Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə63/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

 
254 
Doğrudur, Bəxtiyar əsərdə mühüm yer tutur, bir-
birilə mübarizə aparan qütblərdən birinin rəhbəri kimi 
bu  və  ya  digər  hadisəyə  müdaxilə  edir,  münasibətini 
bildirir.  Lakin  əsas  xətt  Cəlalla  bağlıdır.  Cəlalla 
Humayın  məhəbbət  macərası  poemanın əsasını təşkil 
etdiyi  kimi,  əsas  hadisələrin  inkişafı,  bir  sıra 
obrazların  səciyyələndirilməsi  də  məhz  Cəlalla  bağlı 
verilir.  Buna  görə  də  dissertant  Cəlalı  əsərin  baş 
qəhrəmanı hesab edənləri daha haqlı sayır. 
Tədqiqatçının Gəray bəy obrazı ilə mülahizələri 
də yenidir, onun özünə məxsusdur. Müəllifin fikrincə, 
bir mülkədar  kimi onun  öz  əqidəsi var  və  Gəray bəy 
bu  əqidəyə  sadiqdir.  Şair  onun  simasında  iki  cəhəti 
birləşdirmişdir.  Birinci  halda  Gəray  bəy  var-dövləti 
əlindən  alınaraq  çöllərə  salınmış  bir  qaçaq  və  buna 
görə  də  düşmənə  çevrilmiş  keçmiş  mülkədar,  ikinci 
halda isə qızı Humayın taleyini düşünən bir atadır. 
Tədqiqatçı onu da unutmur ki, bir mülkədar kimi 
Gəray bəy firavan və xoşbəxt həyat keçirmiş, bir bəy 
kimi böyük var-dövləti, öz ürəyincə ailəsi, dost-tanışı 
olmuşdur. Sovet hökuməti isə bütün varlılar kimi onu 
da bunlardan məhrum etmişdir. İndi Gəray bəy başqa 
bir adamdır. Öz yaxın adamları ilə dağlara çəkilən bəy 
yeni quruluşun barışmaz düşməninə çevrilmişdir. 
A. Bayramov eyni zamanda Gəray bəydə bir sıra 
işıqlı, insani cəhətlər görür, onu öz əqidəsinə axıradək 
sadiq qalan bir insan kimi təqdim edir.  Özünü Kürün 
sularında  qərq  etməsini  də  onun  məhz  əqidəsinə 
sədaqətinin ifadəsi kimi mənalandırır. 
Bu  bölmədə  əsərin  yazılıb  başa  çatdırılıb-çat-
dırılmaması  və  janrı  barədə  ayrı-ayrı  tədqiqatçıların 


 
255 
fikir və mülahizələrini araşdıran müəllif əsərin özünə 
və  bəzi  faktlara  istinadən  doğru  olaraq  belə  qənaətə 
gəlmişdir ki, «Komsomol poeması» süjet xətti, hadisə 
inkişafı, insan xarakterlərinin açılması, xalq həyatı və 
məişətinin geniş lövhələrinin yaradılması baxımından 
bitkin  bir  əsər  kimi  mənzum  roman  janrının  tələb-
lərinə cavab verir. 
Bu  fəslin  «Müasir  mövzu  və  insan  problemi» 
adlı  bölməsində  şairin  epik  səpgidə  qələmə  aldığı 
«Aygün»  poeması  barədə  danışılır  və  təəssüflə  qeyd 
edilir  ki,  bu  əsərin  nəşrindən  sonra  Səməd  Vurğuna 
qarşı  yeni  ittihamlar  irəli  sürülmüşdür.  Bütün  bu 
məsələlərə  son  vaxtlar  üzə  çıxarılmış  sənədlər 
əsasında aydınlıq gətirilir. 
III  fəsil  «Səməd  Vurğun  yaradıcılığında  müha-
ribə və insan» adlanır. Bu fəslin «Müharibə və tragik 
kolliziyalar»  adlı  ilk  bölməsində  şairin  Böyük  Vətən 
müharibəsinin  ilk  günündən  sonuncu  gününə  qədər 
əməli  fəaliyyəti  və  ədəbi  yaradıcılığı  işıqlandırılır, 
onun  həmin  illərdə  həm  bir  vətəndaş,  həm  də  şair 
kimi öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə 
gəldiyi göstərilir. 
Səməd  Vurğun  müharibə  dövründə  yazdığı 
əsərlərdə  müharibəyə  fəlsəfi  baxışlarını  da  bildirmiş-
dir. Şair bu cür fəlakətlərə son qoymağın gərəkliliyini 
xüsusi qeyd edirdi. Buna görə də o, müharibə səhnələ-
rinin geniş təsvirini verən əsərlər üzərində düşünməyə 
başladı. 
Şairin bu yöndə yaradıcılığı «Müharibənin fəlsə-
fi  dərki  və  «İnsan  pyesi»  adlı  bölmədə  şərh  olunur. 
Bölmədə şairin yaradıcılığında müharibəyə fəlsəfi ba-


 
256 
xış,  xeyirlə  şərin  mübarizəsi  nəzərdən  keçirilir, 
«İnsan»  pyesi  təhlil  olunur.  Burada  müəllifin  nata-
mam  «Hürmüz  və  Əhrimən»  adlı  dramatik  poeması 
haqqında  tədqiqatçının  mülahizələri  verilir,  eyni 
zamanda əsərin  yazılıb başa çatdırılmaması  səbəbləri 
araşdırılır. 
Şairin  «İnsan»  pyesi  ilk  dəfə  1945-ci  ilin 
noyabrında,  ikinci  dəfə  1974-cü  ilin  fevralında 
tamaşaya qoyulmuşdur. Dissertasiyada hər iki tamaşa 
ilə  bağlı  mətbuatda  dərc  olunmuş  məqalələr 
araşdırılmış,  onlara  münasibət  bildirilmişdir.  Eyni 
zamanda  şairin  üzərində  bir  neçə  dəfə  işlədiyi, 
dəyişikliklər,  əlavələr  və  ixtisarlar  etdiyi  ilk  makina 
nüsxəsi  tədqiqata  cəlb  olunmuş,  bunun  əsasında 
«İnsan»ın  nəşr  olunmuş  variantı  ilə  müqayisələr 
aparılmışdır.  Əsərin  ümumi  ideyasına,  ayrı-ayrı 
obrazların  daha  obyektiv  səciyyələndirilməsinə  və 
müəllif  qayəsinə  (habelə  vaxtilə  əsər  barədə  yanlış 
mülahizələrin təkzibinə) müəyyən təsiri olduğu nəzərə 
alınaraq monoqrafiyada bu mənbə haqqında məlumat 
verilmişdir. 
IV  fəsil «Bədii obraz  yaradıcılığında  millilik və 
ümumbəşəriliyin vəhdəti məsələsi» adlanır.  
Fəslin  «Problemə şairin elmi-nəzəri  baxışı»  adlı 
bölməsində Səməd Vurğunun ədəbiyyatda və sənətdə 
millilik  və  ümumbəşərilik  məsələləri  barədə  elmi-
nəzəri  fikirləri  şərh  olunur,  bununla  əlaqədar  onun 
məqalə  və  çıxışları,  xüsusən son vaxtlar  əldə edilmiş 
materiallar  tədqiq  edilir.  Xüsusi  olaraq  göstərilir  ki, 
şair  bütün  həyatı  boyu  mənsub  olduğu  xalqın 
təəssübünü  çəkmiş,  onu  hər  bir  hücumdan  qorumağa 


 
257 
çalışmış,  sözün  həqiqi  mənasında  alovlu  bir  vətən-
pərvər olmuşdur. 
Bu  bölmədə  Səməd  Vurğunun  millilik  və 
ümumbəşəriliklə  bağlı  elmi-nəzəri  irsi  tədqiqata  cəlb 
edilmiş, şairin 1953-cü ildə Moskva mətbuatında dərc 
olunmuş  «Böyük  sənət  məsələləri»  və  «Şairin 
hüquqları»  məqalələrinə  xüsusi  diqqət  yetirilmişdir. 
Burada qeyd olunur ki, Səməd Vurğunun adı çəkilən 
məqalələrdə  bir  sıra  fikirləri  dövr  üçün  yeni  oldu-
ğundan birmənalı qarşılanmamış, mübahisələrə səbəb 
olmuşdur.  Şairin  fikirlərinə  qarşı  yönəlmiş  məqalə-
lərdən  biri  –  tənqidçi  Y.Qorbunovanın  «Sosializm 
realizminin  bəzi  nəzəri  məsələləri  haqqında»  məqa-
ləsi,  habelə  Səməd  Vurğunun  «Mənim  Qorbunovaya 
cavabım» (əlyazması) adlı qeydləri təhlil edilmişdir. 
Bu  fəslin  «Vətənpərvərlik  poeziyası  millilik  və 
ümumbəşərilik 
kontekstində» 
adlı 
bölməsində 
sənətkarın  doğulduğu,  boya-başa  çatdığı  yerlərdən 
məhəbbətlə  danışmasını, öz  əsərlərində  doğma  yurdu 
xatırlamasını çox təbii hal kimi qəbul edən tədqiqatçı 
yazır  ki,  Səməd  Vurğun  üçün  «Vətən»  Kür  qırağın-
dan,  Qarayazı  meşəsindən,  «dolaylarında  bahar  çağı 
gəzdiyi» dağlardan, «göylərə baş çəkən Göyəzən»dən, 
nakam  anası  Məhbub  xanımın  tapşırıldığı  torpaqdan, 
atası  Yusif  ağanın  yanıqlı-yanıqlı  saz  çaldığı  evdən 
başlayır.  Tədqiqatçı  onu  da  qeyd  edir  ki,  şairin  öz 
«kiçik Vətən»inə məhəbbəti bütün ömrü boyu davam 
etmiş,  o,  yaradıcılığının  müxtəlif  mərhələlərində 
doğma yerləri anmışdır. 
Monoqrafiyada belə bir fikir əsaslandırılır ki, Sə-
məd  Vurğunun  bu  mövzuda  şeirləri  bəzi  tədqiqat-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə