Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

 
133 
lövhələri  həqiqi  sənət  əsəri  deyil,  sehrbazlıq  və  foks 
adlandırır.  O  deyir  ki,  həyatı,  gerçəkliyi,  real  varlığı 
sənət əsərində əks etdirərkən, onun natural cizgilərin-
dən  uzaqlaşmaq,  əşyanın  ancaq  mənəvi  xassələrini 
vermək, ümumi xarakterini səbt etmək lazımdır. 
Göründüyü  kimi,  Hegelin  mülahizələrində 
böyük  bir  həqiqət  ifadə  olunmuşdur.  Bu  həqiqəti, 
demək  olar  ki,  dünyanın  bütün  böyük  sənətkarları, 
bilavasitə, öz  yaradıcılıq təcrübələrində  hiss etmiş və 
yeri  gəldikcə,  bu  barədə  müəyyən  mülahizələr 
yürütmüşlər. Çünki iş – həyata ideal dərəcədə bənzə-
məkdə  deyil,  əsərdə  təbliğ  edilən  ideyadadır.  İş  – 
ideyanı tam və bütöv şəkildə ifadə edən əsas və səciy-
yəvi cizgiləri bir foks nöqtəsində cəmləşdirməkdədir. 
Deməli, surət  və  tablo, mənzərə,  bədii lövhələr  yara-
dıcılığında  sənətkar  onu  təşkil  edən  komponentlərin 
hamısını maksimum şəkildə nəzərə almalıdır. Məsələ-
yə  bu  müstəvidən  yanaşdıqda,  milli  müstəqillik 
dövrünün  nəsr  əsərlərində  yazıçılar  bəzən  daha  çox 
faktlara  alüdə  olmuşlar,  baş  vermişlərə  diqqət 
yetirərək,  beləliklə  də  sənədliliyə  birtərəfli  uyaraq, 
sənətin  bədiiliyinə,  ümumiləşdirməyə  ikinci  dərəcəli 
şey kimi baxmışlar. 
Xeyli  bədii  əsərləri  çap  olunmuş,  lakin  ədəbi 
tənqidin  nə  üçünsə  diqqətindən  kənarda  qalmış 
istedadlı  qadın  yazıçılarımızın  biri  -  Nigar  (Nigar 
Qarayeva) haqqında – xüsusən, onun «Daş hasar» adlı 
son  dərəcə  aktual  mövzuda  yazılmış,  illərdən  bəri 
xalqımızın  yaralarını  sızıldadan,  ağrılı-acılı  yerimiz, 
parçalanmış ürəyimiz olan Qarabağ probleminin bədii 
həllinə  həsr  olunan  həmin  əsər  belə  başlanır: 


 
134 
«Ərgünəş tərəfdən qopan gurultu Nuhu taxtda görmüş 
minillik  qoca  çinarın  budağına  qonmuş  qos-qocaman 
sağsağanı  diksindirdi.  Hündür  daş  hasarla  əhatə 
olunmuş  orta  əsrlərdən  qalma  qəsrlərə  bənzəyən 
nəhəng  evin,  baş-başa  vermiş  sıx  ağacların  ətrafında 
dövrə  vurdu.  Dimdiyindən  saldığı  cevizin  dalınca 
həsrətlə baxdı». 
Romanın  bu  mənalı  başlanğıcı  oxucunu  bir 
ahənruba kimi özünə çəkərək, iri – həcmli bir romanın 
mətləb, problem və məzmunu ilə daha yaxından tanış 
olmaq  üçün  sanki  onun  hiss  və  duyğularını  səfərbər 
edir və əsərin axıra qədər  mütaliəsini şərtləndirir. Və 
əsər  vərəqləndikcə,  gözlərimiz  önündən  talan 
olunmuş kəndlər, ellər, obalar, yurd-yuvasından perik 
düşmüş günahsız adamlar bir kino lenti kimi keçir. 
Onun görkəmli göz  həkimi Paşa Qəlbinura  həsr 
etdiyi  «Gümüşü  çayın  sahilində»  povesti  də,  «Ağ-
layan  bulaqlar»  əsəri  də  diqqətəlayiq  nümunələrdir. 
Ona görə də biz ədəbi tənqidin belə «unudulmuş» qa-
dın  yazıçılarımızın  yaradıcılığına  layiqincə  diqqət 
yetirmələrini  arzulayırıq.  Belələri  yəqin  ki,  yenə  də 
vardır. 
90-cı illərin qanlı yanvar hadisələrindən başlaya-
raq, bədii nəsrin ən aktual, ən çevik janrı olan hekayə, 
novellalar, mənsur şeirlər, bədii replikalar, miniatürlər 
xeyli güclənmiş və bu günə qədər səngimək bilmədən 
davam edir. Bunların  hər birində çox haqlı olaraq 20 
yanvar  hadisələri,  Qarabağ  müharibəsi  –  ölkəmizin 
müasir və aktual problemləri qələmə alınır. 
Bu  mənada,  Elçinin  «Sarı  gəlin»,  «Araba», 
«Qarabağ  şikəstəsi»,  E.Əlləzoğlunun  «Divarın  o  biri 


 
135 
üzündəki  adam»,  cavan  ədiblərdən  Vəliş  Qaragölün, 
Mübariz  Cəfərlinin,  Meyxoş  Abdullayevin,  Orxan 
Fikrətoğlunun,  Aslan  Quliyevin,  Yaşarın,  Fəxri 
Oğuzlunun və başqalarının silsilə hekayələri, esseləri, 
tənqidi  yazıları  onların  gələcəyinə  qarşı  bizdə  nikbin 
bir ümid və arzu doğurur. 
Nisbətən  son  illərdə  ədəbiyyata  gələn  digər 
cavanlar haqqında da eyni sözləri demək mümkündür. 
Bunlara  misal  olaraq,  Samir  Sədaqətoğlu,  Zahir 
Əzəmət,  İlqar  Fəhmi  və  b.  göstərmək  mümkündür. 
Həmin  bu  nəslin  nümayəndələrindən  Usuboğlunun 
«Yuxu»  povesti  və  «Yox  kəndin  adamları»,  «Yaşıl», 
«Yeni boru» hekayələri diqqəti daha çox cəlb edir. 
Azad  Qaradərəlinin  «Dostlar»,  «Alma  ağacı», 
«Barmaq»,  «Çillə  nağıl»  və  s.  hekayələri  də  uğurlu-
dur.  Onun  «Alma  ağacı»  adlı  hekayəsi  özünün  ilıq 
yumoru ilə fərqlənir. Əsərdən kiçik bir epizoda diqqət 
yetirin:  «Ayat  ciblərinə  beş-altı  alma  doldurub  çıx-
mışdı kəndin aralığına, öz əzablı işini elə aralıqda gör-
mədəydi. Kənd uşaqlarından bir- ikisi düzülmüşdülər 
Ayatın dalınca və yalvarırdılar ki, bircə dişdəm onlara 
da  versin.  Ayat  da  eləməyib  tənbəllik,  hərəsinə  bir 
buyruq verirdi: 
 

 
Anqır, verim! 

 
Ula, verim! 

 
Böyür, verim! 

 
Kişnə, verim! 

 
Banna, verim! 
 


 
136 
Anqırtı,  ulartı,  böyürtü,  kişnərti,  xoruz  banı 
aralığı başına götürmüşdü». Zənnimizcə, elə bir neçə 
cümlədən  də  gənc  yazıçının  məcazı,  yumor  hissi, 
tənqidi düşüncədən faydalanma məharəti az və ya çox 
dərəcədə görünməkdədir. 
O.  Fikrətoğlunun  da  bu  illər  ərzində  oxucuları-
mızın sevincinə çevrilmiş silsilə hekayələri çap olun-
muşdur.  «Susuz  hovuzun  qumrusu»,  «Cangüdən», 
«Milçək»,  «Dünya  haqqında  bir  nağıl»,  «Qapı», 
«Ha»,  «Durnalardan»,  «Kişi»,  «Toy»,  «Özgə  atlı», 
«Səhər»,  «Şirvan  şəşəndəsi»,  «Qırmızı  köynək»,  «O 
və  O  biri»,  «Alməmməd  kişi»,  «İthaf»,  «Ayrılıq»  və 
s.  Bu  əsərlər  oxucunun  diqqətini  ən  çox  yazıçının 
dilin  emosional–  ekspressiv  imkanlarından  məharətlə 
faydalanması,  lirik-psixoloji  məqamların  bolluğu, 
şeiriyyəti ilə cəlb etmişdir. 
Burada biz digər gənc nasirlərin də adlarını çəkə 
bilərik.  Hətta  onların  arasında  roman  yazanlar  da 
vardır.  Bunu  deyərkən,  biz  «Öləng»  romanının 
müəllifi  Pərvizi  nəzərdə  tuturuq.  Digər  gənc 
nasirlərdən Əyyub Qiyas, Əkbər Qoşalı, Bilal Alarlı, 
Sərvaz  Hüseynoğlu  və  b.  bir  sıra  yazılarını  artıq  çap 
etdirmişlər. 
Bəzi  nasirlərin  imzası  isə  dövri  mətbuat 
səhifələrində  2000-ci  ildən  etibarən  görünməyə 
başladı.  Bunlardan  Xanəmir,  Şərif  Ağayar,  Natiq 
Yanar,  Mehriban  Vəzir,  Mehman  Musabəyov, 
Seymur Baycan və b. göstərə bilərik. 
Bəhs etdiyimiz illərdə müasir mövzulu əsərlər də 
az yazılmamışdır. Qanlı-qadalı 20 yanvar və Qarabağ 
müharibələrinin isti izi ilə xeyli hekayə,  povest,  ro-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə