Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

lemlərini  (dövlətlərin  münaqişəli  davranışlarının  motivlərini)  başqa 
cür  görürlər.  Onlar  «uzuntsikllər  nəzəriyyəsi»  adlanan  nəzəriyyəni 
dəstəkləməyə meyl edirlər. Bu nəzəriv^ənin mahiyyəti ondan ibarətdir 
ki,  «böyük  müharibələr»  və  müvafiq  olaraq,  beynəlxalq 
münasibətlərin sistemli modellərinin dəyişilməsi təxminən 100 ildə bir 
dəfə baş verir və buna da böyük derjavaların dünyada liderlik uğrunda 
apardığı mübarizə səbəb olur. Mo- delski və onun davamçıları XVII 
əsrin  ortalarındakı  ingilis-holland  rəqabətini,  XIV  Ludovikin 
müharibələrini,  Yeddiillik  müharibəni,  ABŞ-m  müstəqillik  uğrunda 
apardığı  müharibəni,  Napoleon  müharibələrini  və  əlbəttə  ki,  hər  iki 
dünya müharibəsini bu cür münaqişələrdən hesab etməyə meyl edirlər. 
Nəhayət, sonuncu iki onillik ərzində «kənar təzyiq» 9 (late- ral 
pressure) nəzəriyyəsi geniş vüsət alnuşdır. Bu nəzəriyyənin müəllifləri 
Nazli Çukri və Robert Nort hesab olunur. Onların nöqteyi-nəzəri belə 
bir inama əsaslanır ki, əhalinin artımı və sənaye texnologiyasında baş 
verən  dəyişikliklər  bu  və  ya  digər  dövlətin  resurslarının 
məhdudlaşdırılmasma gətirib çıxarır. Bu cür titrəyişlər dövlətləri xarici 
mühitdə  zəruri  resursların  əldə  edilməsi  yollarını  axtarmağa  səy 
göstərməyə  sövq  edir  və  başqalarının  da  bu  cür  səyi  ilə  qarşılaşır. 
Nəticə etibarı ilə dövlətlərin «maraqlarının kəsişməsi» səviyyəsi artır 
ki, bu da kəskin münaqişələrə və müharibələrə səbəb ola bilər. Bununla 
belə,  nəzəri  quruluşların  çoxluğuna  baxmayaraq,  elm  hələlik 
dövlətlərin  münaqişəli  davranışının  motivləşdirilməsinin  analizinin 
müəyyən  dərəcədə  universal  -  isbat  edilə  bilən  və  tarixi  reallığa 
müvəffəqiyyətlə uyğunlaşdırılan sxemini işləyib hazırlamamışdır. 
Beynəlxalq  münasibət  elementlərinin  münaqişəli  davranışının 
motivləşdirilməsi probleminin münaqişəli obyektləri haqqında məsələ 
ilə, yəni həmin dövlətlərin arasındakı ziddiyyətin mərkəzinə qoyulan 
konkret  problemlərə  əlaqələndirmək  daha  düzgündür.  Tərəflər  üçün 
münaqişədə mübahisəli olan süjetlərin əhəmiyyəti ilə onun miqyası və 
intensivüyi  arasında  birbaşa  əlaqə  olduğunu  ehtimal  edən 
tədqiqatçılarla  razılaşmaq  olar.  Əgər  münaqişənin  miqyasını  M  (kf) 
kimi işarə etsək, o zaman M(kO + Vi - Vj, burada i və j münaqişənin 
iştirakçısı olan dövlətlər, Vi birinci iştirakçının qalib gələcəyi təqdirdə 
nəticənin dəyəri, Vj isə ikinci iştirakçının ö dövlətinin) qalib gələcəyi 
təqdirdə müna 
60 


qişənin nəticəsinin dəyəridir. 
Bir sıra müasir tətqiqatçılar dövlətlərarası və ya bloklar- arası 
münaqişənin  inkişafına  səbəb  ola  biləcək  mübahisəli  problemləri, 
«münaqişəli obyektləri»  ön plana çıxarırlar. Məsələn, məşhur  «Sülh 
və  hərb»  əsərinin  müəllifi  K.Holsti  hesab  edirdi  ki,  məhz  dövlətlər 
arasındakı  münasibətlərdə  bu  mübahisəli  problemlərin  mahiyyətinin 
dərk edilməsi beynəlxalq münasibətlər tarixinin və gələcək inkişafının 
düzgün qiymətləndirilməsi  üçün açar ola bilər. K.Holstinin fikrincə, 
1945-1989-cu  illər  ərzində  dövlətlərin  və  ya  onların  birliklərinin 
münaqişəli  münasibətlərinin  mərkəzində  dayanan  məsələləri 
bütünlüklə  zərurət  səviyyəsinə  və  potensial  «münaqişənin 
qalerasiyası»  səviyyəsinə  görə  ayırmaq  olar.  Holsti  hesab  edirdi  ki, 
həmin  dövr  çərçivəsində  183  münaqişəni  nəzərdən  keçirmək  olar  - 
bunların arasında say etibarı ilə «münaqişənin generatorları» qismində 
birinci  yerdə  aşağıdakı  üç  amil  dayanırdı  (hər  biri  ümumi  sayın  9% 
həcmində): 
«münaqişəyə cəlb olunan ölkədə siyasi rejimin səciyyəsi
« dünyada siyasi vahid kimi yeni dövlətin yaradılması; 

 
dövlətin  suverenliyinin  dəstəklənməsi  və  ya  qorunub 
saxlanması. 
Holstinin  hesablamalarına  görə,  bu  üç  «meqa-problemin» 
ardınca aşağıdakılar gəlir (8%-dən 5%-dək): 
® Ərazi məsələləri (məkanın qəsb edilməsi, ərazi ekspansiyası 
və ya əksinə, hər hansı ərazinin qorunub saxlanması); 
Dövlətin və müvafiq siyasi rejimin yaşaması məsələləri

 
«Strateji əraziyə »nəzarət; 
Milli birlik və ya «millətlərin konsolidasiyası»; 

 
Hərbi-siyasi müttəfiqin müdafiəsi və ya dəstəklənməsi. 
Baş verən münaqişələrdəki digər məsələlərin (iqtisadi və 
ticarət  maraqlarının  müdafiəsi,  dini-etnik  səbəblər,  ittifaq 
öhdəliklərinin yerinə yetirilməsi zərurəti, regional hegemonluq uğrun- 
da mübarizə və s.) göstəriciləri 1-4% təşkil edir. 
Təklif  olunan  statistikanın,  analizin  və  nəticələrin  maraqlı 
cəhəti  ondadır  ki,  onlar  Yeni  və  ən  yeni  dövr,  yəni  1968-1989-cu 
illərarası  dövr  ərzində  -  Vestfal  sülhündən  «soyuq  müharibənin» 
sonunadək  olan  dövrdə  «münaqişəli  obyektlər»  xətti  üzrə  döv- 
lətlərarası münaqişəli münasibətlərin inkişaf dinamikasını 
61 


izləməyə imkan verir. 
Holstinin  hesablamalarına  görə,  dövlətlərarası  münaqişələrdə 
bilavasitə  rəqiblərin  ərazilərinin  və  resurslarının  ələ  keçirilməsi  ilə 
bilavasitə  əlaqədar  olan  məsələlərin  payı  durmadan  azalır 
(1648-1714-cü  illərarası  dövr  ərzindəki  25%-dən  1918-1941-ci 
illərdəki  14%  və  1945-1989-cu  illərdə  8%-dək).  Belə  tendensiya 
«strateji  ərazilərin»  qorunub  saxlanması,  ticarət  maraqlarının  və 
naviqasiyanın  müdafiəsi  kimi  məsələlərdə  də  özünü  göstərir.  Bu, 
əlbəttə ki, dövlətlər arasındakı qarşılıqlı əlaqələrin şərtləri ilə, eləcə də 
dünya təsərrüfatının funksiyasının digər səciyyəsi ilə izah olunur. 
Bu  və  ya  digər  dövlətlərarası  münaqişənin  cərəyan  etməsinin 
vəziyyət kontekstinin nəzərə alınması problemi ən azı iki planda irəli 
sürülə bilər. Bunlardan birincisi münaqişənin müxtəlif mərhələlərində 
iştirakçıların  daxili  vəziyyətidir.  Bu  məqam,  ilk  növbədə,  dövlətin 
münaqişədə öz məqsədlərinə çatması üçün onun imkanları anlamında 
zəruridir.  Daxili  siyasi  qeyri-sabitlik,  hakimiyyətdəki  qüvvələrin 
arasında qarşıdurmalar, ictimai şüurun xarici siyasət istiqamətlərindəki 
tərəddüdlər,  iqtisadi  problemlərin  kəskinləşməsi,  bu  cür  xüsusiyyətə 
malik digər problemlər dövlətin münaqişədə etdiyi cəhdlərə mənfi təsir 
göstərir, bey- nəlxalq-siyasi qarşıdurmada ölkənin maraqlarının təmin 
olunması yolunda maneəyə çevrilir. 
Münaqişənin  vəziyyət  kontekstinin  ikinci  tərəfi  beynəlxalq 
münasibətlər mühitinin ümumi vəziyyətidir. Məsələn, mühitdəki nisbi 
sabitlik  və  münaqişənin  aşağı  səviyyədə  olması  ümimilikdə 
münaqişənin inisiasiyası üçün maneəli amil ola bilər. Tarixi təcrübənin 
göstərdiyi  kimi,  bu  cür  vəziyyət  o  zaman  baş  verir  ki,  beynəlxalq 
münasibətlərin bu və ya digər sistemli modeli öz yaranma mərhələsini 
keçmiş  və  bir  qayda  olaraq  ən  güclü  dövlətlər  (superdövlətlər) 
qrupunun öz mənafeyini güddüyü iyerarxiya üsulunun mövcüdluğuna 
əsaslanan müvazinətə yetmiş olmuş. Buna misal olaraq, 1923-1929-cu 
illəri  göstərmək  olar  -  həmin  dövrdə  beynəlxalq  sistemin 
Versal-Vaşinqton  modeli  bu  və  ya  digər  dərəcədə  «yerində  möhkəm 
dayanırdı». 
Digər  haharda  beynəlxalq-siyasi  mühitin  (şəraitin)  vəziyyəti 
münaqişə  iştirakçılarından  biri  üçün  əlverişli  şərait,  digəri  üçün  isə 
ciddi çətinliklər yarada bilər. Buna səciyyəvi misal kimi
62 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə