Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

 
258 
çıların  qeyd  etdiyi  kimi,  şəhərin  kəndlə  qarşılaş-
dırılması,  sonuncuya  üstünlük  verilməsi  deyil.  Şairin 
«kənd  həsrəti»,  doğma  yerlərə  məhəbbəti  onun 
ümumən Azərbaycana məhəbbətinin tərkib hissəsidir. 
Bunu həmin şeirlərin hər bir misrasında görən müəllif 
onun  1929-cu  ildə  Moskvada  qələmə  aldığı  «Vətən 
həsrəti»,  «İnqilab  yurdu»  və  «Konsert  axşamı» 
şeirlərini, habelə «Həsrət» şeirini bu yöndə təhlil edir. 
S.Vürğunun məhz yaradıcılığının ilk dövrlərində 
qələmə  aldığı  «Şəki»,  «Çiçək»,  «Dilican  dərəsi», 
«Bizim  dağların»,  «Kür  çayı»,  «Yadıma  düşdü», 
«Çinarın  şikayəti»  və  bir  çox  başqa  şeirlərində  də 
yurd  sevgisi,  onun  təbiətinə  və  ayrı-ayrı  guşələrinə 
məhəbbətin əsas  yer tutduğunu bildirən tədqiqatçı bu 
şeirlərin  bəzilərinin  elə  həmin  vaxtlar  ədəbi  tənqid 
tərəfindən  birmənalı  qarşılanmadığını,  mətbuatda  bir 
sıra  kəskin  məqalələr  dərc  edildiyini,  şairə  qarşı 
hücumlar  olduğunu  da  göstərir  və  bütün  bunlara 
obyektiv cavab verir. 
Monoqrafiyada belə bir fikir əsaslandırılır ki, Sə-
məd Vurğunun öz «kiçik Vətəni» ilə mənəvi bağlılığı 
ona  bütün  Azərbaycanı  tanımağa,  Azərbaycan  xal-
qının həyatını başa düşməyə imkan verdi, şair böyük 
vətənin  ürək  döyüntülərini  eşitdi.  Bu  məhəbbət  isə 
«Azərbaycan» şeirinin yazılmasına zəmin yaratdı. 
Tədqiqatçı belə bir qənaətə gəlir ki, Səməd Vur-
ğun  hansı  mövzuda  yazmasından  asılı  olmayaraq 
həmişə  Azərbaycan  şairi  və  Azərbaycan  vətəndaşı 
kimi çıxış edir. 
Monoqrafiyada  qaldırılan  məsələlər,  onların  el-
mi-nəzəri  həlli,  çıxarılan  ümumiləşdirici  nəticələr 


 
259 
yeniliyi və orijinallığı ilə diqqəti cəlb edir, əsərin elmi 
dəyəri  ilə  bağlı  müsbət  fikir  doğurur.  Müəllif  öz 
tədqiqat  işində  Səməd  Vurğun  yaradıcılığına  müasir 
mərhələdə  ədəbiyyatşünaslığın  qarşısında  duran 
tələblər  baxımından  yanaşmışdır  ki,  bu  da  xüsusi 
əhəmiyyətə malikdir. Nəzərə alınsa ki, bu gün Səməd 
Vurğun yaradıcılığına qayıdış başlanılmışdır, onda bu 
monoqrafiyanı  dəyərli  bir  tədqiqat  işi  kimi  qəbul 
etmək  olar.  Burada  faktlar  yenidir,  eyni  zamanda 
müəllifdə yeni faktları üzə çıxarmağa meyl güclüdür. 
Başqa  sözlə desək, Adilxan Bayramov  öz  tədqiqatını 
yeni istiqamətdə aparmışdır. Monoqrafiya çox zəngin 
mənbələr  əsasında  yazılmışdır,  tədqiqata  cəlb  edilən 
materiallar  və  onlara  müəllifin  analitik  münasibəti 
tamamilə  yenidir.  Belə  hesab  edirəm  ki,  bu  tədqiqat 
işi bu gün klassiklərimizə, o cümlədən Səməd Vurğun 
irsinə  ağız  büzənlərə  çox  tutarlı  cavabdır.  Eyni 
zamanda  bu  tədqiqat  işi  Səməd  Vurğuna  qayıdışdır, 
bu zəngin irsə  yeni münasibətin nəticəsidir. İnanıram 
ki, bizim ədəbiyyatşünaslar bu yöndə öz tədqiqatlarını 
davam etdirəcəklər. 
Adilxan  Bayramovun  «Səməd  Vurğun:  milli  və 
ümumbəşəri»  adlı  monoqrafiyasını  vurğunşünaslığa 
və  böyük  şairin  100  illik  yubileyinə  layiqli  töhfə 
hesab edirəm. 
2006 


 
260 
 
ÖZ ÜNVANINA DOĞRU YOL ALAN 
DUYĞUSAL DİLƏKLƏR 
 
  Dünya,  vətən,  insan  və  məhəbbət  haqqında 
bəzən  kövrək,  bəzən  sərt,  bəzən  də  nisgilli  mahnılar, 
şərqilər,  ümumiyyətlə  sadəcə  şeirlər  yazan  Sona 
Xəyal  eyni  zamanda  alim-tədqiqatçı,  nasir-publisist 
kimi  də  artıq  çox  məşhur  və  populyar  bir  şəxs  kimi 
ictimaiyyət tərəfindən sevilməkdədir. 
  Maştağa  ədəbi  mühitində  yetişib  püxtələşən 
Sona Xəyal 12 yaşından şeir, 14 yaşından etibarən isə 
hekayələr  yazmaqla  ədəbiyyata  gəlmiş  və  necə 
deyərlər,  gündə  bir  arpa  boyda  böyüyüb  inkişaf 
etmişdir. O, əruzun gözəl bilicisi və görkəmli şairimiz 
Novruz Gəncəlinin Maştağa Mədəniyyət Evində təşkil 
etdiyi  Səməd  Vurğun  poeziya  klubunun  üzvü  olmuş 
və  1987-ci  ildə  ilk  şeiri  də  N.Gəncəlinin  kiçik 
«Yaradıcılıq  iradə  tələb  edir»  adlı  «uğurlu  yol»u  ilə 
«Azərbaycan  gəncləri»  qəzetində  çap  olunmuşdur. 
Onun  ilk  şeirlər  kitabı  «Aç  qapını  gəlim,  dünya»  isə 
1993-cü  ildə  dərc  edilmişdir.  Həcmcə  elə  də  böyük 
olmayan  bu  kitab  göstərdi  ki,  gənc  şairin  öz 
oxucularına  deməyə  müəyyən  sözü  vardır.  Onun 
qəlbini,  hissiyyatını  çulğalayan,  köksündən  dışarı 
çıxmağa can atan, özünə həmdərd, həmsöhbət axtaran 
bu  istəklər,  duyğusal  diləklər  canlı  misralara 
çevrilərək  öz  ünvanına  doğru  yol  almağa  başladı. 
Dünyanın  qapısını  cəsarətlə  döyən  şair  tədricən 
hamını  öz  şeirlərilə  inandırdı  ki,  o,  dünyaya  əliboş 
gəlməmişdir: 


 
261 
Qırma yorğun ümidini,  
Aç qapını gəlim, dünya. 
Yer ver mənə günəş dolu,  
Zülmətləri silim, dünya.  
Aç qapını gəlim, dünya. 
 
İçimdədir dərd ağacım,  
Boyu boyumdan ucadır.  
Dərdlərim yaman qocadır,  
Olümünü bilim, dünya,  
Aç qapını gəlim, dünya. 
 
  Ona  görə  də  şair  bu  mövzuya  onlarla  şeir  həsr 
etmişdir.  Əlbəttə,  bunlardan  bəzilərinin  adları 
«Dünya»  adlandırılsa  da,  onlar  təkcə  ümumi-
mücərrəd  şəkildə  bir  anlam,  bir  məfhum  kimi  deyil, 
ölkəmizdə  və  bütün  dünyada  cərəyan  edən 
proseslərin,  müasir  aktual  problemlərin  bədii  həllini 
nəzərdə tutur, onları ehtiva edə bilir. 
  Həmin  silsiləyə  daxil  olan  «Dünya»  yenə 
«Dünya»,  «Dünya  daşın  altındadır»,  «Bir  ömürdür 
belə  keçir»,  «Dünyanın»,  «Bu  dünyadan  dünyalara 
yollar  gedir»,  «Aldandım,  ey  dünya,  sənə»,  «Üzün 
qara olsun, dünya», «Biz dünyanı anlayanda gec idi», 
«Nə  dünyadı  bu,  görəsən»,  «Bu  dünya»,  «Qadın 
tənhalığı  dərddir  dünyaya»,  «Çıxmışam  dünyanın 
səyahətinə»,  «Bu  dünyanın  çiyi  olmaq  yamandır», 
«Yeni  bir  dünya  yarat»  və  s.  şeirlər  bu    qəbildəndir. 
Son şeirdə oxuyuruq: 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə