Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

 
277 
şirin və mənalı, sağlam bir gülüşlə, günəş hərarəti ilə 
dolu  əsərlərini  sevə-sevə  oxuduğum,  özümün  uşaq 
təsəvvürümdə  istədiyim  şəkildə  canlandırdığım 
sevimli  ədibin  indi  üzünü  görür,  səsini  eşidirdim. 
Sıralar  arasında  yavaş-yavaş  yeriyərək  hərdənbir 
dayana-dayana  dediyi  «ədəbiyyat  ədəb  sözündəndir» 
kəlamını  huş-guşla  dinləyər,  təzadlı  hisslər,  duyğular 
keçirərdim. 
Yadımdadır, bir dəfə  universitetdə  «Azərbaycan 
romanının  yaradıcılıq  problemləri»  mövzusunda 
keçirdiyimiz  müzakirədə  gənclərdən  biri  hissə 
qapılaraq,  ötkəmcəsinə  kənd  mövzusunda  yazılmış 
bütün  romanların  üstündən  asanlıqla  xətt  çəkdi.  O 
zaman  müzakirəyə  yekun  vuran  Mir  Cəlal  bir  xalq 
məsəlini həmin gəncə lap yerində xatırlatdı: «Minbərə 
bir qəpik xərci çıxmayan, elə zənn edər ki, göbələkdir, 
yerdən baş qaldırıb».   
Mir  Cəlal  həmişə  müstəsnalıqdan,  təmtəraq  və 
uydurmadan  saqınaraq  mümkün  olduqca  təbii,  adi 
hadisələri qələmə alır ki, bu da onun əsərinin həyatla 
yaxından  səsləşməsini  təmin  edən  bir  amil  kimi  üzə 
çıxır.  Ədib  özü  bir  dəfə  belə  bir  maraqlı  əhvalat 
danışdı:«Müharibənin  ağır  günlərində  respublika-
mızın kəndlərindən bir nəfər qoca kişi yanıma gələrək 
mənə  dedi  ki,  sən  mənim  oğlumu  yaxşı  tanıyırsan. 
Çox  təvəqqe  edirəm,  onun  indi  harada  olduğunu,  nə 
etdiyini  öz  dilinlə  mənə  danışasan.  Mən  çox  and-
aman  elədim  ki,  əmi,  sizin  oğlunuzu  mən  haradan 
tanıya  bilərəm,  birdən-ikidən  sizi  yaxud,  oğlunuzu 
görmüşəmmi?  Onda  qoca  qoltuq  cibindən  qat 
kəsilmiş,  oxunmaqdan  sürtülmüş,  bəzi  yerlərinin 


 
278 
yazısı getmiş bir qəzet çıxararaq dedi: «Budur, burada 
yazıbsan  ki!»  Mən  işin  nə  yerdə  olduğunu  anlayaraq 
qocaya  ürək-dirək  verib  yola  saldım.  Doğrudan  da, 
həmin qəzetdə mənim cəbhə həyatından bəhs edən bir 
hekayəm dərc olunmuşdu. Orada təsvir olunmuş gənc 
döyüşçünü qoca öz oğlu bilmişdi». 
Mənim  Mir  Cəlal  müəllimlə  tanışlığımın  bütün 
mövcudluğu  ərzində  belə  qərara  gəldim  ki,  istedadlı 
adamlar heç zaman paxıl olmur, dargöz olmur, əksinə, 
onlar  adamların  hamısını  istedadlı  hesab  edirlər. 
Yadımdadır,  bizim  tanıdığımız  adamların  ən  zəifi, 
bilik, düşüncə etibarilə ən miyanəsi barədə Mir Cəlal 
müəllimin fikri belə idi: «Qardaş, mən sənin qələminə 
bələdəm,  dissertasiya  işini  niyə  tamamlamırsan?». 
Xüsusilə,  namizədlik  dissertasiyalarına  Mir  Cəlal 
müəllimin  özünün  ayrıca  münasibəti  var  idi.  Elə  ki, 
görürdü  biz  düşmüşük  dissertantın  üstünə,  bunu 
düzəlt,  bunu  belə  et,  bunu  elə  et  və  s.,  dərhal  işə 
qarışar  və  deyərdi:  «Ə,...  nə  düşmüsüz  bu  yazığın 
üstünə!  Namizədlik  elmin  ilk  addımıdır,  əyər-
əskiklərin  olması  təbiidir.  Doktorluq  başqa.  Onda  nə 
qədər istəyirsiniz, qılıncınızı siyirərsiniz». 
Mir  Cəlal  müəllim  elmi  ümumiləşdirməni  çox 
sevərdi;  başqalarının  aylarla,  bəzən  hətta  illərlə  gələ 
bilmədiyi elmi nəticəni bir söhbət əsnasında müvafiq 
bir  məqamda,  elə  asanlıqla,  elə  inam  və  məntiqlə 
ifadə  edərdi  ki,  biz,  onun  həmkarları,  keçmiş 
tələbələri, onun müdrikliyinə heyran qalardıq. 
Onu  təəccübləndirmək  mümkün  deyildi.  Bir  də 
görürdün ki, bir münasibətlə dəridən-qabıqdan çıxan, 
özünün  «elm-ürfan  əhli» olduğunu sübuta çalışan bir 


 
279 
gənc  haqqında  bircə  kəlmə  ilə  elə  bir  həqiqəti  ifadə 
edirdi  ki,  həmin  şəxs  çətin  ki,  bir  də  təkəbbürə, 
lovğalığa  qapılsın. Mir Cəlal  müəllim öz tələbələrinə 
və 
ümumiyyətlə, 
həmkarlarına 
bir 
tənqidçi, 
ədəbiyyatşünas  kimi  bir  məramı  yorulmadan  təbliğ 
edirdi:  «Yazıçı  nədən  yazıb,  nəyi  yazıb,  yox,  necə 
yazıb  problemini  ön  plana  çəkmək  lazımdır».  Hətta 
Mir Cəlal müəllim bu fikirdə idi ki, heç də bütün şair, 
nasir  və  dramaturqların  hamısının  ədəbi  irsi 
sənətkarlıq dissertasiyasının mövzusu ola bilməz. 
«Qardaş,  hər  hansı  yazıçı  sosioloji,  ideoloji, 
məzmun  aktuallığı,  problematika  müasirliyi  nöqteyi-
nəzərindən  nə  qədər  məqbul  sayılsa  da,  poetika, 
sənətkarlıq  baxımından  qüsurlu  görünə  bilər.  Elə 
şəxsiyyətlərin  sənətkarlığından  doktorluq  yazmaq 
lazımdır ki, onun bədii irsi kimi sənətkarlıq sirləri də 
əzəmətli  olsun,  ədəbi  məktəb  səviyyəsinə  qalxmış 
olsun.  Məs.,  Nizami,  Füzuli,  C.Məmmədquluzadə, 
M.Ə.Sabir  və  i.a.  Çünki  onların  poetikasını  öyrən-
məyin  özü  hər  hansı  bir  mərhələnin  sənətkarlığını, 
onun  dövründə  yaşamış  onlarla  yazıçının  da  sənət-
karlığını öyrənmək deməkdir». 
Mir  Cəlal  müəllim  filoloji  təhlildə  konkretliyi 
çox  sevirdi.  Bədii  materialla  təsbit  olunmayan, 
söylənilən  mülahizələrin  illüstrasiyasını  lazımınca 
verməyən  tənqid  haqqında  onun  fikri  həmişə  mənfi 
idi.  Bu,  ondan  irəli  gəlirdi  ki,  ədib  o  zamankı 
tənqiddəki  difirambları  çox  görmüşdü,  qərəzli 
tənqidləri  çox  eşitmişdi.  Belə  hallarda  o  çox  əsəbilik 
keçirər və deyərdi ki, gedək dərsimizi deyək, qardaş, 
bu  cəfəngiyyatı  o  yana  at!  Mir  Cəlal  müəllim 


 
280 
qəlizliyi,  elmi  hoqqabazlığı,  «dərindir,  ona  görə  də 
çətin  qavranılır»  deyənləri  əsla  sevməzdi  və  deyərdi: 
«Qardaş, bunu adam dilində de, görüm, nə deyirsən». 
Bir  dəfə  nə  münasibətləsə  Mir  Cəlal  müəllim 
dedi  ki,  qardaş,  bizim  bəzi  yazıçılar  Səmədin 
sağlığında  deyirdilər  ki,  guya  onların  şöhrətlərinə 
Vurğunun istedadı, nüfuzu mane olur. Guya o olmasa, 
çoxlu  bayraqdarlar  çıxıb  Azərbaycan  şeirinin 
bayrağını yüksəklərə qaldırarlar. Bəs nə oldu? Səməd 
düz  neçə  illərdir dünyasını dəyişib, bəs bu  müddətdə 
necə oldu ki, bir yazıçı meydana gəlib, o yerdə qalmış 
bayrağı  qaldırmadı?  Qardaş,  bunların  hamısı  boş 
söhbətlərdir.  Səməddən  sonra  nəinki  bir  nəfər,  hətta 
bütün  yazıçıların  hamısı da  yığılsa,  Səmədin poeziya 
bayrağını  qaldıra  bilməzlər,  çünki  Səmədi,  Mirzə 
Cəlil demiş, zamana özü yaratmışdı. 
 
1998 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə