Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə70/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   66   67   68   69   70   71   72   73   74

 
285 
 
O, ÇOX AĞILLIYDI,  
HƏM DƏ MEHRİBAN 
 
Gör necə söndü bir zəka çırağı,  
Gör necə bir ürək dayandı birdən! 
 
  Mən  orta  boylu,  dolu  bədənli,  sevimli 
müəllimimiz  akademik  M.C.Cəfərovu  xatırladan, 
üzündə  daim  xoş  təbəssüm  olan,  zahiri  görkəmindən 
nikbin, dərdsiz  görünən, sadə geyimli, qəşəng saçları 
daim geriyə daranmış bir nəfər tələbə ilə 1955-ci ildə 
tanış  olmuşam;  bu,  indi  haqqında  ürəkdən  gələn, 
səmimi  xatirələrimin  həsr  olunduğu  Firidun  Cəlal 
oğlu Hüseynovdur. 
Tanışlığımızın  tarixçəsi  belədir:  Mən  fakültədə 
TEC-in sədri kimi artıq son kursa keçdiyimdən tələbə 
qurumunun  sədrliyi  bizdən  üç  kurs  aşağıda  oxuyan 
Firidun  Hüseynova  verildi;  elə  həmin  gündən  də 
bizim  hələlik  rəsmi,  bir  qədər  də  quru  tanışlığımızın 
əsası  qoyuldu.  Sonralar  mən  çox  illər  boyu  onunla 
həmkar,  yoldaş  və  bir  az  da  dost  kimi  bir-birimizin 
sirli-soraqlı  dünyasına  daxil  olmağa  başladıq;  günlər 
keçdikcə biz bir-birimizi daha yaxından tanıdıq və nə 
yaxşı ki, aramızda demək olar ki, heç bir giley-güzar, 
umu-küsü, qeybət, həsəd və paxıllıq baş vermədi. Nə 
yaxşı ki... 
Əksinə, sonra keçirdiyimiz ağrılı-acılı və həm də 
şən günlərimiz həmişə Firidunun gülüşləri, xoş təbəs-
sümü,  ağıllı,  məntiqli,  təhtəlşüur,  sətiraltı  mənalarla 


 
286 
dolu  olan  sözləri,  kəlamları  ilə  müşayiət  olundu.  Nə 
yaxşı ki... 
Firidun  çox  ağıllı,  müdrik,  cavanlığında  filosof-
laşan, həm özündən cavanların, həm yaşıdlarının, həm 
də  yaşlıların,  necə  deyərlər,  atası,  babası  sinnində 
olanların,  hətta  bir-birinin  qanını  içməyə  hazır  olan 
bəzi ağsaqqalların da dostu, munisi, yarı idi; hər hansı 
bir  problemin  həllində  Firidunun  şəxsiyyəti,  qılığı, 
mehribanlığı  həlledici  rola  malik  idi.  Bir  dəfə 
fakültəmizdə  dekan  seçkilərinə  hazırlıq  gedirdi:  necə 
deyərlər,  fakültə  iki  düşmən  cəbhəyə  bölünmüşdü, 
lakin elə ki, Firidunun adı ortaya gəldi, hər iki tərəf ağ 
bayraq  qaldıraraq  onun  şəriksiz  namizədliyini  irəli 
sürdülər. 
  Firidunda  vəzifəpərəstlik,  karyerist  deyilən 
hisslər  yox  idi;  vəzifə  ona  yox,  o  vəzifəyə  həmişə 
zinyət,  yaraşıq  olmuşdu.  O,  adi  sıravi  müəllimlikdən 
dekanlığa,  ADU-nun  partiya  komitəsinin  üzviliyinə, 
elmi  şuraların  tərkibinə  və  s.  və  i.a.  yüksəlmiş,  bir 
dəfə  də  olsun  özünü  dartmamış,  lovğalanmamışdır. 
Nə yaxşı ki... 
Deyirlər,  o  kəslər  komik,  zarafatcıl  ola  bilərlər 
ki, onlar başqalarından mənən uca,  yüksək, bilikli və 
zəngin  olsun.  Firidun  da  məhz  belə  adamlardan  idi. 
Onun gülüşü boş, mənasız, ünvansız olmurdu. Həmişə 
düşündürücü,  dolğun,  nəyə  isə,  hansı  dərin  mətləbə 
isə  arxalanan  bir  gülüş  idi.  Şübhəsiz,  bu  işdə  onun 
daim  tədqiqat  apardığı  gözəl  bir  sahənin  –«Molla 
Nəsrəddin» məktəbinin də az əhəmiyyəti olmamışdır. 
Lakin necə deyərlər, quyuya su tökməklə sulu olmaz. 
Firidun  fitrətən  filosof  idi,  fitrətən  filoloq  idi;  onun 


 
287 
özünün  təbiətində,  xilqətində  insan  zəkasının  bir  çox 
istiqamətləri  çox  təbii  birləşmişdi,  sintez,  vəhdət 
təşkil etmişdi, ahəngdarlıq yaratmışdı. 
Firidun  Hüseynov  çox  böyük  zəhmətkeş, 
fanatikcəsinə elm fədaisinə çevrilmiş bir insan idi. O 
öz  söhbətlərində  tez-tez  böyük  əruzşünas  Əkrəm 
Cəfərə  istinadən  deyirdi  ki,  hər  şeyin  fədaisi  olduğu 
kimi,  gərək  elmin  də  fədaisi  olasan;  dünyada  elə 
məxluqlar  var  ki,  onlar  bir  işığın,  şamın,  lampanın 
ətrafında  fırlanır,  lakin  ona  yaxın  gəlmirlər,  pərvanə 
isə  şamın  ətrafında  fırlana-fırlana  qalmır,  o  özünü 
birbaşa  alova  çırparaq  məhv  olub  gedir.  Və  elm  də, 
elm adamı da belə olmalıdır. Doğrudan da, Firidunun 
bütün  həyatı,  ömür  yolu  həmin  alimin  dediyi 
pərvanəni  xatırladır.  Onun  üçün  elmdə  dar,  məhdud 
bir  sahə,  sərhəd  yox  idi.  O,  klassikanı  da,  xüsusilə, 
klassik  poeziyamızı  da,  XX  əsr  ədəbiyyatını  da, 
müasir  ədəbiyyatımızı  da  eyni  səriştə  ilə,  eyni  ürək 
yanğısı  ilə  tədqiq  və  təbliğ  edirdi:  Nizami,  Füzuli, 
Xətai,  Vaqif,  M.F.Axundov,  C.Məmmədquluzadə, 
M.Ə.Sabir,  M.Sijimqulu,  böyük  mollanəsrəddinçilər 
ordusu 
və 
neçə-neçə 
çağdaş 
yazıçılarımızın 
yaradıcılığı onun tədqiqat obyekti idi. 
Firidundakı  çoxşaxəli  və  çoxsahəli  istedadı  ilk 
dəfə  kəşf  edən,  ondakı  zəngin  potensialı  üzə  çıxaran 
hamımızın  sevimli  müəllimi  Mir  Cəlal  oldu.  O, 
Firuduna  o  qədər  bağlanmışdı,  o  qədər    vurulmuşdu 
ki,  aralarındakı  yaş  fərqinə  baxmayaraq  onu  öz 
həmkarı,  yaşıdı  hesab  edirdi:  neçə-neçə  kitab  və 
məqalələrini  Firidunla  şərikli  işləyirdi.  Hər  ikisinin 
iştirakı  ilə  araya-ərsəyə  gəlmiş  «XX  əsr  Azərbaycan 


 
288 
ədəbiyyatı  tarixi»  fundamental  dərslik  dediklərimizə 
əyani sübut ola bilər. Hələ 1966-cı ildə kafedranın və 
respublikanın  digər  ali  məktəblərinin,  alimlərinin 
birgə  kollektiv  əməyi  ilə  yaranan,  yenə  də  təməli 
səciyyə  daşıyan  «Azərbaycan  sovet  ədəbiyyatı» 
dərsliyi  də  Firidunun  bənzərsiz  elmi  və  təşkilatçılıq 
fəaliyyətinin  nəticəsi  idi.  Deməli,  Mir  Cəlal  müəllim 
həmin  kitabın  redaktorluğunu  Firiduna  tapşırmaqda 
çox  böyük  uzaqgörənlik  etmişdi.  Bu  kitabın  necə 
çətinliklə  yaranması  bizim  nəslin  gözləri  önündə  baş 
vermişdi.  Yadımdadır,  APİ-nin  dosenti  Kamal 
Qəhrəmanov  hər  dəfə  söz  verib,  lakin  öz  yazacağı 
bəhsləri  müxtəlif  bəhanələrlə  yubandırırdı.  Hər  dəfə 
Firidun özünə xas ərkyanalıqla Kamal müəllimin qızıl 
saatını  qolundan  açaraq  ona  deyirdi  ki,  bəhsləri 
gətirməsən,  saatı  sənə  qaytardı  yoxdu.  Və  çox 
çəkmədən  Kamal  Qəhrəmanov  öz  bəhslərini  gətirdi. 
Firidun,  ümumiyyətlə,  çox  işləyirdi,  necə  deyərlər, 
canına  qəsd  edirdi.  Mən  bunun  canlı  şahidi  kimi 
deyirəm: 
universitetin 
nəhəng 
binasından 
(İstiqlaliyyət,  6)  hazırda  çalışdığımız  binaya 
fakültənin  köçürülməsində  Firidun  nələr  çəkdi, 
deməklə  onu  ifadə  etmək  mümkün  deyil.  Onun 
bacarığı,  rəhbərliyi,  işgüzarlığı  sayəsində  o  zamanlar 
filfakın  binası  sayılan  indiki  korpusun  auditoriyaları 
insanı  valeh  edirdi,  otaqlar  par-par  parıldayırdı. 
Koridorlar, otaqlar insanı cəzb edirdi. Eyni standartda 
çəkilmiş,  gözəl  çərçivələrə  salınmış  klassik,  müasir 
rus,  Azərbaycan,  habelə  dünya  ədəbiyyatının  şeir-
sənət korifeylərinin şəkilləri kafedraların, koridorların 
bəzəyinə çevrilmişdi. Hanı indi onlar? 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə