Aparılası seçki qutusunu daşıyan komissiya
üzvlərinin funksiyaları
(Seçki Məcəlləsi - maddə 66)
DİQQƏT!
Aparılası seçki qutusunun vasitəsilə səsvermə seçkilər günü saat 09:00-
dan saat 19:00-dək keçirilir.
■ Səsvermə günü saat 9-da Məntəqə seçki komissiyasının sədri sizə
təhvil verməlidir:
Aparılası seçki qutusunun siyahısını;
Seçicilərin qeydiyyatçısı tərəfindən imzalanmış və xüsusi
möhürlə təsdiq edilmiş lazımi miqdarda seçki bülletenlərini;
Xüsusi zərfləri;
Yoxlama vərəqəsi yerləşdirilən möhürlənmiş aparılası seçki
qutusunu.
■ Seçiciyə yaxınlaşan kimi ondan təqdim olunmasını xahiş edin:
Gürcüstan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və
yaxud Gürcüstan vətəndaşlığı
pasportunu;
Məcburi yerini dəyişmiş şəxs halında –Gürcüstan vətəndaşının
şəxsiyyət vəsiqəsi və yaxud Gürcüstan pasportu ilə birlikdə
qaçqınlıq şəhadətnaməsini;
■ Seçicinin şəxsi nömrəsini aparılası seçki qutusunun siyahısında
mövcud olan şəxsi nömrə ilə müqayisə edin.
■ Aparılası seçki qutusunun siyahısında öz imzanızla seçki bülleteninin
verilməsini təsdiq edin.
■ Seçicidən xahiş edin ki, aparılası seçki qutusunun siyahısında öz
soyadının qarşısında seçki bülleteni almasını öz imzası ilə təsdiq
etsin.
■ Seçiciyə qeydiyyatçının imzası və möhürü ilə təsdiq olunmuş seçki
bülleteni verin.
■ Seçici tərəfindən bülleten doldurulduqdan sonra ona xüsusi zərf
verin və göstərin ki, qatlanmış seçki bülletenini onda yerləşdirsin.
■ Seçicidən xahiş edin ki, xüsusi zərfi aparılan seçki qutusuna salsın.
■ Səsvermə başa çatdırıldıqdan sonra aparılası seçki qutusunun
kəsiyini elə möhürləyin ki, möhürü zədələmədən onu açmaq
mümkün olmasın.
■ Aparılası seçki qutusunu ən geci saat 20:00-dək seçki məntəqəsinə
qaytarın.
■ Səsvermə binasına qayıtdıqdan sonra Məntəqə seçki komissiyasının
katibinə istifadə olunmamış bülletenləri və xüsusi zərfləri təhvil
verin, Məntəqə seçki komissiyası sədrinin göstərişlərini gözləyin.
DİQQƏT!
■ Əgər aparılası seçki qutusunun möhürünün bütövlüyü
pozularsa, bu barədə Məntəqə seçki komissiyası sədri dərhal
məlumatlandırılmalıdır. Müvafiq protokol tətbiq edin (səbəbi
göstərin) və yanındakı şəxslərlə birlikdə imzalayın. Komissiya
sədrinin növbəti göstərişlərini gözləyin.
■ Aparılası seçki qutusu vasitəsi ilə səsvermədə iştirak edən seçiciyə
markirovka tətbiq olunmur.
■ Əgər səsvermə prosesində aşkar edilsə ki, seçici seçki siyahısında
digər seçicinin soyadının bərabərində olan qrafada imza atıbsa, belə
halda seçicinin soyadının bərabərində həmin qrafada imza atmasını
qeyd edin. Bununla belə, qeyd olunan barədə izahat (seçicinin adı
və soyadını qeyd etməklə) yazmalısınız.
■ Fiziki vəziyyətinə görə seçici tərəfindən aparılası seçki qutusu
vasitəsilə səs verildiyi təqdirdə, aparılası seçki qutusu siyahısının
“Seçicinin imzası” qrafasında –aparılası seçki qutusunu daşıyan
komissiya üzvü “Fiziki vəziyyət” adlı qeyd yazır və bunu şəxsi
imzası ilə təsdiq edir.
■ Fiziki vəziyyətinə görə seçicinin (həmçinin seçki bülletenini sərbəst
doldura bilmədikdə) yerinə onun yanında seçki bülletenini doldurur,
xüsusi zərfə yerləşdirir və zərfi seçki qutusuna atır (o, seçki
komissiyasının üzvü, namizəd, seçki subiyektinin nümayəndəsi və
müşahidəçi olmamalıdır).