Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

 
262 
Bu yolların tozunu, torpağını  
Yığmışam gözlərimə.  
aça bilirəm,  
nə yuma bilirəm gözlərimi. 
               * * * * * 
Gözlərimi açımmı, yumummu?  
Bilmirəm, Allah! Bir yeni dünya yarat!  
Götürüm bu toz-torpağı,  
yumum gözlərimi,  
gedim bu dünyadan.  
Aparım dünyanın dərdini, 
  
 
 
kədərini. 
 
  Şeirin  son  misraları  şairin  arzularının  işığını, 
insanlara  xeyirxah  duyğularını  daha  dolğun  bir  nik-
binliklə ifadə edir. Ulu Tanrıya  ünvanlanan  misralara 
baxın: 
Bu kədərin yerinə  
insanlara sevinc yaz!  
Bəlkə... 
Xalqıma da pay düşə bir az. 
 
«Bu  dünya»  adlı  şeirdə  də  arifanə  deyilmiş 
misralar, aforizm kimi səslənən məqamlar vardır: 
 
Dünyanın oyunu hey uzanacaq,  
Nadan hər gedişdə xal qazanacaq.  
Namərd pərqu üstə hey nazlanacaq,  
Mərdi xalı üstdə görməyəcəksən! 
 


 
263 
  Eyni  məna  və  məzmunu  digər  şeirlərdə  də 
göstərmək  olar.  Xalq  şairi  M.Arazdan  gətirdiyi  məş-
hur  «Mən  belə  dünyanın  nəyindən  küsüm»  epiqraf 
misrası ilə başlayan «Nə dünyadı bu, görəsən»də oxu-
yuruq: 
 
«Kişiyəm» - deyəndə qeyrət görmürəm,  
«İnsanam», - deyəndə cürət görmürəm,  
Uşağın üzündə heyrət görmürəm.  
Nə dünyadı bu, görəsən? 
 
pisliyim keçib bircə kimsəyə,  
Nə borcum var, bir daşa, bir kəsəyə,  
Dərd yığıram içimdəki kisəyə,  
Nə dünyadı bu, görəsən. 
 
  Sona  Xəyalın  şeirlərində  bizim  klassik  poetik 
ənənələrimiz  heç  vaxt  inkar  edilmir,  əksinə,  ona 
arxalanaraq yeniliyə meyl güclü surətdə zühur edir. 
 
Bu dünyanın sevinc üzü, qəm üzü var
Bu qəmin də həm astarı, həm üzü var,  
Bu dünyadan dünyalara yollar gedir,  
Bu yolların əpəyrisi, dümdüzü var. 
 
Dərdlərimiz tökülməyib, ələkdədir,  
Bu millətin böyük dərdi bələkdədir,  
Demə dünya bir ahəngdə, bir rəngdədir,  
Bu dünyanın gecəsi var, gündüzü var. 
 


 
264 
  Göründüyü  kimi,  bu  misralarda  Qurbani, 
Abbas Tufarqanlı, Ələsgər sənətinin xeyirxah təsiri ilə 
yanaşı  gənc  şairin,  hər  halda  gələcəyə,  tərəqqiyə, 
müasirliyə  güclü  meyli  də  duyulur;  yəni  müəllif 
dünyanın  dolanbac,  enişli-yoxuşlu  yollarını,  bu 
yolların 
əyrisini-düzünü, 
dünyanın 
gecəsini- 
gündüzünü  də  göstərməklə  demək  istəyir  ki,  hər  bir 
arif,  aqil  adam  bunlardan  ağılla,  idrakla  faydalana 
bilər. Başqa sözlə desək, şeirdə təlqin edilən əsas fikir 
bundan  ibarətdir  ki,  insanlar  həyatı,  varlığı,  dünyanı, 
zamanın tələblərini yaxşı düşünməli, əməli gələcəyini 
dürüst  müəyyənləşdirməlidir.  İnsan  hər  şeyə  açıq 
gözlə  baxmağı  bacarmalıdır.  Yoxsa  axına  düşüb 
getməyin çıxılmaz burulğanları vardır; onlara düşmək 
asandır, xilas olmaq isə çətin, lakin Sona Xəyal bütün 
bu  yolları  nəsihət,  moizə  oxumaq  yolu  ilə  deyil, 
ənənələrin  mahiyyətinə  varmaq,  onu  əsaslandırmaq 
yolu ilə gedir: 
 
Biz dünyanı anlayanda gec idi,  
Özümüzü danlayanda gec idi.  
Qonşuların toyuqları banladı,  
Bizim xoruz banlayanda gec idi. 
Haqqa gedən yolumuzu bağladıq,  
Dost toyunda vay qoparıb ağladıq,  
Tikəmizin yavanını dost yedi,  
Yağlısını düşmənlərə saxladıq. 
 
  Şairin  çoxsaylı  şeirləri  içində  vətən  mövzusu 
da önəmli yer tutur. Elə buna qədər haqqında danışdı-
ğımız  dünya  silsiləsindən  olan  əsərlərdə  də  ana 


 
265 
vətənimiz  dünya  kontekstində  onun  bir  hissəsi  kimi, 
üzvi-tərkib parçası kimi iştirak etməkdədir. Çünki şair 
planetin  dərdini  düşünəndə,  şübhəsiz,  ilk  növbədə 
mənsub  olduğu  ölkəni,  doğma  xalqını  düşünməyə 
bilməz. 
  Vətən  silsiləsindən  olan  əsərlərin  leytmotiv-
lərini təşkil edən poetik ənənələr, adətən, vətənimizin, 
onun  təbiətinin  vəsfi,  tərifi  və  tərənnümü  şəklində 
zühur  etsə  də,  daha  dərinə  getdikcə,  təhlili  analitik 
səpgidə araşdırdıqca hiss olunur ki, bunlar heç də işin 
mahiyyətini  tamamilə  ehtiva  etmir.  Şairin  «Vətən 
mənə  övlad  desə»  adlı  şeirini  təhlilə  çəksək,  bunları 
təsbit edən çoxlu amillər tapmaq mümkündür: 
 
Hanı torpağım tək gülüstan, hanı?  
Hər yanan ocağın həyat dastanı!  
Vətənsiz ürəkdən vəfa gözləmə,  
Vətənçin yananı közündən tanı. 
 
Ürəyim bağlanmaz bir an yad yerə,  
Yormaz məni Vətən: olsa dağ-dərə.  
Desələr dəyişək, bircə daşının  
Əvəzi cənnətsə, yenə vermərəm. 
 
  Misralardan  aydın  olur  ki,  şair  heç  də  Vətənin 
tərənnümünü verməklə kifayətlənməmiş, onun mahiy-
yətində,  ipində-arğacında  böyük  bir  vətən  qeyrəti, 
vətəndaş  təəssübü  əbədiləşdirilmişdir.  Bəzi  şeirləri-
mizdə olduğu kimi burada ritorikaya, sözçülüyə qapı-
laraq,  əsl  mahiyyəti  bir  yana  ataraq  boş-boş  təriflərə 


 
266 
uyulmur;  məram,  istək,  arzu  birbaşa  öz  ifadəsini 
tapmış olur: 
 
Arzusuyla, istəyiylə isindim,  
Vətən yalnız onu sevən kəsindir.  
Mən Vətəni anam deyib çağırdım,  
Vətən mənə övlad desə, bəsimdir. 
 
Şeirdə şair Məmməd Arazın açıq təsiri sezilsə də 
(bunu müəllif epiqrafda da etiraf edir), əsər bütövlük-
də yaxşı təsir bağışlayır. 
  Əlbəttə,  zaman  keçdikcə  şairin  sənətkarlığı, 
müşahidələri  gücləndikcə  öz-özünə  qarşı  tələbkarlığı 
da  artır,  təsvirin  bütövlüyü,  sözün  bədii  siqləti 
artdıqca  şeirdə  məna  da,  məzmun  da,  hətta  forma  da 
get-gedə  kamilləşir.  Şairin  elə  əsərləri  də  var  ki, 
onlarda  elə  bil  ki,  söhbət  tamam  başqa  şeydən  gedir 
və  bunun  vətənpərvərliklə  birbaşa,  bilavasitə  əlaqəsi 
yoxdur, lakin bir qədər yaxşı düşünəndə aydın olur ki, 
elə  bunun  özü  də  vətənpərvərlik  deməkdir.  Məsələn, 
«Körpələr»  əsərində  olduğu  kimi.  Burada  söhbət 
əvvəldən  axıra  körpə,  məsum,  hələ  həyatın  bərk-
boşunu  görməmiş,  başqa  bir  şair  demiş,  «Beşikdəki 
quş  yuxulu  körpələr,  nəfəsləri  gül  qoxulu 
körpələr»dən gedir və onlar nə bilir ki dünyada nələr 
var, onları gələcəkdə nələr gözləyir: 
 
Evimizin yaraşığı körpələrdir,  
Ömrümüzün ağ işığı körpələrdir.  
Qoy oxşasın könlümüzü bu yaraşıq,  
Ömrümüzə nur çiləsin bu ağ işıq. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə