Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə67/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

 
271 
  Şair məhəbbət silsiləsindən olan əsərlərində də 
insanların bir-birinə münasibətlərinin inam və sədaqət 
üzərində qurulmasını dönə-dönə təlqin edir. O göstərir 
ki, ulu, ali və ülvi hiss olan sevgi motivlərinə heç bir 
konyuktura daxil olmasın; heç bir iqtisadi amil, varlı-
kasıb,  arxa-dayaq  məsələləri  onun  hüsnünü  korlama-
sın. Bunu müəllif bir də ona görə vurğulayır ki, qarşı-
lıqlı sevgi-məhəbbət üzərində qurulmayan ailə gec-tez 
pozulmağa,  dağılmağa  məhkumdur.  Ulu  Ələsgər  de-
miş,  iki  könül  bir-birini  tutmasa,  alan  da  yazıqdır, 
gələn  də  yazıq.  Bu  əlbəttə,  heç  də  şairin  bizə  əxlaq 
dərsi verməsi ilə bağlı məsələ olmayıb, öz həyati qə-
naətlərini gerçək qənaətləri kimi təzahür edir. Burada 
heç bir tendensiya, açıq təbliğat yoxdur; yalnız həyati 
gerçəkliyin  obyektiv  təcəssümü  dayanır.  Belə  an-
larda  bizim  tanıdığımız  cavan  şairin  əsərlərində  bir 
növ müdriklik, ağıllı və təmkinli nüanslar görürük ki, 
bütün bunlar oxucunun marağına səbəb olur. Bu mə-
nada aşağıdakı misralar ibrətlidir: 
 
Sevgidən danışma, bəsdi sən Allah,  
Daha xatirəm də əksini anmaz.  
Hərislik odunda yanan ürəklər,  
Həqiqi məhəbbət oduna yanmaz. 
 
Sevgidən danışmaq  
yaraşmır sənə. 
Şəhvətin bürüyüb hissini çənə.  
Daha sədaqətdən dərs demə mənə,  
Korşalan duyğular sevgini qanmaz. 
 


 
272 
  Burada şairin özünün də səmimi etirafını dinlə-
mək mümkündür: 
 
Görən neçə ürək sındırmışam mən,  
Hesaba gəlməyən günahlarım var.  
Bununçün Allahdan mükafat kimi  
Nə qədər əzablı sabahlarım var. 
 
  Bugünkü  şeirimizin  vəziyyət  və  mənzərəsi 
barədə çox dəqiq müşahidəyə əsaslanan şair şeirlərin-
dən birində gözəl demişdir: 
 
Mənim də hardasa günahlarım var,  
Bir kəlmə sözümlə ümid qırmışam.  
Hardasa əzablı sabahlarım var,  
Sinə dağlamışam, qəlb sındırmışam. 
 
İdeal deyiləm, adi insanam,  
Nə şair, nə alim deməyin mənə. 
Çox da ki, çox şeyi bilən, qananam,  
Hər şeyi, hər şeyi bilmirəm yenə! 
 
  Burada  həm  şairin  təvazökarlığı,  həm  də  həqi-
qətən  də  seirin-sənətin  kasadlığı  barədə  söz  özünü 
doğrudur: 
 
Dilimdən çıxmayıb heç bircə kərə  
«Şairəm, aliməm», ya nəyəm sözü,  
«Şair»lə, «alim»lə dolu hər dərə,  
Adam düşünəndə utanır düzü. 
 


 
273 
  Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  bu 
kitabdakı  şeirlərdə  zənnimizcə,  çatışmayan  cəhətlər 
də  mövcuddur. Belə ki, şair  sözləri,  kəlmələri ürəyin 
odlu kürəsində közərtmək üçün heç də əlindən gələni 
tamamilə etmir, bir növ kasadlıq göstərir, ərinir. İstər 
dünya,  istər  vətən,  istərsə  də  məhəbbətə  dair  yazılan 
əsərlərində  bəzən  mövzu,  motiv,  deyim  tərzi,  habelə 
məzmun-mindəricə təkrarlığına yol verilir. Bunlar isə 
öz növbəsində oxucuya pis təsir göstərir, sanki həmin 
təkrarlardan usanır. 
  Ümumiyyətlə,  çox  milli,  əsil  azərbaycanlı 
təfəkkürlü, təxəyyüllü bir qız olan Sona Xəyal bəzən 
fars,  ərəb  və  digər  yabançı  dillərə,  ədəbiyyatlara  bir 
növ  düşünməyə  meyl  göstərir,  bu  hal  xüsusilə  lirik 
növün  janrlarına  və  poetik  vəznlərə  münasibətində 
özünü göstərir. 
2008 


 
274 
 
 
 
 
 
 
 
 
III HİSSƏ 
 
 
MÜASİRLƏRİ 
CƏLAL ABDULLAYEVİN 
XATİRƏLƏRİNDƏ


 
275 
 
USTAD HAQQINDA XATİRƏLƏRİM... 
 
Dedim şeir yazım ona,  
Sonra gördüm yox,  
Doğrusu, yamanca zor bir işdir bu! 
(Zeynal Xəlil) 
 
Mən Mir Cəlalı əvvəllər bir ədib, yazıçı, tənqidçi 
kimi,  bir  az  sonra  bir  müəllim,  ustad  kimi,  daha 
sonralar  isə  dost,  sirdaş  və  insan  kimi  tanıdım  və  bu 
tanışlığı  iki  yerə  bölmək  olar:  qiyabi  tanışlıq,  bir  də 
əməkdaş tanışlığı. Bu iki mərhələnin hər birinin özü-
nəməxsus  gözəllikləri,  orijinallıqları,  təkrarsızlıqları 
vardır. 
Orta  məktəbdə  oxuyan  vaxtlar  onu  yalnız 
kitablardan,  əsərlərdən  tanıyırdım  və  onun  barəsində 
tamam  ayrı  fikirdə  idim.  Yəni,  hələ  həyatın  bərk-
boşunu görməmiş bir şəxs kimi mən özüm xəyalımda 
bir  Mir  Cəlal  obrazı  yaratmışdım.  Bu  obrazı  bir 
rəssamın  yaratdığı  portret-xalçaya  bənzətsək,  onun 
ipi,  ilmələri,  toxumaları,  onların  rəng  çalarları  sanki 
bir  xəyal,  fantaziya,  qeyri-maddi  bir  məfhumdan-
anlamdan  yaranmışdı.  Bu  portret  olduqca  zərif, 
süslənmiş,  əzizlənmiş,  hər  ilməsinə  zər-ziba 
toxunmuş,  kəpənək  qanadındakı  zərifliyi  və  əlvan 
rəngləri xatırladan, bəlkə də əllə toxunulmaz, idrakla 
qavranılmaz,  gözlə  görünməz,  ən  ülvi,  ən  gözəl,  ən 
qüdsi  bir  zirvə  kimi  təsəvvür  olunurdu.  Yadımdadır, 
orta məktəbin dərsliklərində bütün yazıçılar kimi Mir 


 
276 
Cəlal  müəllimin  də  şəklini  verirdilər  və  məşhur  «Bir 
gəncin manifesti»ndən bir parça çap olunurdu. 
Mən  həmin  parçanı  oxuyandan  sonra  və  əsəri 
bütövlükdə  əldə  etməkdən  ötrü  birbaşa  kitabxanaya 
müraciət etmişdim. 
«Düş  aşağı  deyirəm!»  (əsər  ilk  variantlarında 
belə başlanırdı — C.A.) ifadəsi ilə başlanan bu gözəl 
əsər məni ahənrüba kimi özünə elə cəlb etmişdi ki, bir 
neçə  gün  yalnız  onu  mütaliə  etməklə  məşğul 
olmuşdum.  Əsərdə  məni  ən  çox  cəlb  edən  obraz 
balaca  Bahar  olmuşdu.  Hətta  indi,  yaşımın  bu 
vaxtında  da  Baharla  müəllifin  taleyi  arasında,  ədibin 
orta  məktəbdən  duyğularımda  həkk  olunmuş  portreti 
arasında nə isə bir oxşarlıq, yaxınlıq hiss edirəm. Qəti 
fikirdəyəm  ki,  Bahar  surətinin  timsalında  minlərlə 
Baharlarla yanaşı Mir Cəlal bəlkə də daha çox özünü 
ifadə  etmişdir.  Bahar  ədibin  ilk  poetik  yavrusu, 
gözünün  ilkin  odu,  ilkin  ovu  idi.  Əsər  boyu  Baharın 
adı çəkilən sətirlər şeir misralarını xatırladır, melodiya 
kimi  səslənir.  Bu  obrazla  bağlı  səhifələrin  hamısında 
istisnasız  olaraq  nəsr  şeiriyyətə  çevrilir.  Görünür,  elə 
buna  görə  də  sonralar  sevimli  müəllimimin 
yaradıcılığı  barədə  məqalələr  yazanda  da,  həmin 
hisslər məni heç vaxt tərk etməmişdi. 
Mən  ədibin  əsərləri  haqqında  mühakimə 
yürüdərkən, onun şəxsiyyəti ilə bu əsərlər arasında bir 
doğmalıq, yaxınlıq da duyuram. Onun üzündə həmişə 
xoş  bir  təbəssüm,  nə  isə  qeyri-adi  bir  nur,  şəfqət 
örtüyü  var  idi.  Bu  xüsusiyyəti  mən  hələ  o  zamanlar, 
yəni  27-28  il  bundan  əvvəl,  onun  mühazirələrini 
dinlədiyim  ilk  günlərdən  müşahidə  etmişdim.  Duzlu, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə