Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə25/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   21   22   23   24   25   26   27   28   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 45 
 
konusunun ətəyindən zirvə ətrafına doğru  mütləq 
yüksəkliyin  artması  ilə  fiziki-coğrafi  şəraitin  təd-
ricən dəyişməsi baş verir və konusun morfoloji qu-
ruluşuna  müvafiq  olaraq  landşaftəmələgətirici 
amillər başqa xarakter alır. Gətirmə konusunun zir-
vəətrafı və yamac hissələrində meyillik 2-4° olub, 
orta  dərəcədə  parçalanmaya  (2-3  km/km²)  məruz 
qalmışdır.  Gətirmə  konusunun  terraslaşmış  ətək 
hissəsinin  meyilliyi  bir  qədər  azdır  (0,5°)  və  zəif 
(0,5-1 km/km²) parçalanmışdır (şəkil 3). 
 
Göyçayın gətirmə konusunun  ətək hissəsindən 
zirvə ətrafına 65-75 km məsafədə 120 m yüksəklik 
fərqinin yaranması ilə iqlim amillərinin diferensi-
asiyası əmələ gəlir [6]. Məsələn, gətirmə konusu-
nun  ətək  hissəsində  -4,5  m    mütləq  yüksəklikdə 
10°C-dən  yuxarı  temperaturların  illik    cəmi 
4529°C, günəşli saatların miqdarı 2400 saat, ümu-
mi  günəş  radiasiyası  134  kkal/sm²,  yağıntıların 
miqdarı  300-400  mm    və  buxarlanma  qabiliyyəti 
1000-1100 mm  olduğu halda, gətirmə konusunun 
zirvəətrafı  hissəsində    120  m  mütləq  yüksəklikdə 
yerləşən  Göyçayda  bu  rəqəmlər  uyğun  olaraq 
4468°C,  2100  saat,  125  kkal/sm²,  433  mm  və 
900mm-ə  bərabərdir(9).  Gətirmə  konusunun 
terraslaşmış ətək hissəsindəkı səthə yaxın  yerləşən 
(1  m-ə  qədər)  qrunt  suları  intensiv  buxarlanaraq 
torpaqların  şoranlaşmasına  səbəb  olmuşdur.  Nə-
ticədə şorlaşmış ətək hissədə boz-çəmən torpaqlar 
üzərində şoran və efemer bitkiləri inkişaf etmişdir. 
Göyçayın gətirmə konusunda qrunt sularının  yer-
ləşməsi  və  yatım  şəraitində  müəyyən  qanuna-
uyğunluq  müşahidə  edilir.  Gətirmə  konusunun 
zirvə  hissəsindən  ətraflara  doğru  uzaqlaşdıqca 
qrunt  sularının  dərinlik  səviyyəsi  azalır.  Zirvə  və 
qismən  yamac  hissədə  qrunt  sularının  dərinlik 
səviyyəsi 3 m, orta  hissədə 2 m, ətraf  yastı   əra-
zilərdə isə 1-2 m-dir. İntensiv suvarılan sahələrdə 
qrunt suları səthə  daha yaxın yerləşir [1]. 
Gətirmə  konusunun  zirvəətrafı  –  təpə  hissə-
sində boz-qonur torpaqlarda müxtəlifotlu və taxıllı 
quru-çöl  landşaftı  inkişaf  etmişdir.  Sahəsi  90-
100km² olan bu landşaftların formalaşmasında ça-
yın  eroziya  və  akkumulyasiya  fəaliyyəti  aparıcı 
amildir.  Bu  landşaft  30  m-lə  120  m  mütləq  yük-
səklik arasında yerləşir. Relyefin meyilliyi gətirmə 
konusunun  təpə  hissəsində  2-3°  arasında  dəyişir. 
Gətirmə konusunun zəif maili ətək hissəsində  boz, 
boz-çəmən torpaqlar üzərində yarımsəhra landşaftı 
formalaşmışdır. Bu landşaft  tipi 0 m-dən başlayıb 
30 m yüksəkliyə kimi davam edir. Meyilliik 0,5-1° 
arasında dəyişir. Bu landşaft tipinin  cənub sərhədi  
Qarasu çökəkliyindən keçir. Ərazidə qrunt suları-
nın dərinlik səviyyəsi 1-2 m, bəzən 3 m, Qarasu çö-
kəkliyinə qovuşan hissədə isə 1 m-dir [6]. 
Şirvan  düzünün  ümumi  landşaft  fonunda  Gir-
diman və Ağsu çaylarının gətirmə konusları yaxşı 
seçilir. Relyef cənuba doğru meyilli olub, sahil yal-
ları, qədim yataq,  yarğan və qobu şəbəkəsi ilə xeyli 
mürəkkəbləşmişdir. Girdimançay və Ağsu çayları-
nın  gətirmə  konuslarının  birlikdə  sahəsi  800-850 
km²-dir. Bu  çayların gətirmə konusları sahəsində 
landşaftlar  akkumulyasiya və eroziya prosesləri və 
bununla  əlaqədar inkişaf  edən relyef  formalarının 
təsiri ilə formalaşmışdır. Gətirmə konusları üzərin-
də müxtəlif istiqamətlərdə yerləşmiş qədim və mü-
asir çay dərələri, yarğanlar, qobular, sahil yalları və 
yalarası çökəkliklər və s. landşaftın daxili diferen-
siasiyasını yaratmışdır. Girdimançay və Ağsuçayın  
gətirmə  konuslarının  çöküntü  materialları,  litoloji 
quruluşu, səthinin meyilliyi və relyefinin morfoloji 
xüsusiyyətini nəzərə alaraq onları üç hissəyə ayır-
maq  olar.  Gətirmə  konusunun  zirvəətrafı  hissəsi  
çaydaşıları, çınqıl və qumlardan,  orta hissəsi qum, 
qumlu gillərdən, ətək hissəsi isə narın gil və gilli-
cələrdən təşkil olunmuşdur. Bu çaylar 0 m-lik hip-
sometrik səviyyədə əlavə gətirmə konusları forma-
laşdırırlar. Bütün bu landşaftəmələgətirici ekzogen 
proseslər  günəş  radiasiyasının  –  iqlim  amillərinin 
təsiri  altında  baş  verir.  Gətirmə  konusunun  ətək-
lərindən zirvəsinə  doğru relyefin yüksəlməsi  iqlim 
şəraitini müəyyən dərəcədə dəyişir. Həmin istiqa-
mətdə  yarımsəhra  iqlimi  quru  çöl  xarakteri  alır. 
Göstərilən  bu  xüsusiyyətlər  gətirmə  konuslarında 
ətək hissədən zirvəətrafına  doğru mütləq yüksək-
liyin artması ilə əlaqədar olaraq  iqlim ünsürlərinin 
müqayisəli təhlilində daha aydın görünür. Gətirmə 
konuslarının orta və ətək hissələrində 0-50 m yük-
səklikdə günəşli saatların illik miqdarı  2400, ümu-
mi günəş radiasiyası 134 kkal/sm², yağıntılar 300-
340  mm,  buxarlanma  qabiliyyəti  1000-1100  mm 
olduğu halda, zirvəətrafında 60-170 m yüksəklikdə  
bu rəqəmlər uyğun olaraq 2100  saat, 125 kkal/sm², 
400-440 mm və 900 mm-ə bərabər olur [9]. Girdi-
mançay  və  Ağsu  çaylarının  gətirmə  konuslarında 
yarımsəhra  və  quru  çöl  bitkiləri  inkişaf  etmişdir. 
Şəkil 3. Şirvan düzünün üfuqi parçalanma xəritəsi
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
46                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Relyefdə müşahidə edilən yallarda yovşan, sirkan, 
dəvətikanı və  müxtəlifnövlü quraqlıq sevən bitki-
lər  bitir.  Gətirmə  konusunun  ətəyindən  zirvəsinə 
doğru yarımsəhra bitkiləri çöl bitkiləri ilə əvəz olu-
nur. Konusların yamac və ətək hissələrinə nisbətən 
alçaq sahələrində ətli şoran, qarağan və s. efemer-
lər,  gətirmə  konuslarının  zirvəətrafında qaratikan, 
iydə, böyürtkən, yulğun, cır nar kolları, yovşan, qa-
tırquyruğu,  taxılkimilər  inkişaf  etmişdir.  Gətirmə 
konuslarının bitki örtüyünə antropogen amillər tə-
sir göstərir. Baş Şirvan Kanalının çəkilməsi ilə əla-
qədar olaraq bu ərazilər daha çox dəyişmişdir. 
Gətirmə konuslarının zirvəətrafı təpə hissəsində  
açıq şabalıdı və qonur torpaqlar üzərində kserofit 
kollu,  taxıllı  quru  çöl  landşaftı  inkişaf  etmişdir. 
Ümumi erozion parçalanma Girdimançayın gətir-
mə  konusunda  2,5-3  km/km²,  Ağsuçayın  gətirmə 
konusunda isə  isə 2-2,5 km/km²-dir.        
Gətirmə  konuslarının  zirəətrafının  quru  çöl 
landşaftı  inkişaf edən ərazilərində yarımsəhra və 
quru çöl iqlimi hakimdir. Burada yağıntıların orta-
illik  miqdarı  400-450  mm-dir.  Yağıntılar  əsasən 
payız və qış fəsillərində yağır. Gətirmə konusları-
nın zirvəətrafında  hakim bitki örtüyü kserofit kol-
lardan  –  qaratikan,  iydə,  nar,  böyürtkən,  söyüd, 
yulğun, müxtəlifotlu  taxılkimilərdən və ağotlardan 
ibarətdir. Gətirmə konuslarının zirvəətrafı ərazilə-
rində ətəyinə doğru getdikcə kserofit kollara nisbə-
tən müxtəlif otların üstünlük təşkil etməsi müşahi-
də edilir. 
Gətirmə  konuslarının    yamac  və  ətək  hissələri 
nisbətən narın və kövrək allüvial-proluvial  çökün-
tülərdən təşkil olunduğundan  relyef  yarğan, qobu, 
dərələrlə  xeyli  parçalanmış  və    yataqyanı  yallarla 
mürəkkəbləşmişdir. 
Şirvan  düzünün  Ləngəbiz  silsiləsinə  qovuşan 
hissəsində  isə palçıq vulkanlarının qədim və cavan 
brekçiyalarından ibarət gətirmə konusları yerləşir.  
Gətirmə konuslarının zirvə hissəsində ətək və ko-
nuslararası çökəkliklərə nisbətən daha kobud mate-
riallar çökmüşdür. Burada relyefin parçalanma sıx-
lığı  hər km²-də 2,5-4,5 km-dir. Bitki örtüyü arid 
xarakter daşıyır və aridləşmə qərbdən şərqə doğru 
artır [6]. 
Konuslararası  çökəkliklərin  də  landşaftların  
formalaşmasına təsiri böyükdür. Türyançay, Göy-
çay  və  Girdimaçayın  gətirmə  konusları  arasında 
müasir relyefdə öz əksini yaxşı tapan konuslararası 
çökəkliklər yerləşir. Bu çökəkliklər özlərinin relyef 
xüsusiyyətlərinə,  hipsometrik  yüksəkliklərinə, 
mənşəyinə və landşaftəmələgətirici amillərin təsi-
rinə görə gətirmə konusları  üzərində müşahidə edi-
lən  sahil  yalları  arasındakı  çökəkliklərdən    əsaslı 
sürətdə fərqlənir. Konuslararası çökəkliklərdə  rel-
yef, qrunt suları və iqlim landşaftların formalaşma-
sına təsir edən əsas amillərdir. Gətirmə konusların-
dan fərqli olaraq  konuslararası çökəkliklər yastı və 
genişdibli  olub,  nisbətən  sadə  quruluşa  malikdir. 
Gətirmə konuslarının mütləq yüksəkliyi 120-168 m 
olduğu halda, konuslararası çökəkliklərdə bu, 40-
60 m arasında dəyişir. Bu relyef formalarında olan 
süxurlar da öz litoloji tərkibinə   görə fərqlənir. Be-
lə ki, gətirmə konusları nisbətən kobud, konuslar-
arası  çökəkliklər  isə  narın  çöküntülərdən  təşkil 
olunmuşdur. Konuslararası çökəkliklərdə qrunt su-
ları  səthə  yaxın  yerləşir.  Qrunt  sularının  dərinlik 
səviyyəsi    0,5-2  m-dir.  Burada  qrunt  suları  daha 
çox  şorlaşmışdır.  Konuslararası  çökəkliklərin  dib 
hissəsində  isə  qrunt  sularının  səthə  yaxın  olması  
bataqlıqların əmələgəlməsinə səbəb olur [5]. 
Yuxarıda qeyd edildiyi kimi, ərazinin relyef şə-
raiti  digər  fiziki-coğrafi  proseslərlə  birlikdə  land-
şaftəmələgətirici amillərin dəyişməsinə səbəb olur. 
Çökəkliklərin  dibindən  dağətəyinə  doğru  hipso-
metrik yüksəkliyin artması ilə  iqlim quru-çöl xa-
rakteri alır. Konuslararası çökəkliyin cənub hissə-
sində (Kürdəmirdə) günəşli saatların illik miqdarı 
2500 saat, şimal hissəsində (Göyçayda) 2200-2300 
saatdır.  Ümumi  günəş  radiasiyasının  ortaillik 
miqdarı  Kürdəmirdə  135  kkal/sm²  olduğu  halda,  
Göyçayda 125 kkal/sm²-dir. Cənubda yağıntıların 
ortaillik miqdarı 300 mm, buxarlanma 1000-1100 
mm, şimalda yağıntı 400-440 mm, buxarlanma 900 
mm-dir. Ərazidə vegetasiya dövründə çoxillik fəal 
temperaturların  cəmi    Kürdəmirdə  4647°C, 
Göyçayda  4467°C-dir  [9].  İqlim  göstəricilərinin 
belə  müxtəlifliyi  üfüqi  zonallıq  qanununa  uyğun  
landşaftın  diferensiasiyasını  yaradır.  Cənubda 
yarımsəhra landşaftı şimalda quru-çöl landşaftı ilə 
əvəz olunur. 
Konuslararası  çökəkliklərin  dib  hissəsində  in-
trazonal landşaftlar inkişaf etmişdir. Çökəklik  cə-
nuba  tərəf Qarasu bataqlıqlığına doğru genişlənir. 
Landşaftlar  relyefin çökək  olması və qrunt suları-
nın  səthə  yaxın  yerləşməsinin  təsiri  ilə  formalaş-
mışdır. Bu landşaftlar yarımsəhra iqlim zonasında 
formalaşdığından  intrazonal xarakter daşıyır. 
Çala və çökəkliklər də landşaftların  formalaş-
masına  təsir  göstərir.  Qarasu  çökəkliyi  Göyçay, 
Girdimançay və Ağsuçayın  gətirmə konusları ilə 
Kürün  yataqboyu  düzənliyi  arasında  yerləşir.  Bu 
çökəkliyə Kürün axmazları və qismən digər mənfi 
relyef formaları daxildir. Qarasu çökəkliyi 3-3,5km 
eni olan zolaq şəklində Göyçay meridianından baş-
layaraq Hacıqabul gölünə qədər 100 km məsafədə 
uzanır.  Onun  sahəsi  350  km²-ə  yaxındır.  Qarasu 
çökəkliyinin nisbi dərinliyi 1,5-6 m-dir. Qarasu çö-
kəkliyi dəniz səviyyəsindən 7,5 m, Hacıqabul gölü 
yaxınlığında isə  20,5 m alçaqdadır. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə