Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

 
100 
-  kimi  misralarımdan  xofa  düşən  «özümüzünkülər» 
əsəbi  şəkildə  üzümə  deyirdilər  ki,  «nərimanlaşmaq» 
yox,  «leninləşmək»  lazımdır.  Həmin  bu  məsələnin 
üstündə, bir intervüsünə görə indiki İsa Muğannanı da 
çox  incitmişdilər.  Onu  da  deyim  ki,  mən  ilk  dəfə 
Heydər Əliyevlə 1966-cı ildə DTK-da görüşmüşdüm. 
«Nəriman»  poemasını  işləmək  üçün  lazım  olan 
materialların  icazəsini  o  verdi...  O,  məni  ilk  dəfə 
müsavatın arxivinə buraxdırdı»
1
.  
H.Əliyevin şəxsində ədəbiyyat və sənətin böyük 
qədirşünasını tapan  yazıçılarımız artıq fərdin, insanın 
daxili aləminin təhlilindən lirik psixologizm, mənəvi-
əxlaqi  axtarışlar  aparmağa  keçdilər.  Bir  sözlə,  yazı-
çılarımızın  əli-qolu  açıldı.  Onlar  sərbəst  ola  bildilər. 
Bu  barədə  söylədiyi  mülahizələri  Y.Qarayev  konkret 
əsərlərlə  illüstrasiya  etmək  üçün  bir  neçə  nümunəni 
misal gətirir: 
İ.Məlikzadənin  «Quyu»,  «Evin  kişisi»,  Ə.Əylisli-
nin  «Güllü  paltar  mövsümü»,  «Gilənar  çiçəklərinə 
dediklərim»,  S.Əhmədlinin  «Yaşıl  teatr»,  «Toğana», 
Ç.Hüseynovun  «Məhəmməd,  Məmməd,  Məmiş», 
S.Azərinin «Günəşə sarı gedəndə», «Dalanda», Elçinin 
«Dolça»,  «Baladadaşın  toy  hamamı»,  Ş.Arifin  «Məni 
qınamayın» və s. və i.a. 
H.Əliyev  hər  şeydən  əvvəl  öz  xalqının,  öz 
vətəninin  vurğunudur.  Sonra  ana  təbiətin,  ana  dilinin, 
poeziyanın,  şeirin-sənətin,  ədəbiyyatın,  musiqinin, 
rəssamlığın,  memarlığın,  gözəlliyin,  elə-  obaya,  insana 
hörmətin vurğunudur. O, şeirimizi, istər klassik, istərsə 
                                                 
1
 N.Həsənzadə. Tariximiz, taleyimiz, Bakı, 2002, s. 13 


 
101 
də  çağdaş  –  çox  sevir,  duyur,  mənalandırır, 
dəyərləndirir.  H.Əliyev  bu  nemətlərdən  həzz  duyur, 
zövq  alır,  bir  sərraf  dəqiqliyi  ilə  qiymətləndirməyi 
bacarır. 
Bütün  bunlar  insanı  heyrətləndirir,  ona  möcüzə 
kimi görünür, əslində elə belədir. 
Doğrudan da, hər hansı elmin müəyyən sahəsinin 
qədərincə böyük bilicisi, professional mütəxəssisi olmaq 
mümkündür.  Lakin  insanın,  həm  də  yaradıcı  insanın 
bütün  zehni-idraki  qabiliyyətinin  hər  birində  bu  qədər 
müvəffəq  olmaq  müşkül  məsələdir.  Halbuki  H.Əliyev 
bu  sahələrin  hər  birində  alternativsizdir,  analoqu  yox-
dur. O həmin sahələrin hər birini son dərəcə məharətlə, 
harmonik  və  sintetik  şəkildə  birləşdirməyi  bacarır. 
H.Əliyev klassikləri də, müasirləri də böyük məhəbbətlə 
sevir,  Nizamidən  də,  Xaqanidən  də,  Füzulidən  də 
danışanda  onun  səmimiyyətinə,  duymaq  qabiliyyətinə 
heyran olmaya bilmirsən. O, həm də ədəbiyyat tarixinin 
bu və  ya digər mərhələlərində  yaşamış dahi  yazıçıların 
zəngin  mədəni  irsinin  xiridarı  kimi  çıxış  edir.  Yaxud 
ümumi  problematik,  konseptual  problemləri  cəsarətlə 
qaldırır  və  həll  edir.  O  yazır:  «Biz  Nizaminin, 
Xaqaninin,  Füzulinin  adlarını  böyük  iftixar  hissi  ilə 
çəkirik  və  onların  əsərlərini  oxuyaraq  xalqımızın  nə 
qədər dahi, müdrik və istedadlı olduğunu bir daha dərk 
edirik.  Eyni  zamanda  bunlarla  fəxr  edirik,  öyünürük. 
Öyünməyə  də  haqqımız  var.  Çünki  bu  böyük  insanlar 
nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini 
zənginləşdirən əsərlər yazmışlar»
1
.  
                                                 
1
 Həmin əsər, s. 413. 


 
102 
H.Əliyev  ədəbiyyat  və  mədəniyyəti  xalqımızın 
milli  sərvəti  və  intellektual  mülkiyyəti  adlandıraraq 
yazmışdır:  «...Azərbaycan  xalqının  milli  sərvəti  və 
intellektual  mülkiyyəti,  eyni  zamanda,  Azərbaycanın 
ədəbiyyatıdır, mədəniyyətidir... 
Bizim  mənəvi  potensialımız  –  ədəbiyyatımız, 
mədəniyyətimiz  intellektual  potensialımızın  əsasını 
təşkil  edir...  Bunu  yaradanlar  bizim  xalqın  dahi 
insanlarıdır»
1
.  
H.Əliyev  ədəbi  tənqid  haqqında  da,  mövzu, 
xarakter  məsələləri  barədə  də  orijinal  mülahizələr 
yürütmüşdür. H.Əliyev bu münasibətlə demişdir: «...ya-
zıçıların  yaradıcılığında  nöqsanlar  və  qüsurlar  az 
deyildir. Mövzu aktuallığı arxasında gizlənən çiy, səthi 
nəsr,  poeziya  və  dramaturgiya  əsərlərinin  meydana 
çıxması  ilə  barışmaq  olmaz.  Bədii  cəhətdən  dayaz, 
sönük  yazılar  oxucuların  haqlı  narazılığına  səbəb  olur. 
Bəzən zəif, bədii cəhətdən cılız, ideya cəhətdən qüsurlu, 
qəhrəmanların  xırım-xırda işlərlə  məşğul olduğu kitab-
ların, tamaşaların, kinofilmlərin nəşr edilməsi, səhnəyə, 
ekrana və efirə yol tapması yaradıcılıq təşkilatlarının və 
tənqidçilərin  məhz  lazımi  tələbkarlığının,  professional 
tələbkarlığının olmamasından irəli gəlir»
2

O  dönə-dönə  deyirdi:  Ədəbi  prosesin  inkişafında 
tənqidin rolu böyükdür... Razılıq hissi ilə deyə bilərik ki, 
ədəbiyyatımızın  inkişafına  tənqidin  köməyi  son 
zamanlar nəzərə çarpacaq dərəcədə güclənmişdir. Lakin 
görüləsi  iş  hələ  çoxdur.  Ən  əvvəl  tənqidçilərimizin  və 
                                                 
1
 Həmin əsər, s. 420. 
2
 Yenə orada, s. 135 


 
103 
ədəbiyyatşünaslarımızın məqalə və kitablarının ideya və 
bədii  səviyyəsi  dönmədən  yüksəldilməlidir.  Axı,  bədii 
əsərin və  ya ədəbi hadisənin  yalnız səriştəli, prinsipial, 
obyektiv və xeyirxah təhlili müəllifə və oxucuya fayda 
verə  bilər.  Axı,  tənqidin  məqsədi  yazıçıya,  onun 
sənətkarlığının  artmasına  kömək  etməkdir.  Tənqid 
ədəbiyyatın mənafeyinə, deməli, ad-sanından və keçmiş 
xidmətlərindən  asılı  olmayaraq,  yazıçıların  özlərinin 
mənafeyinə xidmət etməlidir. 
Təəssüf  ki,  bəzi  tənqidi  çıxışlar  həm  forma,  həm 
də  mahiyyət  etibarilə  cılız  olur,  bəzən  subyektivist, 
qərəzkar  xarakter  daşıyır.  Tənqidçilərimiz  cari  ədəbiy-
yatla  az  məşğul  olurlar,  geniş  oxucu  kütləsi  içərisində 
böyük  maraq  oyadan  ayrı-ayrı  əsərlər  haqqında  uzun 
müddət  fikir  söyləmir,  bəzi  müəlliflərin  açıq-aşkar 
səhvləri  haqqında  susur  və  ya  mövzunun  aktuallığı  ilə 
bəraət  qazandırırlar.  Bununla  əlaqədar  olaraq 
unudulmaz  Səməd  Vurğunun  sözlərini  xatırlatmaq 
istəyirəm:  «Nahaq  yerə  bəzi  tənqidçilər,  həmçinin 
müəlliflərin özləri əsərin formasının yoxsulluğunu və ya 
solğunluğunu  «mövzunun  aktuallığı»  ilə  pərdələmək 
istəyirlər.  Əgər  bu  və  ya  digər  bir  mövzu  həyatda, 
doğrudan  da,  aktualdırsa,  belə  mövzu  obrazlılıqdan 
məhrum  və  solğun  bir  formada  yazılmış  əsərdə  öz 
aktuallığını  itirir...  Bədii  əsəri  təhlil  edərkən  bir  möv-
zunun aktuallığı haqqında ümumiyyətlə mücərrəd şəkil-
də  yox,  konkret,  bir  əsərdə  mövzunun  konkret  bədii 
həlli  haqqında  danışmalıyıq».  Səməd  Vurğunun  bu 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə