarına  görə 

Azərbaycan dialoqa modullaşdırılıb desək yanılmarıq. 

Multikulturalizm  –  pozitiv  sosial  təzahürdür.  O,  cəmiyyətin  inkişafı  üçün  münbit  şərait  yaradır; 

etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir; 

 Azərbaycan  mədəniyyəti  ümumdünya  mədəniyyət  sisteminin  tərkib  hissəsi  olmaqla  tarix  boyu 

dünya mədəniyyətinin inkişafına öz bənzərsiz töhfələrini vermişdir. Multikultiralizm sözü Azərbaycan 

leksikonuna yeni daxil olsa da xalqımızın çoxəsrlik ictimai-fəlsəfi fikir tarixində əslində bu dəyərlər 

dərin  tarixi  köklərə  malikdir.  Azərbaycan  ədəbiyyatının  günəşi  hesab  edilən  Nizami  Gəncəvinin 

yaradıcılığı başdan-başa humanizm və multikultiralizm dəyərləri ilə zəngindir. «Xəmsə»yə daxil olan 

poemaların qəhrəmanlarını bir çox ayrı-ayrı xalqlara məxsusdur. Nizami Gəncəvi üçün şəxsiyyətin ən 

yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları 

içərisində  türk,  fars,  ərəb,  çinli,  hindli,  zənci,  yunan,  gürcü  və  s.  xalqların  nümayəndələrinə  rast 

gəlirik.  Humanist  şair  müxtəlif  dinlərə  mənsub  bu  qəhrəmanların  heç  birinin  milliyətinə,  dini 

görüşlərinə  qarşı  çıxmır.  Onun  qəhrəmanları  ədalət,  xalq  xoşbəxtliyi,  yüksək  məqsədlər  uğrunda 

mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram, digər xalqların mədəniyyətinə sayğı və 

hörmət şairin yaradıcılığının aparıcı mövzularındandır. 

Azərbaycan  ictimai-fəlsəfi  fikir  tarixinin  digər  görkəmli  nümayəndəsi  Nəsirəddin  Tusinin 

yaradıcılığında da multikultiralizm dəyərləri öz əksini tapmışdır. Bu baxımdan «Əxlaqi-Nasiri» əsəri 

xüsusi diqqətə layiqdir. 

«İnsanlar həm özünü, həm də nəslini mühafizə etmək üçün bir-birinin köməyinə möhtac olduqları 

kimi,  kamala  çatmaqları  üçün  də  yaşamağa  möhtacdırlar,  deməli,  kamala  çatmaq  üçün  bir-birinə 

ehtiyacları vardır. Belə olduqda hər adamın kamilliyi və bitkinliyi öz növündən olan adamlardan asılı 

olar;  deməli,  o,  qarşılıqlı  kömək  əsasında  öz  növü  ilə  ünsiyyət  və  əlaqə  yaratmağa  məcburdur.  Əks 

təqdirdə  ədalət  qaydalarından  kənara  çıxıb,  zülm  kandarına  tərəf  üz  döndərmiş  olar»  [5,  s.177]. 

Əsərdəki  bu  cümlələr  özündə  multikulturalizm  dəyərlərini  tamamilə  əks  etdirir.  Buradakı  «kama 

çatmaq»  ifadəsi  əslində  elə  ədalətli  cəmiyyətdən  xəbər  verir  və  ədalətli  cəmiyyət  o  cəmiyyət  hesab 

olunur ki, burada insanlar qarşılıqlı ünsiyyətdə, harmoniyada firavan yaşasınlar. 

Əsərdən başqa bir misal göstərək: «Ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, nəyin nizama 

aparıb  çıxaracağını,  nəyin  pozğunluğa  səbəb  olacağını,  hər  kəslə  tək-tək  necə  davranmaq  lazım 

olduğunu  öyrədən  elmi  yaxşı  bilsən,  bu  ictimaiyyat  elmidir.  Deməli,  hamı  bu  elmi  öyrənməyə  səy 

etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar, müaşirət və davranışda səhvlərə yol verər, 

dünyada qanunsuzluqlara səbəb olar, öz mərtəbə və dərəcəsinə çatmaz. Bu cəhətdən də haman elmin 

nə  qədər  faydalı  olduğu  aşkara  çıxdı»  [5,  s.178].  Buradakı  «ictimaiyyat  elmi»  əslində  müasir 

multikulturalizm  dəyərlərini tamamilə  işıqlandırır.  «Fəzilət  sahibi  olmağı  bacarmaq»  isə  o  deməkdir 

ki, elə multikulturalizm dəyərlərinə sahib olmaq deməkdir. 

«Tibb  elmi  sahibi  öz  sənətində  mahir  olduqda,  insan  sağlamlığını  mühafizə  edib  xəstəlikləri 

aradan  qaldırmağı  bacardığı  kimi,  bu  elm  sahibi  də  öz  sənətində  mahir  olduqda  həqiqi  ədalət  və 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   477   478   479   480   481   482   483   484   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə