Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə66/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

 
267 
  Daha  əvvəldə  isə  oxumuşduq:  «Bu  dünyanın 
ən  xoş  səsi,  körpə  səsi,  canlılara  nəfəs  verir  xoş  nə-
fəsi». 
  Şeirin  sonrakı  bəndləri  artıq  siyasi-ictimai  mə-
na kəsb edir, vətənpərvərlik hissinin obrazlı ifadəsinə 
çevrilir. Çünki körpələr sabahın, gələcəyin əsl sahibi, 
vətənin əsl vətəndaşları, qoruyucusu olacaqlar: 
 
Ana Vətən döşlərindən süd əmərək,  
Bu körpələr qoy böyüsün səadətlə.  
Torpağından bəhrələnib bərkiyərək,  
Hazır olsun hər döyüşə, hər zəfərə. 
 
  «Vətən  gecəsi»  adlı  miniatür,  səkkizlik  şeirdə 
şair  uzaq  Praqada  yatarkən  gördüyü  bir  yuxunun 
poetik təsvirini məharətlə verə bilmişdir: 
 
Qatı bir zülmətdə addımlayırdım,  
Deyə bilmərəm ki, çöldü, çəməndi?  
Udduğum hava da, keçdiyim yol da  
Elə bil deyirdi, - bura Vətəndir. 
 
Oyandım, səhərdi, Günəş çıxmışdı,  
Nur səpələnirdi yerə göylərdən.  
Fəqət yuxudakı Vətən gecəsi  
Daha gözəl idi nurlu səhərdən. 
 
  Bu kiçik şeirin, zənnimizcə, elə də geniş izaha-
ta,  təhlilə  ehtiyacı  yoxdur,  hər  şey  aydın  və  gözəl 
ifadəsini  tapmışdır;  röya,  romantik  hissiyyatlar,  ada-
ma cənnət bəxş edən fantaziya öz-özlüyündə nə qədər 


 
268 
gözəl,  nə  qədər  şairanə  olsa  da,  yenə  də  yuxudakı 
Vətən  gecəsi  nurlu  səhərlərdən  də  gözəldir.  Bizcə, 
Vətən  məhəbbətinin  bu  şəkildə  bədii  inikası  daha 
gözəldir,  daha  emosional  və  ibrətlidir,  düşündürücü-
dür.  Lakin  nikbinlik,  ritorikadan  uzaq  olmaq  isə  öz 
yerində. 
  Şairin Vətən mövzusuna həsr etdiyi şeirlərin də 
bəziləri  adlı,  bəziləri  isə  adsızdır,  fərqi  yoxdur, 
onların  hər  birində  Vətən  sevgisinin  müəyyən  bir 
rəngi, çaları, ştrixi öz əksini tapa bilmişdir. Onlardan 
bəzilərinin  adlarını  çəksək,  müəyyən təsəvvür  yarana 
bilər: «Vətən mənə övlad desə», «Getdi», «Körpələr», 
«Vətən  gecəsi»,  «Düyünlərim»,  «Vətənimə  oğul 
gərək»,  «Azərbaycan  bayrağı»,  «Tarixsiz  şeir», 
«Bilən  olmadı»,  «Xəzər»,  «Görmürəm»,  «Vətən», 
«Dindi  ürəyində  şəhidlik  simi»,  «Bahar  gəlib»,  «Ulu 
Türkəm»  və  s.  Bunlardan  birində–  «Düyünlərim» 
şeirində şair ölkəmizin dərd-sərini öz fərdi dünyası ilə 
həmahəng tutaraq yazır: 
 
Dağlara yürüşüm hələ qabaqda, 
Taleylə döyüşüm hələ qabaqda, 
Ən acı gülüşüm hələ qabaqda
Hələ düyünlərim açılmayacaq. 
 
  Qarşımda  Sona  Xəyalın  növbəti  şeirlər  kitabı 
durur.  «Kimsəsiz  bəndəyəm»  adlanan  bu  kitaba  «Aç 
qapını  gəlim,  dünya»  kitabındakı  şeirlərlə  bərabər 
yeni  şeirlər  və  lirik  poemalar  daxil  edilmişdir.  1978-
2008-ci  illəri  əhatə  edən  bu  topluda  şairin  30  illik 
kədəri,  sevinci,  arzusu,  istəyi,  nakam  sevgisi  əks 


 
269 
olunub. 30 ilin hər ilindən bir ağrı-acı, bir təəssüf, bir 
arzu  boylanır.  Əvvəlki  kitabdan  fərqli  olaraq  burada 
bütün şeirlər adsız verilmişdir. Lakin yazılma tarixləri 
qeyd edilmişdir. 
  Kitabda  dünya  və  Vətən  mövzusundan  sonra 
diqqəti çəkən məhəbbət mövzusudur. Şeirlərin böyük 
əksəriyyəti  sevgi-məhəbbət  mövzusunda  yazılmışdır. 
Bunların  çoxu  isə  adsız  şeirlərdir.  Onlar  da  saf, 
səmimi  bir  eşq,  hamıya  sirayət  edən  incə  hisslərlə 
qələmə alınmışdır. 
 
Mən ünvansız bir sevgiyəm, 
ümidim bəlli
nə gümanım. 
Mən yelkənsiz gəmi kimiyəm, 
nə dalğaların gücü çatar 
 
 
məni saxlamağa,nə insanların. 
Mən bir xəyalam 
Gerçəkliyə meydan oxuyan bir xəyal! 
Mən bir vüsal nəğməsiyəm, – sənə qoşulmuş, 
Sənə ünvanlanmış – 
Bir sevgi təranəsiyəm. 
   
  Burada  bir  qədər  bədbin  notlar  olsa  da,  hər 
halda insanı düşündürə bilir; sanki itirilən xoşbəxtlik, 
bəxtəvərlik üçün dərindən kədərlənirsən. 
  Başqa  bir  şeirində  də  itirilmiş,  nisgilli  bir 
məhəbbətdən söhbət açılır: 
 
Mən səninçün 
            ucsuz-bucaqsız dənizdim, sevgi dənizi! 


 
270 
Axına düşüb getdin
 
 geri gəlməyə  üzün olmadı. 
Mən səninçün 
       nəhayətsiz asimandım, 
Məhəbbət asimanı! 
        Havaya qoşub getdin, geri dönməyə 
 
izin olmadı. 
 
  Sona  Xəyalın  şeirlərində  biz  həyatın  özünü 
görürük;  nə  yaxşı  ki,  heç  bir  müstəsnalıq,  heç  bir 
yalançı  pafos,  dəbdəbə,  lap  yaradıcılığının  ilk 
şeirlərindən  belə  onun  diqqətini  cəlb  etməmişdir.  O, 
mümkün qədər adi, sıravi, özünün bilavasitə gördüyü, 
duyduğu,  təsirləndiyi  hadisə  və  insanlardan  yazmağı 
xoşlayır.  Şair  sevgi-məhəbbət  şeirlərində  də  bu  yolla 
gedir;  heç  bir  ideal  eşqdən  söz-söhbət  açmır,  həyati, 
real, təbii hisslərini qələmə alır. O çalışır ki, insanlar 
arasındakı  adi  ünsiyyətdə,  bir-birilə  təmasda, 
yaxınlıqda  belə,  səmimi  bir  istək,  insani  bir 
məhrəmlik  olsun  və  onlardakı  şeiriyyəti,  poeziyanı 
göstərə bilsin: onun qələmindən çıxan bütün şeirlərdə 
biz  Belinskinin  «hər  şey  poeziyanın  predmeti  ola 
bilər,  hər  şeydə  poeziya  var,  onu  yalnız  tapmaq 
gərəkdir»  kəlamının  imkan  daxilində  tətbiqinə  rast 
gəlirik.  Odur  ki,  aşiq-məşuq  arasında,  dost-aşna 
arasında  hər  cür  yalana,  hiyləyə,  saxtakarlığa  qarşı 
məhəbbət  lirikasının  hətta  hissi-  emosional  misraları 
arasından sızıb gələn bir etiraza, tənə və təhrikə də yer 
verildiyinin  əyani  şahidləri  oluruq;  bu  qəbildən  olan 
irili-xırdalı  bütün  yazılarında  müəllif  buna  nail  olma-
ğa cəhd göstərir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə