Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

3-
 
cü MÖVZU 
BEYNƏLXALQ SİYASİ MÜNAQİŞƏLƏR 
Suallar: 
1.
 
Beynəlxalq siyasi münaqişənin anlayışı. 
2.
 
Siyasi və süahlı münaqişələrin nisbəti. 
3.
 
Beynəlxalq  münasibətlərdə  münaqişələrin  və  sabitliyin 
qarşılıqlı əlaqəsi. 
4.
 
Beynəlxalq  siyasi  münaqişənin  nizama  salınmasında 
«üçüncü tərəf»in rolu. 
5.
 
Hakimiyyət və münaqişə. 
6.
 
Avtoritar hakimiyyət münaqişələri. 
7.
 
Demokratik hakimiyyət münaqişələri. 
8.
 
Siyasi münaqişələrin yaranma səbəbləri və tipologiyası. 
9.
 
Daxili siyasi münaqişənin mahiyyəti və növləri. 
10.
 
Daxili siyasi münaqişələrin qarşısımn alınması yolları. 
11.
 
Siyasi münaqişələrin nizamlanması problemi. 
Siyasi  münaqişə  sosial  münaqişənin  növlərindən  biri, 
hakimiyyət  münasibətləri  ilə  bağlı  siyasi  subyektlərin  toqquşmasıdır 
(hakimiyyət və hakimiyyət səlahiyyətləri uğrunda mübarizədir). Siyasi 
münaqişənin xüsusiyyətlərindən biri bundan ibarətdir ki, o, bilavasitə
yaxud  dolayı  surətdə  böyük  sosial  qrupların,  sosial  təbəqələrin, 
siniflərin, bütövlkdə cəmiyyətin mənafelərinə toxunur. Buna görə də 
siyasi  münaqişənin  subyektləri  (siyasi  təşkilatlar,  institutlar  və 
ayrı-ayrı liderlər) həmişə müəyyən sosial birliyin adından çıxış edirlər. 
Ayrı-ayrı  vətəndaşlar  öz  mənafelərini  və  dəyərlərini  müdafiə  etmək 
üçün  birliklər,  təşkilatlar  və  institutlar  yaradır,  beləliklə,  siyasi 
münaqişənin  subyektlərinə  çevrilirlər.  Deməli,  siyasi  münaqişə 
həmişə mütəşəkkil, institutlaşmış münaqişədir. 
Siyasi  münaqişənin  başqa  bir  xüsusiyyəti  hakimiyyət, 
hakimiyyət  səlahiyyətləri  uğrunda  mübarizədir.  Cəmiyyətdə 
hakimiyyət  başqa  adamların  idarə  olunması  və  öz  məqsədlərinə 
çatmaq üçün təsirli idarəetmə üsul və vasitələrindən biridir. Buna 
69 


görə  də  o,  böyük  cazibə  qüvvəsinə  malikdir.  Bəşəriyyət  tarixində 
hakimiyyət  uğrunda  mübarizə  siyasətin  müxtəlif  subyektləri  (sosial 
qruplar, silklər, siniflər, etnoslar, ayrı-ayrı liderlər) arasında ən sərt və 
güzəştsiz 
münaqişələr 
doğurmuşdur. 
Siyasi 
münaqişənin 
xüsusiyyətlərinə onun ideoloji əsaslara malik olan dəyər aspektini də 
aid  etmək  olar.  Siyasi  ideologiya  xüsusi  olaraq  vətəndaşların  siyasi 
davranışının məqsəd və ideya yönümü üçün nəzərdə tutulmuş mənəvi 
təsisatdır. O, siyasi münaqişə subyektlərinin və tərəfdarlarının təşkili, 
eyniləşdirilməsi və səfərbərliyə alınması funksiyalarını yerinə yetirir. 
Nəzəri-konseptual  səviyyədən  siyasi-proqram  səviyyəsinə  keçən 
ideologiya  bilavasitə  siyasi  mübarizə  proqramında  öz  təcəssümünü 
tapır.  Normalarda  təsbitini  tapmış  siyasi  dəyər  yönümləri  siyasətin 
bütün subyektləri üçün vahid hüquqi sahə (vahid oyun qaydaları) təşkil 
edir.  Lakin  burada  da  siyasi  münaqişə  öz  spesifikliyinə  malikdir. 
Münaqişədə  yalnız  hakimiyyət  tərəfindən  zorakılığın  tətbiqi  qanuni 
sayılır. 
§1. Beynəlxalq siyasi münaqişənin anlayışı 
Beynəlxalq  münasibətlər  bəşər  tarixindən  ayrılmaz  olduğu 
kimi,  beynəlxalq  siyasi  münaqişələr  də  beynəlxalq  münasibətlərdən 
ayrılmazdır. Min illər boyunca təkrarlanan, fərqli sivilizasiya, sosial, 
geosiyasi  əsasda  cərəyan  edən  beynəlxalq  siyasi  münaqişə  hələ  tam 
öyrənilməmişdir. 
«Beynəlxalq  münaqişə»  anlayışının  özünə indiyə qədər dəqiq 
tərif  verilməmişdir.  Belə  bir  yayğın  tərif  daha  geniş  yayılmışdır: 
beynəlxalq  münaqişə  dövlətlər  arasında  bütün  səviyyələrdə  və 
müxtəlif  dərəcədə  mövcud  ola  biləcək  münasibətdir.  Bu  mənada 
münaqişənin dörd mərhələsini göstərmək olar: 
1)
 
uyğunsuzluğun dərk olunması; 
2)
 
gərginliyin artması; 
3)
 
hərbi güc işlətmədən təzyiq
4)
 
müharibə. 
Dar mənada münaqişə ölkələrin bir-birinə qarşı hərəkət etdiyi 
vəziyyətlərə aiddir. 
Bir  qayda  olaraq,  bu  tərifi  dəqiqləşdirərkən  münaqişənin  və 
əməkdaşlığın sıx əlaqəsi vurğulanır. Qeyd olunur ki, münaqişə 
70 


kontekstində  sülh,  məhdud  və  total  müharibə  qarşılıqlı  surətdə 
bağlıdır.  Dostluq,  müttəfiqlik  münasibətləri  və  əməkdaşlıq  heç  də 
düşmənçiliyi istisna etmir, dinc münasibətlərin əldə edilməsi isə hərbi 
əməliyyatların səbəbinə çevrilə bilər. 
Bu baxımdan, dünya səhnəsində siyasətin və bütün beynəlxalq 
münasibətlər  sisteminin  mahiyyəti  kimi  münaqişənin  anlamını 
qarışdırmaq  lazım  deyildir.  Belə  hesab  olunur  ki,  dünya  siyasətinin 
mahiyyəti  münaqişə  və  dünya  səhnəsində  ali  hakimiyyətin 
mövcudluğunu qəbul etməyən insan qrupları tərəfindən onun nizama 
salınmasıdır. Münaqişənin  belə anlamına əsaslanan alimlər çox vaxt 
diqqəti  zorakılığın  rolu  üzərində  cəmləşdirərək,  onda  beynəlxalq 
münaqişənin  əsas  məzmununu  görürlər.  Belə  ki,  həmin  alimlərin 
anlamında beynəlxalq münaqişə özlərini mədəni, yaxud (və ya habelə) 
siyasi  cəhətdən bir-birinə zidd  hesab edən və  ya etnik qrupla,  ya da 
dövlətlə  təmsil  olunan  qruplar  arasında  mütəşəkkil  zorakılığın 
təzahürüdür. 
Beynəlxalq  münaqişənin  anlayışını  konkretləşdirərkən,  bəzi 
tədqiqatçılar onun bu və ya digər sosial birliklə əlaqəsini göstərməyə 
çalışırlar.  Onlar  qeyd  edirlər  ki,  «münaqişə»  anlayışı  bir  insan 
qrupunun (tayfa, etnik, dil, yaxud başqa qrupun) başqa qrupla (yaxud 
qruplarla) şüurlu qarşıdurmada olduğu vəziyyətlərə tətbiqən işlədilir, 
çünki qruplar uyuşmayan məqsədlər güdürlər. Bu zaman mərkəzi yer 
«hakimiyyət» anlayışına verilir. 
Bizim  fikrimizcə,  beynəlxalq  münaqişə  və  beynəlxalq 
münasibətlər  sistemində  onun  yeri  son  onilliklərdə  daim  siyasi 
xarakter  daşımışdır,  istənilən  beynəlxalq  münaqişə  siyasi  xarakterə 
malikdir.  Dünya  siyasəti  sahəsində  münaqişələrə  gəlincə,  bu 
yanaşmanın tərəfdarları onu dövlətlərarası münasibətlər sistemi kimi 
təhlil  edərkən,  belə  hesab  edirlər  ki,  ona  xas  olan  münaqişələr 
dövlətlərin  xarisi  siyasi  qarşıhqh  fəaliyyətinin  onların  mənafe  və 
məqsədlərinin toqquşmasında ifadə olunan xüsusi növü kimi nəzərdən 
keçirilməlidir. 
Ədəbiyyatda,  adətən,  gedişat  formasından  və  iştirakçıların 
konkret  tərkibindən  asılı  olmayaraq,  beynəlxalq  və  dövlətlərara-  sı 
münaqişələr  fərqləndirilməmişdir.  Belə  ki,  beynəlxalq  münaqişəni 
beynəlxalq  münasibətlər  sisteminin  iştirakçılarının  qarşılıqlı 
münasibətlərindəki bu və ya digər ziddiyyətlərin həmin ziddiyyətlərin 
kəskinləşməsi mərhələsində, tərəflərin bu zərurəti dərk 
71 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə