Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

 
104 
sözləri bu gün də aktual səslənir, bütün ədəbiyyat işini 
daha da yaxşılaşdırmaq üçün faydalı məsləhətdir
1
.  
H.Əliyev həmin çıxışında yazıçıların tənqidi qəbul 
etmək, onu sinirmək, ona qulaq asmaq, nəticə çıxarmaq 
kimi etika, mədəniyyət, dözüm məsələlərinə də toxunur; 
Dəvəçi ilə dost olanın darvazası gen gərək, – prinsipinə 
toxunur: Ədalət naminə onu da demək lazımdır ki, ayrı-
ayrı  yazıçılar  tənqidə  dözmürlər.  Bəziləri  özlərini 
tamamilə  qüsursuz  hesab  edərək  hər  bir  tənqidi  çıxışı 
böyük narazılıqla qarşılayırlar. Belə yazıçıların fikrincə 
tənqid onları nüfuzdan sala bilər, guya onların qüsursuz-
luğuna şübhə oyana bilər
2
.  
Buradan  aydın  olur  ki,  Heydər  Əliyev,  sözün  hə-
qiqi mənasında bir ədəbiyyat tənqidçisi kimi də diqqə-
timizi  çəkir  və  onun  təhlilləri,  gəldiyi  nəticələr  doğru, 
düzgün, elmi cəhətdən əsaslandırılmış olmaqla həm də 
indi bizim günlər üçün də çox aktualdır və gələcəkdə də 
həmin  müasirliyini  və  əhəmiyyətini  uzun  müddət 
saxlayacaqdır. 
H.Əliyev sözünə davam edərək yazırdı: «Həyat sə-
nətkarlara ən müxtəlif xarakterlər və vəziyyətlər təqdim 
edir...  Aydındır  ki,  məsələ  məhz  kimin  qələmə  alın-
masında deyildir. Əsas məsələ bədii obrazın dərinliyin-
də  və  həqiqiliyindədir,  həyat  həqiqətinin  estetik 
ifadəsindədir».
3
  
Ədəbi prosesin son dərəcə çətin və əzablı, ziqzaqlı, 
ziddiyyətli olduğunu gözəl bilən H.Əliyev bu məsələyə 
də diqqət yetirir və Respublika yazıçılarının VII qurulta-
                                                 
1
 Həmin əsər səh, 88. 
2
 Yenə orada. 
3
 Həmin əsər, s. 137. 


 
105 
yındakı  çıxışında  deyirdi:  «Əsl  görkəmli  əsərlərin 
yaradılması sənətkardan böyük istedadla yanaşı, həm də 
ardıcıl,  gərgin  çalışmağı,  geniş  həyat  materialını 
toplayıb  dərindən  dərk  etməyi  tələb  edir.  S.Vurğundan 
soruşanda ki, bu və ya digər əsərini cəmi bir neçə günə 
necə  yaratmışdır?  Vurğun  demişdir:  «...Bir  neçə  gün, 
üstəlik bütün ömrümü sərf etmişəm»
1

H.Əliyev  bir  çox  hallarda  bədii  təfəkkür 
məhsulunu  siyasi-  ictimai  şüurla,  ideologiya  ilə 
bağlamışdır.  Böyük  ədiblərin  bədii  irsini  bu  sahədə 
etibarlı  təməl  kimi  qiymətləndirmişdir.  Məsələn,  o, 
böyük  demokrat  C.Məmmədquluzadənin  125  illiyinə 
həsr  olunmuş  yubiley  gecəsindəki  nitqində  deyirdi: 
C.Məmmədquluzadəyə  sadəcə  bir  ədəbiyyatçı  kimi, 
publisist  kimi  yox,  eyni  zamanda  böyük  ictimai  xadim 
kimi, böyük siyasətçi kimi yanaşmalıyıq. 
C.Məmmədquluzadə 
öz 
yaradıcılığı 
ilə 
Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli 
ruhun  yüksəlməsində  böyük  rol  oynamışdır.  Bu  təkcə 
ədəbiyyat deyil, bu, siyasətdə böyük xidmətdir, ictimai 
həyatımızda böyük xidmətdir
2
.  
Natiq bir qədər də irəli gedərək göstərirdi ki, milli 
ideologiyamızın  formalaşmasında  və  inkişafında 
C.Məmmədquluzadənin  böyük  xidmətləri  var;  onun 
yaradıcılığı,  əsərləri  bu  gün  bizim  milli  ideologiyanın 
konsepsiyasının  elmi  şəkildə  hazırlanması  işinə  çox 
kömək edə bilər və çox kömək edəcəkdir.
3
  
                                                 
1
 Yenə orada. 
2
 Yenə orada, s. 78. 
3
 Yenə orada, s. 79 


 
106 
H.Əliyev sonra ədibin məşhur və ölməz əsəri olan 
«Ölülər»i  xatırladaraq  deyir:  «Mən  tam  cəsarətlə  deyə 
bilərəm  ki,  dünya  ədəbiyyatında  buna  bərabər,  buna 
bənzər  ikinci  əsər  tapmaq  mümkün  deyildir.  Bu  əsər 
Cəlil  Məmmədquluzadənin,  həm  nə  qədər  böyük 
filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız 
yaradıcılığının  özünəməxsus  fitri  istedadını  əks 
etdirir».
1
  
Biz  yeri  gəlmişkən  onu  da  deməliyik  ki,  Heydər 
Əliyev  böyük  sənət  adamlarına  həmişə  dayaq  olmuş, 
onların 
əsərlərindən 
keçən 
ağrı 
və 
acıları, 
bioqrafiyalarındakı  fəci  və  iztirablı  halları  öz  dərdi,  öz 
kədəri  kimi  qəbul  etmişdir;  hətta  yeri  gələndə  onlar 
üçün  kövrəlmişdir.  O  deyir  ki,  Cəlil  Məmməd-
quluzadənin  həyatının  son  illəri  barəsində  söylənənləri 
dinləyərkən,  oxuyarkən  dəhşətə  gəlirsən,  inciyirsən  və 
bəzən  də  anlamırsan  ki,  nə  cür  ola  bilərdi  ki,  Cəlil 
Məmmədquluzadə  kimi  bir  şəxsiyyət  elə  ağır  şəraitdə 
yaşasın və elə bir əzab-əziyyət içərisində dünyasını tərk 
etsin.  Ancaq  bunlar  həqiqətdir.  Bunlar  Cəlil 
Məmmədquluzadənin parlaq yaradıcılığı ilə, dahiliyi ilə 
yan-yana  bizim  tarixi  keçmişimizin  əzab-əziyyətidir, 
ağrı-acısıdır. Biz bunları dadmışıq, görmüşük, keçmişik 
və güman edirəm ki, bunlar bizim həyatımızda daha heç 
vaxt təkrar olunmamalıdır.
2
 
H.Əliyev  böyük  sənət  əsərləri  yaradan  yazıçıların 
əməyini  yüksək  fədakarlıq  nümunəsi  adlandırır: 
Ədəbiyyat,  mədəniyyət  isə  fədakarlıqdan  doğan  bir 
                                                 
1
 Həmin əsər, s.83 
2
 Həmin əsər, s 83. 


 
107 
anlayışdır.  Ədəbiyyatı,  mədəniyyəti,  bədii  əsərləri, 
yüksək  incəsənət  əsərlərini  yaradan  insanlar  həmişə 
fədakar  olurlar.  Onlar  fitri  istedadı  ilə  bərabər  fədakar 
olmasa,  böyük  sənətkar  ola  bilməzlər.
1
  Bu  mənada 
böyük  şeir-sənət  xiridarı,  söz  sərrafı  olan  H.Əliyev 
Səməd  Vurğunun  «Şairin  şərəfinə»  adlı  bir  şeirindəki 
epiqrafi nəzərdə tutaraq - 
 
Bizdə şeir də var, sənət də vardır, 
Şairə,  sənətə  hörmət  də  vardır!  –  yazır:  ...bizim 
Azərbaycanda ədəbiyyata, şairə, yazıçıya böyük hörmət 
var. Böyük şairimiz Səməd Vurğun bu barədə bir şeirdə 
yazıbdır.  Bəli,  bu  dəyərli  sözləri  Səməd  Vurğun  əsaslı 
deyibdir. Həqiqətən belədir. O, bunu birinci növbədə, öz 
yaradıcılığına münasibətdə görübdür. O, eyni zamanda, 
bunu  tarix  boyu  yaşayıb-yaratmış  və  bizə  böyük  irslər 
qoymuş  şairlərimizə,  yazıçılarımıza  xalqımızda  olan 
hörmət və ehtiramda görübdür
2
.  
Natiq göstərir ki, mən buna dair çoxlu misalları öz 
həyatımdan  da  gətirə  bilərəm:  dəfələrlə  demişəm,  vax-
tilə  mən,  məsələn,  Səməd  Vurğunun  şeirlərini  oxuyur-
dum,  sonra  onun  üzünü  görəndə  yadımda  saxlayırdım, 
yoldaşlara  dəfələrlə  deyirdim  ki,  mən  Səməd  Vurğunu 
görmüşəm.  Hələ  əl  verib  görüşməmişdik,  amma  mən 
deyirdim  ki,  Səməd  Vurğunu  görmüşəm.  Bunun  özü 
böyük hadisə idi.
3
  
H.Əliyevin istedadlı şairimiz Məmməd Araza həsr 
etdiyi  «İstiqlal  şairi»  adlı  məqaləsi  də  həm  müəyyən 
                                                 
1
 Yenə orada, s.399 
2
 Həmin əsər, s 413. 
3
 Yenə orada, s.382 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə